Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16015/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********453900 saylı, xx.xx.2023-cü il tarixli **********457700 saylı, xx.xx.2023-cü il tarixli **********450800 saylı, xx.xx.2023-cü il tarixli **********45500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş 2021-ci il tarixli 3-cü rüb sadələşdirilmiş vergisi üzrə kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli **********453900 nömrəli, 2022-ci il 2-ci rüb sadələşdirilmiş vergisi üzrə kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli **********457700 saylı, 2022-ci il 3-cü rüb sadələşdirilmiş vergisi üzrə kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli **********450800 saylı, 2022-ci il 4-cü rüb sadələşdirilmiş vergisi üzrə kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli **********45500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ilə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarları ilə kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Yuxarıda göstərilən qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarlar ilə razılaşmır və hesab edir ki, qərarlar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən göndərilmiş **********903100 saylı 21 avqust 2023-cü il tarixli uyğunsuzluq məktubunda aşağıdakılar qeyd edilmişdir. 2021-ci ilin 3-cü rübü, 2022-ci ilin 2-ci rübü, 20212-ci ilin 3-cü rübü üzrə sadələşdirilmiş vergi üzrə kameral vergi yoxlamasının aparılmasının mümkün olmaması barədə səbəb olaraq göstərilmişdir ki, təqdim edilən “Sadələşdirilmiş verginin bəyannaməsinin” “Daşınan və Daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin və “Ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi”nin 1607.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) Bİ (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekt (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 2400.00 manat azdır. 2022-ci il 4-cü rübü üzrə sadələşdirilmiş vergi üzrə kameral vergi yoxlamasının aparılmasının mümkün olmamağı barədə səbəb olaraq göstərilmişdir ki, X1nin təqdim edilməsinə baxmayaraq, həmin bəyannamənin 1 nömrəli əlavəsi (fiziki şəxslər üçün) (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilməmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfindən mallar idxal edilməsinə və elektron qaimə-faktura əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” Əlavəsi təqdim edilməmişdir. Bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Sadələşdirilmiş verginin bəyannamələri”nin 801-803-cü sətirlərində əks etdirilmiş məbləğlərin cəmi olan 0.00 manat məbləğ+ bəyannamənin 1N-11 Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin hesabat dövrünün sonu ilə hesabat dövrünün əvvəlinin fərqi olan 0 manat məbləğinin cəmi olan 0.00 manat, hesabat dövrünün aid olduğu il ərzində tərəfindən idxal edilmiş və elektron qaimə-faktura əsasında alınmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 87380.26 manat azdır. Təqdim edilən “Sadələşdirilmiş verginin Bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.2-ci səstinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, icarə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 2400.00 manat azdır. İddiaçə tərəfindən cavabdeh vergi orqanına ünvanlanan məktublarda aşağıdakılar qeyd edilmişdir. Uyğunsuzluq məktubunuza cavab olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixli **********153400 saylı məktubla xx.xx.2021 tarixində Əlavə dəyər vergisi mükəlləfiyyətinin aktivləşdirilməsi ilə bağlı məktub göndərilmışdir. Vergi Məcəlləsinə əsasən X2 olmaq hüququ yoxdur. Bu səbəbdən X1ndə dövriyyə məbləği göstərilməmişdir. Göstərilənlərin nəzərə alınması və uyğunsuzluqların aradan qaldırılması xahiş olunur. Tərəfindən ƏDV qeydiyatı ilə bağlı Vergi Məcəlləsinin 154-158 maddələrinə əsasən ƏDV qeydiyyat bildirişi təqdim olunmuş, ƏDV qeydiyyat bildirişi xx.xx.2023-cü il tarixindən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən ƏDV hesabatı ƏDV qeydiyyat bildirişi alındığı ay üzrə hesabatla qeydiyyatın qüvvəyə mindiyi sonrakı dövr üzrə vahid ƏDV Bəyannaməsi ilə təqdim olunub. Göstərilən dövr ƏDV qeydiyyatının aid olduğu dövr üçün X2 kimi təqdim olunmuş bəyannamələrə dəqiqləşmə verilmişdir. Yəni sahibkar ƏDV qeydiyyatı olduğu dövr üzrə X1 verilməsi və Sadələşdirilmiş vergi hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən Uyğunsuzluğun aradan qaldırılması və məktubun nəzərə alınması xahiş edilir. İddiaçıya hesablanmış 2021-ci il analoji hesablama aparılmışdır. İddiaçı 2020-ci ildən fəaliyyətini dayardırdığı halda ona əsassız olaraq məbləğin hesablanmasını araşdıraraq hesablanmış məbləğ ləğv edilməlidir. **********3414 saylı xəbərdarlıq məktubuna cavab olaraq bildirilir ki, 2021, 2022 və 2023-cü illər ərzində fəaliyyətini olmamışdır. Məhz bu səbəbdən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) boş göndərilmişdir. ƏDV qeydiyyat bildirişi xx.xx.2023-cü il tarixindən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən ƏDV hesabatı ƏDV qeydiyyat bildirişi alındığı ay üzrə hesabatla qeydiyyatın qüvvəyə mindiyi sonrakı dövr üzrə Vahid ƏDV Bəyannaməsi ilə təqdim olunub. Göstərilən dövr ƏDV qeydiyyatının aid olduğu dövr üçün X2 üçün kimi təqdim olunmuş bəyannamələrə və Kameral qərar ilə hesablanmış bəyannamələrə-SV 2023 3 rüb, SV 2021 3 rüb, SV 2022 2 rüb, SV 2022 4. Rüb və son olaraq SV 2021 4. Rüb dəqiqləşmiş hesabatları bilmişdir. Yəni sahibkar ƏDV qeydiyyatı olduğu dövr üzrə X1 verilməsi və Sadələşdirilmiş vergi hesablanması Vergi Məcəlləsində nəzərədə tutulmamışdır. Müvafiq dövrlər üzrə də ƏDV bəyannaməsi, illik gəlir vergisi bəyannamələri təqdim edilmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanan 08 dekabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli **********514300, **********495900, **********737500, **********084000 nömrəli Qərarlar ləğv olunduğundan, yəni iddia predmeti artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən qərarlar xx.xx.2023-cü il tarixli **********134000, **********132600, **********136400 və **********133300 nömrəli Qərarlarla ləğv edilmiş, hesablanmış məbləğlər vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılmışdır (yeni qərarlar və şəxsi hesab vərəqəsi vəsatətə əlavə edilir). Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərarlar ləğv olunmuşdur və hazırda qüvvədə deyildir. Belə olan halda, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil.
4. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2023-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.
6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının ərizəsini və cavabdehin məhkəməyə ünvanlanmış məktubunu, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva