Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-159/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Firmasının Cavabdehnə (3-cü şəxs "xxxx" MMC) qarşı “sərəncamın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı firması cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-879/2020 saylı iş üzrə 19 mart 2020-ci il tarixli qərardadı ilə İddiaçı firmasının cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-879/2020 saylı iş üzrə 19 mart 2020-ci il tarixli qərardadı Qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1180/2020 saylı 09 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin 19 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1180/2020 saylı 9 iyun 2020-ci il tarixli qərardadından narazı qalan cavabdeh və 3-cü şəxs kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1725/2020 saylı iş üzrə 23 mart 2020-ci il tarixli Qərarı ilə kasasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1180/2020 saylı 09 iyun 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarında hüquqi mövqeyindən biri də o olmuşdur ki, iddianın növü mübahisələndirmə barədə iddia olmaqla, 30 sentyabr 2016-cı il tarixli sərəncamının iddiaçıya təqdim edilməsi barədə işdə hər hansı sübut olmaması əsası ilə iddiaçı tərəfindən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti buraxılmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə müvafiq olaraq, məhkəmə tərəfidən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1180/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərardadında göstərilən hüquqi mövqeyi nəzərə alaraq, iddianın mümkünlük şərtlərinə cavab verdiyini müəyyən etmişdir. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra bir sıra qanunamüvafiq prosessual hərəkətlər edilərk şifahi məhkəmə baxışı iclası 10 fevral 2022-ci il tarixə təyin edilmişdir. 03 fevral 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 fevral 2022-ci il tarixli Qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında İddiaçı firmasının xüsusi mülkiyyətində 130 kv.m (0,013 ha) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 11 mart 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 613 nömrəli reyestr kitabının 52031 vərəqində qeydiyyata alınmaqla iddiaçıya ******* nömrəli çıxarış və 051988 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. İddiaçı həmin torpaq sahəsində təyinatı üzrə fəaliyyət göstərməsi ilə əlaqədar inzibati bina inşa etmək niyyətindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi üzrə 051988 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən torpaq sahəsinin kadastr göstəriciləri, yəni torpaq sahəsinin əsas döngə nöqtəsinin koordinatları və qonşu sərhədləri müəyyən edilmişdir. Lakin buna baxmayaraq cavabdeh Bakı Şəhəri Cavabdeh Başçısı 182 saylı 30 sentyabr 2016-cı il tarixli sərəncamı ilə qanunsuz olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsini yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Cavabdehin həmin qanunsuz sərəncamı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya olan məxsus torpaq sahəsinin bir hissəsi qanunsuz zəbt edilərək orada tikinti işlərinin aparılması başlanılmışdır. Həmin Cəmiyyət tərəfindən iddiaçının torpaq sahəsindəki 3 çoxillik ağac da kəsilərək iddiaçının mülkiyyətindəki torpaq sahəsinə daxil olması və orada inşaat işlərinə başlanması qəsdən məhdudlaşdırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi Bakı Şəhəri Cavabdeh tərəfindən ona verilmişdir. Cavabdeh qanunsuz olaraq 182 saylı 30 sentyabr 2016-cı il tarixli sərəncamı verməklə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Üçüncü şəxs iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə cavabdehin “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncamı ilə Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri- yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi üçüncü şəxsə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması üçüncü şəxsə həvalə edilmişdir və Cəmiyyət bu sərəncamla ona verilmiş 0,65 ha torpaq sahəsində yaşayan sakinlərlə razılıq əldə edərək ərazidə tikinti işlərinə başlamış, artıq yeni binanın tikintisini başa çatdırmışdır. İddiaçı tərəfindən həmin sərəncamın ləğv olunması ilə bağlı inzibati orqana hər hansı müraciət olmamışdır. İddiaçının 4 ilə yaxın vaxt keçdikdən sonra 30 sentyabr 2016-cı il tarixli sərəncamın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi isə qanunun tələbləri ilə ziddiyyət təşkil edir. İddiaçı ona məxsus torpaq sahəsinin Cəmiyyət tərəfindən qanunsuz olaraq zəbt edilib orada tikinti işləri aparıldığını göstərmişdir. Halbuki onun torpaq sahəsinə müdaxilə uydurmadır, iddiaçı tərəfindən həmin hallara dair hər hansı sübut göstərilməmişdir. Cəmiyyət Cavabdeh tərəfindən ona müvafiq sərəncam əsasında ayrılmış torpaq sahəsində lazımi qaydada icazələr almaqla tikinti aparır, iddiaçıya məxsus torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır və aparmır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə 3-cü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 iyun 1994-cü il tarixli 892 №li “torpaq sahəsinin ayrılması haqqında” sərəncamdan görünür ki, Cavabdeh 03 may 1994-cü il tarixli 0110/708 №li məktubunu nəzərə alaraq, Nəsimi rayonu. S.Rüstəmov küçəsi ilə S.Zeynalov küçəsinin kəsişdiyi ərazidə 974-cü məhəllədə İddiaçı kiçik müəssisəsinə nizamnamə fəaliyyətinə uyğun olaraq torpaq sahəsi ayrılmışdır. -Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 16 oktyabr 1995-ci il tarixli 1358 №li “sərəncamda ünvanın dəyişməsi haqqında” sərəncamdan görünür ki, Cavabdeh 03 may 1994-cü il tarixli 0110/708 №li məktubunu nəzərə alaraq, Nəsimi rayonu. S.Rüstəmov küçəsi ilə Mir Qasımov küçəsinin kəsişdiyi ərazidə 974-cü məhəllədə İddiaçı kiçik müəssisəsinə nizamnamə fəaliyyətinə uyğun olaraq torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilən 09 mart 2016-cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsünə” dair sənəddən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0,013 hektardır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilən “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ********** qeydiyyat nömrəli, 11 mart 206-cı il tarili Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,013 hektar sahədən ibarət torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı firmasına məxsusdur. - Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncamından görünür ki, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış 02 iyun 2016-cı il tarixli 02/05-806 №li Şəhərsalma Əsaslandırılması barədə məktuba əsaslanaraq, Ak.Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri- yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması "xxxx" MMC-nə həvalə edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016cı il tarixli sərəncamının ləğv edilməsini tələb edir. İddiaçı öz tələbini Bakı Şəhəri Cavabdeh Başçısının 182 saylı 30 sentyabr 2016-cı il tarixli sərəncamının qanunsuz olduğunu, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə verildiyini iddia etməklə, "xxxx" MMC tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin qanunsuz zəbt edildiyini iddia edərək əsaslandırmağa çalışır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir). Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Torpaq Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq torpaq sahəsinin yer quruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. İddiaçı tərəfindən qeyd olunan dəlillərin araşdırılması məqsədilə məhkəmə araşdırması zamanı İddiaçı firmasının cavabdeh "xxxx" MMC-nə qarşı “torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətə gətirilməsi və ziyanın ödənilməsi” tələbinə dair iş mülki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli Qətnaməsinin qanuni qüvvəyə minib-minməməsi barədə sorğu Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, qeyd olunan iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-2(103)- 813/2019 saylı qərardadı ilə dayandırılmışdır. Məhkəmə araşdırması zamanı Bakı şəhər Cavabdeh Başçısının 30.09.2016-ci il tarixli, 182 saylı sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 0,65 ha torpaq sahəsinin ayrıc aktının təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhəri Cavabdehndən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş istifadəyə verilən torpaq sahəsinin ayrıc aktının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh başçısının 30 sentyabr 2016-cı il tarixli 182 №li Sərəncamı ilə Ak.Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən 0,65 ha torpaq sahəsi cizgidə göstərilən sərhədlər daxilində yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi üçün”"xxxx" MMC-nə ayrılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin 2-2(103)-813/2019 saylı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyul 2018-ci il tarixli ekspert rəyinin surətinin Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi Bakı Apellyasiya Məhkəməsindən xahiş edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyul 2018-ci il tarixli ekspert rəyindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 65/2018 saylı, 14.03.2018-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında “Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,013 hektar torpaq sahəsi sərhədləri daxilində "xxxx" MMC tərəfindən tikintinin aparlıb-aparılmamasının müəyyən edilməsi, əgər "xxxx" MMC tərəfindən İddiaçı Firmasının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,013 hektar torpaq sərhədləri daxilində "xxxx" MMC tərəfindən tikinti aparılmayıbsa İddiaçı Firmasının mülkiyyətində olan torpaq sahəsi üzrə kadastr göstəriciləri, yəni torpaq sahəsinin əsas döngə nöqtəsinin koordinatları və qonşu sərhədləri nəzərə alınmaqla, "xxxx" MMC-nin torpaq sahəsi üzrə ara məsafəsinin müəyyən ediməsi barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyul 2018-ci il tarixli, 8869 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 17 iyul 2018-cı ıl tarixli **********79 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlara əsasən reyestr nömrəsi **********20) "Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0.013 hektar torpaq sahəsinin sərhədləri və "Rifah Plaza’’ MMC tərəfindən inşa edilən yüksək mərtəbəli binanın koordinatları naturada (yüksək mərtəbəli binanın sütunundan) müəyyən edilmiş və "xxxx" MMC tərəfindən inşa edilən yüksək mərtəbəli bina ilə Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin ara məsafəsi şimaldan 1,65 metr, cənubdan 2,7 metr olmaqla, "Rifah Plaza MMC tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın koordinatlarının Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin ara məsafəsi şimaldan 1,65 metr, cənubdan 2,7 metr olmaqla, "xxxx" MMC tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın kordinatlarının İddiaçı Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin kordinatları ilə ust-üstə düşmədiyi müəyyən olunmuşdur. Hazırkı iddia ilə inzibati aktın ləğv edilməsinə dair iddia tələbi irəli sürüldüyündən məhkəmə həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisələndirilən sərəncamın məzmunundan görünür ki, bu sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Qərarının 1.1-ci bəndinin tələbinə əsasənmülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi rəhbər tutularaq verilmişdir. Görndüyü kimi, mübahisələndirilən sərəncamın 4-cü bəndində yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi məqsədilə torpaq sahəsinin hüquqi şəxsin icarəsinə verilməsi nəzərdə tutulmuşdur. Müvafiq torpaq sahəsinin ayrılması proseduru isə Torpaq Məcəlləsinin yuxarıda istinad olunan normalarının tələblərinə uyğun aparılmışdır ki, bu da məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın qanunun tələblərinə uyğun qəbul olunduğu kimi qiymətləndirilidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Cavabdeh 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq normativ hüquqi aktların icrasının təmin edilməsi zərurətindən qəbul edilmiş inzibati aktdır və bu akt mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi barədə olmaqla qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulduğu, ona məxsus olan ərazinin bir hissəsində "Rifah Plaza’’ MMC tərəfindən zəbt olunaraq, yüksəkmərtəbəli binanın inşa edildiyi qeyd etsə də, lakin məhkəmə araşdırması zamanı 3-cü şəxs tərəfindən inşa edilən yüksək mərtəbəli binanın koordinatlarının Toğrul- B Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin kordinatları ilə ustüstə düşmədiyi müəyyən olunmuşdur. Bu halın əksini təsdiq edən əsaslı sübutlar iddiaçı tərəfindən nə məhkəməyə, nə də inzibati orqana təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, “İnzibati icraat haqqında” Azırbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər, 67.8-ci maddəsinə əsasən isə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə ləğv olunması tələb olunan Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının iddiaçının maraqlarına toxunduğu qeyd olunsa da, lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sözügedən inzibati aktın ləğv edilməsi üçün sübutlar təqdim edilməmiş, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyi müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, sözügedən sərəncamın ləğv edilməsi üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-69-cu maddələrinə, nə də digər qanunvericilik aktlarına istinadən əsas olmadığından, iddia rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-159/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-159/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver