Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1595/2023 07.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” Qərarının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq olunan 240 000,0 manat maliyyə sanksiyasının 120 000,0 manat hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********158278 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya müəyyən vergilərlə yanaşı, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 240000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Belə ki, mübahisələndirilən qərarın əsaslandırılması xx.xx.2020-ci il tarixli yoxlama aktında əksini tapmışdır. Həmin aktın 32-ci səhifəsində qeyd olunan maliyyə sanksiyasının tətbiqi ilə əlaqədar qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra (xx.xx.2017-ci il tarixdə 575 000,0 manat, xx.xx.2017ci il tarixdə 655000,0 manat 2 kassa məxaric orderinə əsasən) ümumilikdə 1 230 000,0 manat vəsait təsisçiyə təqdim edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan əməliyyata görə 30000,0 limit nəzərə alınmaqla 1 200 000,0 manatın 20 % faizi məbləğində, yəni 240 000,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə görə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə müvafiq vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Cavabdeh xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə aparılan məxaric əməliyyatlarını ikinci dəfə kimi qiymətləndirmiş, bu zaman isə ondan sonrakı dövrdə baş verən əməliyyata istinad etmişdir. Belə ki, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********0705 saylı qərara əsasən keçirilmiş operativ vergi nəzarətinin nəticələri “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2017 tarixli 004023 nömrəli akt ilə rəsmiləşdirilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli **********7188 nömrəli qərarla onun barədə 2779,2 manat (27 792,0 x 10%) maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, səyyar vergi yoxlaması zamanı xx.xx.2017-ci il tarixdə qəbul edilən qərarla tətbiq edilmiş maliyyə sanksiyası birinci dəfə baş verən pozuntu kimi, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə baş verən pozuntular isə ikinci dəfə baş verən pozuntu kimi qiymətləndirilmişdir. Cavabdeh daha əvvəl baş vermiş pozuntunu ikinci hal kimi tətbiq etməklə kobud pozuntuya yol vermişdir. Əlavə olaraq, mübahisələndirilən inzibati aktda tətbiq olunan maliyyə sanksiyasının vergi dövrü də göstərilməmişdir. Həmin dövr 2017-ci ilə aid olduğu üçün və Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən şəxsin məsuliyyətə cəlb edilməsi müddəti başa çatdığı üçün qərarda əks olunmamışdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018 tarixli **********167994 saylı qərarına əsasən vergi ödəyicisində səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticələri xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə təsdiq edilmişdir. Akta baxılması nəticəsində qəbul edilmiş məsuliyyət qərarı ləğv edilərək xx.xx.2022-ci il tarixli **********158278 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən vergi ödəyicisi barədə tətbiq edilmiş və mübahisələndirilən maliyyə sanksiyasının əsasları bunlardır: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra (xx.xx.2017-ci il tarixdə 575 000,00 manat, xx.xx.2017-ci il tarixdə 655 000,00 manat 2 kassa məxaric orderinə əsasən) xx.xx.2017-ci il tarixədək olan nağdlaşdırılmış əməliyyatlarının həcmi 1 230 000,00 manat olmuşdur. Yoxlama ilə kassa məxaric orderlərinin təsisçiyə təqdim edildiyi, həmin şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 100% təsis payı məxsus olduğu və vergi orqanında uçota alınmadığı (VÖEN-in olmadığı) müəyyən olunmuşdur. “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********0705 saylı qərara əsasən keçirilmiş operativ vergi nəzarətinin nəticələri “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2017 tarixli 004023 nömrəli aktı ilə rəsmiləşdirilmiş və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 58.7.1.1-ci maddəsinin tələblərinin pozulduğuna görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********7188 saylı qərar vergi ödəyicisi 2 779.20 (27792,0 * 10%) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Yoxlama ilə nağd qaydada təsisçiyə qaytarılan məbləğin 2017-ci il ərzində 2-ci dəfə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına halına görə Vergi Məcəlləsinin 58.7-1ci maddəsinə əsasən nağd qaydada məxaric edilən 1 230 000,00 manat məbləğdən yalnız iyun ayı üzrə 30 000 manat nəzərə alınmışdır. Belə ki, vergi ödəyicisi 2017-ci ilin avqust ayında keçirilmiş operativ vergi nəzarəti zamanı həmin ay üzrə 30 000 manat çıxarmaq hüququ nəzərə alındığı üçün səyyar vergi yoxlaması zamanı həmin ay üzrə 2-ci dəfə nəzərə alınmamış və ümumilikdə 1 200 000,00 manatdan (1 200 000,00 – 30 000,00) 20% miqdarında yəni 240 000,00 (1 200 000,00 * 20%) manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin Qanunun 3.4.6-cı bəndinə əsasən faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla) digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız qaydada həyata keçirilməlidir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7188 saylı xx.xx.2017-ci il tarixli qərardan görünür ki, RR Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2017-ci il tarixli 004023 saylı akta və xx.xx.2017-ci il tarixli nağdsız hesablaşmaların həyata keçirilməsinə dair tələblərə əməl olunmasına riayət olunması vəziyyətinə dair Akta əsasən “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 2779.20 manat pul məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərardan görünür ki, İddiaçı haqqında ümumilikdə 245 349,01 manat pul məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Həmin Qərarda həmin maliyyə sanksiyasının 2400000, 00 manat hissəsini Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyasının təşkil etdiyi qeyd edilmişdir. **********168378 saylı xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktının 2.5-ci bəndində göstərilmişdir: 2.5. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulmuş hüquqpozuntulan barədə məlumat: Qanunun tələbləri Tətbiq olunan maliyyə Qanunun tələbləri pozulmaqla pozulmaqla aparılmış sanksiyası aparılmış əməliyyatın növü əməliyyatın məbləği Faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin 1200000 00 240000 00 verilməsi halları istisna olmaqla), digər ayırmaların həmin vəsaitləri verənlər tərəfindən nağd qaydada verilməsi və qəbul edilməsi Yoxlama zamanı təsisçi tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətə verilən borcun 2017-ci ildə təsisçiyə (xx.xx.2013-cü il tarixdən Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri X5 50% və “R+R Compani” Məhdud Məsuliyyətli Cəmiyyəti 50% olmaqla MC-ni təsis etmiş (xx.xx.2013/**********735400 AVİS qeydiyyat tarix və nömrəsi), daha sonra alğısatqı müqaviləsinə əsasən xx.xx.2014-cu il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyətin 100% təsis payı X1 (xx.xx.2014/**********110200 AVİS qeydiyyat tarix və nömrəsi), xx.xx.2017-ci il tarixdə MMC-nin 100% təsis payı X2 təqdim edilmişdir (xx.xx.2018/**********212200 AVİS qeydiyyat tarix və nömrəsi)) nağd qaydada qaytarılması halı aşkar edilmiş və pulların verilməsi kassa məxaric orderi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə dəyişiklik Vergi Məcəlləsinə əlavə dəyişiklik edilməsi haqqında qanunla Vergi Məcəlləsinə 58.7-1-ci maddə əlavə olunmuş və bununla da “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə sanksiyalar müəyyən olunmuşdur. Həmin Qanun xx.xx.2017-ci il tarixdə dərc edilmiş və dərc edildiyi gündən sonra yaranan münasibətlər tətbiq edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsinin, yəni nağdsız hesablaşmalar haqqında Qanunun tələbləri pozulmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halı istisna olmaqla) digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə qanunun tələbləri pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala 1-ci dəfə yol verdikdə 10 faiz, 2-ci dəfə yol verdikdə 20 faiz və 3 və daha çox dəfə yol verdikdə 40 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra (xx.xx.2017-ci il tarixdə 575000,00 manat, xx.xx.2017-ci il tarixdə 655000,00 manat 2 kassa məxaric orderinə əsasən) xx.xx.2017-ci il tarixədək olan əməliyyatlarının həcmi 1230000,00 manat olmuşdur. Yoxlama ilə kassa məxaric orderlərinin X4 təqdim edildiyi, həmin şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 100% təsis payı məxsus olduğu və vergi orqanında uçota alınmadığı (VÖEN-niıı olmadığı) müəyyən olunmuşdur. “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********0705 nömrəli qərara əsasən keçirilmiş operativ vergi nəzarətinin nəticələri “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2017 tarixli 004023 nömrəli aktı ilə rəsmiləşdirilmiş və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 58.7.1.1-ci maddəsinin tələblərinin pozulduğuna görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********7188 nömrəli qərar vergi ödəyicisi 2779.20 (27792,0 * 10%) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Yoxlama ilə nağd qaydada təsisçiyə qaytarılan məbləğin 2017-ci il ərzində 2-ci dəfə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına halına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağd qaydada məxaric edilən 1230000,00 manat məbləğdən yalnız iyun ayı üzrə 30000 manat nəzərə alınmışdır. Belə ki, vergi ödəyicisi 2017-ci ilin avqust ayında keçirilmiş operativ vergi nəzarəti zamanı həmin ay üzrə 30000 min manat çıxarmaq hüququ nəzərə alındığı üçün səyyar vergi yoxlaması zamanı həmin ay üzrə 2-ci dəfə nəzərə alınmamış və ümumilikdə 1200000,00 manatdan (1200000,00 - 30000,00) 20% miqdarında yəni 240000,00 (1200000,00 * 20%) manat miqdarında maliyyə sanksiyası təklif edilir. Yoxlama ilə əhatə olunan dövr ərzində Vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergi borclarının, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının alınması üçün bank və ya kredit təşkilatı idarəsinə sərəncam verilmiş, lakin bu sərəncamların qüvvədə olduğu müddət ərzində müəssisənin kassasından nağd qaydada məxaric əməliyyatları aparılmamış, Vergi Məcəlləsinin 58.3-cü maddəsində nəzərdə tutulan hüquq pozuntularına yol verilməmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində Vergi Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri pozulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla hansı tarixdə çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı tərəfindən təqdim edilən dəlillər aşağıdakılardır: Cavabdeh xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə iddiaçı tərəfindən aparılan məxaric əməliyyatlarını ikinci dəfə kimi qiymətləndirmiş, bu zaman isə ondan sonrakı dövrdə baş verən əməliyyata istinad etmişdir. Belə ki, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********0705 saylı qərara əsasən keçirilmiş operativ vergi nəzarətinin nəticələri “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2017 tarixli 004023 nömrəli akt ilə rəsmiləşdirilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli **********7188 nömrəli qərarla onun barədə 2779,2 manat (27 792,0 x 10%) maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, səyyar vergi yoxlaması zamanı xx.xx.2017-ci il tarixdə qəbul edilən qərarla tətbiq edilmiş maliyyə sanksiyası birinci dəfə baş verən pozuntu kimi, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə baş verən pozuntular isə ikinci dəfə baş verən pozuntu kimi qiymətləndirilmişdir. Cavabdeh imtina və etirazını belə əsaslandırmışdır ki, Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********0705 saylı qərara əsasən keçirilmiş operativ vergi nəzarətinin nəticələri “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” xx.xx.2017 tarixli 004023 nömrəli aktı ilə rəsmiləşdirilmiş və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 58.7.1.1-ci maddəsinin tələblərinin pozulduğuna görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********7188 saylı qərar vergi ödəyicisi 2779.20 (27792,0 * 10%) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Yoxlama ilə nağd qaydada təsisçiyə qaytarılan məbləğin 2017-ci il ərzində 2-ci dəfə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına halına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağd qaydada məxaric edilən 1230000,00 manat məbləğdən yalnız iyun ayı üzrə 30000 manat nəzərə alınmışdır. Belə ki, vergi ödəyicisi 2017-ci ilin avqust ayında keçirilmiş operativ vergi nəzarəti zamanı həmin ay üzrə 30000 manat çıxarmaq hüququ nəzərə alındığı üçün səyyar vergi yoxlaması zamanı həmin ay üzrə 2-ci dəfə nəzərə alınmamış və ümumilikdə 1200000,00 manatdan (1230000,00 – 30000,00) 20% miqdarında yəni 240000,00 (1200000,00 * 20%) manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə; Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması; Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7188 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçı operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2017-ci il tarixli 004023 saylı akta və xx.xx.2017-ci il tarixli nağdsız hesablaşmaların həyata keçirilməsinə dair tələblərə əməl olunmasına riayət olunması vəziyyətinə dair Akta əsasən “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 2779.20 manat pul məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərarından görünür ki, İddiaçı haqqında ümumilikdə 245 349,01 manat pul məbləğində maliyyə sanksiyasının 240000,00 manat hissəsini Vergi Məcəlləsinin 58.7- 1-ci maddəsinə əsasən maliyyə sanksiyasının təşkil etdiyi qeyd edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra (xx.xx.2017-ci il tarixdə 575000,00 manat, xx.xx.2017-ci il tarixdə 655000,00 manat 2 kassa məxaric orderinə əsasən) xx.xx.2017-ci il tarixədək olan əməliyyatlarının həcmi 1230000,00 manat olmuşdur. Göründüyü kimi, Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsinə əsasən cavabdeh qurumun iddiaçı tərəfindən ikinci dəfə yol verilmiş kimi göstərdiyi (xx.xx.2017-ci il tarixdə 575000,00 manat, xx.xx.2017-ci il tarixdə 655000,00 manat 2 kassa məxaric orderinə əsasən) qanun pozuntusu cavabdehin özünün də qərarlarında və etirazında göstərildiyi kimi ilkin qanun pozuntusu kimi qeydə alınmış olan xx.xx.2017-ci il tarixli **********0705 saylı qərarına əsasən “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə riayət olunması vəziyyəti haqqında” 004023 nömrəli aktı ilə rəsmiləşdirilmiş xx.xx.2017 tarixdən əvvəlki tarixə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qurum tərəfindən **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” tarixli qərarla təqvim ili ərzində daha əvvəl baş vermiş qanun pozuntusu ilə aparılmış ilkin əməliyyat olmasına baxmayaraq ikinci dəfə kimi qiymətləndirməkdə və iddiaçıya Vergi məcəlləsinin 58.7-1.6-cı maddəsinə əsasən aparılmış əməliyyatın 10%-i (1200000x10%=120000 ) deyil, 20%-i (1200000x20%=240000) məbləğində maliyyə sanksiyası tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı barədə qəbul edilmiş **********158278 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” Qərarın Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq olunan 240000,0 manat maliyyə sanksiyasının 120000,0 manat hissəsində ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1595/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1595/2023
07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver