Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1586/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Abdulla Zade Rasim Zauroviçin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Abdulla Zade Rasim Zauroviç məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü Abdula-zadə Rasim Zauroviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyası, Smolensk Şəhəri Zadneprovsk rayon Məhkəməsinin 31 may 2010-cu il tarixli 2-554/2010 saylı aşağıdakı qərar qəbul etmişdir: xx.xx.1985-ci ildə Smolesk şəhərində anadan olmuş X1, xx.xx.2004-cü il təvəllüdlü Abdula-zadə Rasim Zauroviçə (a/q N 276, xx.xx.2004 -cü il, Smolesk şəh., Zadneprovsk rayon administrasiyasının VVAQ şöbəsi) və qızı xx.xx.2007-ci il təvəlüdlü X5 (a/q N 724, xx.xx.2007 —ci il, Solesk şəh., Zadneprovsk rayon administrasiyasının VVAQ şöbəsi) valideynlik hüquqlarından məhrum edilsin. xx.xx.1973-cü ildə Azərbaycan SSR, Bakı şəhərində anadan olan Abdulla-zadə Zaur Tofiq oğlu, xx.xx.2004-cü il təvəllüdlü Abdulla-zadə Rasim Zauroviçə (a/q N 276, xx.xx.2004 -cü il, Solesk şəh., Zadneprovsk rayon administrasiyasının VVAQ şöbəsi) münasibətdə valideynlik hüquqlarından məhrul edilsin. Yetkinlik yaşına çatmamış xx.xx.2004-cü il təvəllüdlü Abdula-zadə Rasim Zauroviç və xx.xx.2007-ci il təvəlüdlü X7 himayə və qəyyumluq orqanlarının nəzarəti altında X6 himayəsində saxlanılsın. 25 dekabr 2009-cu ildən başlayaraq xx.xx.1985-ci ildə Smolesk şəhərində anadan olmuş X1, xx.xx.2004-cü il təvəllüdlü Abdula-zadə Rasim Zauroviç və xx.xx.2007-ci il təvəlüdlü X4 saxlanılması üçün hər və uşaqların yetkinlik yaşma çatmasına qədər qazancının bütün növlərindən və (və ya) digər gəlirlərindən 1/3 hissəsi həcmində alimentlər tutulsun və X6 xeyrinə köçürülsün. 25 dekabr 2009-cu ildən başlayaraq xx.xx.1973-cü ildə Azərbaycan SSR, Bakı şəhərində anadan olan Abdulla-zadə Zaur Tofiq oğlundan, xx.xx.2004-cü il təvəllüdlü Abdula-zadə Rasim Zauroviçin saxlanılması üçün hər və uşaqların yetkinlik yaşma çatmasına qədər qazancının bütün növlərindən və (və ya) digər gəlirlərindən 1/4 hissəsi həcmində alimentlər tutulsun və X6 xeyrinə köçürülsün. X2 dövlət büdcəsi nəfərinə 300 rubl həcmində rüsum tutulsun. Abdulla-zadə Zaur Tofiq oğlundan dövlət büdcəsi nəfərinə 300 rubl həcmində rüsum tutulması barədə qərar qəbul edilmişdir. X9 hazırda nəvələrilə xx.xx.2004-cü il təvəllüdlü Abdula-zadə Rasim Zauroviç və xx.xx.2007-ci il təvəlüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Rasim Abdullazade Bakıda 50 nömrəli tam orta məktəbi bitirmiş və 6 nömrəli peşə məktəbində təhsil almışdır. Uzun illərdir Azərbaycanda yaşayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim Abiddin Hüseynov, hakimlər Zaur Əliyev, Əhməd Nurməmmədov) xx.xx.2022-ci il tarixli 10(102)-25/2022 saylı Qərardadı ilə Rusiya Federasiyası, Smolensk Şəhəri Zadneprovsk rayon Məhkəməsinin 31 may 2010 -cu il tarixli 2- 554/2010 saylı qətnaməsi Azərbaycan Respublikasında tanınmışdır.
3. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə etiraz (dəftərxana vasitəsilə) təqdim edərək bildirmişdir ki, iddiaçı R.Abdulla-zadənin xx.xx.2022-ci il tarixli sorğusu əsasında vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında AR Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilmişdir. Hesab edirəm ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, şəxs 2004-cü ildə Rusiya Federasiyasında anadan olmuş və valideynləri ilə bağlı müvafiq sənədlər inzibati müraciətinə əlavə edilməmişdir. Belə ki, şəxs iddia ərizəsində onun atası Abdulla-zadə Zaur Tofiq oğlunun Azərbaycan Respublikasında ərazisində doğulması faktını əsas gətirərək Azərbaycan Respublikasının vətəndaşı sayılmasını qeyd edir. Bununla bağlı qeyd olunmalıdır ki, DMX tərəfindən müvafiq məktubla şəxsin valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətlərinin DMX-ya təqdim edilməsi şəxsə bildirilmişdir (məktub etiraza əlavə olunur). Qeyd olunan hal (şəxsin AR vətəndaşından doğulma məsələsi) Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununda və AR Konstitusiyasında konkret nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi QaydasTnın 3.13 və 3.14-cü bəndlərinə müvafiq olaraq şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (adıçəkilən Qaydanın 3.14-cü bəndinə əsasən şəxsin vətəndaşlıq mənsubiyyətini təsdiq edən yeni sübutlar aşkar olunduqda, Dövlət Miqrasiya Xidmətinə təkrar müraciət edilə bilər). Cavabdeh qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək (dəftərxana vasistəsilə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddiaçı iştirak etmir. Cavabdeh orqanın nümayəndəsi iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etmir.
II. İddianın geri götürülmüş sayılması
6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X10 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
18. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
19. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
20. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva