Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15946/2025 26.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılması” tələbinə dair iddiası üzrə Giriş hissə: Bakı İnzibati Məhkəməsi Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Mehrabova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının 27 may 2024-cü il tarixli, 3-17- 2/3-3-44/2024 nömrəli qərarı ilə cavabdehə 01 may 2024-cü il tarixdən 3 ay müddətinə 362,25 manat işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının 18 sentyabr 2024-cü il tarixli, 3- 17-2/3-3-71/2024 nömrəli qərarı ilə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbləri nəzərə alınmaqla cavabdehə işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılmışdır. İddiaçı tərəfindən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlansa da, cavabadeh tərəfindən tələb icra edilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 724,50 manat dövlət vəsaitinin X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 və Təyinat filialı (bundan sonra - Filial) tərəfindən Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 13.2.1-ci maddəsinə əsasən 1 may 2024-cü il tarixindən etibarən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 724,50 manat vəsait nağdsız qaydada ödənilmişdir. Vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmış və Cavabdeh ərizə və iltizam ilə sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməyi üzərinə öhdəlik götürmüşdür. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı Azərbaycan Respublikasının X7 ilə müqaviləsinin olduğu müəyyən olunmuş və 18 sentyabr 2024-cü tarixli 3-17-2/3-3-71/2024 nömrəli Qərarla cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. İşsizlikdən sığorta ödənişi təyinatı 1 may 2024-cü il tarixdən etibarən başlamış, şəxs tərəfindən isə işəgötürənlə müqavilə 9 fevral 2024-cü il tarixdə bağlanılmışdır. Cavabdeh müqavilə əsasında işlədiyinə baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh məşğul şəxs olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh müqavilə əsasında işlədiyi halda işsizlikdən sığorta ödənişini əldə edərək sözügedən münasibətlər halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 19 sentyabr 2024-cü il tarixli 3-17-2/2-Ə- 48109/2024 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktubuna ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. Cavabdehin etirazları: Cavbdeh tərəfindən yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun X7 ilə müqaviləsi olsa da o, işi daimi xarakterli olmamışdır. Buna görə bu barədə iddiaçıya məlumat verilməli olmasını bilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (inzibati məhkəmə icraatı qaydasında baxılır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ZN_xxxxxxx_01 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə Azərbaycan Respublikasının X7 arasında işlərin görülməsi haqqında (zal nəzarətçisi) müqavilə imzalanmışdır. X2 Mərkəzi Mühasibatlıq və Təyinatı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-2/3- 3-44/2024 nömrəli işsizlikdən sığorta ödənişinin təyin edilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası X7nin xx.xx.2024-cü il tarixli 9-3/2-Ə-3891-42-735/2024 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası X7nin təşkil etdiyi imtahanlarda zal nəzarətçisi kimi fəaliyyət göstərib və gəlirləri 2024-cü ildə 421.63 AZN (sosial ayırmalar və vergilər daxil) təşkil edir. X2 Mərkəzi Mühasibatlıq və Təyinatı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-2/3- 3-71/2024 nömrəli işsizlikdən sığorta ödənişinin dayandırılması haqqında qərar qəbul olunmuşdur. X2 Mərkəzi Mühasibatlıq və Təyinatı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 19 sentyabr 2024-cü il tarixli 3-17-2/2-Ə-48109/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra- Qanun) 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və 724,50 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabına köçürülmüşdür. Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının X7 ilə müqaviləsinin olduğu aşkar olunduğu üçün 724,50 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X4 (bundan sonra-Agentlik) qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən səbəbdən bu məktub təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığı təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsinin 1.1-ci bəndinə X6 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı (bundan sonra - Filial) Agentliyin strukturuna daxil olan mərkəzi və regional qurumların mühasibat uçotu, büdcə və smeta təhlilini həyata keçirən, maliyyə hesabatlığını təşkil edən, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş işsizlikdən sığorta ödənişinin (bundan sonra - sığorta ödənişi) qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda təyin edilməsi və ödənilməsini, məşğulluq tədbirlərinin maliyyələşdirilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşmış qurumdur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan: -1.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. -1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. -2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. -5.2.1. Sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək sığortaolunanın vəzifələrindəndir. -13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. -13.6. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. -18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə sığorta ödənişinin verilməsi dayandırılır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.2-ci maddəsinə əsasən, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər məşğul şəxslərə aid edilir. “İnzibati icraat haqqında” Qanundan: -67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göründüyü kimi qanunvericiliyin yuxarıda istinad olunan tələbinə əsasən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməlidir. “İşsizlikdən sığorta haqqında” Qanunun 18.0.1-ci maddəsindən göründüyü kimi, şəxs “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə sığorta ödənişinin verilməsi dayandırılır. Hazırkı iş üzrə cavabdehin xidməti müqavilə əsasında Azərbaycan Respublikası X7 tərəfindən keçirilən imtahanlara zal nəzarətçisi olaraq cəlb olunduğu, bu işlə bağlı ona haqq ödənildiyi müəyyən olunmuş, qeyd olunan xüsusatlar cavabdehin özü tərəfindən də təsdiq edilmişdir. Belə olan halda, cavabdeh mülki-hüquqi xarakterli müqavilə əsasında əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxs olaraq məşğul şəxslər kateqoriyasına aid edildiyindən 18 sentyabr 2024-cü il tarixli 3-17-2/3-3-71/2024 nömrəli qərarla cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsinin dayandırılması əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli, 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır. Bundan imtina edilərsə bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalıdır. İş materiallarından görünür ki, cavabdehə işsizlikdən sığorta ödənişi kimi xx.xx.2024-cü ildən 724,50 manat vəsait ödənilmişdir. Cavabdeh özü də ona 724,50 manat vəsaitin ödənildiyini təkzib etməmişdir. Odur ki, iddiaçı cavabdehə işsizlikdən sığorta ödənişi kimi ödənilən vəsait, yəni 724,50 manat məbləğin iddiaçıya geri qaytarılması tələbində haqlıdır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəm hesab edir ki, iddia təmin edilməli, Cavabdeh işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 724,50 manat dövlət vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin Cavabdeh işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 724,50 manat dövlət vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesasına ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2-1(112)-15946/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15946/2025
26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver