Məhkəmə qərarları › İş №2-1(112)-1586/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1586/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1586/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçıun və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8)“arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bağlar təsərrüfatının inkişafı və X12 bağlar sahəsinin 218 saylı ВТК nəzdində olan 0.12 hektar torpaq sahəsində olan 555 В nömrəli bağ sahəsinin mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X11 adına qeydə alınmaqla çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsi olan 555 B saylı bağ sahəsinə dair mülkiyyət hüquq ilə mərhum X13 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. X5 anası isə X6r. X7 xx.xx.2002-ci il tarixdə vəfat edib. X3 Bakı şəhər İcrayə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Bağlar təsərrüfatının inkişafı və X12 bağlar sahəsinin 218 saylı BTK nəzdində olan 0.12 hektar torpaq sahəsində olan 555 В nömrəli bağ ayrılmışdır. Həmin bağın ayrılması barədə orderdə atasının anasının adı səhvən "Qasım” kimi yazılmışdır, halbuki atasının ata adı Həsəndir. Bütün sənədlrədə atasınının ata adı Həsən kimi göstərilib. Yalnız həmin bağ sahəsinin ayrılması barədə sənəddə səhlən "Qasım” kimi gösətilmişdir. Həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması barədə ərizə ilə cavabdehə müraciət etsə də, cavab imtina məktubu vermişdir. İmtinanı onunla əsaslandırmışdır ki, göstərilən torpq sahəsi bağların bölüşünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki göstərilən torpaq sahəsi digər bağların ərazisində uyğun gəlir. Həmçinin idarənin arxivində eyni Bağ Tikinti Kooperativ nəznində 555 В saylı bağın digər şəxsə verilməsinə dair order mövcuddur. Qeyd olunan dəlil tamamilə əsassızdır, çünki mübahisə predmeti təşkil edilən torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və ora dair heç kimə çıxarış verilməyib. Hesab edir ki, bu cavab əsassız hesab edilərək Bağlar təsərrüfatının inkişafı və X12 bağlar sahəsinin 218 saylı ВTК nəznində olan 0.12 hektar torpaq sahəsində olan 555 В nömrəli bağ sahəsinin mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X11 adına qeyda alınmaqla çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. İkincisi, imtina məktubunda qeyd olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunsa da, siyahıda adına ayrılmış 11 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Bununla əlaqədar qeyd edir ki, qeyd olunan sahə tamamilə başqa yerdə yerləşir və hazırkı işlə heç-bir əlaqəsi уoxdur. Bundan başqa imtina məktubunda qeyd olunur ki, elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərufatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Qeyd olunan amillərin nəyə əsasən cavabdehin belə hesab etməsi ona məlum deyil. Üçüncüsü, mülkiyyətin üç elementi var: sahiblik, istifadə və sərəncam vermək. Azərbaycan Respublikası «Azərkontrakt» Səhmdar Cəmiyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 10 saylı xx.xx.1994-cü il tarixli protokoluna əsasən Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsində yerləşən “Günəş" Fəhlə və Qulluqçuların Yoldaşlıq-Bağçılığın AB bölməsi 1-A keçidinin 2-ci sahəsində 10 sol (1000 kv.m) torpaq sahəsi X2, istifadəsinə verilmişdir. X10 öz daşınmaz əmlakı barəsində potensial mülkiyyətçiyə çevrilmişdir. Cavabdehin bu hərəkəti X1 və beynəlxalq qanunvericiliyi ilə təsbit edilmiş hüquqlarını pozur.

4. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan əlavə, tərəfinizdən təqdim edilmiş orderdə hüquq sahibinin ata adı fərqli qeyd edilmişdir. Həmçinin idarənin arxivində eyni Bağ-Tikinti Kooperativi nəzdində “555b” saylı bağın digər şəxsə verilməsinə dair order mövcuddur. Bundan əlavə, vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən olunmasına dair notariat ofisinin məktubu təqdim edilməmişdir.

5. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, qeyd olunan ərazi sxematik xəritəyə əsasən 530 və 540 nömrəsi ilə başlayan bağların indekslərinin ərazisinə uyğun gəlir. Bundan əlavə, təqdim edilmiş orderdə hüquq sahibinin ata adı fərqli (Qasım) qeyd edilmişdir. Həmçinin idarənin arxivində eyni Bağ-Tikinti Kooperativi nəzdində “555b” saylı bağın digər şəxsə (X8) verilməsinə dair order mövcuddur. Bundan əlavə, vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən olunmasına dair notariat ofisinin məktubu təqdim edilməmişdir. Belə ki, qeyd olunan daşınmaz əmlak üzərində iddiaçının subyektiv hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir.

6. Məhkəmənin qərardadı ilə X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

7. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X12 bağlar sahəsinin 218 saylı kooperativinin 13 nömrəli orderində qeyd edilmişdir ki, həmin kooperativin nəznində olan 0.12 hektar torpaq sahəsində yerləşən 555 В nömrəli bağ sahəsi xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən X15 ayrılmışdır.

8. Bakı-Nizami RP tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilmişdir ki, həmin vəsiqə İddiaçı verilmişdir.

9. 081658 nömrəli evlənmək haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X18 ilə Xədicə Teymur qızı arasında bağlanılmış nikah xx.xx.1958-ci il tarixdə qeydə alınmışdır.

10. 46575C nömrəli doğum haqqında şəhadətnamədən qeyd edilmişdir ki, X11 və X4 birgə nikah münasibətindən xx.xx.1958-ci il tarixdə İddiaçı doğulmuşdur.

11. AZ-İ seriyalı 795361 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2016cı il tarixdə vəfat etmişdir.

12. ünvan 1 ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X11 vəfat etməsi ilə bağlı vərəsəlik işi açılmış və İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir.

13. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, mərhum X13 aid Pirşağı bağ massivi 555 b bağ sahəsi BTK-218 baxış keçirilmiş, göstərilən sahə hasar daxilindədir. Ümumi sahəsi 2534.0 kv.m təşkil edir. Vətəndaş əlavə istifadədə olan sahəyə sənədlərinin olmadığını bildirdi. Ümumi sahədə 1 ədəd 2 mərtəbəli ev, 1 ədəd 1 mərtəbəli ev, köməkçi və həyət tikililəri, yarımçıq tikili var. Faktiki sahə 1200 kv.m təşkil edir.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İddia mümkündür.

İİ. Məhkəmənin mövqeyi

20. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X12 bağlar sahəsinin 218 saylı kooperativinin 13 nömrəli orderinə əsasən kooperativin nəznində olan 0.12 hektar torpaq sahəsində yerləşən 555 В nömrəli bağ sahəsi xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən mərhum X13 ayrılmışdır. X18 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanlanmış məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

21. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

24. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

25. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

26. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

27. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

29. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

32. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

33. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcrayə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Bağlar təsərrüfatının inkişafı və X12 bağlar sahəsinin 218 saylı BTK nəznində olan 0.12 hektar torpaq sahəsində olan 555 В nömrəli bağ X13 ayrılmışdır.

34. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, qeyd olunan ərazi sxematik xəritəyə əsasən 530 və 540 nömrəsi ilə başlayan bağların indekslərinin ərazisinə uyğun gəlir, orderdə hüquq sahibinin ata adı fərqli (Qasım) qeyd edilmişdir, həmçinin idarənin arxivində eyni Bağ-Tikinti Kooperativi nəzdində “555b” saylı bağın digər şəxsə (X8) verilməsinə dair orderin mövcud olduğu müəyyən edilmişdir.

35. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

36. Belə ki, məhkəmə tərəfindən Bakı şəhər İcrayə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Bağlar təsərrüfatının inkişafı və X12 bağlar sahəsinin 218 saylı BTK-nın siyahısı sorğu edilərək tərəflərin iştirakı ilə tədqiq olunmuş və surəti iş materiallarına əlavə edilmişdir. Müəyyən edilmişdir ki, həmin BTK üzrə X13 0,12 ha torpaq sahəsi ayrılmış, 218 nömrəli BTK-nın üzvlərinin siyahısında 13-cü sırada X11 adı qeyd olunmuşdur. Bakı şəhər İcrayə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarı ilə X13 218 nömrəli BTK nəzdində 0,12 ha sahəli 555B nömrəli bağ sahəsinin ayrılması barədə iddiaçıya 01 mart 1991-ci il tarixli order verilmişdir.

37. X13 ayrılmış orderdə hüquq sahibinin ata adı fərqli (Qasım) qeyd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, orderin tərtibatı zamanı texniki səhv olmuşdur.

38. Bağ-Tikinti Kooperativi nəzdində “555b” saylı bağın digər şəxsə (X8) verilməsinə dair orderin mövcud olması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxsin 218 nömrli BTK-nın üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Həmçinin cavabdeh qurum tərəfindən həmin şəxsin müəyyən edilməsinə dair hər hansı məlumat təqdim edilməmişdir.

39. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “555b” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

40. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

41. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

42. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina əsassız olmuşdur.

43. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsi olan 555b saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X13 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar