Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1595/2020 10.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzi işə cəlb edilməklə şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən doğum haqqında təkrar şəhadətnaməsinin Gürcüstan Respublikasından istənilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzi işə cəlb edilməklə şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş “himayə sənədi” və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə DMX tərəfindən verilmiş araış əsasında onun xx.xx.1965-ci ildə Gürcüstan SSR Dmanisi rayonu Qantiad kənd sovetliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnaməsinin Gürcüstan Respublikası müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı, iddiaçının vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun vəkili məhkəməyə müraciət edərək hazırki inzibati iş üzrə iddia tələbi cavabdeh tərəfindən məhkəmədən kənar qaydada təmin edilərək icra edildiyi üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə dəlilləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzi işə cəlb edilməklə şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş “himayə sənədi” və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə DMX tərəfindən verilmiş araış əsasında onun xx.xx.1965-ci ildə Gürcüstan SSR Dmanisi rayonu Qantiad kənd sovetliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnaməsinin Gürcüstan Respublikası müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair 2-1(112)-1595/2020 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1595/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1595/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver