Məhkəmə qərarları › İş №2-1(112)-1603/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1603/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1603/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi ilə, İddiaçıy Viktoroviçin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıy Viktoroviç cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.Sarabski küçəsi (keçmiş Xanlar küçəsi), 11 nömrəli evinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.Sarabski küçəsi (keçmiş Xanlar küçəsi), ev 11 ünvanında yaşayır və Bakı şəhəri, Sabunçu rayonu, Pos qəsəbəsində yerləşən torpaq sahəsində olan yaşayış binasında qeydiyyatdadır. Bakı şəhəri, Sabunçu rayonu, H.Sarabski (keçmiş Xanlar küçəsi) ev 11 atası X7 adına verilmiş 1961-ci il texniki pasportuna görə xx xxxxx 1969-cu ildə vəfat etdiyi günə qədər evdə qeydiyyata alınmışdır. Hazırda həmin ünvanda – X16 (böyük qardaş), X8 (böyük bacı), İddiaçı (özü), X12 (kiçik bacı), X15 (X2), X13 (X2), X17 (X4), X10 (X4), X14 (X1). Göstərilən ev öz-özünə qurulmuş, bir mərtəbəlidir. Lakin, sonradan ev iki mərtəbəli binaya çevrilmişdir. Bu evdə iki ailə yaşayır. Onun ailəsi və bacısının ailəsi - X6. Mübahisəli evdə birgə yaşadıqları müddətdə, istifadə qaydasını hazırlamışlar, bu da, bacının ailəsinin ayrıca çıxışı olan evin hissəsindən istifadə etməsi ilə ifadə olunur. Buna görə bir yaşayış binasının, eləcə də, torpaq sahəsinin bölünməsinin texniki imkanı var. Bu vaxt, mübahisəli evin və aralarındakı torpaqların istifadəsi səbəbindən kommunal ödənişlərin ödənilməsi ilə bağlı teztez mübahisələr olur. Bununla əlaqədar olaraq, yaşayış binasının yaşayış sahəsinin sonradan bölünməsi ilə yaşayış binasının və torpaq sahəsinin istifadəsi qaydasını qurmaq niyyətindədir. Bundan əvvəl evin kirayəçisi atası X11 idi. Ancaq evin bütün sənədləri bacısı tərəfindən götürülüb. Məhkəmə orqanlarına təqdim etməsi üçün bu sənədlər lazımdır. Bacısı və ailə üzvləri icarəyə könüllü olaraq dəyişiklik etməkdən imtina edirlər. Buna görə də, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti yaşayış binasının icarədarının ölümü ilə əlaqədar olaraq maliyyə şəxsi hesabında adının dəyişdirilməsi və icarəyə dəyişiklik edilməsi barədə əmr verə bilməz. Buna görə maliyyə hesabının surəti lazımdır. Həm də, Bakı şəhəri Cavabdeh müraciətinə yazılı cavab olaraq, keçmiş icarəçinin ailə üzvlərinin icarə müqaviləsini könüllü olaraq dəyişdirməyə razılığının olmaması səbəbindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Bununla əlaqədar olaraq, Bakı şəhəri Cavabdeh başçısına müraciət edərək xahiş etmişdir ki, onunla ayrıca icarə müqaviləsi bağlansın və mənzilin kirayəçisi olan atasının vəfatı ilə əlaqədar yaşayış binasının bir hissəsi üçün ayrıca maliyyə şəxsi hesabı versin. Eyni zamanda, əmrin bir nüsxəsini (əgər qorunubsa) və mütləq maliyyə şəxsi hesabının surətini istəmişdir. Ancaq bu günə qədər yazılı bir cavab da almamışdır. Bu hal, Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların şikayət, ərizə və təkliflərinə baxılması qaydası haqqında” Fərmanı pozulur, buna görə ona tabe olan işçilər bir ay ərzində müraciətinin mahiyyəti üzrə yazılı cavab verməli idilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinə inzibati məhkəmə icraatında baxılması üçün iddiaçıya yardım etmək məqsədi ilə məktubla, Azərbaycan Respublikası İPMnin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyyə edilmiş, lakin İddiaçı natamam faktiki məlumatları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxış keçirərək hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina cavabları xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixdə verildiyindən və iddiaçı həmin imtina cavabını aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmədiyindən nəticə etibarı ilə iddia yenidən mümkün sayılmayacaqdır. Eləcə də, məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı onunla yaşayış evinə dair mənzil kirayə müqaviləsi bağlanmalı olduğunu iddia etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair kirayə müqaviləsi bağlanması ilə bağlı tələb irəli sürsə də, iş materiallarında iddiaçının atasına məxsus olduğu iddia edilən fərdi yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənədlər (vərəsəlik hüququ haqqında şəhadətnamə və s.), yəni, iddiaçının mübahisəli ünvan üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçının hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Belə ki, onlunla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən onun subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçıy Viktoroviçin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar