Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1592/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “sənədlərin göndərilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N №-li hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Bu barədə onun hərbi biletinin 7-ci səhifəsində qeyd edilmişdir. Qeyd hərbi hissənin qərargah rəisi mayor F.Əzizovun imzası və hərbi hissənin gerbli möhürü ilə təsdiqlənmişdir. Lakin onun adı N №-li hərbi hissədən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərilən müvafiq siyahıya salınmamışdır. xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə ərizə ilə cavabdehə və N №-li hərbi hissə komandirinə müraciət edərək ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının N №-li hərbi hissədən Müdafiə Nazirliyinə təqdim olunmuş müvafiq siyahıya əlavə olunması və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. N №-li hərbi hissədən ərizəsinə cavab olaraq verilmiş 332 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, hərbi hissənin sabiq hərbi qulluqçusu "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün müvafiq sənədlər Müdafiə Nazirliyi Hərbi X10 göndərilmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi müraciətini cavabsız və nəticəsiz qoymuşdur. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədləri Müdafiə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilməlidir. Belə ki, onun adı hərbi hissə üzrə döyüş əməliyyatlarına cəlb olunmuş şəxsi heyətin siyahısına daxil edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Müdafiə Nazirliyi 44 günlük Vətən Müharibəsi dövründə onun xidmət keçdiyi N №-li hərbi hissənin döyüş əməliyyatları aparılan ərazilərdə yerləşməməsini əsas gətirərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərimin Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir. İmtina əsassız və qanunsuzdur. Belə ki, Müdafiə Naziri tərəfindən “Vətən Müharibəsində iştirak etmiş şəxslərin siyahılarının hazırlanması üzrə komissiyanın yaradılması və həmin işin tənzimlənməsi haqqında” 480 №-li xx.xx.2021-ci il tarixli əmr verilmişdir. Həmin əmrin 2-ci bəndində bu əmrə əlavə olunan meyarlar nəzərə alınmaqla nümunələrə uyğun siyahıların 7 gün ərzində A3 formatlı kağızda çap olunmuş və elektron variantda Azərbaycan Respublikası Müdafiə Nazirinin adma təqdim olunmasının təmin edilməsi göstərilmişdir. Əmrə əlavə olunmuş meyarların 3-cü bəndində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi aviasiya, X17, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində xidmət keçmiş hərbi qulluqçulara (bu hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilərə daxil olmadan həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular nəzərdə tutulur). Xidmət keçdiyi N №-li hərbi hissə isə X17 Qoşunlarının hərbi hissəsidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi düyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvələr ehtiyata və istefaya buraxılmş, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəsi vermək səlahiyyətli olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. X8 iddia ərizəsində qeyd edir ki, 15 iyul 2020-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və 44 günlük Müharibəsində iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” üçün adının daxil edildiyi siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası İPM-in 73.3.1-ci maddəsinə əsasən inzibati orqan Müdafiə Nazirliyinin komissiyanın 28 iyul 2023-cü il tarixli protokoluna əsasən iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərməsindən imtina edilmişdir. Çünki iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə əsgər X2 döyüş əməliyyatları dövrdə iştirak etdiyi ərazi (Mingəçevir şəhəri olmuş) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının ərazi meyarlarına uyğun gəlmədiyinə görə 28 iyul 2023-cü il tarixli iclas protokoluna əsasən sənədlərin Nazirlər Kabinetinə göndərilməsi mümkün olmamışdır. Hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcüdluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi düyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvələr ehtiyata və istefaya buraxılmş, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəsi vermək səlahiyyətli olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. X8 iddia ərizəsində qeyd edir ki, 15 iyul 2020-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və 44 günlük Müharibəsində iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” üçün adının daxil edildiyi siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası İPM-nin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan Müdafiə Nazirliyinin komissiyanın 28 iyul 2023-cü il tarixli protokoluna əsasən iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərməsindən imtina edilmişdir. Çünki iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə əsgər X2 döyüş əməliyyatları dövrdə iştirak etdiyi ərazi (Mingəçevir şəhəri olmuş) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının ərazi meyalarına uyğun gəlmədiyinə görə 28 iyul 2023-cü il tarixli iclas protokoluna əsasən sənədlərin Nazirlər Kabinetinə göndərilməsi mümkün olmamışdır. Araşdırma zamanı müəyyən edilir ki, N nömrəli hərbi hissənin tərkibində xidmət edərək iddiaçı X8 N sentyabr 2020-ci ildən N noyabr 2020-ci il tarixədək düşmən tərəfindən mümkün hücüm olduqda aşağı hühdürlükdə hədəflərin məhv edilməsi, radiolokasiya qovşağının yerüstü mühafizəsinin təşkil etmiş və mühafizə etdiyi ərazi (post) Mingəçevirdə yerləşir. İddiaçı X8 bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə olmamış və döyüşlərdə iştirak etməmişdir. Hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcüdluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. SX seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli hərbi biletdən görünür ki, nizami xidmətə yararlı hesab edilərək hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissənin N saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, hərbi hissənin sabiq hərbi qulluqçusu X5 “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün müvafiq sənədlər Müdafiə Nazirliyi Hərbi X10 göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14/2199 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədi ilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 6243 saylı xx.xx.2023-cü il tarixli məktub ilə N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu X3 şəxsi heyətin siyahısına daxil olması, şəxsi heyətin siyahısından çıxması, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunması barədə arayış aidiyyəti üzrə təqdim edilmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş 42 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu X1 (xx.xx.2001) həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin “radiolokasiya qovşağının heyət nəfəri müşahidəçi” vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N №-li xx.xx.2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, X1 (radiolokasiya qovşağının zenit pulemyot manqasının heyət nəfərimüşahidəçi) qanunvericilikdə nəzərdə tutulmuş hərbi xidmət müddətini başa vurduğuna görə 05 yanvar 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, 30 yanvar 2022-ci il tarixdən isə pul təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumuna - Bakı şəhəri Suraxanı rayon idarəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N №-li xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, X1 (radiolokasiya qovşağının zenit pulemyot manqasının heyət nəfərimüşahidəçi) müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumundan gəldiyinə görə N iyul 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminata qoyulmuş, “əsgər” rütbəsi verilməklə vəzifəyə təyin edilmişdir. 2001-ci il təvəllüdlü, azərbaycanlı, orta təhsilli, hərbi xidmətə 15 iyul 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsindən çağırılmışdır. N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 811 saylı xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçı X4 müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair müvafiq sənədlər təqdim edilmişdir. “Müharibə veteranı” adı və Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsinin verilməsi üçün təqdim edilən X17 tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə iştirak etmiş hərbi qulluqçular barədə arayışdan (məlumatdan) görünür ki, hərbi hissə (müəssisə) N nömrəli hərbi hissə, soyadı,adı atasının adı X9, rütbəsi ehtiyatda olan əsgər, vəzifəsi zenit pulemyot manqasının heyət nəfəri-müşahidəçi, döyüş əməliyatları aparılan zaman xx.xx.2020 – xx.xx.2020-ci il tarixlərdə, xidmət keçdiyi hərbi hissə (müəssisə) N nömrəli hərbi hissə radiolokasiya qovşağı, rütbəsi əsgər, vəzifəsi zenit pulemyot manqasının heyət nəfəri-müşahidəçi, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 210 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilib, xx.xx.2022ci il tarixli 4 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılıb. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərməklə) - HHQ-nin komandanının xx.xx.2020-ci il tarixli 026 nömrəli döyüş əmri, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 066 nömrəli döyüş əmri. Həmin dövrdə şəxsin X17 bölmələrinin tərkibində döyüş və ya döyüş təminatı üzrə növbəyə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2019-cu il tarixli 03N nömrəli əmri, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020 tarixli 066 nömrəli əmri. Həmin dövrdə şəxsin cəlb olunduğu X17 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi götərilməklə) xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək düşmən tərəfindən mümkün hücum olduqda aşağı hündürlükdə hədəflərin məhv edilməsi, radiolokasiya qovşağının yerüstü mühafizəsinin təşkili. İştirak etdiyi ərazi Mingəçevir. Hansı qismdə iştirak etməsi və həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olması (təfsilatı məlumat): Döyüş əməliyyatları zamanı döyüş postunda və mühafizə səngərlərində radiolokasiya qovşağının radiolokasiya stansiyalarının yerüstü mühafizəsini təşkil etmişdir. Xəsarət almayıb. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): xx.xx.2022-ci il tarixli 4 nömrəli əmr. Göndərildiyi SHXÇDX-nın idarəsinin, şöbəsinin (bölməsinin) adı Bakı şəhəri Suraxanı Rİ. Döyüşlərdə iştirakına görə təltif edilməyib. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş 76 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən ehtiyatda olan X1 (xx.xx.2001) həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin “radiolokasiya qovşağının heyət nəfəri müşahidəçi” vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 167 saylı xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçı X6 dair müvafiq sənədlər təqdim edilmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş 32 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən ehtiyatda olan X1 (xx.xx.2001) həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin “radiolokasiya qovşağının heyət nəfəri müşahidəçi” vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 2470 saylı xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçı X6 dair müvafiq sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-N-4/2-3573/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçı X2 müraciətinə baxılması ilə əlaqədar toplanmış inzibati icraat materiallarının surətləri təqdim edilmişdir. Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq İdarəsinə ünvanlanmış 3-N-2/2-M-67xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş X9 barəsində N nömrəli hərbi hissə tərəfindən daxil olmuş sənədlərə komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir. Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış 2/2-10454 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə əsgər Əbdülxaliq Məmmədzadə döyüş əməliyyatları aparılan dövrdə (N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək) iştirak etdiyi ərazi (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995ci il tarixli 216 nömrəli Qərarının ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş N1 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu X1 (xx.xx.2001) həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin “radiolokasiya qovşağının heyət nəfəri müşahidəçi” vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “müharibə veteranı” adı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır. İddia tələbinin mahiyyəti iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə nəticələn müvafiq öhdəliyin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X7 Xidməti və Azərbaycan Respublikasının Strateji X11 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. 1-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir (döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixli əmrlə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş; N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından azad edilmişdir və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edib. Qeyd edilən hallar arxiv arayışı, N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışlar və arayış-məlumat ilə təsdiq olunur). 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair” Təlimatın 1.3-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olub-olmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Təlimatın 1.4-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması barədə məlumat mövcuddur. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla (N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə) hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1592/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1592/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver