Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1594/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi X13 iştirakı ilə iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X18 cavabdeh AR İN yanında Dövlər Vergi Xidmətinə qarşı «inzibati şikayətə baxılması barədə qərarın ləğv edilməsi, operativ vergi nəzarəti üzrə tərtib edilmiş aktların ləğv edilməsi və ya dəyişdirilməsi» barədə ərizə (inzibati şikayət) ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatında iddiaçı yol verilmiş formal xətanı aradan qaldıraraq cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilməklə məhkəməyə iddia ərizəsi təqdim etmişdir. İddia ərizəsində bildirilir ki, 17 yanvar 2020-ci il tarixdə Vergilər Nazirliyinin (Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən təsərrüfat subyekti kimi iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirdiyi “Arpaçay” kafesində vergi yoxlaması aparılmışdır. Yoxlama zamanı obyektin işçiləri tərəfindən müştəriyə göstərilmiş iaşə xidməti üzrə 53 manat ödənişə görə çek verilməməsi səbəbilə 17 yanvar 2020-ci il tarixli **********0116 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. 13 fevral 2020-ci il və 10 mart 2020-ci il tarixlərdə cavabdeh orqanın əməkdaşları tərəfindən həmin ictimai iaşə obyektində operativ vergi nəzarəti zamanı tərtib edilmiş 17 yanvar 2020-ci il tarixli 004679 saylı akt əsasında qəbul edilən 23 yanvar 2020-ci il tarixli **********0116 saylı qərar qanunsuz və əsassızdır. Dövlət Vergi Xidmətinin 14 may 2020-ci il tarixli **********088800 nömrəli qərar ilə onun (iddiaçının) inzibati şikayəti təmin edilməmişdir. O, 3 iyun 2020-ci il tarixdə Xidmətin Apellyasiya Şurasına şikayət etsə də, şikayətə cavab gəlməmişdir. Əsas sahəsi 100 kv.m olan ictimai iaşı obyektində 16 nəfər işçinin işləməsi, orada 3 qabyuyanın, zibildaşıyan işinin olması absurddur. İddiaçının İqtisad Universitetində oxuyan övladına əmək müqaviləsi olmadan işləyən şəxs kimi cərimə yazılacağı məntiqsizdir. Eyni zamanda, 004679 saylı akt və həmin akt əsasında 23 yanvar 2020-ci il tarixli **********0116 saylı qərarda qeyd edilən 10 nəfər işçinin əmək müqaviləsiz işləməsi tamamilə yanlışdır və iddiaçı bununla razı deyil. Bundan əvvəllər də yuxarı orqanlara müraciətlərdə bu barədə bildirilmişdir. X2 Universitetinin 4-cü kursunda əyani təhsil aldığı halda, onunla bağlı akt tərtib olunmuşdur. Həmin şəxs işçi olaraq yox, sadəcə öz atasına kömək etmək məqsədilə gəlmişdir. X3 qabyuyan olması ilə bağlı akt tərtib olunmuşdur. Lakin onun bacısı atrıq 5 – 6 ildir ki həmin obyektdə işləyir. Aidanın səhhətində problem olduğundan, Pərvanə İbrahimova bacısına həmin gün dərman gətirmişdir. X22, X7, X14 və X15 obyektin işçiləri deyil, həmin şəxslər Dövlət Vergi Xidmətində verdikləri izahatlarında da təsdiq etmişlər. Buna görə də xahiş olunur ki, 20.000 manat cərimənin 12.000 manat hissəsi slinsin. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 16, 19, 24, 79-c maddələrinə, İPM-in 45, 46, 70-ci maddələrinə əsaslanaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 yanvar **********0116 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə həmçinin 23 yanvar 2020-ci il tarixli qərarın mübahisələndirilməsi üzrə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təqdim etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh AR İİN yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia dəyişdirilərək «23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarın ləğv edilməsi» kimi qəbul edilmiş və iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi (vəsatəti) təmin edilərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarının mübahisələndirilməsi üzrə buraxılmış prosessual müddət bərpa olunmuşdur. Məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmuşdur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında (21 dekabr 2020-ci il tarixli məktubunda) aşağıdakılar bildirilmişdir: - DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı X18 27 sentyabr 2012-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və onun əsas fəaliyyət növü yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyətidir. AR Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17 yanvar 2020-ci il tarixli qərarına əsasən X11 məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan 2 ünvanının yanında yerləşən “Arpaçay kafe” adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti 17 yanvar 2020-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə ofisiant, aşpaz, qabyuyan kimi çalışan 10 nəfərin AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, 17 yanvar 2020-ci il tarixdə 004679 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. İddiaçı X18 tərəfindən yazılmış izahatdan da göründüyü kimi, o, özü etiraf edir ki, 17 yanvar 2020-ci il tarixdə 10 nəfər şəxs əmək müqaviləsi və xidməti müqaivlə bağlanmadan ona məxsus obyektdə müxtəlif işlərdə işləmişlər. Həmçinin həmin şəxslərdən alınmış izahatlardan da aydın olur ki, iddiaçı X1 fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanının yanında yerləşən “Arpaçay kafe” adlı obyektdə onlarla əmək müqaviləsi və xidməti müqavilə bağlanmadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. AR Vergi Məcəlləsinin yuxarıda qeyd olunan norması əsas götürülərək iddiaçı X11 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, barəsində 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunanlara və AR Əmək Məcəlləsinin 12, 49-cu maddələrinə, AR Vergi Məcəlləsinin 16.1.1, 24.0.1, 94-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, X11 məxsus ünvan 3 ünvanının yaxında yerləşən “Arpaçay kafe” adlı obyektdə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə əsasən qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarla tətbiq edilmiş maliyyə sanksiyası qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq, X6 iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus ictimai iaşə obyektində keçirilmiş operativ vergi nəzarəti zamanı akt tərtib olunarkən 10 nəfərlə bağlı əmək müqaviləsi olmadan işə cəlb olunma faktı göstərilsə də, adları göstərilən şəxslərdən həmin vaxt obyektdə altısı olmuş, X9, X20, X10 və X5 olmamışdır. Obyektdə olan şəxslər də, o cümlədən iddiaçının övladı X21 orada işləməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X27 iddianın əsas olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. O, qeyd etdi ki, aktda adları qeyd oluan şəxslər vergi orqanına verdikləri izahatlarında həmin obyektdə işlədiklərini bildirmişlər, mübahisələndirilən qərar qanunidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qanunun 50.4-cü maddısinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərar vergi orqanı tərəfindən 17 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri üzrə tərtib olunmuş akt əsasında qəbul edilmişdir. Həmin aktla vergi orqanı əməkdaşları iddiaçının müvafiq ünvandakı fəaliyyəti üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilə bağlanmadan işəgötürən kimi iddiaçı tərəfindən 6 nəfər fiziki şəxsin obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsi faktının aşkar olunduğu rəsmiləşdirilmişdir. Həmin şəxslərdən biri iddiaçı X6 övladı X12r (bu hal, inzibati orqan tərəfindən təkzib olunmur və işin mübahisə olunmayan halıdır). Aktda həmin şəxslərdən başqa, 4 nəfər operativ nəzarət tədbiri keçirilərkən faktiki işləməsi həmin təsərrüfat subyektində aşkar olunmayan, lakin iddiaçının sonradan verdiyi izahatlarda təsdiqlənmiş şəxslərin də əmək müqaviləsi olmadan işlərə cəlb olunduğu göstərilmişdir. Məhkəmə inzibati orqanın mövqeyi ilə razılaşmır və qənaətini aşağıdakılarla əsaslandırır: - iddiaçı kimi vergi ödəyicisi (fiziki şəxs) X6 övladının (tələbə) hər hansı vaxtda ona məxsus təsərrüfat subyektində olması yeganə sübut kimi çıxış etməklə vergi ödəyisinin onu əmək müqaviləsi olmadan işə cəlb etməsi qənaətinə əsas verə bilməz. Nəzərə alınmalıdır ki, bu əsasla Dövlət Vergi Xidmətinin aidiyyəti orqanının (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) qərarı ilə fakt üzrə başlanmış cinayət işinə AR CPM-in 39.1.2-ci maddəsi rəhbər tutularaq, xitam verilmişdir; - Operativ vergi nəzarəti ilə bağlı 17 yanvar 2020-ci il tarixli aktda barələrində əmək müqaviləsi olmadan işlərə (xidmətə) cəlb olunma faktı rəsmiləşdirilmiş digər 4 nəfərə gəldikdə isə, operativ nəzarət tədbiri keçirilərkən işləməsi və ya xidmət göstərməsi yerində aşkar olunmadığından, həmin şəxslərlə bağlı belə rəsmiləşdirmə aparılması vergi qanunvericiliyi ilə vergi nəzarətinin formalarından biri kimi müəyyən olunmuş “operativ vergi nəzarəti”nin mahiyyətinə, o cümlədən məqsədinə və aparılma şərtinə ziddir. Hansı ki, həmin 4 nəfərin əmək müqaviləsi olmadan faktiki işləməsi yoxlanılan təsərrüfat subyektində birbaşa aşkar olunmamış, sonradan verilən izahatlarla əks olunmuşdur. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mübahisələndirilən 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarını “əmək müqaviləsi olmadan işə cəlb olunmaya görə 5 nəfər şəxsə münasibətdə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsində qanuna zidd sayır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarı qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 yanvar **********0116 nömrəli qərarı “əmək müqaviləsi olmadan işə cəlb olunmaya görə 5 nəfər şəxsə münasibətdə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 yanvar **********0116 nömrəli qərarı “əmək müqaviləsi olmadan işə cəlb olunmaya görə 5 nəfər şəxsə münasibətdə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1594/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1594/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver