Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1591/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "Prezident təqaüdünün əvvəlki illərə görə ödənilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "Prezident təqaüdünün əvvəlki illərə görə ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə nəzərdə tutulan Azərbaycan Respublikası Prezidenti təqaüdünün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və hüquqi yardım üçün ödədiyi 100 manat pul məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə nəzərdə tutulan Azərbaycan Respublikası Prezidenti təqaüdünün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci dərəcə əlillik qrupu təyin edilmişdir. xx.xx.2021-ci ildə əlillik müddətinin bitməsi ilə dayandırılmış, xx.xx.2022-ci ildə isə əlilliyin uzadılmasından imtina edilmişdir. İddiaçıya yalnız xx.xx.2014-cü il tarixdən 2-ci dərəcəli əlilliyə görə (müharibə əlili kimi) Prezident təqaüdü ödənilməyə başlanmışdır. Hesab edir ki, həmin təqaüd ona xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün ödənilməlidir. Bununla baglı iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin müraciətinə xx.xx.2023-cü il tarixli məktubla mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2014cü il tarixdən əvvəlki dövrlər üzrə əlilliyi haqqında məlumat olmadığı üçün imtina cavabı verilmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona xx.xx.2014-cu il tarixdə müddətsiz İİ qrup əlillik təyin edilmiş hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikası Prezident təqaüdünün 2008-2019-cu ili əhatə edən dövr üzrə hesablanaraq ödənilməsini tələb etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-132205/2023 nömrəli imtina məktubu ilə ərizədə qeyd edilən dövrlər üzrə sözügedən təqaüdün keçmiş dövlər üzrə ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixindən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. Qanunun 11.2.2-ci maddəsinə əsasən, hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verdikdə isə həmin hərbi qulluqçular müharibə əlili hesab olunmur. “Əlillərin hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin təqaüd almaq hüququnu onların əlillik statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Əlillik statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər; ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, belə mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2014cü il tarixindən hərbi xidmət vəzifələrini (xidməti vəzifələh) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən olunmuş və müvafiq olaraq ona həmin tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən əlillik müdətinin bitməsi ilə əlaqədar Prezident təqaüdünün ödənişi dayandırılmışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin 09 iyun 2023-cü il tarixli 3-17-1/2-Ş-132205/2023 nömrəli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2014-cü il tarixindən əvvəlki dövrlər üzrə əlilliyi haqqında məlumat olmadığı üçün İddiaçı Prezident təqaüdünün ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikaının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-Ş-13616/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə əlilliyə görə 350 (üç yüz əlli) manat məbləğində Prezident təqaüdü almışdır. Dayandırılma tarixi: xx.xx.2021-ci il qeyd olunmuşdur. - Azərbaycan Respublikaının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-112-Ş-7763/2023 nömrəli arayışından və pensiya işindən görünür ki, iddiaçıya 22 iyul 2008-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib və xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün ödənilib. Əlillik dərəcəsinin etibarlılıq müddətinin 15 may 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 1 iyun 2021-ci il tarixindən dayandırılıb. -İş materiallarına əlavə edilmiş tibbi sosial ekspert komissiyasının müayinə aktlarından çıxarışların surətlərindən görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən hərbi xidmət vəzifəsini yerinə yetiməklə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, sonrakı illər ərzində eyni müddətə uzadılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. Həmin Qanunun 11.2.2-ci maddəsinə əsasən, hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verdikdə isə həmin hərbi qulluqçular müharibə əlili hesab olunmur. “Əlillərin hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. 3.1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxs müavinət, təqaüd və kompensasiya almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Quruma və ya Mərkəzə elektron qaydada və poçt vasitəsilə, habelə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edə bilər (1 nömrəli əlavə). 4.7. Tibbi-sosial ekspert komissiyaları əlilliyin müəyyən olunması barədə qərarı Quruma təqdim edirlər. İşin hallarına görə iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xx.xx.2008-ci tarixdə 2-ci dərəcə əlillik təyin edilmiş, eyni zamanda ona xx.xx.2014-cü il tarixdən “Müharibə əlilləri üçün Prezident təqaüdü” ödənilməyə başlanmışdır. İddiaçı ona xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün təqaüdün hesablanaraq ödənilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh müraciətinə imtina edərək göstərmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2014-cü il tarixdən əvvəlki dövrlər üzrə əlilliyi haqqında məlumat olmadığı üçün Prezident təqaüdünün ərizədə qeyd olunan dövrlər üzrə təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. Hazırkı işin mübahisəsiz hallarından məlum olduğu kimi xx.xx.2008-ci il tarixindən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilməsinə və iddiaçıya 22 iyul 2008-ci il tarixindən əlillik təyin edilməsinə baxmayaraq müvafiq qurum (tibbi-sosial ekspert komissiyası) sənədləri təqaüd təyin edən orqana göndərmədiyindən, iddiaçı da bu barədə müraciət etmədiyindən (yalnız xx.xx.2014-cü il tarixdə müraciət etmiş), iddiaçıya xx.xx.2008-ci il tarixindən təqaüd təyin edilməmişdir. Göründüyü kimi iddiaçıya 22 iyul 2008-ci il tarixindən əlillik təyin edilməsinə baxmayaraq müvafiq qurumun (tibbi-sosial ekspert komissiyası) sənədləri təqaüd təyin edən orqana göndərmədiyini iddiaçı mübahisələndirməmişdir. Belə olan halda isə iddiaçı xx.xx.2023-cü il tarixində cavabdeh orqana müraciət etdiyini iddia edərək cavabdehin hərəkətlərini mübahisələndirsə də, məhkəmə işdə olan sənədlərə əsaslanaraq hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona əvvəlki illər üzrə təqaüdün ödənilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Odur ki, iddiaçının iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əvvəlki illər üzrə təqaüdün ödənilməsi ilə bağlı arzuladığı hərəkətlərin cavabdeh tərəfindən edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu hərəkətlərin cavabdeh tərəfindən edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "Prezident təqaüdünün əvvəlki illərə görə ödənilməsi" barədə iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva