Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1595/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehn qarşı "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə mənzil verilməsi və kirayə haqqının ödənilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasının yerində inşa edilmiş yeni binada ona bir otaqlı mənzil verilməsi və ona digər sakinlərə ödənilmiş miqdarda, yəni sakinlərin köçürüldüyü vaxtdan hesablanmaqla mənzillə təmin olunanadək ötən müddətdə hər ay 250 manat olmaqla kirayə haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, uzun müddət “Bakqazmaş Zavod" İstehsalat Birliyində (hal-hazırda “BAKQAZMAŞ" ASC) işləmişdir. İşlədiyi dövrdə həmin zavodun yataqxanasında mənzillə təmin olunmuş və həmin yataqxananın 89 saylı otağında ailə üzvlərilə birlikdə, qeydiyyatda olmaqla 1993-cü il tarixə kimi yaşamışdır. 1993-cü ildə işdə olduğu vaxt faktiki istifadəsində olan, 89 saylı otaq Cəbrayıl rayonundan olan məcburi köçkünlər X5 və onun ailə üzvləri tərəfindən (əşyalarım mənzildə olduğu halda) zəbt edilmişdir. Məlum olduğu kimi məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılmasının qarşısının alınması məqsədilə bir sıra qanunvericilik aktları qəbul edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Azərbaycan Respublikası Prezidentinin 17.09.1998-ci il tarixli, 895 saylı Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994- cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını alımaq məqsədilə həmin evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmış, bir sözlə məcburi köçkünlərin müvəqqəti yaşamaq məqsədi ilə zəbt etdikləri təyinatından asılı olmayaraq yaşayış, inzibati, yardımçı və digər binalardan, bütün tikililərdən çıxarılması qanunsuz elan edilmişdi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən Xəzər rayonu Buzovna qəsəbəsi 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğu müəyyən olunmuş, bu səbəbdən binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin köçürülməsi Cavabdehnə tapşırılmış və onun tərəfindən həyata keçirilmişdir. Bina sökülmüş və hal- hazırda onun yerində “Kristal Abşeron" MTK tərəfindən yeni bina inşa edilməkdədir. Qəzalı binanın sakinlərini yeni binada mənzillərə təmin olunması nəzərdə tutulmuş və bina istifadəyə verilənədək sakinlərin müvəqqəti kirayədə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında’' Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli, 392-ıv Q nömrəli Qanununun tətbiqi barədə" 699 nömrəli, 04.09.2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı. Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 1.8-ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.12.2016-cı il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin “sakinlər"in əhatə dairəsi müəyyənləşdirilmişdir. “Qərara” görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur. Təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, o, Xəzər rayonu, Buzovna qəsəbəsi, 21/43 saylı məhəllə “BAKQAZMAŞ" zavodunun yataqxanasında qeydiyyatdadır.Təqdim etdiyi MKİS tərəfindən tərtib olunmuş “Bakı şəhəri, 1 saylı xüsusi təyinatlı MKTB-nin Xəzər rayonu, Buzovna qəsəbəsi, 111 MKİS-in balansında olan, məhəllə 21/43- də yerləşən yataqxana haqqında Məlumaf'-dan göründüyü kimi ailə üzvlərimlə birlikdə həmin siyahının müvafiq olaraq 301-303-cü sıralarında 21/43-cü məhəllədə yerləşən yataqxananın 89 saylı mübahisəli mənzilinin sakinləri kimi göstərilmişdir. Siyahıda Cəbrayıl rayonundan məcburi köçkün X3 ailə üzvü ilə zəbt etdiyi qeyd olunmuşdur. Təqdim etdiyi “Şəxsi hesab vərəqəsin"dən göründüyü kimi, o, ailə üzvü ilə birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsi “BAKQAZMAŞ" Zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamış, kommunal və kirayə xərcləri ödəmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 iyul 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 30.09.2021-ci il tarixli 1325 saylı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prossesual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar.Məhkəmənin nəzərinə çatdırırıq ki, bu iddia predmeti üzrə cavabdeh inzibati orqan Cavabdeh hesab edilə bilməz. Belə ki, Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Həmin binaya dair Cavabdeh tərəfindən sərəncam vermək hüququ olmamışdır.Bundan əlavə, İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək 1993-cü ildən "xxxx" zavodunun yataqxanasında faktiki olaraq yaşamadığını qeyd etmişdir (surəti əlavə olunur).Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 111 saylı Mənzil-Kommunal İstismar Sahəsindən Cavabdehnə ünvanlanmış 02.06.2021-ci il tarixli, 17 nömrəli məktubda Buzovna qəsəbəsi, 2143 ünvanda yerləşən "xxxx" zavodunun yataqxanası sökülərək yerində yeni standartlara uyğun yaşayış binası inşa edilməsi və həmin binada faktiki yaşayan sakinlərin mənzillə təmin olunmaları, eləcə də, İddiaçı sözügedən yataqxanada qeydiyyatda olsa da, faktiki həmin yataqxanada yaşamadığı bildirilmişdir (surəti əlavə olunur).Eləcə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 01.05.2019-cu il tarixli rəyinə əsasən iddiaçının qeydiyyatda olduğu yataqxana binasının texniki vəziyyətinin qəzalı olduğu müəyyən olunmuş, bu binanın istismarının dayandırılması və orada faktiki yaşayan sakinlərin çıxarılması zəruri hesab edilmişdir. Lakin qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı ‘’mənzillə təmin olunma və mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəməyə daxil olmuş üçüncü şəxs Kristal Abşeron” Mənzil Tikinti Kooperativinin 05.10.2021-ci il tarixli 186 saylı yazılı etirazında göstərilmişdir ki, iddiaçının qeydiyyatda olduğu keçmiş "xxxx" zavodunun yataqxanası Cavabdeh tərəfindən sökülərək, yerində "xxxx" MTK tərəfindən yeni bina inşa edilmişdir. Bunu əsas götürərək, iddiaçı həmin binada kompensasiya olaraq pul və mənzil verilməsini tələb edir. Bununla bağlı bildiririk ki, iddia ərizəsində qeyd olunan layihə "xxxx" MTK tərəfindən inşa edilməmişdir. Buna görə də həmin MTK-nın hazırki mübahisə üzrə işə üçüncü şəxs kimi cəlb edilməsi qanuni və əsaslı deyildir. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, nə hazırlıq icraatı üzrə məhkəmə iclasına, nə də ki, şifahi məhkəmə baxış iclaslarına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə qəzalı vəziyyətdə olduğuna görə sökülmüş, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllə, "xxxx" zavodunun yataqxanasının yerində inşa edilmiş yeni binada ona bir otaqlı mənzil verilməsi və ona digər sakinlərə ödənilmiş miqdarda, yəni sakinlərin köçürüldüyü vaxtdan hesablanmaqla mənzillə təmin olunanadək ötən müddətdə hər ay 250 manat olmaqla kirayə haqqı ödənilməsinə dair iddiası geri götürülmüş sayılmalı və həmin hissədə inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X4 iddianın geri götürülmüş sayılmasına və inzibati iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-nin 81.1-ci maddəsinə əsasən nzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə mənzil verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1595/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1595/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver