Məhkəmə qərarları › İş №2-1(112)-1601/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1601/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1601/2025 23.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qızı X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşı Azərbaycan Respublikasında doğulmuş qızı Arsalah Safıyaya şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə AR Daxili İşlər Nazirliyinə müraciət etmiş, AR DİN tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubla qızı Arsalah Safıyaya şəxsiyyət vəsiqəsinin verilməsi üçün onun vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün AR Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi tövsiyyə olunmuşdur. xx.xx.2024-cü il tarixdə qızı Arsalah Safiyanın vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı AR Dövlət Miqrasiya Xidmətinə yazılı müraciət etmiş, AR DMX tərəfindən xx.xx.2024-cü il tarixli məktubla “ASAN Xidmət” Mərkəzinə müraciət etmək tövsiyyə olunmuşdur. xx.xx.2024-cü il tarixdə qızının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 1 saylı ASAN Xidmət mərkəzinə müraciət etmiş, xx.xx.2024cü il tarixində AR Dövlət Miqrasiya Xidməti tərəfindən bildirilmişdir ki, onun müraciətinə imtina cavabı gələrək, qızının Əfqanıstan İslam Respublikasının vətəndaşı olub- olmaması barədə rəsmi sənəd təqdim etməyi tələb olunmuşdur. İddiaçının qızı Arsalah Safıya 21 mart 2014-cü il tarixində Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. Doğum faktının təsdiqi isə Sumqayıt Şəhər Qeydiyyat İdarəsi tərəfindən verilmiş 515913 nömrəli, 30 aprel 2015-ci il tarixli doğum haqqında şəhadətnaməsində öz əksini tapır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Xidmətə müraciət edərək övladı Arsalah Safiyanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, lakin xx.xx.2014-cü il təvəllüdlü X13 X5 Respublikasının vətəndaşı olub-olmaması barədə rəsmi sənəd Dövlət Miqrasiya Xidmətinə təqdim olunmadığı üçün müvafiq araşdırılmanın aparılması mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. ƏSASLADİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair müvafiq qərar qəbul edilməsini arzulayır. İddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək izahatında bildirmişdir ki: 30 may 2014-cü il tarixinədək qüvvədə olan 30 sentyabr 1998-ci il tarixli “Vətəndaşlıq haqqında” Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılar idi :doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətədaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası vətəndaşının pasportu. 13 yanvar 2022-ci il tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Hashemi və digərləri Azərbaycana qarşı işi üzrə qərar qəbul edilmişdir. Həmin işdə 5 Əfqanıstan ailəsi Avropa məhkəməsinə müraciət edərək onların Azərbaycan Respublikasının ərazisində 30 may 2014-cü il tarixinə qədər anadan olmuş uşaqlarına şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi ilə əlaqədar Azərbaycan Hökuməti tərəfindən İnsan Hüquqlarının və X1 haqqında Konvensiyasının 8-ci maddəsinin pozulmasını iddia etmişdirlər. Avropa Məhkəməsi pozuntunu tanımış və ərizəçilərə kompensasiya ödənilməsi qərarı çıxarmışdır. Həmin qərarın nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işləri yenidən baxılması üçün müvafiq məhkəməyə yönəltmişdir. Hazırda həmin ərizəçilərə kompensasiya ödənilmiş, məhkəmədə işlərə yenidən baxılması nəticəsində uşaqlara Azərbaycan Respublikası vətəndaşının mənsubiyyəti tanınaraq şəxsiyyət vəsiqələri verilmişdir. İddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: AFG 00091135 nömrəli pasportdan görünür ki, İddiaçı Əfqanıstan İslam Respublikası vətəndaşıdır. AZ-İİİ seriyalı 515913 nömrəli, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 30 aprel 2015-ci il tarixdə verilmiş “Doğum haqqında Şəhadətnamə”dən görünür ki, X13 Arsalah xx.xx.2014-cü ildə Sumqayıt şəhərində doğulmuşdur; atası X10 ; anası H-X11 Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli 07 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixli 121965/m nömrəli sorğusuna Dövlət Miqrasiya Xidmətində baxılmış, övladı xx.xx.2014-cü il təvəllüdlü X13 X5 Respublikasının vətəndaşı olub-olmaması barədə rəsmi sənəd Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqsan sonra şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. Məhkəmənin 2-1(112)-1601/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə X12 Arsalahın vətəndaşlıq mənsuibiyətinin müəyyən edilməsi məsələsinə baxılması və inzibati akt qəbul etmək üçün Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətin təyin edilməsi qərara alınmışdır. Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli xx.xx.2025-ci il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə” Qərarına əsasən, 21 mart 2014-cü il təvəllüdlü X13 Arsalahın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciəti barədə aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnaməyə əsasən:

1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

8. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 8.1. miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir; 8.2. öz səlahiyyətləri daxilində miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsini həyata keçirir; 8.3. miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirir; 8.3-1. hüquq-mühafizə fəaliyyətini həyata keçirir; 8.3-2. miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir; 8.4. immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir, emiqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak edir; 8.5. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir; 8.6. Azərbaycan Respublikasının vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələlərinə baxılmasında iştirak edir; 8.7. qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir; 8.8. miqrasiya sahəsində vahid uçot sisteminin tətbiqini təmin edir və monitorinq həyata keçirir; 8.9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir; Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 30 sentyabr 1998ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur. Həmin Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 6-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 1) ; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na əsasən: - 1.1. bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. - 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. 3.11. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. İşin faktiki hallarına əsasən X13 Arsalahın Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən şəxslər kateqoriyasının heç birinə uyğun gəlmir. Eyni zamanda iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası qanunun 6-cı maddəsində göstərilən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik deyildir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onun doğulduğu anda valideynlərindən biri və ya hər ikisinin Azərbaycan Respublikasının vətəndaşı olması zəruri şərtdir. Cavabdeh tərəfindən inzibati icraat zamanı apardığı araşdırma ilə X13 Arsalahın hər iki valideyninin Əfqanıstan İslam Respublikasının vətəndaşı olduğu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan digər halların mövcud olmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən X13 Arsalahın Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasından cavabdeh tərəfindən qаnuni əsаslаrlа imtinа оlunaraq bu haqda əsaslı qərar çıxarıldığından, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qızı X4 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 52-ci, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) Apelyasiya şikayəti verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar