Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1593/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı «qərarın ləğv edilməsi» tələbinə və iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabdeh İddiaçı qarşı «kollegiya üzvlüyündən çıxarılma» tələbinə dair iddialar üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı Kollegiyanın 19 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, 19 avqust 2020-ci il tarixdə AR Vəkillər X12nin iclası keçirilmiş və həmin iclasda onun barəsində qərar qəbul edilmişdir. Ona qərar elan edilməmiş, şifahi olaraq İntizam Komissiyasının rəyi əsasında Vəkillər X12nin qərarı ilə barəsində intizam tənbehi tətbiq edildiyi bildirilmişdir. O, həmin qərarın yalnız X16 və AR Dövlət Gömrük Komitəsinin rəsmisinin şikayəti əsasında başlanmış intizam icraatı çərçivəsində qəbul edildiyini bilmişdir. Barəsində olan hər iki şikayət həqiqətə uyğun deyil və süni uydurma olduğundan, onun Kollegiyadan xaric edilməsi üçün əsas kimi sayıla bilməz. Belə ki, E.Cəlilovanın şikayəti işlədiyi X3 rəhbərliyinə onun barəsində yazılan məktubla əlaqədardır. E.Cəlilova öz şikayətində İddiaçı ona hədə-qorxu gəldiyini, psixoloji təsir göstərdiyini, onun şərəf və ləyaqətini alçaldan məlumatları bütün dövlət orqanlarına yaydığını göstərməklə işlədiyi Xəstəxanaya müraciət edərək, barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan və nəticə olaraq işlədiyi vəzifəyə təsir göstərə biləcək məlumatlar yaydığını qeyd etmişdir. AR Dövlət Gömrük Komitəsinin rəsmisi isə, öz şikayətində icraatında olan Ukrayna vətəndaşı Haıevski Leonidin AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən istintaq zamanı onun (İddiaçı) vəkil vəsiqəsini və şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmədiyini, istintaq hərəkətlərində vaxtında iştirak etmədiyini, prosessual qərar və protokolları qəbul etməkdən imtina etdiyini göstərmişdir. Bu şikayətlərlə əlaqədar İddiaçı İntizam Komissiyasının əməkdaşına izahat təqdim etmişdir. Komissiyan şikayətlərlə bağlı hansı araşdırmalar aparmasını, onun barəsində hansı rəyi tərtib etməsini bildirməmiş, onu bütün proseslərdən məlumatsız saxlamışdır. 8 ay ərzində o, hər dəfə həmin şəxslə əlaqə saxlayaraq, “araşdırma” barədə maraqlandıqda, ona narahat olmaması bildirilmişdir. Buna baxmayaraq, o, izahatını əsaslandıran və şikayətlərin tam yalan olmasını göstərən bütün sənədləri və sübutları təqdim etmişdir. Həqiqətə uyğun gəlməyən “şikayətlər” X6 iclasında baxılan zaman o (İddiaçı), həmin iclasa çağırılmamış, lakin iclasın keçirildiyi gün bir neçə məhkəmə iclasları olduğuna görə, məhkəməyə getməyə məcbur qalmışdır və bu səbəbdən Vəkillər Kollegiyasına ərizə təqdim etməklə təyin edilmiş iclası başqa vaxta keçirərək, onun iclasda iştirakının təmin olunmasını xahiş etmişdir. Bundan sonra, Rəyasət Heyətinin iclası təxirə salınsa da, ona növbəti iclasın vaxtı bildirilməmişdir. 19 avqust 2020-ci il tarixdə isə, Rəyasət Heyətinin iclasına 1 saat qalmış Kollegiyadan ona zəng edilərək, onlayn formatda iclasda iştirak etməsi tələb edilmişdir. Həmin gün də Bakı Apellyasiya Məhkəməsində və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində olan işlər üzrə məhkəmə iclasında iştirak etməli olduğuna görə Rəyasət Heyətinin iclasında bu dəfə də iştirak edə bilməmiş, axşam isə, vəkillikdən xaric edilməsi barədə ona telefonla məlumat verilmişdir. Həmin tarixdən onun barəsində olan bu qərarın hansı əsasla çıxarılmasını, Kollegiyadan xaric edilməsinə əsas ola biləcək hansı səhvinin olmasını bilməmişdir. Belə ki, o, 1983-cü ildən Vəkillər Kollegiyasının üzvüdür, bu zaman ərzində isə, barəsində heç bir tənbeh tədbiri tətbiq edilməmiş, hətta bir neçə dəfə “fəxri fərman”la mükafatlandırılmış, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə 2020-ci ilin yanvar ayında qurumun sədri tərəfindən vəkillik peşəsini layiqincə yerinə yetirdiyinə görə medalla təltif edilmişdir. Bütün məhkəmə və istintaq orqanlarında vicdanlı, peşəkar və mübariz vəkil kimi tanınır. O, dəfələrlə Vəkillər Kollegiyasına müraciət edərək, barəsində intizam tənbehi tətbiq edilməsinə əsas olmuş İntizam Komissiyasının rəyinin və intizam tənbehi tətbiq edilməsinə dair AR Vəkillər X12nin 19 avqust 2020-ci il tarixli qərarının surətini istəmişdir. Lakin hal-hazıradək Komissiyanın rəyi və intizam tənbehi tətbiq edilməsinə dair 19 avqust 2020-ci il tarixli qərar ona təqdim edilməmişdir. Hər dəfə Vəkillər Kollegiyası ilə əlaqə saxladıqda, ona iclas protokolunun (qərarın) hələ hazır olmadığı, yəni yazılaraq imzalanıb, möhürlənmədiyi bildirilmişdir. Buna baxmayaraq, Vəkillər X12nin məhkəmə və istintaq orqanlarına ünvanlanmış 20 avqust 2020-ci il tarixli məktubu ilə onun Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə əlaqədar məhkəməyə müraciət edilməsi və qətnamə qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması barədə Rəyasət Heyətinin 19 avqust 2020-ci il iclasında qərar qəbul edilməsi göstərilmiş və bu səbəbdən onun həmin tarixdən vəkillik fəaliyyəti ilə məşğul ola bilməməsi qeyd edilmişdir. O, barəsində qəbul edilmiş 19 avqust 2020-ci il tarixli qərarı ala bilmədiyinə görə həmin qərarın ləğv edilməsi barədə bu iddianı qərara münasibətdə əsaslandıra bilməmiş, bu səbəbdən, həmin qərarı almadan məhkəməyə müraicət etməli olmuşdur. Məhkəmənin tələbi ilə cavabdeh həmin qərarın surətini təqdim etdikdən sonra qərarla bağlı öz etirazının əsaslarını ətraflı olaraq göstərəcəkdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2, 53, 56-cı maddələrinə, İPM-in 2.2.1, 32.1, 38.1-ci maddələrinə əsaslanaraq, AR Vəkillər X1 Kollegiya üzvlüyündən xaric olunması ilə əlaqədar məhkəməyə müraciət edilməsi və qətnamə qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması haqqında 19 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İddiaçı qarşı Kollegiya üzvlüyündən çıxarılma tələbi irəli sürülən iddia ərizəsi də daxil olmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddia ərizəsində bildirilir ki, vətəndaş E.Cəlilova Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil İddiaçı onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan və sair xarakterli məlumatlar yayması barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Komitə tərəfindən həmin ərizə araşdırılması üçün aidiyyəti üzrə Vəkillər Kollegiyasına göndərilmişdir. Eyni məzmunlu müraciət Azərbaycan Respublikası Baş Prokurorluğundan da Vəkillər Kollegiyasına daxil olmuşdur. E..Cəlilovanın həmin müraciəti əsasında Vəkillər X12nin 5 mart 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili İddiaçı barəsində intizam icraatı başlanılaraq, araşdırlması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Müraciət belə əsaslandırlmışdır ki, ərizəçinin keçmiş əri Pərviz Cəlilovun vəkili İddiaçı uzun müddətdir ki, ona hədə-qorxu gəlir, psixoloji təsirlər göstərir, onun şərəf və ləyaqətini alçaldan məlumatı bütün dövlət qurumlarına yayır. Sonuncu dəfə vəkil İddiaçı onun işlədiyi X3 baş həkiminə müraciət edərək, barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan və nəticə etibarilə işlədiyi vəzifəyə təsir göstərə biləcək məlumatlar yaymışdır. Müvafiq dövlət orqanlarına İddiaçı qeyri-qanuni hərəkətlərinə dair ünvanladığı şikayətlərə, müraciətlərə mahiyyəti üzrə baxılmadığını bildirmiş və hüquqlarının qorunmasında köməklik göstərilməsini xahis etmişdir. Müraciətə ərizəçinin vəkil İddiaçı ilə telefon danışığı kimi təqdim etdiyi disk və İddiaçı tərəfindən imzalanan, X3 baş həkiminə ünvanlanmış 14 yanvar 2020-ci il tarixli şikayət əlavə edilmişdir. İntizam icraatı üzrə vəkil İddiaçı verdiyi izahatın qısa məzmunu ondan ibarətdir ki, E.Cəlilovanın Vəkillər Kollegiyasına təqdim etdiyi diskə yazılmış gizli səs yazıları saxtakarlıqla əldə olunmuş montajdır. Burada həm E.Cəlilova, həm də bunu təşkil edən vəkil Aysel Məhərrəmova məsuliyyət daşıyacaqlar. Çünki, adıçəkilən şəxslərin ona qarşı etdikləri böhtan kompaniyasının qarşısında o da məcbur qalıb E.Cəlilovanın haqqında bəzi dərin araşdırmalar aparmışdır. E.Cəlilova ona dəfələrlə telefonda zəng edərək alçaldıb təhqir etmiş, hətta onun ailə üzvlərini narahat etmiş, onun barəsində müxtəlif ünvanlara şər-böhtan dolu müraciətlər etmişdir. E.Cəlilovanın barəsində X4 yazdığı şikayətdə şərəf və ləyaqətinə toxunmamış, barəsində yalan məlumat verməmişdir. Verdiyi bütün məlumatlar isə, öz təsdiqini tapmışdır. İntizam icraatı üzrə araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı E.Cəlilova barəsində Xəstəxananın baş həkiminə ünvanladığı 14 yanvar 2020-ci il tarixli müraciətdə “Amma bu həkimin əxlaqı, onun mənəviyyatı məni vadar edir ki, bu gün məhz Sizə müraciət edib Sizdən bu qadının, bu həkimin intizama, insafa, ədalətə və haqqa qayıtmasında bizə bir yol göstərəsiniz”, “Şikayətim X3 poliklinikasının həkimi X5r, onun illərcə törətdiyi qanunsuz əməllərindən və bugünkü qara işlərindəndir”, “Bundan da gözü doymayan həkim bütün icra orqanlarını ayağa qaldırıb Pərviz Cəlilovun aliment borcuna görə tutulması üçün bütün cəhdlərini edir, hətta, Ombudsmana da ərizə yazır ki, ərinin tutulmasını təşkil etsin”, “E.Cəlilova isə qocalardan qopardığı əmlakı rahat mənimsəyə bilsin”, “Pərvizin dediyinə görə E.Cəlilova boşanmamışdan əvvəl ona xəstəxananın əməkdaşı ilə xəyanət etmişdir”, “apardığım xidməti araşdırmalar zamanı E.Cəlilovanın qanunsuz hərəkətləri (cinayətləri) barədə əldə olunmuş məlumat", “plastik əməliyyatlar etmiş, bununla da o, qanunsuz fəaliyyətlə məşğul olmuşdur”, “insanları aldadaraq, onların etibarından istifadə etmişdir”, “Elnarə kimi özünü universal həkim sayan şəxslər, bu sahədə xüsusi bacarığı, nüfuzu, səriştəsi, praktikası olan həkimlərimizin adına ləkə gətirir, insanlar isə, bir şəxsin etdiyi səhvə görə bütün Azərbaycan həkimlərinə savadsız və səriştəsiz adam kimi baxırlar”, “xüsusi razılıq olmadan özəl tibbi fəaliyyətlə məşğul olması tam qanunsuzdur” kimi ifadələr işlətməklə E.Cəlilovaya münasibətdə mədəni, nəzakətli davranmamış, onun hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol vermişdir. Həmçinin, araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı tərəfindən peşə maliyyətini həyata keçirərkən hüquqi yardım göstərməsi ilə əlaqədar olaraq əldə etdiyi məlumatların konfidensiallığını təmin etməyərək vəkil sirrini pozmuş və vətəndaş E.Cəlilova ilə münasibətdə səbrli davranmamışdır. Bundan başqa, araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı hüquqi yardım şöstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə etmişdir. Belə ki, İddiaçı izahatında həm Elnarə Cəlilovanın, həm də bunu təşkil edən vəkil Aysel Məhərrəmovanın məsuliyyət daşıyacağını, bu şəxslərin ona qarşı etdikləri böhtan kompaniyasının qarşısında o da məcbur qalaraq Elnarə Cəlilova haqqında bəzi dərin araşdırmalar etdiyini göstərməklə, faktiki olaraq bunu etiraf etmişdir. E.Cəlilovanın ərizəsinə əlavə etdiyi HD diskdə əksini tapmış səs yazılarına qiymət verilməsi xüsusi araşdırma tələb etdiyindən, intizam araşdırması ilə həmin xüsusata qiymət verilməsi mümkün olmamışdır. Vəkillərin İntizam Komissiyası 30 aprel 2020-ci il tarixli rəylə intizam icraatı üzrə toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Bakı şəhər 14 saylı Vəkil bürosunun vəkili İddiaçı X3 baş həkiminə ünvanlanladığı 14 yanvar 2020-ci il tarixli müraciətdə vətəndaş X11 münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli davranmamaqla, hüquqi yardım göstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatların konfidensiallığını təmin etməməklə, məlumatlardan şəxsi maraqları üçün istifadə etməklə və sonuncunun hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməklə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 16, 18-ci maddələrinin, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1.2, 1.3, 1.5, 2.6 – 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Bundan başqa, AR Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq İdarəsinin rəisi 28 yanvar 2020-ci il tarixli və 10 fevral 2020-ci il tarixli məktublarla Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edərək Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması, onun cinayət prosesində iştirakının təmin edilməsinə köməklik göstərilməsi və istintaq hərəkətlərində iştirak etməyəcəyi halda cinayət prosesindən kənarlaşdırılacağının vəkil İddiaçı nəzərinə çatdırılmasını və onun intizam məsuliyyətinə cəlb edilməsi zamanı qeyd edilən xüsusatların da araşdırlmasını xahiş etmişdir. Həmin müraciətlər əsasında Vəkillər X12nin 5 mart 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili İddiaçı barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Bundan sonra, Rəyasət Heyətinə 11 mart 2020-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 fevral 2020-ci il tarixli eyni məzmunlu müraciəti Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuşdur. Həmçinin sonradan, yəni, 11 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 11 iyun 2020-ci il tarixli müəyyən əlavələrlə eyni məzmunlu müraciəti Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuşdur. Müraciətlər belə əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil İddiaçı 16 dekabr 2019-cu il tarixli vəsatətlə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə müraciət edərək, AR Cinayət Məcəlləsinin 206.3.2 və s. maddələri ilə təqsirləndirilən Haıevski Leonidin qohumları ilə müqavilə bağlayaraq, onun hüquqlarını müdafiə etmək öhdəliyini öz üzərinə götürdüyünü bildirib, iş üzrə təqsirləndirilən şəxsin iştirakı ilə keçirilmiş istintaq hərəkəti protokollarının və s. sənədlərin surətinin ona verilməsini xahiş etmişdir. Vəkil vəsatətə vəkil orderini əlavə etsə də, şəxsiyyətini və vəkillik fəaliyyəti ilə məşğul olmasını təsdiq edən müvafiq sənədi əlavə etməmişdir. Müxtəlif tarixlərdə istintaq hərəkətlərinin keçirilməsi ilə əlaqədar vəkil İddiaçı dəvət edilsə də o, heç bir əsas olmadan istintaq hərəkətlərində iştirak etmək üçün gəlməmişdir. İntizam icraatı üzrə vəkil İddiaçı verdiyi izahatın qısa məzmunu ondan ibarətdir o, təqsirləndirilən şəxsin qanuni mənafeyinə zidd olan heç bir hərəkət etməmişdir. Bu səbəbdən Dövlət Gömrük Komitəsindən daxil olmuş həmin məktubu əsassız və qərəzli sayır. O, istintaq hərəkətlərindən heç bir zaman üzrsüz səbəbdən yayınmamış, istintaqa çağırıldığı zaman işi olduğu təqdirdə, bu barədə rəsmi ərizə ilə istintaq orqanına müraciət edib təyin edilmiş vaxtda iştirak edə bilməyəcəyini bildirmişdir. O, müstəntiqlə görüşüb, vəkil orderini və digər lazımı sənədləri vəsatətlə birlikdə müstəntiq E.Şirinova təqdim etmişdir. Həmin vəsatətin surəti müraciətinə əlavə edilmişdir. İntizam icraatı üzrə araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı müqavilə əsasında hüquqlarını müdafiə etmək öhdəliyini üzərinə götürdüyü Ukrayna vətəndaşı X8 təqsirləndirildiyi cinayət işi üzrə, onun iştirakı ilə qabaqcadan müəyyən olunmuş 24 dekabr 2019-cu il tarixdə saat 09:20-də, 30 dekabr 2019-cu ildə saat 09:20-də, 23 yanvar 2020-ci il tarixdə saat 09:20-də və 13 fevral 2020-ci il tarixdə saat 09:20-də Bakı İstintaq Təcridxanasına keçirilməsi nəzərdə tutulan istintaq hərəkətlərində üzürlü səbəb və əsas olmadan iştirak etməmiş və bu hərəkətləri ilə istintaqın süni şəkildə uzadılmasına səbəb olmuşdur. Bu hal intizam icraatı üzrə araşdırma materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən 14 saylı Vəkil bürosunun vəkili İddiaçı ünvanlanmış 19 dekabr 2019-cu il, 28 dekabr 2019-cu il, 17 yanvar 2020-ci il, 10 fevral 2020-ci il tarixli məktublarının, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən tərtib edilmiş 24 dekabr 2019-cu il, 30 dekabr 2019-cu il, 23 yanvar 2020-ci il, 27 yanvar 2020-ci il, 13 fevral 2020-ci il tarixli arayışlarının, vəkil İddiaçı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq şöbəsinə ünvanladığı 24 dekabr 2014-cü il tarixli ərizəsinin və ünvan 1 ünvanlanmış 1 iyun 2020-ci il tarixli məktubunun surətləri ilə təsdiq edilir. Həmçinin araşdırma ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı müdafiəçi olaraq qeyd edilən cinayət işi üzrə 16 dekabr 2019-cu il tarixdən 8 yanvar 2020-ci il tarixədək cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi təqdim etməmişdir. Bu, vəkil İddiaçı tərəfindən Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq şöbəsinə ünvanlanmış 16 dekabr 2019-cu il tarixli vəsatətin, vəkilin şəxsiyyətini və Azəbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədini istintaq orqanına təqdim edilənədək vəkilin vəsatətinə baxılmasının təxirə salınmasına dair istintaq şöbəsinin böyük müstəntiqi E.Şirinov tərəfindən qəbul edilmiş 18 dekabr 2019-cu il tarixli qərarın və vəkil İddiaçı 16 dekabr 2019-cu il tarixdə vəsatətinin təxirə salınmasına əsas olmuş hallar aradan qalxdığına görə onun vəsatətinin tam təmin edilərək müvafiq qərar və protokolun surətinin ona təqdim edilməsinə dair 8 yanvar 2020-ci il tarixli qərarın surətləri ilə təsdiq edilir. Vəkil İddiaçı qabaqcadan müəyyən olunmuş istintaq hərəkətlərində iştirak etməməsinin üzrlü səbəblə bağlı olmasını bildirsə də, bu barədə intizam araşdırmasına hər nansı bir sübut təqdim etməmişdir. Müraciətlərdə göstərilən digər xüsusatlara intizam araşdırması ilə qiymət verilməsi mümkün olmamışdır. Vəkillərin İntizam Komissiyası 12 iyun 2020-ci il tarixli rəylə intizam araşdırması üzrə toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili İddiaçı AR Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Leonid Haıevskinin AR Cinayət Məcəlləsinin 206.3.2 və s. maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 24 dekabr 2019-cu il tarixdə saat 09:20-də, 30 dekabr 2019-cu ildə saat 09:20-də, 23 yanvar 2020-ci il tarixdə saat 09:20-də və 13 fevral 2020-ci il tarixdə saat 09:20-də Bakı İstintaq Təcridxanasında keçirilməsi nəzərdə tutulan istintaq hərəkətlərində üzrsüz səbəbdən iştirak etməməklə və bu hərəkətləri ilə istintaqın süni şəkildə uzadılmasına səbəb olmaqla və həmçinin həmin cinayət işi üzrə 16 dekabr 2019-cu il tarixdən 8 yanvar 2020-ci il tarixədək cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi təqdim etməməklə, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ, İİİ hissələrinin, 18-ci maddəsinin, AR Cinayət Prosessual Məcəlləsinin 92.7, 92.11.2, 92.11.3-cü maddələrinin, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 4.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vəkillər X12 19 avqust 2020- il tarixli iclasında Vəkillərin İntizam Komissiyasının 30 aprel 2020-ci il tarixli və 12 iyun 2020ci il tarixli rəyləri nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən vəkil İddiaçı tərəfindən yuxarıda qeyd olunan pozuntulara yol verildiyindən, onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. Göstərilənlərə əsaslanaraq, vəkil İddiaçı Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 56.1-ci maddəsinə görə məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı Vəkillər Kollegiyasının cavabdeh İddiaçı qarşı «kollegiya üzvlüyündən çıxarılma» tələbinə dair iddiası üzrə iş İddiaçı cavabdeh Vəkillər Kollegiyasına qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil təmsil etdiyi şəxsin iddia ərizəsində göstərilənləri təsdiqlədi, onun iddiasının təmin olunmasını və Vəkillər Kollegiyasının iddiasının rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddiasının təmin olunmasını və Vəkillər Kollegiyasının iddiasının rədd olunmasını məhkəmədən xahiş etdi. O, yazılı çıxış təqdim edərək bildirdi ki, AR Vəkillər Kollegiyasına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Kollegiya üzvlüyündən xaric olunması ilə əlaqədar məhkəməyə müraciət edilməsi və qətnamə qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması barədə Vəkillər X12nin 19 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Vəkillər Kollegiyası ona qarşı «kollegiya üzvlüyündən xaric edilmə» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İşlər bir icraatda birləşdirilmişdir. İş üzrə məhkəmə araşdırması aparılmış, Vəkillər Kollegiyasının ona qarşı iddia ərizəsinin əsaslılığını sübut edən heç bir fakt müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması ilə onun iddia tələbinin əsaslarının sübut edən bütün sübutların rəsmi sənədlərlə təsdiq edilməsi müəyyən edilmişdir. Belə ki, Vəkillər Kollegiyasının ona qarşı iddia ərizəsi iki əsas – onun Elnarə Cəlilova barəsində X3 baş həkiminə ünvanladığı şikayətin məzmunu və Ukrayna vətəndaşı Haıevski Leonidin AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işı üzrə keçirilən istintaq zamanı yol verilmiş "qanun pozuntuları” üzərində qurulmuşdur. Məhkəmə aradırması zamanı bir daha sübuta yetirilmişdir ki, Vəkillər Kollegiyasının iddia ərizəsi aşağıda qeyd edilən hallara əsasən təmin edilməməlidir. Belə ki, onun E.Cəlilova barəsində X3 baş həkiminə ünvanladığı şikayətin məzmununda göstərdiyi xüsusallar Vəkillər Kollegiyası tərəfindən E.Cəlilovaya münasibətdə mədəni və nəzakətli davranmamaq kimi qiymətləndirilmiş, E.Cəlilovanın hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf ləyaqətini və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər kimi istinad edilmişdir. E.Cəlilovanın barəsində yazılan şikayətlə bağlı ona qarşı şərəf, ləvaqət və işgüzar nüfuzunun ləkələnməsi ilə əlaqədar mənəvi zərər tələbi üzrə iddiasına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmış və məhkəmənin 2(008)-2323/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Yəni, məhkəmə onun E.Cəlilova barəsində yazdığı şikayət ərizəsi ilə şərəf və ləyaqətin pozulub-pozulmaması məsələsinə baxıb yekun qərar qəbul etmiş, əməlində heç bir hüquq pozuntusunun olmamasını müəyyən etmişdir. Lakin Vəkillər Kollegiyasının iddia ərizəsindən görünür ki. Vəkillərin İntizam Komissiyasının 30 aprel 2020-ci il tarixli rəyində onun yol verdiyi hərəkətlərlə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16, 18-ci maddələrinin, «Vəkillərin davranış qaydaları haqqmda» Əsasnamənin 1.2, 1.3. 1.5, 2.6. 2.7 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğu göstərilmişdir. Vəkillər Kollegiyası qeyd edilən şikayətdə şərəf və ləyaqətin və işgüzar nüfuzun ləkələyən məlumatlar kimi aşağıda qeyd edilən halları göstərmişdir: “Amma bu həkimin əxlaqı, onun mənəviyyatı məni vadar edir ki. bu gün məhz Sizə müraciət edib Sizdən bu qadının, bu həkimin intizama, insafa, ədalətə və haqqa qayıtmasında bizə yol göstərəsiniz", “Şikayəti Xəstəxananın poliklinikasının həkimi E.Cəlilovadandır, onun illərcə törətdiyi qanunsuz əməllərindən və bugünkü qara işlərindən", “Bundan da gözü doymayan həkim bütün icra orqanlarını ayağa qaldırıb. P.Cəlilovun aliment borcuna görə tutulması üçün bütün cəhdlərini edir, hətta Ombudsmana da ərizə yazır ki, ərinin tutulmasını təşkil etsin”, “E.Cəlilova isə qocalardan qopardığı əmlakı rahat mənimsəyə bilsin”, “Pərvizin dediyinə görə E.Cəlilova boşanmamışdan əvvəl ona xəstəxananın əməkdaşı ilə xəyanət etmiş”, “Aparılan xidməti araşdırmalar zamanı E.Cəlilovanın qanunsuz hərəkətləri (cinayətləri) barədə məlumat”, “Plastik əməliyyatlar etmiş, bununla da o qanunsuz fəaliyyətlə məşğul olmuşdur”, “İnsanları aldadaraq onların etibarından istifadə elmişdir”, “Elnarə kimi özünü universal həkim sayan şəxslər bu sahədə xüsusi bacarığı, nüfuzu, səriştəsi, praktikası olan həkimlərin adına ləkə gətirir, insanlar isə bir şəxsin etdiyi səhvə görə, bütün Azərbaycan həkimlərinə savadsız və səriştəsiz adam kimi baxırlar”, “xüsusi razılıq olmadan özəl tibbi fəaliyyətlə məşğul olması tam qanunsuzdur”. Bu ifadələr istiqamətdə – məlumat vermə və tənqid etmə istiqamətində verilmiş, həmin ifadələrin heç birində təhqir və ya digər alçaldıcı sözlər işlədilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. O (İddiaçı), E.Cəlilovaya qarşı olan məhkəmə işləri ilə əlaqədar müxtəlif mənbələrdən həmin məlumatları əldə etmiş, lakin məlumatları kütləvi şəkildə yaymamış, bu məlumatları araşdırılaraq, E.Cəlilova barəsində qanuni tədbir görülməsi üçün buna səlahiyyəti olan orqana – işlədiyi xəstəxanaya bildirmiş, öz şikayətində E.Cəlilovanın bəzi hərəkətlərinə tənqidi yanaşmışdır. Şikayətlərin araşdırılması vəzifəsi olan orqanlara şikayətdə göstərilən məlumatların verilməsi məlumatların kütləvi yayılması və məlumatların konfidensiallığının, vəkillik sirrinin pozulması kimi qiymətləndirilməməlidir. Çünki, bu məlumatlar ona açıq məhkəmə iclasında məlum olan hallardan ibarət olmuş, onun E.Cəlilova qarşısında barəsində olan məlumatları konfidensial saxlamaq vəzifəsi olmamışdır. Bundan əlavə, bu məlumatların həqiqiliyini sübut elmək o zaman onun vəzifəsi olardı ki, məlumatlar kütləvi şəkildə yayılmış olsun. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli Qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən məlumatın vətəndaşlar və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması halı yalnız üçü də məcmu halda mövcud olduğu təqdirdə həmin məlumata şəxsin şərəf və ləyaqətini ləkələsə məlumat kimi istinad edilə bilər. Bu baxımdan məlumata şəxsin şərəf və ləyaqətini ləkələyən məlumat kımi istinad edilməsi üçün həmin məlumat kütləvi yayılmalıdır. Halbuki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, vəkil İddiaçı X4 şikayət ərizəsini «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun tələbinə əsasən yazmışdır. Həmin Qanunun tələblərinə (o cümlədən Qanunun 1.1, 3.0.5, 3.0.8, 12.5-ci maddələrinə) əsasən qanunsuz hesab etdiyi hallar barədə şikayət ərizəsi vermək onun hüququ olmuş, Xəstəxananın baş həkiminin isə ona ünvanlanmış müraciətlərə baxmaq səlahiyyəti və həmin məlumatları yaymamaq vəzifəsi olmuş, qeyd edilən məlumatlar baş həkim tərəfindən heç kimə yayılmamışdır. Eyni zamanda, həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 14 yanvar 2020-ci il tarixdə Xəstəxananın baş həkiminə ünvanlanmış şikayət ərizəsində olan məlumatlar baş həkimdən başqa heç kimə yayılmamış, baş həkim isə «Vətəndaşların ınüracətlərı haqqında» AR Qanunun 12.5-ci maddəsinə əsasən müraciətə baxan subyekt kimi həmin məlumatları gizli saxlamışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki. müraciətə baxmaq səlahiyəti olan vəzifəli şəxsə ünvanlanmış bir müraciətin məzmununda hər hansı bir məlumatın olmasından, həmin məlumatın öz təsdiqini tapıb-tapmamasından asılı olmayaraq, bu məlumatı verən şəxsin üzərinə həmin məlumatı sübut elmək və ya yalan məlumat kimi təkzib etmək vəzifəsinin qoyulması yolverilməzdir və belə bir vəzifənin qoyulması şəxsin müraciət etmək hüququnun pozulması kimi qiymətləndirilə bilər. «İnformasiya əldə etmək haqqında» AR Qanununun 34.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunu ilə əldə olunnan məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. E.Cəlilovanın şəxsi və ailə sirrini təşkil edən məlumatlar kimi istinad etdiyi hallara münasibətdə isə məhkəmə hesab etmişdir ki. həmin məlumatlar (boşanma, aliment, keçmiş əri ilə olan münasibətlər barədə məlumatlar) açıq məhkəmə iclasında əldə edilmiş məlumatlar olduğuna görə və bu məlumatlarla əlaqədar aparılmış məhkəmə baxışlarının qapalı keçirilməsinə dair E.Cəlilovanın vəsatəti olmamasına görə İddiaçı həmin məlumatlara E.Cəlilovanın şəxsi həyat və ailə sirrini təşkil edən məlumatlar kimi yanaşmamaqda haqlı olmuşdur. Digər məsələ ilə bağlı isə, Ukrayna vətəndaşı Haıevski Leonidin AR Cinayət Məcəlləsinin müvafq maddələri ilə ləqsirləndirilməsinə dair cinayət işi üzrə 11 dekabr 2019-cu il tarixdə o, adıçəkilən şəxslə rəsmi müqavilə bağlayaraq. həmin vətəndaşın hüquqlarının müdafiəsini öz üzərinə götürmüşdür. Vətəndaşın barəsində olan cinayət işi AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə AR Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elmir Şirinovun icraatında olmuşdur. O (İddiaçı), müstəntiqlə görüşüb vəkil orderini və digər lazımi sənədləri vəsatətlə təqdim etmişdir. Lakin müstəntiq 24 dekabr 2019-cu il tarixədək onu təqsirləndirilən şəxsə təqdim etməmişdir. 24 dekabr 2019-cu il tarixdə müstəntiq onun Bakı İstintaq Təcridxanasına çağırılması barədə iş yerinə rəsmi məktub göndərib, onu istintaqa dəvət etmişdir. Lakin həmin vaxt o, xəstə olduğundan müstəntiqə ərizə ilə tibbi sənədi təqdim edərək, istintaq hərəkətinin üzürlü səbəbdən təxirə salınmasını xahiş etmişdir. Sonradan, Yeni İl bayramının qeyri-iş günlərini nəzərə alan müstəntiq istintaq hərəkətrərin aparılmasını 8 yanvar 2020-ci li tarixədək təxirə salmışdır. 8 yanvarda səhər saat 9.00-da müstəntiq ona zəng edərək, İstintaq Təcridxanasına gəlməsinin saat 11:30-a keçirilməsini xahiş etmişdir. Lakin Təcridxanada başqa şəxslərlə görüşməsini nəzərə alaraq o (İddiaçı), həmin gün 10.00-da oraya gəlmiş, istintaq otağında müdafiə etdiyi təqsirləndirilən şəxsi, təyinatla çıxış edən vəkil Səbirə Hacıyevanı və tərcüməçini görmüşdür. Burada məlum olmuşdur ki, müstəntiq bir sıra prosessual sənədləri təqsirləndirilən şəxsin qarşısına qoyub, əvvəlki tarixlərə imzalamağın lazım olduğunu ona başa salır, vəkil isə təqsirləndirilən şəxsin müqavilə əsasında vəkili olduğunu bilsə də, bütün sənədləri imzalayır. Sənədlərin təqsirləndirilən şəxsə aid qrafasında isə «imza etməkdən imtina etdi» sozləri yazılmışdır. O (İddiaçı), müstəntiqə iradlarını bildirmiş və bu barədə protokolun tərtib edilməsini tələb etmişdir ki, bu vaxta kimi azərbaycan dilini bilməyən təqsirləndirilən şəxs ittiham olunduğunu da bilmir və əlində prosessual sənədlərin tərcümə olunmuş surəti yoxdur, hüquqlarının izahı barədə bildiriş ona bildiyi dildə təqdim edilməmiş, həbs və təqsirləndirildiyi qərarlarla bağlı sənədlər ona verilməmiş, təyinatla təqdim olunmuş vəkil bir dəfə də olsun təqsirləndirilən şəxslə görüşməmiş, ona heç bır hüquqi yardım göstərməmiş, bu barədə vəsatətlər olmasına baxmayaraq, təqsirləndirilən şəxs onun (İddiaçı) iştirakı ilə dindirilməmiş və sair iradlar. Digər tərəfdən, o, müstəntiqə sual vermişdir ki, hansı səbəbdən Təcridxanaya müqavilə əsasında çıxış edən vəkil saat 11:30-da çağırılır, amma təyinatla olan vəkil saat 9:00-da gətirilir və onun iştirakı ilə çoxsaylı sənədlər imzalanır? Bundan sonra, seçilmiş həbs qətimkan tədbirinin ev dustağlığı ilə əvəz edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 29 yanvar 2020-ci ıl tarixli qərarından narazı qalaraq, apellyasiya şikayəti vermiş və 10 fevral 2020-cı ıl tarixdə Bakı Apellyasiya Məhkəməsinin iclasında təqsirləndirilən şəxslə birlikdə iştirak etmişdir. Həmin məhkəmə iclaslarında adıçəkilən müstəntiq də olmuşdur. 6 fevral 2020-ci il tarixdə müstəntiq Bakı İstintaq Təcridxanasına gələrək, iş üzrə keçirilmiş ekspertizaların rəyini onlara təqdim etmişdir. Lakin həmin sənədlər yenə də azərbaycan dilində təqsirləndirilən şəxsə verildiyindən, sonuncu onları imzalamaqdan imtina etmişdir. Müstəntiq bu dəfə də ona sözlü təzyiqlər edərək, şəxsiyyətinə və vəkil nüfuzuna toxunan cümlələr işlədirdi. “Xaxolları məhv etmək lazımdır, özü də vəkil qarışıq” ifadələri ilə deyinərək, həmin protokolları onun imzalamağını tələb edirdi. Birinci dəfə həmin təqsirləndirilən şəxslə görüşmək üçün vaxt 14 dekabr 2019-cu il tarixdə saat 10:00-a təyin edilmişdir. Müstəntiq həmin vaxt Təcridxanaya gəlməmiş, onun təqsirləndiriən şəxslə görüşməsi üçün faksla məktub göndərmişdir. Bundan sonra isə, 15 yanvar 2020-ci il, 21 fevral 2020-cı il, 2 mart 2020-ci il, 13 mart 2020-ci il, 3 aprel 2020-ci il, 6 may 2020-ci il, 3 iyun 2020-ci il, 16 iyun 2020-ci il və 5 avqust 2020-ci il tarixlərdə o, müstəntiqin çağırışı ilə İstintaq Təcridxanasına gəlsə də, müstəntiq özü gəlməmişdir. Belə ki, o, vəsatət verərək, təqsirləndirilən şəxsi onun iştirakı ilə dindirilməsini, təqsirləndirilən şəxsə öz ana dilində sənədlərin surətlərinin verilməsini xahiş etmişdir. Müstəntiq bununla əlaqədar onu hər dəfə İstintaq Təcridxanasına çağırsa da, özü cəmi 2 dəfə – 8 yanvar 2020-ci il və 6 fevral 2020-ci il tarixdə onunla birlikdə İstintaq Təcridxanasına gəlmiş, buna baxmayaraq vəsatətlərlə əlaqədar heç bir istintaq hərəkətləri aparmamışdır. Bütün bu faktlar isə, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 10 mart 2021-ci il tarixli 17/38-1445 saylı məktubu ilə sübuta yetirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs neçə ay həbsdə saxlanılsa da. müstəntiq cəmi 2 dəfə onunla Təcridxanada görüşüb, vəkilin iştirakı ilə istintaq hərəkəti aparmışdır. Halbuki, o (İddiaçı), bütün bu zaman ərzində istintaq hərəkətlərində iştirak elmək üçün 12 dəfə İstintaq Təcridxanasına gəlmişdir. Vəkillər Kollegiyası isə, bu halları araşdırmadan yalnız AR Dövlət Çömrük Komitəsinin göstərişinə əsasən onu müstəntiqin çağırışı ilə istintaqa gəlməməkdə təqsirləndirir. O, müstəntiqlə birlikdə İstintaq Təcridxanasında olmuş, müstəntiqin yanında vəsiqəsini Təcridxanada təqdim edib içəri keçmişdir. Belə halda, sənədin müstəntiqə təqdim edilməməsi sual doğurur. Göründüyü kimi, ona qərəzlə yanaşan və hər dəfə hörmətsizlik nümayiş edən müstəntiq öz rəhbərliyinə də yalan məlumatlar verərək, iş üzrə etdiyi nöqsanlarını və qanun pozuntularını ört-basdır etmək üçüm Vəkillər Kollegiyasına həqiqətə uyğun olmayan məlumatlarla məktubun göndərilməsini təşkil etmişdir. Burada təkcə bir məqsəd var ki, hər cür bəhanə ilə vəkil kimi o, təqsirləndirilən şəxsin müdafiəsindən uzaqlaşdırılsın, qorxub istintaqın başa çatması ərəfəsində bütün sənədləri imzalasın. Ən əsası isə, cinayət işini öyrəndikdən sonra vəsatət verilməsidir. Bu taktikanın onun barəsində işlədilməsi birinci dəfə deyil. 14 dekabr 2019-cu il tarixdən başlayaraq, o, təqsirləndirilən şəxslə təxminən 15 dəfə Bakı İstintaq Təcridxanasında, həbsin uzadılması və qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı dəfələrlə (5-6 dəfə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində, AR Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində görüşmüşdür. Belə bir halda işi aparan müstəntiqə nə mane olurdu kı. ona lazım olan şəxsiyyət vəsiqəsi və vəkil vəsiqəsinin surətini ondan alsın?. O, bunları ilk görüşündə, işə vəkil kimi qoşulan andan müstəntiqə təqdim etmişdir. Həmin sənədlərin surətini bir daha poçt vasitəsi ilə müstəntiqə göndərmiş, təqsirləndirilən şəxsin qanuni mənafeyinə zidd olan heç bir hərəkət etməmişədir. Bu səbəbdən AR Dövlət Gömrük Komitəsindən daxil olmuş məktubu əsassız və qərəzli sayır. Çünki, məktubda onun istintaq prosesindən yayınmağı barədə göstərilənlər heç bır həqiqəti əks etdirmir. O, istintaq hərəkətlərindən heç bır zaman üzürsüz səbəbdən yayınmamış, istintaqa çağırıldığı zaman işi olduğu təqdirdə bu barədə rəsmi ərizə ilə istintaq orqanına müraciət edib, təyin edilmiş vaxtda iştirak edə bilməyəcəyini bildirmişdir. İşin diqqətəlayiq ikinci halı ondan ibarətdir ki, AR Dövlət Gömrük Komitəsi tərəfindən həmin şəxsin təqsirləndirilməsinə dair cinayət işi üzrə edilmiş şikayətin əsasları da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-420/20202 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli hökmü ilə təkzib olunmuş, həmin cinayət işinə məhkəmədə baxılan zaman onun təqsirləndiriən şəxsin hüquqlarını pozacaq hər hansı bir hərəkətə yol verməsi müəyyən edilməmiş, əksinə təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli olmadan həbsə alınması, əsassız olaraq İstintaq Təcridxanasında saxlanılması müəyyən edilmiş və onun barəsində bəraət hökmü çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarı ilə həmin hökmdən dövlət ittihamçısının verdiyi protest təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Yəni, həmin hökmlə ümumiyyətlə cinayət işinin istintaqını aparmış müstəntiqin hərkətlərinin qanunsuz olması müəyyən edilmişdir. Beləliklə də, Vəkillər X2 qarşı iddia ərizəsinin hər iki əsası məhkəmə aktları ilə təkzib olunmuşdur. Ümumiyyətlə, Vəkillər Kollegiyasının iddiasının hüquqi əsaslarına münasibətdə isə bildirilir ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin tələblərinin pozulması yalnız intizam məsuliyyətinə səbəb olduğu üçün, bu qanun pozuntuları ilə əlaqədar vəkil barəsində intizam tənbehindən kənar tədbir görülə bilməz. Yəni, vəkil tərəfindən davranış qaydalarının pozulması vəkil üçün yalnız intizam məsuliyyəti yarada bilər. Həmin Qanunun 22-ci maddəsinin 1 bəndinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Qeyd olunan Əsasnamənin 6.4-cü bəndinə əsasən bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Qanunvericilik vəkil barəsində intizam tənbeh tədbirinin 3 növünü – irad, töhmət və 3 aydan 1 ilədək vəkillik fəaliyyətinin dayandırılmasını müəyyən etmişdir. Belə ki, həmin Qanunun 22-cı maddəsinin Vİ bəndinə əsasən İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə irad tutma, töhmət və aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması intizam tənbehləri tətbiq edilə bilər. 11 iyun 2004-cü il tarixli 689-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 22-ci maddənin Vİ hissəsinin 5-ci abzası “Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə” çıxarılmışdır. Qanunvericiliyin tələbindən də görünür ki, vəkil barəsində intizam tənbehi tədbiri qismində Vəkillər kollegiyasınn üzvlüyündən xaric edilmə tənbeh tədbiri nəzərdə tutulmamışdır. Lakin «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 22-ci maddəsinin Vİİİ bəndinə əsasən Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Qanunvericiliyin tələbindən də görünür ki. intizam hüquq pozuntusu Vəkillər Kollegiyasından xaric edilməyə səbəb kimi göstərilə bilməz. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb əsasən vəkilin fəaliyyətinə xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar və ya daha ağır nəticələrə səbəb ola biləcək əsaslar ola bilər (məsələn, vəkilin psixi pozuntusu, ağır cinayətdə ittiham olunması, əməlində cinayət tərkibini olması, vəkilliklə bir araya sığmayan fəaliyyətlə məğşul olması və s.). Hətta onun barəsində edilmiş şikayətlərə əsasən əməlində intizam hüquq pozuntusu müəyyən olunsa idi belə, barəsində yalnız intizam tənbeh tədbiri görülə bilərdi ki, Vəkillər Kollegiyasından xaric edilmə intizam tənbeh tədbiri deyildir. Barəsində edilmiş şikayətlərlə əlaqədar onun intizam məsuliyyətinə cəlb edilməsi üçün «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununda nəzərdə tutulan müddət ötmüşdür. Şikayətlər 2020-ci ilin yanvar ayında Vəkillər Kollegiyasının icratına daxil olsa da, həmin şikayətlərə əsasən onun vəkillik fəaliyyətimin dayandırılması barədə qərar 19 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. Həmin Qanunun 22-ci maddəsinin 111 bəndinə əsasən vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Həmin Qanunun 22-ci maddəsinin Vİ bəndinə əsasən vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatına xitam verilir. Bu baxımdan belə hesab edilir ki, məlum şikayətlərə əsasən barəsində intizam icraatının başlanmasına baxmayaraq, həmin şikayətlər Vəkillər Kollegiyasının icratına daxil olduqdan 6 ay müddəti ötdükdən sonra onun haqqında intizam tənbehi tətbiq edilə bilməzdi. AR Vəkillər Kollegiyasının iddia ərizəsindən də görünür ki, 19 avqust 2020ci il tarixdə X6 iclası keçirilmiş və həmin iclasda onun barəsində qərar qəbul edilmişdir. AR Vəkillər X12nin iclası keçirilən zaman o, üzürlü səbəbdən həmin iclasda iştirak edə bilməmiş, bu barədə Rəyasət Heyətinə ərizə ünvanlayaraq iclasın müəyyən vaxta təxirə salınmasını xahiş etsə də, iclasda onun iştirakı təmin edilmədən, iştirakı olmadan, barəsində çıxarılan rəyə dair münasibəti öyrənilmədən Rəyasət Heyəti onun Kollegiyadan xaric edilməsi üçün məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Halbuki, 19 avqust 2020-ci il tarixdə o, 11:00-dan 13:00-dək Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə, 15:15-dən 17:25-dək isə Bakı səhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iş üzrə məhkəmə iclalarında iştirak etmişdir. Bu səbəbdən də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında iştirak edə bilməmişdir. Onun həmin məhkəmə iclaslarında iştirakı aidiyyəti məhkəmələrin məktubları ilə sübuta yetirilmişdir. Məhz bu baxımdan belə hesab edilir ki, ilk növbədə onun iştirakı olmadan qəbul edildiyi üçün Vəkillər X12nin 19 avqust 2020-ci il tarixli qərarı ona aid hissədə əsassızdır. Yəni, hər bir halda barəsində qərar qəbul edilən zaman onun iştirakı təmin edilməli, onun kollegial orqan hesab edilən Rəyasət Heyətinin üzvlərinə etirazının olub-olmaması məsələsi aydınlaşdırılmalı idi («İnzibati İcraata haqqında» AR Qanununun 42.3-cü maddəsinə əsasən). Onun 2020-ci ilin yanvar ayınadək nümunəvi bir vəkil olmasının sübutu kimi Vəkillər Kollegiyasının sədri tərəfindən “Vəkiliyin 100 illiyi” ilə əlaqədar medalla təltif edildiyi halda, bu şikayətlə əlaqədar onun 37 illik vəkilik fəaliyyətinə xitam verilməsi ən bövük ədalətsizlikdir. Necə olur ki, 37 il vəkil işlədiyi dövrdə, yəni 1983-cü ildən 2020-ci ilin yanvar ayınadək heç bir şəxsin hüququnu pozmamış, barəsində bir dəfə də olsun şikayət olmamış, lakin 37 ildən sonra barəsində olan bir şikayətlə onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması qərara alınmış və fəaliyyəti dayandırılmışdır? Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən AR Vəkillər Kollegiyasının “kollegiya üzvlüyündən xaric edilmə” tələbinə dair iddiasının təmin edilməməsi, onun Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə əlaqədar məhkəməyə müraciət edilməsi və qətnamə qanuni qüvvəyə minənədək vəkil fəaliyyətinin dayandırılması barədə Vəkillər X12nin 19 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə iddiasının təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi X14 təmsil etdiyi qurumun iddia ərizəsində göstərilənləri təsdiqlədi, təmzil etdiyi qurumun iddiasının təmin edilməsini və İddiaçı iddiasının təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası təmin edilməməli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinəgörə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinə görə: - (maddənin İ hissəsi) Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - (maddənin İİ hissəsi) Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - (maddənin İİİ hissəsi) Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Həmin Qanunun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X6 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". Həmin Qanunun “vəkilin vəzifələri” təsbit olunmuş 16-cı maddəsinə görə: - (maddənin İ hissəsi) Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, «Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» AR Qanunundan irəli gələn tələblərə əməl etməlidir; - (maddənin İİİ hissəsi) Vəkilin mülki və ya cinayət işləri üzrə müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar AR Cinayət-Prosessual Məcəlləsi və AR Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə AR İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Həmin Qanunun 23-cü maddəsinin İ hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; - barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; - məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Həmin maddənin İİ hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. AR Cinayət Prosessual Məcəlləsinin 92.7-ci maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin, habelə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. Həmin Məcəllənin 92.11-ci maddəsinə görə müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: - (92.11.2) cinayət prosesini həyata keçirən orqana müdafiəçi səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək, cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etmək; - (92.11.3) şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək; «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1-ci bəndinə görə: - (1.2) Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; - (1.3). Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Əsasnamənin 2-ci bəndinə görə: - (2.2) Vicdanlı davranış – Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. - (2.3) Peşəkarlıq və fərdi məsuliyyətin artırılması – Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. - (2.4) Loyallıq – Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. - (2.5) İctimai etimad – Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. - (2.6) Konfidensiallıq – Vəkil hüquqi yardım göstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatların konfidensiallığını təmin etməlidir. Məlumatların konfidensiallığının təmin edilməsi müddətlə məhdudlaşdırılmır. Vəkil hüquqi yardımın göstərilməsinə cəlb etdiyi şəxslərdən konfidensiallıqla bağlı öhdəliklərə riayət edilməsini tələb etməlidir. Vəkil peşə fəaliyyəti ilə əlaqədar əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz. Əsasnamənin 3-cü bəndinə görə: - (3.4) Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. - (3.5) Vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir. Əsasnamənin 4.2-ci bəndinə görə məhkəmə icraatının ədalətli həyata keçirilməsi üçün vəkil qanunauyğun davranış nümayiş etdirməlidir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Azərbaycan Respublikası Vəkillər Kolegiyasına vətəndaş Elnarə Cəlilovanın vəkil İddiaçı onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan və sair xarakterli məlumatlar yayması barədə eyni məzmunlu müraciətləri daxil olduğundan, vəkil İddiaçı barəsində intizam icraatı başlanmış və bununla əlaqədar Kollegiyanın İntizam Komissiyası tərəfindən apaşdırma aparılmışdır. E.Cəlilovanın müraciəti belə əsaslandırlmışdır ki, ərizəçinin keçmiş əri P.Cəlilovun vəkili İddiaçı uzun müddətdir ki, ona hədə-qorxu gəlir, psixoloji təsirlər göstərir, onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan, nəticə etibarilə işlədiyi vəzifəyə təsir göstərə biləcək məlumatları bütün dövlət qurumlarına, o cümlədən onun işlədiyi X3 baş həkiminə müraciət etməklə yayır. İntizam icraatında vəkil İddiaçı verdiyi izahatında müraciətdə qeyd edilənləri təkzib etmiş və bildirmişdir ki, E.Cəlilova və vəkilinin ona qarşı etdikləri təhqir, narahatçılıq, böhtan kompaniyasının qarşısında məcbur qalıb bəzi dərin araşdırmalar aparmış, bundan sonra isə işlədiyi X3 baş həkiminə müraciət edərək şərəf və ləyaqətinə toxunmadan, barəsində yalan məlumat vermədən həkim E.Cəlilovanın hərəkətlərinə tənqidi yanaşmışdır. Bundan başqa, Vəkillər Kollegiyasına müvafiq cinayət işi üzrə təqsirləndirilən şəxsin vəkili kimi çıxış edən İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə AR Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin müraciəti də daxil olmuş və müraciət Kollegiyanın İntizam Komissiyasında araşdırılmışdır. Həmin müraciətdə isə bildirilmişdir ki, vəkil İddiaçı cinayət işi üzrə istintaq hərəkətləri ilə əlaqədar vəsatətə şəxsiyyətini və vəkillik fəaliyyəti ilə məşğul olmasını təsdiq edən müvafiq sənədləri əlavə etməmiş, müxtəlif tarixlərdə istintaq hərəkətlərinin keçirilməsi ilə əlaqədar dəvət edilsə də o, heç bir əsas olmadan gəlməmişdir. Müraciətlər üzrə Vəkillər Kollegiyasının İntizam Komissiyasında aparılmış araşdırma üzrə tərtib olunmuş rəy nəzərə alınaraq, X10 tərəfindən 19 avqust 2020-ci il tarixdə vəkil İddiaçı Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunmuşdur. İddiaçı Vəkillər Kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarı mübahisələndirir, Vəkillər Kollegiyası isə, vəkil İddiaçı Kollegiya üzvlüyündən xaric olunmasını tələb edir. Göründüyü kimi, İddiaçı iddiası ilə Vəkillər Kollegiyasının iddiası bir-biri ilə bağlı olmaqla, biri digərinə qarşı yönəlmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən “mübahisələndirmə haqqında” iddia növündə qaldırılan iddiada sübutetmə yükü inzibati orqan kimi AR Vəkillər Kollegiyasının üzərinə düşür. Həmin iddia üzrə mübahisə predmeti olan 19 avqust 2020-ci il tarixli qərarın qanuniliyinə baxılması AR Vəkillər Kollegiyasının iddiası üzrə mübahisənin qiymətləndirilməsini əhatə edir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının gətirdiyi dəlillər aşağıdakılardır: vəkil İddiaçı X3 baş həkiminə ünvanlanladığı müraciətində vətəndaş E.Cəlilovaya münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli davranmamaqla, hüquqi yardım göstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatların konfidensiallığını təmin etməməklə, məlumatlardan şəxsi maraqları üçün istifadə etməklə və sonuncunun hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməklə, eləcə də AR Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin icraatında olan müvafiq cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi kimi bəzi istintaq hərəkətlərində üzrsüz səbəbdən iştirak etməməklə və bu hərəkətləri ilə istintaqın süni şəkildə uzadılmasına səbəb olmaqla və həmçinin həmin cinayət işi üzrə müəyyən müddət cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədləri təqdim etməməklə, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 16, 18-ci maddələrinin, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1, 2, 4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. İddiaçı gətirdiyi dəlillər aşağıdakılardır: X3 baş həkiminə ünvanlanmış şikayətin məzmununda göstərilən xüsusatlar E.Cəlilovanın «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mübahisəyə məhkəmədə baxılarkən qiymət verilmiş və məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı tərəfindən şikayət ərizəsində olan məlumatlar baş həkimdən başqa heç kimə yayılmamış, sonuncu isə müraciətə baxan subyekt kimi onları gizli saxlamışdır. E.Cəlilova ilə bağlı məhkəmə işləri üzrə müxtəlif mənbələrdən əldə edilmiş məlumatları kütləvi şəkildə yaymamış, araşdırılması və qanuni tədbir görülməsi məqsədilə onun işlədiyi quruma bildirmiş və öz şikayətində E.Cəlilovanın bəzi hərəkətlərinə tənqidi yanaşmışdır. Məlumatlar açıq məhkəmə iclasında məlum olduğundan, E.Cəlilova qarşısında öhdəliyi olmadığından, bu hal məlumatların kütləvi yayılması və konfidensiallığının, vəkillik sirrinin pozulması kimi qiymətləndirilə bilməz. AR DGK Əməliyyat-İstintaq Baş İdarəsinin icraatında olan cinayət işi üzrə isə, o (İddiaçı), vaxtında müstəntiqlə görüşüb vəkil orderini və digər lazımi sənədləri vəsatətlə təqdim etsə də, müstəntiq onu təqsirləndirilən şəxsə təqdim etməmişdir. Çağırışlara müstəntiq özü gəlməmişdir, Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində sonda bəraət hökmü çıxarılmışdır. AR DGK Əməliyyat-İstintaq Baş İdarəsinin məktubunda göstərilənlər həqiqətə uyğun deyil. Vəkillər Kolegiyasının Rəyasət Heyətinin 19 avqust 202-ci il tarixli qərarı onun iştirakı olmadan, habelə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 22-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “vəkil İddiaçı Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə” 19 avqust 2020-ci il tarixli qərarı qanuni əsaslarla qəbul olunmuşdur. Məhkəmə bu qənaətini tərəflərin dəlil və sübutlarına məcmu halında qiymət verərək belə əsaslandırır: - Azərbaycan Vəkillər Kollegiyasının X15 Komissiyasının rəyi əsasında vəkil İddiaçı barəsində başlanmış intizam icraatının nəticələri üzrə qərarı qəbul edilərkən keçirilən iclasının onun iştirakının təmin edilməsi üçün bir dəfə təxirə salınması, növbəti iclasın vaxtı (19 avqust 2020-ci il tarixdə) barədə isə, iclasın vaxtına az müddət qalmaqla olsa da onun xəbərdar olunması qərarın “vəkilin iştirakının təmin edilməsi” baxımından qəbulunda «İnzibati icraat haqqında» AR Qanununun 21.1-ci maddəsinin pozuntusu kimi qəbul edilə bilməz; - İddiaçı vəkil kimi fəaliyyət göstərdiyi dövrdə bir neçə dəfə mükafatlandırılması, o cümlədən 2019-cu ildə medalla təltif olunması (bu, işin mübahisə olunmayan hallarına aiddir) həmin tarixdən sonrakı dövrdə ona münasibətdə pozuntu ilə müşayiət olunan əmələ görə intizam məsuliyyətinin tətbiqini, o cümlədən Kollegiya üzvlüyün xaric olunmasını istisna etmir; - AR Dövlət Gömrük Komitəsinin Əməliyyat-İqtintaq Baş İdarəsinin icraatında olmuş müvafiq cinayət işi üzrə vəkil İddiaçı müdafiəçisi olduğu təqsirləndirilən şəxs barəsində aidiyyəti məhkəmənin bəraət hökmünün çıxarılması istintaqın gedişində bütün istintaq hərəkətlərinin qanunsuz aparılması nəticəsini yaratmır. Bəraət hökmü təqsirləndirilən şəxsin əməlinin qiymətləndirilməsi ilə bağlı məhkəmənin gəldiyi yekun nəticədir. Eləcə də, vəkil İddiaçı barəsində intizam icraatının başlanmasına əsas olmuş şikayət ərizəsini verən şəxs E.Cəlilovanın müvafiq iddiasının (İddiaçı qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməməsi həmin şikayət ərizəsində göstərilən halların İddiaçı adıçəkilən şəxs qarşısında mülki məsuliyyət yaratmamasına dəlalət edir. Həmin mübahisə üzrə məhkəmənin qətnaməsi ilə “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdeh tərəfindən kütləvi formada yayılmadığı”nın, “müvafiq məlumatların şəxsi və ailə sirri təşkil etmədiyi”nin müəyyən edilməsi İddiaçı vəkil kimi fəaliyyətində intizam məsuliyyətini aradan qaldırmış olmur; - Vəkil İddiaçı müvafiq məhkəmə işlərində müdafiəsiçi kimi çıxış etdiyi şəxsin keçmiş arvadının (hətta iddia tələbi ona qarşı yönəlsə də) araşdırma zamanı məlum olmuş, xüsusilə də məhkəmə mübahisəsinin predmeti ilə bağlı olmayan hallar üzrə qazancı, əmək fəaliyyəti, kollektivdə davranışı ilə əlaqədar hərəkətləri barədə sonuncunun işlədiyi təşkilatın rəhbərinə müraciət ünvanlanması özlüyündə vəkilliyin qanunla müəyyən edilmiş prinsiplərinin, o cümlədən konfidensiallıq prinsipinin pozulması, vəkilliyin əsas vəzifələrindən olan “şəxslərin qanunla qorunan mənafelərinin müdafiə edilməsi”nin yerinə yetirilməməsi, vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, vəkil kimi müdafiə etdiyi şəxs və onun keçmiş arvadının arasında əvvəllər mövcud olmuş ailə münasibətləri ilə əlaqədar olan və mənəvi dəyərlərlə sıx şəkildə bağlanan hadisələr, hallar barədə məlumatların həqiqətə uyğun olub-olmamasından asılı olmayaraq istənilən formada, hətta bir nəfər şəxsə belə vəkil kimi öz mənafeyi naminə istifadə etməklə bildirilməsi, həmin şəxsin iş karyerasının qurulması və gələcək şəxsi həyatının müdafiəsinin əksinə yönələn və bununla da vəkillərin davranış qaydalarının tələblərinə – “vicdanlı davranış”, “konfidensiallıq” və “ictimai etimad”a köklü şəkildə zidd, habelə mənəviyyata ziyan vuran hərəkətdir. Vəkilin bu qəbildən olan hərəkətləri onunla bağlı aparılan hətta real olsa belə, hər hansı mənfi təbliğat kompaniyasına (bu barədə heç bir əsas gətirilməmiş, formal mülahizə bildirilmişdir) qarşı müdafiə metodu, habelə tənqidi yanaşma qismində dəyərləndirilə bilməz. Hər bir vətəndaş kimi vəkilin də bu qəbildən olan hallarla bağlı müvafiq səlahiyyətli orqanlara müraciət etmək hüququ var. Belə hərəkətlərlə vəkil İddiaçı «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1, 16, 18-ci maddələrinin, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1, 2-ci bəndlərinin tələblərini pozmuşdur; - Vəkil İddiaçı təqsirləndirilən şəxsin müdafiəçisi qismində çıxış etdiyi AR Dövlət Gömrük Komitəsinin Əməliyyat-İqtintaq Baş İdarəsinin icraatında olmuş müvafiq cinayət işi üzrə istintaq orqanının çağırışları üzrə operativ tədbir görməməsi (hərəkət aparılan yerə gəlməməsi) və müvafiq istintaq hərəkətləri aparılarkən şəxsiyyətini təsdiq edən sənədi və vəkil vəsiqəsini vaxtında təqdim etməməsi (bu halı İddiaçı yalnız müvafiq tarixdə Təcridxanaya buraxılması ilə təkzib edir) hərəkətləri istintaqın süni şəkildə və lüzumsuz olaraq uzadılmasına gətirib çıxaran haldır və bu davranış öz peşə borcunu yerinə yetirən vəkilin dürüstlük, qeyri-peşəkarlıq nümayiş etdirməməsi kimi dəyərləndirilməli, habelə ictimai etimada yönəlməyən hal sayılmalıdır. Bununla da, AR Cinayət Prosessual Məcəlləsinin 92.7, 92.11.2 və 92.11.3-cü maddələrinin, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1, 16 və 18-ci maddələrinin, habelə «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1, 2, 4.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil İddiaçı Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə 19 avqust 2020-ci il tarixli qərarı qanuna zidd sayılmaması Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil İddiaçı Kollegiya üzvlüyündən xaric edilməsi tələbinin əsaslı olması nəticəsini doğurur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməməli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddiası təmin edilərək vəkil İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 56, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddiası təmin edilsin. Vəkil İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1593/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1593/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver