Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1590/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 vəfatı ilə əlaqədar ona təyin olunmuş pensiyanın yenidən hesablanması, həmin pensiyanın ödənilməmiş qalan hissəsinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və mərhum həyat yoldaşı X1 vəfatı ilə əlaqədar ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla toplanmış 21794,4 manat pensiya kapitalının 72 aya bölünməklə yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ona təyin edilmiş əmək pensiyanı almaq hüququndan istifadə etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən ona təyin edilmiş pensiya məbləği hər il yenidən hesablanmalı olduğu, eyni zamanda 2023-cü il tarixdə həmin qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən pensiya məbləğinə əlavələr edilməli olduğu halda hüquqları tam təmin edilməmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz Filialına ərizə ilə müraciət etsə də, həmin müraciətə 4 ay sonra, 2023-cü ilin aprel ayında cavab ala bilmişdir. Lakin həmin cavab da dolğun və qaneedici olmadığından tərəfindən təkrar müraciətlər olunmuş, cavabdeh sonuncu cavabında mərhum həyal yoldaşı X2 pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi (pensiya təyin edildikdən sonra 6 il (72 ay) əmək stajı) topladığı pensiya sığorta kapitalının ona ailə başçısını itirməyə görə pensiya təyin edilərkən nəzərə alındığını bildirmişdir. Eyni zamanda qeyd edilir ki, xx.xx.2022-xx.xx.2022- arasındakı dövr üzrə hər ay 715,26 manat, xx.xx.2023-xx.xx.2023 tarixlər arasındakı dövr üzrə isə hər ay 820.40 az ödənilmişdir. Məktubda qeyd edilənlərə əsasən 820.40 manatın tərkibinə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4 maddəsinə əsasən müəyyən edilən əlavə 74.58 manat da daxildir. Lakin ona təyin edilmiş pensiya məbləği (2020-ci ildən etibarən) düzgün hesablanmamışdır, Qanunun 20.14, 20.15; 31-32; 37-ci maddələrin tələbləri təmin edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və göstərmişdir ki, işin faktiki hallarından məlum olur ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2010-cu il tarixdə yaranmış və həmin tarixdən iddiaçıya pensiyanın ödənişi yata keçirilmişdir. İddiaçı 037015 nömrəli pensiya işinə əlavə edilmiş AZ-İİ 063975 mrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan məlumatlara əsasən iddiaçının həyat yoİdaşı X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar olaraq ərizəçi İddiaçı müraciəti əsasında ona Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixdən hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu zaman pensiya təyinatının aparılması üçün hüquqi əsas qismində "Əmək pensiyaları haqqında" Qanunun 20.17-ci maddəsinə istinad edilmişdir. Mərhum Z.Qaralovun təminat xərcliyi 812,80 manat təşkil etdiyindən, qeyd edilən maddələrə uyğun olaraq, Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarı ilə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası ilkin təyinat zamanı həmin təminat xərcliyinin 80%-i miqdarında, yəni 650,24 manat məbləğində təyin edilmişdir. 'Əmək pensiyaları haqqında" Qanunun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını tirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Mərkəzi Filialın xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarında da qeyd olunduğu kimi Z.Qaralovun vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Belə ki, xx.xx.2020-ci il tarixinə mərhum Z.Qaralovun əmək pensiyasının sığorta hissəsinin məbləği 232,19 manat müəyyən olunmuşdur. Onun vəfat etdiyi tarixədək işlədiyi dövrlərdə topladığı sığorta kapitalı xx.xx.2020-ci il tarixinə indeksləşdirilməklə 21794,40 manat təşkil etmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 18.2-ci maddəsinə əsasən 21794,40 manat sığorta kapitalı 144 aya bölünərək 151,35 manat müəyyən edilmişdir. Nəticədə xx.xx.2020-ci il tarixinə İddiaçı əmək pensiyası sığorta hissəsi 383,54 (232,19+151,35) manat təşkil etmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 01.01 2022-ci il tarixinə 2021-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım empinə uyğun olaraq xx.xx.2022-ci il tarixədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində xx.xx.2022-ci il tarixədək qeydə alınmış oensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinin həyata keçirilməsi müəyyən olunmuşdur. Buna uyğun olaraq, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunmuşdur. Nəticədə, 650,24 manat məbləğində təyin edilmiş ilkin pensiyanın məbləği 10 faiz həddində artırılmış və İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə hər ay 715,26 manat pensiya ödənişi həyata keçirilmişdir. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə isə İddiaçı hər ay ödənilən pensiya məbləği 820,40 manat təşkil etmişdir. Bu zaman pensiyanın yenidən hesablanmasının hüquqi əsası qismində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-cı maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə uyğun olaraq İddiaçı təyin edilmiş pensiya məbləği xx.xx.2023-cü il tarixdən artırılaraq 820,40 manata çatdırılmışdır. Həmin maddənin xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd edilən maddəyə dəyişiklik edilməsi Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 29-cu maddəsinə əsasən indeksləşmə həyata keçirilmiş, həmçinin həmin Qanunun eyni tarixdən qüvvədə olan və qanunvericiliyə yeni əlavə edilmiş 26.4-cü maddəsinə əsasən hazırkı pensiya məbləğinin tərkibinə həm də 74,58 manat məbləğində maddi yardım daxil edilmişdir. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi yenidən hesablanma ilə bağlı tələbi təmin olunmuşdur. Həmçinin, iddia tələbində də qeyd olunduğu kimi pensiyanın yenidən hesablanması zamanı 2023-cü il tarixdən qüvvədə olan dəyişikliklər də nəzərə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24193 nömrəli Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqindən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü baş leytenant X1 təqvim illəri üzrə stajı 26 il 8 ay 19 gün, güzəştli xidmət illəri 3 il 9 ay 4 gün olmaqla cəmi iş stajı və xidmət illəri 30 il 5 ay 23 gün müəyyən edilmiş, Z.Qaralov xx.xx.1996-ci il tarixdə xidmətdən öz xahişi ilə tərxis olunmuş, dur. İddiaçının təminat xərcliyi - vəzifə maaşı 70.20 manat, rütbə maaşı 36.00 manat, ona xx.xx.1996-cı il tarixdən 135,35 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan sığortaolunan haqqında məlumat cədvəlindən görünür ki, X2 dair yanvar 2006-mart 2018-ci illər dövrü üzrə 15993,37 manat pensiya kapitalı hesablanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-ci ildə ürəyin ateroskierotik xəstəliyi səbəbi ilə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 220№ ilə qeyd edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********2 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinə əsasən pensiyanın 650,24 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, mərhum həyat yoldaşına əmək pensiyası təyin edildikdən sonra işlədiyi dövrə görə DSMFyə ayrımlar hesabına təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiyanın artırılmasını xahiş etmişdir. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-5745/2023 nömrəli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş iddiaçının həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 306.77 manat, qulluq stajına görə əlavənin məbləği 439.06 manat, maddi yardım 74.58 manat olmaqla, cəmi pensiya məbləği 820.41 manat olmuş, iddiaçının müraciəti əsasında mərhum Z.Qaralovun toplanmış istifadə olunmamış pensiya kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablanmış, sığorta hissəsi 506.73 manata artırılmış, bu zaman qulluq stajına görə əlavənin məbləği sığorta hissəsinin artırıldığı qədər azaldılmış, 239.10manata endirilmiş, nəticədə xx.xx.2023-cü il tarixdən pensiyanın məbləği 820.41 manat müəyyən edilməklə əvvəlki məbləği ilə eyni olmuşdur. İddiaçı hazırda bu hesablama ilə razılaşmayaraq, həmin qərarın ləğv olunmasını və toplanmış pensiya kapitalının 72-yə bölünməklə əmək pensiyasının sığorta hissəsinə əlavə edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) ƏPQ-nin 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Göründüyü kimi, qanunverici vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınmasını birmənalı təsbit etmişdir. Həmçinin ƏPQ-nin 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə görə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə vəfat etmiş Z.Qaralovun pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olması, vəfat etdiyi tarixə onun toplanmış istifadə edilməmiş pensiya kapitalı olması iş materialları ilə tam təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin edərkən vəfat etmiş ailə başçısının istifadə olunmamış pensiya kapitalını nəzərə almaqla ona ailə başçısını itirməyə görə pensiya təyin etməli idi. Lakin işdən görünür ki, cavabdeh həmin məbləği iddiaçıya ödənilən pensiyanın sığorta hissəsinə əlavə etsə də, əsassız olaraq iddiaçıya ödənilən qulluq illərinə əlavəni həmin məbləğ qədər azaltmış, yəni iddiaçının vəziyyətində yaxşılaşma baş verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı torplanmış və istifadə olunmamış pensiya kapitalı əsasında ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. İddiaçı həmçinin toplanmış məbləğin 72-yə bölünməsini xahiş edir ki, bununla bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə görə həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçı ƏPQ-nin 37.3.1-ci maddəsinə istinad edərək gözlənilən pensiya ödənişi müddətinin yenidən hesablama zamanı 72 olmasını bildirsə də, məhkəmə hesab edir ki, həmin maddə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Buna görə də məhkəmə hesab edir ki iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-5745/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı X1 vəfatı ilə əlaqədar təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının X1 toplanmış istifadə olunmamış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1590/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1590/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver