Məhkəmə qərarları › İş №2-1(112)-1605/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1605/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1605/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X27 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxslər X18, X22 və X6 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı xx.xx.1934-cü il təvəllüdlü X18, xx.xx.1983-cü il təvəllüdlü X22 və xx.xx.1957-ci il təvəllüdlü X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3646/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə inzibati iş üzrə X18, X22 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 79 ünvanında yerləşən 15 saylı mənzil onun mülkiyyətindədir və hazırda həmin mənzildə faktiki olaraq o, ailə üzvləri ilə birlikdə yaşayır. 18 iyul 2019-cu il tarixdə yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən ona məlum olmuşdur ki, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında kimliyi ona məlum olmayan xx.xx.1934-cü il təvəllüdlü X18, xx.xx.1983-cü il təvəllüdlü X22 və xx.xx.1957-ci il təvəllüdlü X6 pasport qeydiyyatındadırlar. Məsələ ilə bağlı, binanı inşa etmiş "xxxx" MTK rəhbərliyinə müraicət etdiyi zaman ona məlum olmuşdur ki, adları yuxarıda çəkilən şəxslər əvvəllər hazırki binanın yerində inşa olunmuş 2 mərtəbəli köhnə tikilidə qeydiyyatda olan şəxslərdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 203 saylı, 27 iyul 2005-ci il tarixli Sərəncamına əsasən Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 1/531 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli, 01 saylı müraciəti və Bakı şəhəri 38 saylı Notariat Kontorunun müvafiq alğı-satqı müqavilələri nəzərə alınaraq, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllədə ofis-yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0.6 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nın istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş, AN-İ № ******* saylı, 10 sentyabr 2013-cü il tarixli "xxxx" müqaviləsindən görünür ki, sahəsi 32.5 kv.m olan Bakı şəhəri, Təbriz küçəsi, 79 saylı evin 15 saylı 2 otaqlı mənzilinin mülkiyyətçisi X18 95.000 manata mənzilini X1. İddia ərizəsinə əlavə edilmiş 042808 saylı Forma 2 arayışdan görünür ki, X13 məxsus olan mənzil ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşmiş və yuxarıda adlarını qeyd etdiyi şəxslər həmin mənzildə pasport qeydiyyatında olmuşlar. İddia ərizəsinə əlavə edilmiş ÖM seriyalı, 175326 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, M.Əhmədovaya məxsus olmuş mənzil 2 otaqdan ibarət olmuş və ümumi sahəsi 32.5 kv.m olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2012-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 858-ci məhəllədə "xxxx" MTK tərəfindən 17 mərtəbəli, 2 girişli ofisyaşayış binası istismara qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, onunla "xxxx" MTK arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 15/02 saylı daşınmaz əmlakıkn sifarişi üzrə müqavilənin surətindən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 79 ünvanda inşa edilən yaşayış sahəsində 1-ci blok, 4-cü mərtəbəsində, ümumi sahəsi 180 kv.m olan, 3 otaqlı, 15 saylı mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş, RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Təbriz küçəsi, 79 saylı evin 15 saylı mənzili onun mülkiyyətindədir. Həmin çıxarışdan görünür ki, mənzil binanın 4-cü mərtəbəsində yerləşir və ümumi sahəsi 156.5 kv.m olmaqla, 3 otaqdan ibarətdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, ünvan 3 ünvanında inşa edilmiş bina 2013-cü ildə istismara qəbul edilmiş və yuxarıda adlarını qeyd etdiyi şəxslərin keçən əsrin 80 və 90-cı illərindən həmin ünvana qeydiyyata düşmələri mümkün deyildir. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən şəxsin yaşayış yeri ev və ya mənzil müəyyən edilsə də, onun mənzilində qeydiyyatda olann şəxslərin qeydiyyata düşdükləri mənzil sökülmüş və hazırda mövcud deyildir. Məsələ ilə bağlı cavabdehə ərizə ilə müraicət etsə də, cavabdeh 26 avqust 2019-cu il tarixli. 078-23180K saylı məktubla müraciətini təmin etməmiş və qeyd etmişdir ki, şəxsin qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmələri məqsədəmüvafiqdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktub ünvanlayaraq iş üzrə məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 175326 nömrəli, xx.xx.2003-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 X11 xüsusi mülkiyyətində olmuşdur. Mənzilə dair X11 adına xx.xx.2004-cü il tarixli texniki pasportda tərtib edilmişdir. Həmin evdə X18 (özü), X12 (qızı) və X22 (nəvəsi) qeydiyyatda olmuşlar. Həmin mənzil xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X18 tərəfindən X2 və mənzildə qeydiyyatda olan şəxslər mənzilin satılmasına etiraz etmədiklərinə dair ərizə təqdim etmişlər. Bundan əlavə Müqavilənin 13-cü maddəsinə əsasən satıcı X18 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 (bir) ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 203 nömrəli, xx.xx.2005-ci il tarixli “Özünəməxsus sahədə yaşayış binasının, ofis, kotec tipli evlərin tikintisi və istehsalat sahələrinin yaradılması haqqında” Sərəncamın 9-cu bəndi - Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” hissəsindən çıxarışın surətindən görünür ki, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 1/531 saylı razılıq məktubu, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2005-ci il tarixli. 01 saylı müraciəti və Bakı şəhəri, 38 saylı notariat kontorunun müvafiq alğı-satqı müqavilələri nəzərə alınaraq, Nərimanov rayonu, Təbriz küçəsi, 858 məhəllədə ofis-yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0.6 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nın istifadəsinə verilmişdir. Ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi, həmçinin vətəndaşlara müavinət ödənilməsi "xxxx" MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. İşdə olan “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”-nın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 229 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllədə, 17 mərtəbəli (+texmərtəbə), 2 girişli ofis-yaşayış binasının (tikintinin 2-ci mərhələsi), 1-ci girişi( antresollu 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) istismara qəbul edilmişdir. Poçt ünvanı – ünvan 4r. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllə, 0.4296 ha torpaq sahəsi 49( qırx doqquz) il müddətinə icarə hüququ ilə "xxxx" MTK-nın icarəsindədir. Torpaq sahəsi Bakı şəhər icra Hakimiyyəti Başçısının 203 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı və 0695 saylı, xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsi əsasında Ofis-yaşayış binasının tikintisi üçün verilmişdir. "xxxx" MTK-nın icarə hüquqları xx.xx.2009-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan “Daşınmaz əmlakın (yaşayış sahəsinin) sifarişi üzrə 15/02 nömrəli, xx.xx.2013cü il tarixli müqavilənin surətindən görünür ki, icraçı "xxxx" MTK-nın sədri X8 ilə sifarişçi İddiaçı arasında “Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 79 üvanında inşa edilən yaşayış sahəsində 1-ci blokun, 4-cü mərtəbəsində (ümumi sahəsi 180.0 kv.m olan), 3 otaqlı, 15 saylı mənzilə ehtiyac olduğu və bunun tikilməsinə çəkiləcək xərclərin öz öhdəsinə götürülməsi barədə” müqavilə bağlanmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 49/01 saylı, 30 iyul 2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında 1-ci girişin, 4-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 180.0 kv.m, yaşayış sahəsi 98.29 kv.m olan 151 saylı mənzildə yaşayır. Mənzil tam kommunal şəraitlidir. Bina "xxxx" MTK-ya məxsusdur. İddiaçı ailəsi 1 nəfərdən (özü) ibarətdir. İşdə olan 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında X9, X15, X16, X17, X18, X22, X12 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019cu il tarixli, 078-23180K nömrəli imtina məktubunun surətindən görünür ki, məsələ ilə bağlı iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin yuxarıda sadalanan hallarından müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 79 ünvanında yerləşən 15 saylı mənzil iş üzrə üçüncü şəxs X7 mülkiyyətində olmuş, digər 3-cü şəxslər də onun ailə üzvü kimi həmin ünvanda qeydiyyatda olmuşlar. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 203 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllədə, ofis-yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0.6 ha torpaq sahəsi icarə əsasında "xxxx" MTK – nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi, həmçinin vətəndaşlara müavinət ödənilməsinin "xxxx" MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Həmin torpaq sahəsi üzərində "xxxx" MTK –nın icarə hüquqları Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən qeydiyyata alınmışdır. Bundan sonra "xxxx" MTK–nın sədri X10 ilə X18 arasında ünvan 7 ünvanında yerləşən mənzilin alğı-satqısına dair xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmış, mənzildə qeydiyyatda olan X11 ailə üzvləri mənzilin satılmasına etiraz etmədiklərini bildirmiş, həmin müqavilənin 13-cü maddəsinə əsasən X18 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 (bir) ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixdə isə "xxxx" MTK-nın sədri X10 ilə İddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 79 ünvanında yeni inşa edilən yaşayış sahəsində 1-ci blokun, 4-cü mərtəbəsində, ümumi sahəsi 180.0 kv.m olan, 3 otaqlı, 15 saylı mənzilin sifarişi üzrə 15/02 nömrəli, xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır. Həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reeystri Xidmətində qeydiyyata alınmış və buna dair ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, X18 ilə "xxxx" MTK-nın sədri arasında bağlanmış xx.xx.2013-cü il tarixli "xxxx" müqaviləsinə əsasən X18 mənzili MTK-ya satdıqdan sonra, həmin ünvanda yaşamamış, müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 (bir) ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürsə də, müqavilənin bu şərtinə əməl etməmiş, bu isə hazırda iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi, X13 məxsus olmuş mənzilin yerində "xxxx" MTK tərəfindən çoxmənzilli yaşayış binası tikilmiş, həmin yeni çoxmənzilli yaşayış binasından 15 saylı mənzil iddiaçıya satılmışdır. İddiaçıya məxsus mənzillə 3-cü şəxsə məxsus olmuş mənzil eyni tikili olmamış, sadəcə ünvanları eynilik təşkil etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçı 3-cü şəxslər xx.xx.1934-cü il təvəllüdlü X18, xx.xx.1983-cü il təvəllüdlü X22 və xx.xx.1957-ci il təvəllüdlü X4 mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X3 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X14 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.1934-cü il təvəllüdlü X18, xx.xx.1983-cü il təvəllüdlü X22 və xx.xx.1957-ci il təvəllüdlü X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar