Məhkəmə qərarları › İş №2-1(112)-1596/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1596/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1596/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X12 üçüncü şəxs qismində cəlb edilməklə “keçmiş Lenin – (indiki Sabunçu rayon) XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1992-ci il tarixli, 3/20 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçıoğlu cavabdehlər Bakı şəhəri Cavabdehnə vəAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lenin indiki Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarının, Cavabdeh xx xxxx 2004-cü il tarixli, 154 saylı sərəncamının və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, JN – 2061xx xxx 00500026 saylı Şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmışdır. İş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan zamanı xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş hazırlıq icraatının iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi (iddia tələbinin həcminin azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Bakı şəhəri Cavabdeh göstərməklə, keçmiş Lenin indiki Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1596/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə X12 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi ilkin olaraq xx xxxx 1951-ci il tarixdə Lenin (indiki Sabunçu) rayon X5 İcrayyə Kommitəsi tərəfindən 17 saylı protokolla fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mərhum atası X13 ayrılmışdır. Sonradan uzun müddət tikinti işləri apara bilmədiyindən həmin torpaq sahəsinə dair xx xxxx 1958-ci il tarixdə Lenin (indiki Sabunçu) rayon X5 İcrayyə Kommitəsi tərəfindən 41 saylı protokolla fərdi yaşayış evinin tikintisi üçün yenidən sənəd verilmişdir. xx xxxxxx 1990-cı il tarixdə Lenin (indiki Sabunçu) rayon X5 İcrayyə Kommitəsinin qərarı ilə tikinti işləri aparılmasına dair müddət bərpa edilmişdir. Lenin (indiki Sabunçu) rayon X5 İcrayyə Kommitəsinin xx xxxxxx 1990-cı il tarixli Qərarı ilə Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən 400 kv.m torpaq sahəsinə əlavə olaraq 800 kv.m torpaq sahəsinin iddiaçının mərhum atasına ayrılmasına dair sənəd verilmişdir. İddiaçı həmin torpaq sahəsinə vərəsə kimi çıxarış alınması üçün müracət etmiş, Bakı şəhəri 39 saylı Notariat Kontoru iddiaçının mərhum atası X10 vərəsəsi olmağı barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi idarəsinə xx xxxxxxx 2018-ci il tarixli, 291 saylı məktub ünvanlamışdır. İddiaçı bütün sənədləri toplayaraq həmin quruma müraciət etdikdə həmin qurumdan bildirilmişdir ki, torpaq sahəsinə dair plan-sxem Cavabdeh Zabrat qəsəbə nümayətdəliyi tərəfindən çəkildiyi üçün Cavabdeh möhürü ilə təsdiq edilməlidir. İddiaçı həmin plan-sxemi təsdiqlənməsi üçün ərizə ilə Cavabdehnə təqdim etmişdir. Cavabdehndən ünvanlamış xx xxxxxx 2018-cı il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən 0,15 ha torpaq sahəsi AR Dövlət Torpaq və Xritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, JN-2061xx xxx 00500026 saylı Şəhadətnaməyə əsasən X6 məxsus olmuş, sonradan xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 və AR Dövlət Torpaq və Xritəçəkmə Komitəsi tərəfindən ona xx.xx.2006-cı il tarixli, JN- 28988D KOD 00500026 saylı Şəhadətnamə verilmişdir. Bundan sonra mənə məlum olmuşdur ki, mərhum əmim X4 sənədlərlə atama ayrılmış torpaq sahəsini öz adına qeydiyyatdan keçirmiş və vərəsə kimi mənə məxsus olan torpaq sahəsini kənar şəxslərə satmışdır. Lenin indiki Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarı ilə mərhum nənəsi Əminə Dadaş qızma məxsus olmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 26 ünvanında yerləşən evi gələcəkdə mağistral yolun tikilməsi ilə əlaqədar olaraq söküləcəyi təqdirdə ona ataslna məxsus Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən torpaq sahəsindən et tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Lakın həmin ev sökülməmiş və mərhum nənəsi Əminə Dadaş qızına məxsus olmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 26 ünvanında yerləşən ev nənəm Mehman Əliağa oğluna prba; keçmiş, onun tərəfindən xx xxxx 1998-ci il tarixdə satılmış və sonuncu dəfə xx xxxx 2004-cü Dövfə, il tarixdə həmin ev digər şəxslərə satılmışdır. Mərhum əmisi həmin Lenin indiki Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarına istinad edərək mərhum nənəm Əminə Dadaş qızının vərəsəsi kimi Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən torpaq sahəsini də qeyriqanuni yolla adma keçirərək satmışdır. Baxmayaraq ki, Lehin indiki Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarı ilə mərhum nənəm Əminə Dadaş qızma məxsus olmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 26 ünvanında yerləşən evi gələcəkdə magistral yolun tikilməsi ilə əlaqədar olaraq söküləcəyi təqdirdə ona atama məxsus Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən torpaq sahəsindən ev tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə tərəflərə bildiriş göndərilmiş, lakin cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, hazırki iddia ərizəsi ilə mübahisələndirilən keçmiş Lenin – (indiki Sabunçu rayon) XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1992-ci il tarixli, 3/20 saylı qərarın mövcudluğundan uzun müddət əvvəl məlumatlı olmuşdur. Bir çox orqanlara . dövlət qurumlarına müraciətlər etmiş, hətta xx xxxxxx 2019-cu il tarixində də mülki qaydada iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsinə iddia verərəkqanunu yolla ona məxsus olan torpaq sahəsinə çıxarışın alınmasını xahiş etmiş, lakin iddiası rədd edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyası iddiası üzrə icraata xitam verərək, mübahisənin inzibati xarakterli olduğunu bildirmişdir. Odur ki, iddianın mümkün sayılmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlü olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydada riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərin, yəni başqa şəxslərin tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx xxxx 2008-ci il tarixli Qərarı). İş materillarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 291 saylı, xx xxxxxxx 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, məhrum Əmirməmməd Əliağa oğlundan miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 39 saylı Notariat kontoruna müraciət daxil olmuş, Əmirməmməd Əliağa oğlunun xx.xx.1990-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəflərindən vərəsilik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmiş, qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olmuşdur.. Bu səbəbdən, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur. - (Keçmiş lenin) Cavabdeh xx xxxxxx 1992-ci il tarixli, 3/20 saylı qərarı ilə Əminə Dadaş qızına məxsus olmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 26 ünvanında yerləşən ev, gələcəkdə magistral yolun tikilməsi ilə əlaqədar olaraq söküləcəyi təqdirdə ona Məmməd Əliağa oğluna məxsus Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən torpaq sahəsindən ev tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi iddiaçının mərhum atası X10 istifadəsinə verilmişdir. İddiaçının atası vəfat etdikdən sonra, Bakı şəhəri 39 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və İddiaçı mərhumun vərəsəsəsi kimi tanınmışdır. xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi məqsədi ilə Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət olunmuşdur. Məlum olmuşdur ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, JN-2061xx xxx 00500026 saylı şəhadətnaməyə əsasən X6 məxsus olmuş, sonradan xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 və AR Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən ona xx.xx.2006-cı il tarixli JN-28988D KOD 00500026 saylı şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin Əminə Dadaş qızına keçməsi və onun ölümündən sonra X1 əsası Cavabdeh xx xxxxxx 1992-ci il tarixli, 3/20 saylı qərarı təşkil etmişdir. İşin mübahisələndirilən halı oldur ki, iddiaçı hazırki iddia tələbi ilə sözügedən torpaq sahəsinin Əminə Dadaş qızına verilməsi və onun ölümündən sonra X2 əsas olan Cavabdeh xx xxxxxx 1992-ci il tarixli, 3/20 saylı qərarının ləğvini tələb edir və bunu mübahisəli torpaq sahəsinin mərhum atası X10 vəfatından sonra vərəsəsi olaraq həmin torpaq sahəsi üzrə onun hüququnun olması ilə əsaslandırır. Məhkəmə bununla bağlı ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 10 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini iddiaçının mərhum atasının istifadəsinə verilmiş, onun vəfatından sonra vərəsəlik işi açılmış və iddiaçı vərəsə kimi qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı həmin torpaq sahəsini mübahisələndirmək hüququna malikdir. Başqa sözlə desək, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddianın bütün mümkünlük şərtlərini yoxlayaraq, əlavə olaraq bildirir ki, iddiaçının qərarı mübahisələndirmək üçün subyektiv hüququ olsa da, iddiaçı həmin qərar üzrə mübahisələndirmə müddətini ötürmüşdür. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil xx xxxx 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, hətta hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ olsa da, iddiaçı hazırki qanunla da həmin qərarın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, işdən mübahisələndirilən qərarın (keçmiş Lenin indiki Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarın) iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, iddiaçı məhkəmə iclaslarında iştirak edərkən, dəfələrlə Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarın mövcüdluğundan uzun illər əvvəl xəbərdar olduğunu bildirmişdir ki, bununla bağlı məhkəmə iclas protokolunda qeydlər aparılmışdır. Bundan savayi isə, məhkəmə araşdırılması zamanı təqdim olunmuş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh X11 qarşı iddia ərizəsi ilə xx xxxxxx 2019-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbini əsaslandırarkən isə, Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarına istinad etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1855/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9712/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin olunması və qətnamənin qismən – torpaq sahəsinin özəlləşdirilməsi üçün aparılmış qeydiyyatın və şəhadətnamə etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi; həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı Cavabdeh xx xxxxxx 1992-ci il tarixli qərarın mövcüdluğundan uzun illər əvvəl xəbərdar olduğunu bildirsə də, Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq araşdırmanı apararaq müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərkən, artıq həmin inzibati orqanın sözügedən qərarından xəbərdar olmuşdur. Məhkəmə sözügedən qərarın iddiaçı tərəfindən xəbərdar olmasını xx xxxxxx 2019-cu il tarixdən qəbul edir. Belə olan halda, iddiaçı keçmiş Lenin – (indiki Sabunçu rayon) XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1992-ci il tarixli, 3/20 saylı qərarını ən geci xx xxxxxx 2019cu il tarixdə xəbərdar olduğu təqdirdə, iddiaçı həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmədiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qüvvədə olan qanunvericiliyin və işin hallarını rəhbər tutaraq, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X12 üçüncü şəxs qismində cəlb edilməklə “keçmiş Lenin – (indiki Sabunçu rayon) XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1992-ci il tarixli, 3/20 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 35-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X12 üçüncü şəxs qismində cəlb edilməklə “keçmiş Lenin – (indiki Sabunçu rayon) XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1992-ci il tarixli, 3/20 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar