Məhkəmə qərarları › İş №2-1(112)-1600/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1600/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1600/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2-ci dərəcəli əlil olmasının təsdiq edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən 2008-ci ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən işləmiş, 13 oktyabr 2008-ci ildə xidmətdə aldığı xəstəliyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin sərəncamına əsasən tibbi komissiya tərəfindən müayinə olunmuş və nəticə etibarı ilə xidmət dövründə tutulduğu xəstəliklə ilə əlaqədar həmin işdə işləməyinin mümkün olamadığı aşkara çıxarılmış və işdən azad olunmuş və ona ikinci dərəcəli əlillik dərəcəsi ilə müavinət təyin olunmuşdur. xx.xx.2016-cı ildə təkrar müayinə zamanı əlillik təsdiq olunmuşdur. xx.xx.2021-ci ildə təkrar yoxlama ilə əlaqədar verilən müavinət dayandırılmış və təkrar müayinəyə göndərilmişdir xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "X7"ndə ambulator müayinə olunmuşdur. (Diaqnoz :Bel orta fəqərələrinin ostroxondozu). Bundan sonra təkrar xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər Respublika Neyocərrahiyyə Xəstəxanasında ambulator müayinədən keçmiş və nəticə etibarı ilə hər iki müayinədə 2008-ci ildə qoyulan diaqnozda göstərilən xəstəliklərin davam etdiyi təsdiq olunmuşdur. Hətta fəqərələrarası bel yırtığının həcminin 2008-ci ilə nisbətən böyüdüyü göstərilmişdir. xx.xx.2021.ci ildə "DİAQNOZ" Tibb Mərkəzində müayinədən keçmiş və verilən arayışda fəqərələrarası bel yırtığının həcminin 7,5 mm olduğu göstərilir. Bütün bu yoxlamalardan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının 228Q8450006 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə əlliyin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 18 saylı Şəhər Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin .ə kələflərinin zədələnmələri => G54.1 - Bel-oma kələfi...; Diaqnozun mətni: Bel oma fəqərələrinin osteoxondrozu tez tez residiv gedişli .Sol aşağı ətrafda "eyropatiya .Yeriş funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12, Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri =>G54.1- Bel-oma kələfi...; Diaqnozun mətni: Bel oma fəqərələrinin osteoxondrozu tez tez residiv gedişli. Sol aşağı ətrafda neyropatiya. Yeriş funksiyasının pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Gorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin "əqərəarası disklərinin zədələnmələr... ; Diaqnozun mətni: Bel fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri. Bel-oma osteoxondrozu. Dorsalgiya..; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük-əzələ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr,..; Diaqnozun mətni: Bel fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, Bel-oma osteoxondrozu. Dorsalgiya..; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük-əzələ.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatiyalar => M50- M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya.; Diaqnozun mətni: Radikulopatiya, Diskogen radikulopatiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2008- 2020-ci illər ərzində əsas xəstəliyə görə aldığı stsionar müalicələr ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50- M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya.; Diaqnozu mətni: Radikulopatiya, Diskogen radikulopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdimə barədə ərizə təqdim edərək İddiaçı 2-ci dərəcə əliliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə 18 saylı Şəhər Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında xx.xx.2009-cu il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.1 - Bel-oma kələfi...; Diaqnozun mətni: Bel oma fəqərələrinin osteoxondrozu tez-tez residiv gedişli. Sol aşağı ətrafda neyropatiya. Yeriş funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 18 saylı Şəhər Poliklinikasının xx.xx.2014cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.1 - Bel-oma kələfi...; Diaqnozun mətni: Bel oma fəqərələrinin osteoxondrozu tez-tez residiv gedişli. Sol aşağı ətrafda neyropatiya. Yeriş funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 18 saylı Şəhər Poliklinikasının xx.xx.2015ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri. Bel-oma osteoxondrozu. Dorsalgiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük-əzələ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri. Bel-oma osteoxondrozu. Dorsalgiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük-əzələ” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAEH1 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya. Diskogen radikulopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2008-2020-ci illər ərzində əsas xəstəliyə görə aldığı stasionar müalicələr ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAEH1 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli müayinə aktı əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Yerişin çətinləşməsi, soltərəfli kökcük ağrı sindromu. Ağırlaşma M42 Onurğanın osteoxondrozu. Bel fəqərələrinin osteoxandrozu. Yanaşı xəstəliklər İ25.6 Miokardın simptomsuz işemiyası, ÜİX: Gərginlik stenokardiyası. Əsas diaqnoz M54.1 Radikulopatiya. Diskogen radikulopatiya. Yanaşı xəstəliklər J31.2 Xroniki faringit, İİ dərəcə. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası. 12 b.b-ın xora xəstəliyi. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası. Sol pəncənin parezi. Ağırlaşma M51.2 Fəqərəarası diskin dəqiqləşdirilmiş yerdəyişməsi. L5- S1 fəqərəarası diskin yırtığı (7,5 mm). Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya. Hiperoniya xəstəliyi İ dərəcə. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının kontrakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********8 nömrəli xx.xx.2022-ci il tarixli qərarına göstərilmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri belində ağrılardan, ayağında olan zəiflik və qıcolmalardan, yeriyərkən ayağının boşluğa düşməsindən ibarətdir. Müayinə zamanı sağ ayağın baldır nahiyyəsində zəif hipotrafiya əlamətləri izlənildi. Diz refleksi sağda sola nisbətən zəif çağrılır, axil refleksi D=S çağrılır. Aşağı ətrafın proksimal və distal əzələ qruplarında əzələ gücü və tonusu norma daxilindədir. Müayinədə yerişində parez izlənilmədi. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan “Lv-S1 diskogen, sol tərəfli Lv radikulit residivli gedişli hərəkət pozuntularla Lv-S1 diskin yırtığı, onurğanın bel-oma nahiyyəsinin ostreoxondrozu xəstəliyin ağırlaşması əlillik təyininə əsas vermir. Nəticədə Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 tərəfindən verilmiş T 587/2022 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: 1.Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “Xİİİ sinif-sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - dorsopatiyalar => M50-M54 - digər dorsopatiyalar => M54 - dorsalgiya => M54.1-radikulopatiya; Diaqnozun mətni: radikulopatiya, diskogen radikulopatiya” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator- instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. 2.Təqdim olunmuş tibbi sənədlər və şəxsin əyani müayinəsi zamanı sağ baldır əzələlərində cüzi hiss olunan hipotrofıya müşahidə olunur. Əzələ gücü və tonusu norma daxilindədir, hər hansı parez və iflic müşahidə olunmur. 3.Vətəndaş İddiaçı əyani müayinəsi zamanı aşkar edilən dəyişikliklərlə onun xx.xx.2021-ci ildə doldurulmuş 0082003AAEHİ nömrəli Forma 88-də göstərilən yerli statusda göstərilənlərlə eynilik təşkil etmir. Belə ki, onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi zamanı sol pəncənin parezi və ətrafın monoplegiyası öz təsdiqini tapmadı. 4.Vətəndaş İddiaçı bərpa müalicəsindən sonra tam reabilitasiyası mümkün deyildir. Beləliklə, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAEH1 nömrəli tibbi göndərişində qoyulmuş diaqnoza münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə qiymətləndirilmə aparılaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə əsasın ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 88 nömrəli Şəhadətnaməyə əsasən “Lv-S1 diskogen, sol tərəfli Lv radikulit, residivli qedişli, hərəkət pozuntularla, Lv-S1 diskin yırtığı, onurğanın bel-oma nahiyyəsinin osteoxondrozu" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçıya ilkin olaraq xx.xx.2009-cu il tarixli göndərişi əsasında xx.xx.2009-cu il tarixdə “Bel oma fəqərələrinin osteoxondrozu tez-tez residiv gedişli. Sol aşağı ətrafda neyropatiya. Yeriş funksiyasının pozulması” diaqnozu ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçıya xx.xx.2014-cü ildə 1 il, xx.xx.2015-ci ildə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 2016-cı ildə isə iddiaçının iştirakı olmadan, əlillik alt sisteminə yeni tibbi göndəriş yerləşdirilmədən elektron təyinat üzərindən növbəti 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində iki dəfə tərtib edilmiş tibbi göndərişlər əsasında qiymətləndirmə aparılaraq əlillik təyinatından imtina edilmiş və sonuncu imtinada xx.xx.2021-ci il tarixli 0082003AAEH1 nömrəli göndərişdə qeyd edilən xəstəlik və ağırlaşmaların əlillik əlaməti təyin etməsinə əsas vermədiyi qeyd edilmişdir. İddiaçı cavabdeh orqanda əyani müayinədə olmuş, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinəsi zamanı iddiaçı barəsində tibbi göndərişdəki əsas diaqnoza uyğun ağırlaşmalar (“L-v-S1 diskogen, sol tərəfli Lv radikulit residivli gedişli hərəkət pozuntularla Lv-S1 diskin yırtığı, onurğanın bel-oma nahiyyəsinin ostreoxondrozu xəstəliyin ağırlaşması) obyektiv müayinələrdə öz təsdiqini tapmadığı müəyyən olunduğundan, tibbi göndərişdə qoyulmuş diaqnozun hazırda əlillik əlaməti təyin etmədiyi qərarı qəbul edilmişdir. Həmçinin, məhkəmə icraatında iddiaçı barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 tərəfindən verilmiş T 587/2022 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyində də iddiaçının ekspertlər tərəfindən əyani müayinəsi zamanı barəsində xx.xx.2021-ci il tarixli 0082003AAEHİ nömrəli tibbi göndərişdə qoyulan diaqnoz və ağırlaşmalarla onun hazırkı vəziyyətinin eyni olmadığı, Forma-88-də qeyd edilən sol pəncənin parezi və ətrafın monoplegiyasının əyani müayinə zamanı öz təsdiqini tapmadığı nəticəsinə gəlinmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar