Məhkəmə qərarları › İş №2-1(112)-1587/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1587/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1587/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 01 sentyabr 2020-ci ildən təyin edilməsi və xx.xx.2020-ci ildən məhkəmə qərarı icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik mənə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx xxxxxxxx 1963-cü ildə Lənkəran rayonunda anadan olmuş, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək olan müddətdə “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda “mexaniki sexdə ikinci dərəcəli tornaçı, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək olan müddətdə 20 nömrəli Texniki Peşə Məktəbində “tornaçı” ixtisası üzrə peşə təhsili almışdır. xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək olan müddətdə “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda gövdə qaynaq sexinə birinci dərəcəli fəhlə, xx.xx.1984-cü ildən xx.xx.2004-cü ilədək “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda gövdə qaynaq sexində gəmi gövdə təmirçisi işləmiş, xx.xx.2013-cü ildə başqa təşkilata işə qəbul olunduğuna görə işdən azad edilmişdir. xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək olan müddətdə “X4 LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyində quraşdırıcı, xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilədək “X4 LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyində iş icraçısı işləmişdir. İşlədyi işlərin əksəriyyəti güzəştli siyahıda qeyd edilmişdir. Ümumlikdə 19 il 11 ay 10 gün güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. Yuxarıda göstərilən peşə AR NK-nin 23 yanvar 12 N-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci bölməsinin 11.6-nın “a” bəndinə əsasən güzəştli şərtlə pensiya çıxmaq hüququ verir. xx.xx.1984-cü ildən xx.xx.2004-cü ilə qədər gəmi gövdə təmirçisi kimi iş stajı 19 il, 11 ay, 10 gün təşkil edir. Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC “Bibiheybət" Gəmi təmiri zavodu tərəfindən verilmiş güzəştli arayışda da göstərilir. Əmək kitabçasından da görünür ki, hələ xx.xx.2006-ci ildədək olan müddətdə onun 19 il 11 ay 10 gün güzəştli, 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, iddiaçı 57 yaşının tamam olduğu 01 sentyabr 2020-ci ildən əmək pensiyası təyin edilməli idi. Həmçinin qeyd edir ki, iddiaçı birinci Qarabağ Müharibəsi veteranıdır. Bununla bağlı məcburiyyət qarşısında qalıb, sənədlərini notarial qaydada tərcümə və təsdiq elətdirməklə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli ərizələrlə və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmişdir. xx.xx.2020-ci il tarixli ərizəsinə cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hü ququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. xx.xx.2020-ci il tarixli ərizəsinə cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş ''Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə" Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Mərkəzi Filiala xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığınız müddətin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Mərkəzi Filiala yuxarıda qeyd olunan müvafiq arayış təqdim edildikdən sonra baxıla bilər. xx.xx.2021-ci il tarixli növbəti ərizəsinə cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 2 ay 15 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-18.1 1.2003-cü il, xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin qeyd edir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, sizin 1980-1981ci illərdə təhsil aldığınız 20 nömrəli Texniki Peşə Məktəbinin arxiv sənədləri hal-hazırda həmin məktəb fəaliyyət göstərmədiyi üçün 15 nömrəli Bakı Peşə Liseyinə təhvil verilmişdir. Lakin sözügedən arxiv sənədləri arasında sizin təhsil aldığınız dövrə aid məlumatlar mövcud olmadığına görə müraciətinizi təmin etmək mümkün deyil. Peşə Təhsili üzrə Dövlət Agentliyinə növbəti müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, müraciətinizdə qeyd etdiyiniz 20 nömrəli Texniki Peşə Məktəbinin sənədlərində təhsil almağınızla bağlı qeydlər olmadığı üçün müraciətinizi təmin etmək mümkün deyil. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, iddiaçının pensiya və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən baxılaraq, 17.9.2021-ci il tarixli **********0 nömrəli məktubla ərizəçiyə imtina cavab verilmişdir. Həmin məktuba əsasən ərizəçinin xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajının mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququnun təyin edilməsi üçün iki sərt ödənilməlidir: 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il olması; 1 yanvar 2006cı il tarixinədək güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, İddiaçı tərəfindən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 15 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981 xx.xx.1983-cü il, xx.xx.1983-18.11,2003-cü il, xx.xx.2003-31,12.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. X3 təqdim edilən A №752796 nömrəli diploma əsasən İddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə Azərbaycan SSRİ Bakı şəhəri 20 nömrəli Texniki Peşə Məktəbində “tornaçı” peşəsi üzrə təhsil almışdır. Lakin İddiaçı tərəfindən Mərkəzi filiala təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən 20 nömrəli Texniki Peşə Məktəbinin arxiv sənədləri arasında iddiaçının təhsil aldığı dövrə aid məlumatların mövcud olmadığı qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qavdası”nın 4.4-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən müəyyən edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - xx.xx.1963-cü il təvəllüdlü İddiaçı AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli imtina məktubu; - iddiaçıya məxsus A 752796 nömrəli Diplomun notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; - iddiaçıya məxsus HЗ ******* nömrəli Hərbi biletin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; - İddiaçıa məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabşasının notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; - Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubu; - "xxxx" QSC X6 Donanmasının xx.xx.2020-ci il tarixli Arxiv Arayışının və xx.xx.2020-ci il tarixli Arayışının surəti; - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Bibiheybət” Gəmi Təmiri zavodunun xx.xx.2020-ci il tarixli Arxiv arayışının və Güzəştli Arayışın surəti; - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Bibiheybət” Gəmi Təmiri zavodu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş arayış; - cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarının surəti; - Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1 alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməsi tələb olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 15 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin, sonradan məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz ərizəsində imtinanın dəlilləri təkrarlanmış, həmçinin bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən diploma əsasən İddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə Azərbaycan SSRİ Bakı şəhəri 20 nömrəli Texniki Peşə Məktəbində “tornaçı” peşəsi üzrə təhsil almışdır. Lakin, İddiaçı tərəfindən Mərkəzi filiala təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur: Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı;

2. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı;

3. 57 yaşı tamam olmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 57 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi. Məhkəmə qeyd edir ki, 12 il 6 aydan çox xüsusi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır və iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işdə olan sənədlərlə də sübuta yetirilir. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Bibiheybət” Gəmi Təmiri zavodu tərəfindən verilmiş və inzibati icraat materiallarına əlavə edilmiş Arxiv və Güzəştli Arayışlarla təsdiq olunur. Həmçinin, "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla göndərilmiş şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, Abdullayev X1” Gəmi Təmiri zavodunda xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək gəmi gövdə təmirçisi peşəsində işləmiş və işlədiyi vəzifə üzrə onun iş stajı 19 il 10 ay 18 gün təşkil etmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: gəmi gövdəsinin mürəkkəb hissə və detallarının nişanlanması və açılmasının qurulması. Gəmi gövdəsinin seksiyalarının təmir edilməsi, əsas güc qurğularının təmiri, yığılması və quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın 11.6-cı bəndində “a” yarımbəndindəki vəzifə koduna müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının XİV bölməsinin 3-cü yarımbölməsi, 2150300a kodu ilə təsdiq olunmuş Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri: a) fəhlələr peşəsi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Bibiheybət” Gəmi Təmiri zavodunda mövcud ştat cədvəlində olan gəmi gövdə təmirçisi peşəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirməsə də, qeyd edilməlidir ki, işin araşdırılmış hallarına görə, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq müddətdən artıqdır. İş materiallarında olan güzəştli arayışda iddiaçının icra etdiyi işin xarakteri, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyi tam və hərtərəfli qeyd edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşə göstərilmişdir. Beləliklə də iddiaçı xx.xx.2006cı il tarixinədək 12 il 6 aydan artıq güzəştli iş stajı olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 2 ay 15 gün) az olmasıdır. Cavabdeh orqanın imtina dəlili ondan ibarətdir ki, iddiaçının 25 ildən az (24 il 2 ay 15 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) ümumi iş stajına malik olduğunu bildirir. Hər bir halda cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının iş stajının hesablamalarından görünür ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.2006-cı il tarixədək qeyd edilmiş iş stajları, o cümlədən xx.xx.1981-xx.xx.1981-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınsa da, iddiaçının təhsil dövrü nəzərə alınmamışdır. Cavabdeh inzibati orqan təhsil dövrünün nəzərə alınmamasını onunla əsalandırmışdır ki, Mərkəzi filiala təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSRİ Bakı şəhəri 20 nömrəli Texniki məktəbini “Tornaçı” peşəsi üzrə texniki peşə məktəbin tam kursunu bitirməsi iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus A 752796 nömrəli Diplomun notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının təhsil aldığı 20 nömrəli Texniki Peşə Məktəbinin hazırda fəaliyyət göstərməməsi, həmin məktəbin arxiv sənədlərinin peşə təhsili müəssisələrində olmaması iddiaçının təqsiri hesab edilə bilməz. İş materiallarında olan iddiaçıya məxsus A 752796 nömrəli Diplomun notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSRİ Bakı şəhəri 20 nömrəli Texniki məktəbini “Tornaçı” peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İş materiallarından görünür ki, məhkəmənin “1980-1981-ci illər üzrə 20 nömrəli Texniki Peşə Məktəbinin arxiv sənədlərinin hara təhvil verilməsi, Elm və Təhsil Nazirliyinə təhvil verilibsə İddiaçı aid bütün sənədlərin təqdim edilməsi” məzmunlu sorğusuna Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla 20 nömrəli Texniki Peşə Məktəbinin arxiv sənədləri peşə təhsili müəssisələrində olmadığı üçün müraciətin təmin edilməsi imkan xaricində olduğu bildirilmişdir. Daha sonra məhkəmənin “1980-1981-ci tədris ili üzrə Azərbaycan SSR Bakı şəhəri 20 nömrəli Texniki Peşə Məktəbində əyani və qiyabi təhsil alanlar üçün tədrisin başlandığı tarix (ay, gün) barədə məlumatın təqdim edilməsi” məzmunlu sorğusuna Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla eyni məzmunlu, yəni 20 nömrəli Texniki Peşə Məktəbinin 1980-1981-ci illərə dair arxiv sənədləri peşə təhsili müəssisələrində olmadığı üçün müraciətin təmin edilməsi imkan xaricində olması bildirilmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə icraatı zamanı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSRİ Bakı şəhəri 20 nömrəli Texniki məktəbini “Tornaçı” peşəsi üzrə əyani formada təhsil alaraq tam kursu bitirərək müvafiq Diplom aldığını bildirmiş, cavabdeh inzibati orqan isə bunun əksini sübut edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən təhsil dövrünün iddiaçının iş stajına hesablanmaması üçün hər hansı sübut təqdim etməməsini, həmçinin təhsil müəssisəsinin arxiv sənədlərinin mövcud olmaması iddiaçının təqsiri hesab edilmədiyini nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının iş stajına hesablanmalıdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006-cı il tarixinədək 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi (güzəştli) stajı tam olaraq tamamlanmışdır. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2006-cı ilədək iddaçının 25 il ümumi stajı, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtina və etirazında göstərilən dəlilləri əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar