Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1594/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 39 saylı binanın, 10 saylı mənzilinin təyinatının yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Sərəncam verilməsi vəzifəsinin Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 39 saylı binanın, 10 saylı mənzilin mülkiyyətçisidir. Bununla bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi: 110745871; reyestr nömrəsi: **********52-05101-093002; xx.xx.2007-ci il tarixli) əldə etmişdir. Mənzil birinci mərtəbədə yerləşdiyindən iddiaçı onun təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsi olaraq müəyyən edilməsini və sahə kommersiya məqsədləri üçün istifadə olunmasını istəyir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı məktubda qeyd olunmuşdur ki, İddiaçı mənzildə yenidən planlaşdırma və ya yenidən qurulması işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22.1.3, 24.2, 25.1.3, 25.1.4, 25.1.5, 25.1.6-cı maddələrində nəzərdə tutulan sənədləri, şəhərsalma haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilib-yetirilməməsi, tikinti norma və qaydalarına uyğun aparılması (dayanıqlılığı və möhkəmliyi) barədə müvafiq qurumların rəyini Cavabdehnə təqdim etmədiyindən, ona imtina cavabı verilmişdir. Məlumat üçün bildirilir ki, iddiaçı icraat qaydalarını pozaraq mənzildə ilk olaraq yenidənqurma və yenidən planlaşdırma işlərini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23-26-cı maddələrinin tələblərinə əsasən aparmalı idi. Lakin, iddiaçı rayon icra hakimiyyətinə yenidənqurma və yenidən planlaşdırma işlərini aparmaq üçün müraciət etmədən, həmin işləri gizli surətdə özbaşına aparmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2 maddəsinin tələbləri həmin məcəllənin 23-26-cı maddələrinə əməl etməyi şərtləndirir. İddiaçı yenidən qurulması və yenidən planlaşdırılması nəzərdə tutulan ünvan 1 ünvanındakı yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidənqurma və yenidən planlaşdırma layihəsini və Mənzil Məcəlləsinin 24.2.1-ci maddəsində nəzərdə tutulan digər sənədləri təqdim etmədiyindən yaşayış sahəsinin şəhərsalma haqqında qanunvericiliyin tələblərinə və tikinti norma və qaydalarına əməl olunub-olunmamasını müəyyənləşdirmək imkan xaricində olmuşdur. İddiaçı qanunvericiliyə uyğun olaraq rayon icra hakimiyyətinə müraciət etmədiyindən yuxarıda qeyd edilən tələblərə dair hər hansı bir inzibati araşdırma aparılmamış və rəy alınmamışdır.
4. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə göstərilmişdir ki, mənzil iddiaçı tərəfindən özgəninkiləşdirildiyi üçün iddiadan imtina edir.
5. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi iştirak etmişdir. Cavabdehin nümayəndəsi iddiadan imtina edilməsinə etiraz etmir.
6. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı).
7. Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.
8. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil, lakin bu hüququ məhdudlaşdıran tədbirlər legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, onun əsas mahiyyətinə toxunmayaraq mütənasiblik meyarına cavab verməlidir.
9. İPM-dən: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
10. İzah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.
11. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən qanunverici İPM-in 55.5-ci maddəsində icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən edir. Buna görə də İPM-in 55.5-ci maddəsinin üçüncü cümləsi Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozan norma kimi qiymətləndirilə bilməz
12. Göstərilənlərə əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddiaçının iddiadan imtinası nəzərə alınsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilmir.
Hakim Günel Sevdimalıyeva