Məhkəmə qərarları › İş №2-1(112)-15953/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15953/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15953/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X46 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi İddiaçı, Üçüncü şəxslər X12 və X5 iştirakları ilə, İddiaçı üçüncü şəxslər X19, X20, X28, X9, X13, X29, X12, X30, X34, X21, X14, X22, X10, X31, X23, X35, X7, X8, X15, X4, X36, X37 və X6 cəlb olunmaqla cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I.İşin halları İddiaçı Nəsirov Əmir Viliyeviçin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək X19, X20, X28, X16, X13, X29, X12, X30, X34, X21, X14, X22, X10, X31, X23, X35, X7, X8, X15, X4, X36, X37 və X2 mülkiyyət hüququ uzrə mənə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasının Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2025-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evinə çıxarış alan zaman iddiaçıya məlum olmuşdur ki, ailə üzvlərindən başqa qonşuluqda yaşayan X19 və onun ailə üzvləri də həmin evdə pasport qeydiyyatındadır. İddiaçı X19, X20, X28, X16, X13, X24, X12, X30, X34, X21, X14, X22, X10, X31, X23, X35, X7, X8, X15, X4, X36, X37 və X2 mülkiyyət hüququ üzrə ona məxsus olan yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin qurumun iddiaçıya ünvanladığı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən adları qeyd edilən şəxslərin həmin evdən yaşayış yeri üzrə qeydiyyatından çıxarılması və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Adları qeyd edilən şəxslərin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqularının həyata keçirilməsində maneçilik törədir, iddiaçıya mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə X19, X20, X28, X9, X13, X29, X12, X30, X34, X21, X14, X22, X10, X31, X23, X35, X7, X8, X15, X4, X36, X37 və X6 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər X12 və X13 məhkəmə iclasında çıxarış əsasında eyni ünvan üzrə qeydiyatlarının olmasını bildirmişdirlər. III. Tədqiq edilən sübutlar: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat“ haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X20. X9, X13, X28, X29. X12, X19, X30, X34, X21, X14, X22, X10, X31, X23, X35. X7, X8, X15, X4, X6, X36, X17 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, X19, X20, X28, X9, X13, X29, X12, X30, X34, X21, X14, X22, X10, X31, X23, X35, X7, X8, X15, X4, X36, X37 və X6 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, ünvan 4 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 7 ünvanında sorğuda qeyd olunan şəxslərin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. X40 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 28 nömrəli Qərarına əsasən ünvan 4 ünvanında yaşayan Nəcəfov M.Y. əsaslı təmir işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Dəmir Yolu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ali Sovetinin katibliyinə ünvanlanan məktubda qeyd edilmişdir ki, Z.A.Nəcəfovanın həyat yoldaşı Mehrac Nəcəfov yoldaş Biləcəri Lokomotiv deposunda fəhlə işlədiyinə baxmayaraq iş yerində mənzil uçotunda dayanmadığı üçün dəmir yolu idarəsi Nəcəfovanın ailəsini mənzillə təmin etmək hüququ yoxdur. Odur ki, mənzil şəraitinin yaxşılaşdırılması barədə çox uşaqlı ana kimi Binəqədi rayon İcrayə komitəsinə müraciət edib mənzil növbəsində dura bilər. IV. İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları: Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İşin faktiki hallarına görə, ünvan 4 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 iddiaçının xüsusi mülkiyyətindədir. Həmçinin ünvan 4 ünvanına dair Nəcəfov M.Y oğlunun adına X26 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 28 nömrəli qərarı mövcuddur. İddiaçının hazırkı iddia üzrə hüquqi marağı üçüncü şəxslərin həmin ünvandan pasport qeydiyyatından çıxarmasına nail olmaqdır. Göründüyü kimi, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə deyil, özlərinə məxsus, eyni ünvanda, lakin faktiki ayrı mənzildə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxsin mülkiyyətində olan evin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalması qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzilin ünvanı üzrə deyil, eyni ünvan rekvizitlərinə malik olan ayrıca daşınmaz əmlakın mülkiyyətçisi olmaqla ünvan üzrə daimi qeydiyyatdadırlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Baxılan işlə əlaqədar oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-266/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2- 1(102)-1700/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında da qeyd edilmişdir. 2-1(102)-1700/2023 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X1 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X3 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir”. 2-1(102)-266/2024 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar. Belə olan halda, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir”. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X53

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar