Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1597/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X4 və Cəmiyyətin nümayəndəsi və vəkili Vəkil və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri X2 və X3 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “artıq tutulmuş gömrük ödənişinin qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin üzərinə "xxxx" ASC ilə "xxxx" Şirkəti (bundan sonra "ASTA" adlanacaq) arasında bağlanılmış 21 noyabr 2021-ci il tarixli müqavilə əsasında, ASTA Şirkətinin sifarişi əsasında İranın "X11 Co LTD" Şirkəti tərəfindən iddiaçının ünvanına göndərilən mallara dair gömrük bəyannamələrinin rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin düzgün müəyyən olunmaması nəticəsində **********9482 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 93.208,89 manat, **********3337 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 39.666,44 manat və **********1163 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 14.453,722 manat olmaqla, cəmi 147.329,052 (93208.89+39666.44+14453.722=147329.052) manat məbləğdə artıq tutulmuş gömrük ödənişinin iddiaçı, "xxxx" ASC-yə qaytarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakıinşaatsənaye" ASC ilə “ASTA” arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə əsasında “ASTA” "xxxx" ASC-yə qara metaldan külçə göndərilməsi öhdəliyini öz üzərinə götürmüşür. Həmin müqavilə şərtlərinə görə külçənin 1 tonunun satış qiyməti ASTA şirkətinin göndərdiyi və müqavilənin ayrılmaz hissəsi olan invoyslar əsasında müəyyənləşdirilir. ASTA şirkətinin sifarişi əsasında İranın "X11 Co LTD" Şirkəti tərəfindən iddiaçının ünvanına **********9482 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə (İnvoice No: B/İ -1400-40-497/G6-9, tarix: xx.xx.2022; BİLL OF LADİNG no SPL 400/178) 1592.343 ton, **********1163 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə (İnuoice No: B/İ -1400-40-510, tarix: xx.xx.2022; BİLL OF LADİNG No: SPL 400/182) 750 ton və **********3337 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə (İnvoiceNo: B/İ-1400-40- 497/G6 -10, tarix: xx.xx.2022; BİLL OF LADİNG No: SPL 400/179) 677.647 ton olmaqla, cəmi, 3019.99 (1592.343 +750+677,647 = 3019.99) ton külçə göndərilib. Malın dəyəri Bakıya çatdırılma xərci də daxil olmaqla, **********9482 saylı, xx.xx.2022-ci il tarixli invoice üzrə 833273 ABŞ dolları, **********1163 saylı, xx.xx.2022-ci il tarixli invoice üzrə 464953.5 ABŞ dolları, **********3337 saylı, xx.xx.2022-ci il tarixli invoice üzrə isə 354612.675 ABŞ dolları məbləğindədir. Gömrük dəyəri müəyyən edilərkən 1400-40-474 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi olan B/İ-1400-40-497/G6 nömrəli xx.xx.2022-ci il tarixli Proforma invoysda (Commersial İnvoys) və malı müşayiət edən B/İ-1400-40- 497/G6-9 və B/İ-1400-40-497/G6-10 nömrəli xx.xx.2022-ci il tarixli invoyslarda malın bir tonunun dəyəri 889.61 manat (Çatdırılma şərti: CİF-523.3 ABŞ dolları) kimi göstərildiyi halda, **********9482 və **********3337 sorğu nömrəli gömrük bəyannamələrində əsassız olaraq 1134.529 manat kimi müəyyən olunmuş, B/İ-l400-40-510 nömrəli xx.xx.2022-ci il tarixli Proforma invoysda və malı müşayiət edən B/İ-l400-40-510 nömrəli xx.xx.2022-ci il tarixli invoysda isə malın bir tonunun dəyəri 1053.895 manat (çatdırılma şərti: CİF-619.938 ABŞ dolları) kimi göstərildiyi halda, **********1163 sorğu nömrəli gömrük bəyannaməsində 1134.529 manat kimi müəyyən olunmuş və ümumilkdə **********9482 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə 434198.50 manat, **********1163 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannamə üzrə 204815.73 manat, **********3337 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə isə 185197.04 manat gömrük ödənişlərinin ödənilməsi tələb edilmişdir. Nəticədə yuxarıda göstərilən gömrük bəyannamələrinin rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin düzgün müəyyən olunmaması nəticəsində iddiaçıdan **********9482 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 93208.89 manat, **********3337 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 39666.44 manat və **********1163 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 14453.722 manat olmaqla, cəmi 147329.052 (93208.89+39666.44+14453.722 =147329.052) manat məbləğdə artıq gömrük ödənişləri tutulmuşdur. Bununla da "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsində müəyyən olunmuş normalar kobud qaydada pozulmuşdur. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə xx.xx.2022-ci il tarixli, 133 nömrəli məktub göndərilərək "xxxx" ASC tərəfindən artıq ödənilmiş məbləğlərin ASC-nin bank hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən göndərilən 24 iyun 2022-ci il tarixli, 200-012/0xx-xx/000854 nömrəli cavab məktubunda bildirilib ki, "xxxx" ASC-yə məxsus **********9482 saylı, **********3337 saylı və **********1163 saylı gömrük bəyannamələrinin araşdırılması zamanı "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən malın gömrük dəyərinin araşdırılması zamanı, gömrük dəyərinin müəyyən edilməsinin birinci üsulu ilə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş ikinci üsuldan istifadə edərək **********3075 saylı, **********2995 saylı, **********70606 saylı, **********6914 saylı, **********6896 saylı, **********6879 saylı, **********6845 saylı, **********6817 saylı, **********76825 saylı gömrük bəyannamələrinə əsasən malın satatistik dəyəri eyniləşdirilmişdir, həmçinin malların gömrük dəyərinin eyniləşdirilməsi zamanı Dövlət Gömrük Komitəsinin X1 və ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsi razılaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehlərə göndərilmişdir. Cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətlərdə bildirilmişdir ki, iddia əsassızdır. Belə ki, iddia ərizəsində göstərilmiş gömrük bəyannamələrinin iddiaçı tərəfindən gömrük dəyərinin üsulu kimi 1-6, 0-6 üsulları seçilərək təqdim olunduğu, malların gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı ilə Gömrük Komitəsi və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi arasında hər hansı mübahisə olmadığı, iddiaçı tərəfindən təqdim olunan gömrük bəyannamələrində gömrük dəyərinin müəyyən edilməsinin üsulunun iddiaçı tərəfindən sərbəst iradə ifadəsi ilə seçildiyi bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, sonradan iddiaçı tərəfindən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması ilə bağlı müraciətinə baxılan zaman malların gömrük dəyərinin müəyyən edilməsinin birinci üsulu ilə müəyyən edilməsinin mümkün olmamışdır. Göstərilənlərə əsasən, cavabdehlər iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəf elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hazırkı iş üzrə cavabdehlər sırasından çıxarılmasını və iddiaçı ilə bağlanmış müqavilə əsasında onun ünvanına göndərilən mallara dair gömrük bəyannamələrinin rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin düzgün müəyyən olunmaması nəticəsində gömrük ödənişləri üzrə artıq ödənilmiş 30281,922 AZN-in və ƏDV üzrə artıq ödənilmiş 116507.08 AZN-in iddiaçıya qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi cavabdehlərin sırasından çıxarılaraq prosessual statusuna xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" ASC ilə alıcı X5 Dıs ticaret Limited Sirketi arasında bağlanmış 1400-40-474 saylı, 21 noyabr 2021-ci il tarixli müqavilədən, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqaviləyə Əlavələrdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında İran İslam Respublikasının “X9 Col LTD” Şirkətindən dəyəri invoyslar əsasında müəyyən edilən (354612.675 ABŞ dolları, 464,953.5 ABŞ dolları, 833,273 ABŞ dolları, 1 308 250,00 ABŞ dolları) metal kötüklərin (külçə) alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilə üzrə malların dəyəri Proforma İnvoyslara əsasən müəyyən edilmişdir. - X5 Dıs ticaret Limited Sirketi tərəfindən möhür və imza ilə təsdiq edilən "xxxx" ASC tərəfindən X5 Dış Ticaret Limited Şirketinin sifarişi əsasında “X9 Col LTD” Şirkətinə: -B/1-1400-40-497/G6-10 №li kommersiya fakturasına əsasən 677647 MT malın dəyəri 354612.675 ABŞ dolları; -B/1-1400-40-510 №li kommersiya fakturasına əsasən 750 MT malın dəyəri 464,953.5 ABŞ dolları; -B/1-1400-40-497/G6-9 №li kommersiya fakturasına əsasən 1592.343 MT malın dəyəri 833,273 ABŞ dolları; -B/1-1400-40-497/G6 №li kommersiya fakturasına əsasən 2500 MT malın dəyəri 1 308 250,00 ABŞ dolları məbləğində ödəniş edilmişdir. -**********9482 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə X9 Co LTD (X5 Dıs ticaret Limited Sirketi) tərəfindən "xxxx" ASC tərəfindən göndərilmiş mənşə ölkəsi İran İslam Respublikası, göndərən ölkə İran İslam Respublikası olan metal külçələr "xxxx" ASC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə bəyannamə təqdim edilmişdir. Gömrük bəyannaməsinin 31-ci qrafasında 1592343,00 kq, 33-cü qrafasında mal nomenklaturası üzrə kodu 720711 1400, 42-ci qrafasında invoys dəyəri 833373,00 manat, 45-ci qrafasında gömrük dəyəri 1806559,40 manat, 46-cı qrafasında statistik dəyəri 1062682,00 manat, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1/6 seçilərək bəyan olunmuşdur. Bəyannamənin B qrafasında hesablama detallarının cəmi olaraq gömrük ödənişi cəmi 434198,50 manat müəyyən edilmişdir. Həmin bəyannamənin 50-ci qrafasından görünür ki göstərilən məlumatlar “Cahan Broker" MMC ilə "xxxx" ASC arasında dolayı təmsilçi və idxalçı arasında bağlanmış 006/2020 saylı, xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi əsasında GB-də göstərilən məlumat təsdiq edilmiş və bəyan edilmişdir. -**********3337 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə X9 Co LTD (X5 Dış Ticaret Limited Şirketi) tərəfindən "xxxx" ASC tərəfindən göndərilmiş mənşə ölkəsi İran İslam Respublikası, göndərən ölkə İran İslam Respublikası olan metal külçələr "xxxx" ASC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə bəyannamə təqdim edilmişdir. Gömrük bəyannaməsinin 33-cü qrafasında mal nomenklaturası üzrə kodu 720711 1400, 42-ci qrafasında invoys dəyəri 354612,68 manat, 31-ci qrafasında 677647,00 kq, 45-ci qrafasında gömrük dəyəri 768810,21 manat, 46-cı qrafasında statistik dəyəri 452241,30 manat, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0/6 seçilərək bəyan olunmuşdur. Bəyannamənin B qrafasında hesablama detallarının cəmi olaraq gömrük ödənişi cəmi 185197,04 manat müəyyən edilmişdir. Həmin bəyannamənin 50-ci qrafasından görünür ki göstərilən məlumatlar “Cahan Broker" MMC ilə "xxxx" ASC arasında dolayı təmsilçi və idxalçı arasında bağlanmış 006/2020 saylı xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi əsasında GB-də göstərilən məlumat təsdiq edilmiş və bəyan edilmişdir. -**********1163 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə X9 Co LTD (X5 Dıs ticaret Limited Sirketi) tərəfindən "xxxx" ASC tərəfindən göndərilmiş mənşə ölkəsi İran İslam Respublikası, göndərən ölkə İran İslam Respublikası olan metal külçələr "xxxx" ASC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə bəyannamə təqdim edilmişdir. Gömrük bəyannaməsinin 33-cü qrafasında mal nomenklaturası üzrə kodu 720711 1400, 42-ci qrafasında invoys dəyəri 464953,50 manat, 31-ci qrafasında 750000,00 kq, 45-ci qrafasında gömrük dəyəri 850896,75 manat, 46-cı qrafasında statistik dəyəri 500527,50 manat, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0/6 seçilərək bəyan olunmuşdur. Bəyənnamənin B qrafasında hesablama detallarının cəmi olaraq gömrük ödənişi cəmi 204815,73 manat müəyyən edilmişdir. Həmin bəyənnamənin 50-ci qrafasından görünür ki göstərilən məlumatlar “Cahan Broker" MMC ilə "xxxx" ASC arasında dolayı təmsilçi və idxalçı arasında bağlanmış 006/2020 saylı xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi əsasında GB-də göstərilən məlumat təsdiq edilmiş və bəyan edilmişdir. -İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 133 nömrəli məktubdan görünür ki, “Bakıinşaatsənaye" ASC ilə Türkiyənin “ASTA X7 Ticaret Limited Şirketi” arasında bağlanmış 1400-40-474 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə əsasında İİR-nın “X9 Col Ltd" şirkətindən "xxxx" ASC-nin ünvanına daxil olmuş “qara metaldan külçələr” malının xx.xx.2022-ci il tarixdə **********9482, xx.xx.2022-ci il tarixdə **********3337 və xx.xx.2022-ci il tarixdə **********1163 sorğu nömrəli gömrük bəyannamələri ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirildiyi, qeyd olunan gömrük bəyannamələrinin rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin düzgün müəyyən olunmaması nəticəsində ASC tərəfindən **********9482 sorğu nömrəli gömrük bəyannaməsi üzrə cəmi 93208.89 manat, **********3337 sorğu nömrəli gömrük bəyannaməsi üzrə cəmi 39666.44 manat və **********1163 sorğu nömrəli gömrük bəyannaməsi üzrə cəmi 14453.722 manat artıq məbləğ ödənildiyi bildirilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan Proforma invoyslarında malı müşayiət edən invoyslarda malların bir tonunun dəyəri ilə gömrük bəyannamələrində əsassız olaraq artıq məbləğlər qeyd olunduğu və bununla da Gömrük tarifi haqqında Azerbaycan Respublikasının Qanununun 12.2-ci maddəsində müəyyən olunmuş normaların tələblərinin pozulduğu bildirilərək “Bakıinşaatsənaye" ASC tərəfindən artıq ödənilmiş məbləğlərin ASC-nin bank hesabına köçürülməsinin təmin edilməsi cavabdehdən xahiş edilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq göndərilən 24 iyun 2022-ci il tarixli 200-012/0xx-xx/000854 nömrəli cavab məktubundan görünür ki, "xxxx" ASC-yə məxsus **********9482 saylı, **********3337 saylı və **********1163 saylı gömrük bəyannamələrinin araşdırılması zamanı "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən malın gömrük dəyərinin araşdırılması zamanı, gömrük dəyərinin müəyyən edilməsinin birinci üsulu ilə müəyyən etmək mümkün olmadığı, bu səbəbdən qanunla müəyyən edilmiş ikinci üsuldan istifadə edərək **********3075 saylı, **********2995 saylı, **********70606 saylı, **********6914 saylı, **********6896 saylı, **********6879 saylı, **********6845 saylı, **********6817 saylı, **********76825 saylı gömrük bəyannamələrinə əsasən malın satatistik dəyəri eyniləşdirildiyi, həmçinin malların gömrük dəyərinin eyniləşdirilməsi zamanı Dövlət Gömrük Komitəsinin X1 və ödənişlərin Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin razılaşdırıldığı bildirilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı “Bakıinşaatsənaye" ASC ilə Türkiyənin “ASTA X7 Ticaret Limited Şirketi” arasında bağlanmış 1400-40-474 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə əsasında İİR-nın “X9 Col Ltd" şirkətindən "xxxx" ASC-nin ünvanına daxil olmuş “qara metaldan külçələr” malının xx.xx.2022-ci il tarixdə **********9482, xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə gömrük rəsmiləşdirilməsi üçün həmin malların invoys dəyəri göstərilməklə müvafiq gömrük bəyannamələri cavabdehə təqdim edilmişdir. Təqdim edilmiş gömrük bəyannamələrində malların gömrük rəsmiləşdirilməsi aparılmışdır. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra iddiaçı cavabdehə təqdim olunmuş müqavilə və invoyslara əsasən malların dəyərinin qaldırılması, nəticədə onlar tərəfindən artıq ödəniş edilməsi göstərməklə, artıq ödənilmiş məbləğin geri ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən gömrük bəyannamələrinə əsasən malın statistik dəyərinin eyniləşdirildiyi, həmçinin malların gömrük dəyərinin eyniləşdirilməsi zamanı Dövlət Gömrük Komitəsinin X1 və ödənişlərin Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin razılaşdırıldığı bildirilərək iddiaçının müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı yuxarıda göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir (İİ hissə). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -1.0.11-ci maddəsinə əsasən, gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. -1.0.12-ci maddəsinə əsasən, gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəridir. -146.1-ci maddəsinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir (146.2). -150.4-cü maddəsinə əsasən, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir; -153.4-cü maddəsinə əsasən, gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil; -162.2-cü maddəsinə əsasən, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir; -220.1-ci maddəsinə əsasən, malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. -221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 7.4-cü maddəsinə əsasən, malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Həmin Qanunun 7.4-cü maddəsinə əsasən, malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun malların sövdələşmə qiyməti adlanan 13.1-ci maddəsinə əsasən, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Həmin Qanunun 14.1-ci maddəsində göstərilir ki, malların gömrük dəyərini bu Qanunun 13-cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. İş materiallarından məlum olur ki, tərəflər arasında mübahisəli məqam yuxarıda qeyd olunan gömrük bəyannamələrinə əsasən iddiaçı tərəfindən gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi üsulu ilə bağlıdır. İşin araşdırıaln hallarından görünür ki, iddiaçı gömrük ərazisinə gətirdiyi malın gömrük dəyərinin “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulla (malın sövdələşmə qiyməti ilə) müəyyən edilməsi üçün sənədləri cavabdehə təqdim etmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan invoyslar və malı müşayiət edən invoyslar əsasında gömrük ərazisinə gətirilən malların gömrük dəyərini, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiymətini müəyyən etmək mümkündür. Həmçinin istinad olunan sənədlərdə müəyyən olunmuş “CİF çatdırılma şərti” (İnkoterms-bütün dünyada qəbul olunmuş beynəlxalq ticarət qaydlarına uyğun olaraq) malın alıcının ünvanına qədər çatdırılması üçün çəkilmiş nəqliyyat xərcinin malın invoys dəyərində nəzərə alınmışdır. Lakin cavabdeh tərəfin mövqeyinə görə malların gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də malların gömrük dəyəri həmin Qanunun tələbinə uyğun olaraq ikinci üsulla- eynicinsli malların sövdələşmə qiyməti ilə müəyyən edilmişdir. Halbuki, istinad olunan Qanunun 13-cü maddəsində gömrük dəyərinin birinci üsulla, yəni malların sövdələşmə qiyməti ilə hesablanmasının mümkün olmadığı hallar göstərilmişdir. Başqa sözlə, ilk növbədə gömrük dəyəri malların sövdələşmə dəyərinin mümkünsüzlüyü sübuta yetirilməlidir ki, alternativ üsuldan istifadə etmək üçün zəmin yaranmış olsun. Çünki malların sövdələşmə qiymətinin gömrük dəyərinin müəyyən edilməsi baxımından əsas üsul olduğu “Gömrük tarifi haqqında” Qanunda birbaşa təsbit edilmişdir. Cavabdeh isə istər inzibati icraat dövründə, istərsə də məhkəmə araşdırması zamanı birinci üsuldan istifadə edilmənin qeyri-mümkünlüyünü əsaslandıra bilməmiş, bu barədə hər hansı tutarlı sübut təqdim etməmiş, ümumi ifadələrdən istifadə etməklə mövqeyini əsaslandırmağa çalışmışdır. Cavabdeh gömrük orqanının digər dəlili ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC-nin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi mərhələlərində idxal etdiyi mallarının gömrük dəyərini mübahisələndirməmiş, dəyərin müəyyən edilməsi ilə bağlı gömrük ekspertizasının təyin edilməsi üçün gömrük orqanına müraciət etməmiş, bununla da, vaxtında həmin hüququndan istifadə etməmişdir. Məhkəmə bildirir ki, “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli, 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən malların gömrük dəyərinin təyin olunması) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə əsasən, gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən, gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. İstinad edilən normaların tələblərindən göründüyü kimi, gömrük ekspertizası o halda təyin olunur ki, Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən, malların gömrük dəyərinin) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunsun. Hazırkı işdə iddiaçıya məxsus malın dəyərinin müəyyən edilməsi üçün xüsusi biliklərin tələb olunduğuna, bu səbəbdən də gömrük ekspertizasının təyin olunmasını zəruri edən hallara dair hər hansı məlumat yoxdur. Deməli, bu hüquqdan iddiaçının istifadə etməsi üçün də zərurət və əsaslar olmamışdır. Əksinə, gömrük orqanının malların gömrük dəyəri ilə bağlı hər hansı iddiaçı gömrük ərazisinə gətirdiyi malın gömrük dəyərinin “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulla (malın sövdələşmə qiyməti ilə) müəyyən edilməsi üçün sənədləri cavabdehə təqdim etmişdir. Eyni zamanda, yuxarıda vurğulandığı kimi, həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan və 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun tətbiqini istisna edən şərtlərin mövcudluğuna dair sübut da işdə yoxdur. Halbuki, cavabdeh inzibati orqan malların gömrük dəyərinin müəyyən edilməsi baxımından ətraflı araşdırma aparmaqla və digər yetərli sübutlarla fərqli nəticəyə gələ bilərdi. Cavabdehin digər dəlili iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli gömrük bəyannamələrində malların gömrük dəyərini sərbəst iradə ilə təsdiqləməsi və ödəməsi, nəticə etibarı ilə tərəflər arasında gömrük ödənişlərində hər hansı mübahisənin yaranmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hətta iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulunu sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli idi. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2-ci maddə). Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardın göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. Məhkəmə cavabdehin bəyannamədəki məlumatların düzgünlüyünə görə iddiaçının məsuliyyət daşımasına dair dəlilinə münasibətdə qeyd edir ki, hər-hansı çatışmazlıq və ya uyğunsuzluğun olduğu hallarda bu barədə iddiaçıya bildiriş vermək, bununla bağlı onu yazılı və şifahi qaydada məlumatlandırmaq Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Lakin cavabdehin bu məzmunda iddiaçıya hər hansı bildiriş verməsi, bununla bağlı onu hər hansı formada məlumatlandırması müəyyən olunmamış, nə də gömrük orqanı bu halları təsdiq edəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmin Qaydaların, 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edir. Həmin Qaydalar 6.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır (6.2). Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir (6.7). Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir (6.8). Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır (6.9). “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, göstərilənlərə əsasən, məhkəmənin qənaəti belədir ki, cavabdeh inzibati orqan gömrük rəsmiləşdirilməsi üzrə inzibati icraatı apararkən «İnzibati icraat haqqında» AR Qanununun 11, 16, 23 və 24-cü maddələrinin tələblərini pozmuş, bununla da hazırkı iddiaçıya münasibətdə əlverişli olmayan hərəkətlərə yol vermişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC ilə "xxxx" Şirkəti arasında bağlanılmış 21 noyabr 2021-ci il tarixli müqavilə əsasında, ASTA Şirkətinin sifarişi əsasında İranın "X11 Co LTD" Şirkəti tərəfindən iddiaçının ünvanına göndərilən mallara dair gömrük bəyannamələrinin rəsmiləşdirilməsi zamanı gömrük ödənişləri üzrə artıq ödənilmiş 30281,922 AZN-in və ƏDV üzrə artıq ödənilmiş 116507.08 AZN-in iddiaçı "xxxx" ASC-yə qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə "xxxx" Şirkəti arasında bağlanılmış 21 noyabr 2021-ci il tarixli müqavilə əsasında, ASTA Şirkətinin sifarişi əsasında İranın "X11 Co LTD" Şirkəti tərəfindən iddiaçının ünvanına göndərilən mallara dair gömrük bəyannamələrinin rəsmiləşdirilməsi zamanı gömrük ödənişləri üzrə artıq ödənilmiş 30281,922 AZN-in və ƏDV üzrə artıq ödənilmiş 116507.08 AZN-in iddiaçı "xxxx" ASC-yə qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1597/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1597/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver