Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1586/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı4 və qeyrilərinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı4, X5, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (bundan sonra mətndə - iddiaçılar) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 saylı sərəncamının və Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 09.10.2017-ci il tarixli, 377 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 18.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan tikilinin sökülməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ayrılmış torpaq sahəsi və həmin sahədə aparılan tikinti iddiaçıların yaşadıqları Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 saylı binanın həyətində yerləşir. 1 saylı yaşayış binasının sakinləri 41 ildir ki, həmin binada yaşayırlar. Həmin həyətdə sakinlər istirahət edir, avtomobillərini saxlayır və uşaqlar həyətdə əylənirlər. Uşaqlar üçün həyətdə ayrıca oyun yeri yoxdur. Bu həyətin sarı rəng ilə işarələnmiş ərazisi məhəllənin yaşıllıq ərazisidir. Xətai rayonu, Şirvani 1 binasında 180 ailə yaşayır. Bu təxminən 700 nəfər edir. Belə bir məskunlaşma miqyasında kiçik bir həyətdə qanunsuz sənədləşmə ilə torpaq sahəsinin təyinatına zidd olaraq X3 ayrılması, ona icarəyə verilməsi və həmin ərazidə obyekt tikilməsi sakinlərin hüquqlarının kobud şəkildə pozulmasıdır. Binanın həyətində üçüncü şəxsə qanunsuz olaraq ayrılmış sahə boş idi və ağaclıq ərazi idi. Uşaqlar həmin yerdə oynayırdılar, yaşlı sakinlər həmin yerdə istirahət edirdilər. Həmin sahədən bu şəkildə 1980-ci ildən zəbt olunana (2017-ci ilin sonu) qədər istifadə edilmişdir. “Google Earth” proqramının hesablamasına əsasən yaşıllıq ərazi 1059 m2-dir. Mavi ilə işarələnmiş obyekt qazanxana və transformatordur. Yaşıl ilə işarələnmiş obyekt “Qərənfil” şadlıq sarayı olub X3 məxsusdur. X4 təmir-tikinti işləri ilə tikinti sahəsini mərhələli şəkildə sağa doğru genişlətmiş və nəticə etibarı ilə mövcud köhnə tikilidən təxminən 2 dəfə böyük ərazi meydana gəlmişdir. Sağ tərəfdə qırmızı rənglə işarələnmiş ərazi sakinlərin ümumi istifadəsində olan yaşıllıq ərazi olmuşdur. İndi isə hasara alınmışdır. İddiaçılar X1 apardığı tikinti işlərindən bir sıra dövlət orqanına şikayət etmişdirlər. Bundan başqa digər cavabdeh Xətai Rayon İcra Hakimiyyəti 18.03.2018-ci il tarixdə sözügedən layihələndirilmiş sahədə tikinti aparılması üçün X3 qanunvericiliyə zidd olan 69 nömrəli Sərəncam vermişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 15 mart 2021-ci il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə və üçüncü şəxsə təqdim olunmuş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 02 iyul 2021-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı4, X5, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X4 üçüncü şəxs qismində cəlb edilməklə “sərəmcamların, icarə müqaviləsinin etibarsız hesab edilməsi və tikilinin sökülməsi ” tələbinə dair iş – - iddiaçılar İddiaçı4, X5, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, X4 üçüncü şəxs qismində cəlb edilməklə “Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 saylı sərəncamının və Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 09.10.2017-ci il tarixli, 377 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə icraat e-2-1(112)-4939/2021 nömrə ilə; - iddiaçılar İddiaçı4, X5, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X4 üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 18.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının etibarsız hesab edilməsi” tələbi üzrə icraat yeni nömrə ilə; - iddiaçılar İddiaçı4, X5, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə X4 üçüncü şəxs qismində cəlb edilməklə “ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan tikilinin sökülməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılmışdır. Məhkəmənin 13 sentyabr 2021-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla, iddiaçıların nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilməsi barədə Xətai Rayon İcra Hakimiyyətinin 17.03.2017-ci il tarixli 69 nömrəli Sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilsin” məzmununda icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia müəyyən etmə və ya tanınma haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.5-cü maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab verir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş X1 xüsusi mülkiyyətində olan Xətai rayonu, X10 küçəsi, 1A ünvanında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilmişdir; RX seriyalı ******* nömrəli, 14.05.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, 1A ünvanında yerləşən 0,03535 ha torpaq sahəsi üzərində ümumi sahəsi 315,5 kv. metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17.12.2020-ci il tarixli 04/02-2672 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 18.03.2018-ci il tarixli 69 nömrəli Sərəncamı ilə sözügedən ünvanda X2 mülkiyyətində olan 353 kv/metr sahədə yerləşən birmərtəbəli qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilmişdir ki, bununla da Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.18.2-ci bəndinin tələbləri kobud surətdə pozulmuşdur və həmin sərəncamın hüquqi əsası yoxdur. Belə ki, qeyd olunan səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmirdi, 01.08.2018-ci il tarixindən isə Azərbaycan Respublikası Prezidentinin 226 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq, qeyd olunan ünvanda 600 m2-ə yaxın sahədə aparılan qeyri-yaşayış təyinatlı tikinti işləri müvafiq xəbərdarlıq edilməklə aidiyyəti qurumlar tərəfindən bir müddət öncə görülmüş tədbirlər nəticəsində birinci mərtəbə səviyyəsində dayandırılmışdır. Belə hallarda “Tikintiyə icazə” verilməsi üzrə icraata dair sənədləşmə işləri aidiyyəti qurumların rəyi və razılığı əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin 95.1.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə baxılır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 fevral 2021-ci il tarixli **********94 nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin 28 mart 2001-ci il tarixli, 140 nömrəsi sərəncamı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, Dövlət Əmlakı Nazirliyi ilə əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X8 arasında bağlanmış 09.07.2001-ci il tarixli 80 nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən qeyri-yaşayış sahəsi özəlləşdirilmişdir. Hazırda qeyri-yaşayış sahəsi X1 mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 nömrəli sərəncamına əsasən Komitə ilə X4 arasında bağlanılmış 09.10.2017-ci il tarixli, 377 nömrəli icarə müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən, H.Hacısoyun mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsində olan 824,0 kv.m torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir; 09.10.2017-ci il tarixli, 77 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 09.10.2017-ci il tarixli, 231 nömrəli sərəncamına əsasən, ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 824,0 kv.m torpaq sahəsinə dair 09.10.2017-ci il tarixdən 09.10.2032-ci il tarixədək icarə müqaviləsi bağlanmışdır; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28.10.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcra Komitəsinin 04.06.1976-cı il tarixli 27/374 nömrəli sərəncamına əsasən Xətai rayonu, Neft emalı prospekti 115-129, məhəllə 2316-2320 ünvanında yerləşən 29,8 ha torpaq sahəsi yaşayış massivinin salınması üçün ayrılmışdır. Sözügedən ünvanda qeyri-yaşayış binasının yerləşdiyi 824,0 m2 torpaq sahəsi isə salınmıəş yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşir; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2-ci maddəsinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Məhkəmə qeyd edir ki, mübahisə predmeti sərəncamın verilməsi üçün cavabdehin müvafiq səlahiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün qanunvericiliyin aşağıdakı normaları təhlil olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 3.0.9-cu maddəsinə əsasən, tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir; 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79 və 79.1.7-ci maddələrinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Qanunvericiliyin istinad edilən normalarından göründüyü kimi, tikinti obyektinin (hazırkı iş üzrə mübahisə predmeti qeyri-yaşayış binasının) yenidən qurulması tikinti obyektlərinin tikintisi anlayışı ilə əhatə olunur. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının, icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”dan bina və qurğular məsuliyyət səviyyələrinə görə 3 səviyyəyə ayrılmışdır kı, İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular – İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Yuxarıda göstərilən normativ hüquqi aktların və qanunvericiliyin müddəalarından görünür ki, binaların memarlıq layihəsi təsdiq etmək və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək icra hakimiyyətinin başçısının səlahiyyətinə aid edilmişdir. Nəzərə alınmalıdır ki, iqtisadi, sosial və ekoloji səbəblərə görə binalar məsuliyyət səviyyələrinə görə ayrılmışdır ki, İ və İİ məsuliyyət səviyyələri tikililər ilə bağlı səlahiyyət yerli icra hakimiyyətinin başçısına, İİİ məsuliyyət səviyyəli tikililər ilə bağlı səlahiyyət isə şəhər rayonlarının icra hakimiyyəti başçılarına verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”da “qeyri-yaşayış” sözü İİ məsuliyyət səviyyəli bina və qurğular bölməsində qeyd olunmamışdır. Lakin, siyahıya ümumən qiymət verdikdə məlum olur ki, İ məsuliyyət səviyyəli binalara daha çox dövlət standartlarına uyğun tikililər aid olmuş (məs.metropoliten stansiyaları, boru kəmərləri, muzey, kinoteatrlar və s.), 12 metr hündürlüyədək fərdi yaşayış evləri və kənd təssərüfatına aid olmuş təsarrüfat daxili obyektlər isə İİİ məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Göstərilmiş bu hallar ona dəlalət edir ki, qeyri-yaşayış sahələri digər bina və qurğularığın əhatəsini düşür və İİ normal məsuliyyət səviyyəli bina hesab olunur. Məhkəmə bu mövqedən irəli çıxaraq, mübahisə predmeti sərəncamı qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə belə nəticəyə gəlir ki, hazırkı işdə üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəli binalara aid olduğundan, tikilinin yenidən qurulmasına icazə barədə qərar qəbul etmək mübahisəli sərəncamın verildiyi vaxt yalnız Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətində (01.08.2018-ci il tarixədək) olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, mübahisə predmeti inzibati akt müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyindən etibarsız hesab edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamı etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1586/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1586/2022
11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver