Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1606/2024 19.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, X14 massivində yerləşən 1249T saylı, 1200 kvadrat metr bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə İdarə adlandırılacaq X5 və istismarı Birliyinin 26 sentyabr 1995-ci il tarixli, 25967 №li “X13 Dair” Müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, X14 massivində yerləşən 1249T saylı, 1200 kvadrat metr bağ torpaq sahəsi 30 yanvar 2011-ci il tarixdə vəfat etmiş 1942-ci il təvəllüdlü mərhum anası X3 ayrılmışdır. Bunu həmin Müqavilənin əsli də təsdiq edir və hal-hazırda da torpaq sahəsi iddiaçının istifadəsindədir. Mərhum anası X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu X14 massivində yerləşən 1249T saylı, 1200 kvadrat metr bağ torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 4 saylı Notarat Kontorunun 17 iyul 2018-ci il tarixli, 50 №li vərəsə olması barədə arayışını da əlavə etməklə ********** qeydiyyat nömrəli, 23 yanvar 2023-cü il tarixli ərizəylə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, 17 fevral 2023-cü il tarixli,3-21-3- 30/2-5210/2023, **********10 №li bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü, xx.xx.2023cü il, bölgü sxeminin tərtib edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin 1249a/T saylı bağ sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Bundan əlavə, təqdim edilmiş müqavilədə göstərilən bağ evi söküldüyündən və hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından, faktiki sahənin arxiv cizgisində göstərilən əraziyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 1249 “a”/T saylı bağ sahəsinə iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-1584/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Pirşağı bağ massivində sahəsi 0,12 ha olan 1249 a/T saylı bağa İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sözügedən qərardan İdarə tərəfindən apellyasiya şikayəti verilmiş, lakin yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək 1249T saylı, 1200 kvadrat metr bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X3 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 4 Saylı Dövlət Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 50 nömrəli məktubunda bildirilmişdir ki, X8, X11 və X12 xx.xx.2014-cü il tarixli müraciətlərinə əsasən xx.xx.2011-ci il tarixdə vəfat etmiş X1 (1942-ci il təvəllüdlü) miras qalmış əmlakla bağlı vərəsəlik işi açılmışdır. Eyni zamanda İddiaçı xx.xx.2018-ci il tarixdə notariat kontoruna müraciət edərək miras qoyandan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 1249/T saylı bağ sahəsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X9, X15, X16 və İddiaçı mirası qəbul etmiş vərəsələrdir. Həmçinin miras qalmış əmlaklardan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 1249/T saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqındaw Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə miras qoyan X2 hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1 və 8-ci maddələrinin tələbinə uyğun olaraq mərhum X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1249/T saylı bağ sahəsinə dair miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bu barədə müvafiq məlumatın sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 4 saylı dövlət notariat kontoruna göndərilməsini xahiş edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********51 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1249/T saylı bağ sahəsinə dair müvafiq sənədlərin surətindən görünür ki: -X10 və istismarı Birliyi ilə X6 arasında bağlanmış “Bağın İcarəyə verilməsi haqqında” xx.xx.1995-ci il tarixli, 25967 nömrəli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti bağlar təsərrüfatı üzrə məsələləri üzrə komissiyasının xx.xx.1995-ci il tarixli Sərəncamının 1211 nömrəli protokolu əsasında X3 Pirşağı qəsəbəsində 0,12 hektar bağ sahəsi və 17,5 kv.m. olan 1 otaqdan ibarət bağ evi icarəyə verilmişdir. -Pirşağı 1249 nömrəli bağ sahəsinin cizgisinə əsasən bağ sahəsinin bir tərəfi 1249a saylı bağ sahəsi ilə qonşu olmaqla sağ tərəfdən yol ilə əhatə olunmuş, üzərində A tikilisi yerləşməklə, bağ sahəsinin eni 30 m, uzunluğu 40 m-dir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********33 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 1249T saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının və koordinatlarından görünür ki: -xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktından görünür ki, Pirşağı bağ massivi 1249/T və 1249 a/T saylı bağ sahələri 1249/T saylı bağ;ic.müq-25967 saylı bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m., faktiki 1200.0 kv.m., 1249 a/T saylı bağ;ic.müq-25966 saylı bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m., faktiki 1200.0 kv.m. 1249 T və 1249 a/Tsaylı bağ sahəsi ümumi hasar daxilindədir. Ara torpaq sahəsinin sərhədlərinə 5 daş hündürlüyündə mişar daşı düzülərək ayrılıb. 1249 a/t saylı bağ sahəsində 1 mərtəbəli ev var. 1249/T saylı bağ sahəsinin icarə müqaviləsində və arxiv cizgisində göstərilən ev sökülmüşdür, tikili yoxdur. 1249 a/T saylı bağ sahəsi arxiv cizgisində göstərilənlə uyğunsuzluq təşkil edir. Belə ki,arxiv cizgisinə əsasən 1249 a/T salı bağ sahəsi 1249/T sayıı bağ sahəsinin şimal hissəsində yerləşməlidir, lakin həmin sahə digər vətəndaşın adına başqa bağ sahəsi kimi qeydiyyatdan keçib. Vətəndaşın nümayəndəsi həmin sahəyə iddiası olmadığını bildirdi və faktiki göstərdiyi sahənin 1249 a/T saylı bağ sahəsi kimi qeydiyyata alınmasını istəyir. Məlumat üçün Vətəndaşın göstərdiyi kimi bölgü sxemi tərtib edilərək əlavə olundu. - Bağ-1249a/T, S= 1200.0 kv.m X=408809.4634, Y=4491660.9343, Z=0.0000 X=408825.4935, Y=4491664.6717, Z=0.0000 X=408830.5878, Y=4491640.1890, Z=0.0000 X=408854.6427, Y=4491645.7974, Z=0.0000 X=408855.5183, Y=4491639.5586, Z=0.0000 X=408875.2355, Y=4491642.3040, Z=0.0000 X=408876.7841, Y=4491632.4719, Z=0.0000 X=408839.5453, Y=4491627.2511, Z=0.0000 X=408816.3731, Y=4491624.0160, Z=0.0000 X=408812.1426, Y=4491648.5208, Z=0.0000 - Bağ-1249/T, S= 1200.0 kv.m X=408830.5878, Y=4491640.1890, Z= 0.0000 X=408824.4746, Y=4491669.5683, Z= 0.0000 X=408863.4298, Y=4491678.6508, Z= 0.0000 X=408869.5616, Y=4491649.2758, Z= 0.0000 Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********74 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağların sxematik xəritəsinin surətini və 1249T saylı torpaq sahəsinin ortofoto görüntüsündən görünür ki, iddia olunan bağ sahəsi ümumi hasar daxilindədir, naturada göstərilən bağın ətrafında 1224b, 1224v, 1263/t və 1263a/t nömrəli bağ sahələri yerləşir və bir tərəfi yolla sərhəddir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 21.022024-cü il tarixli, 3-52/2-623/2024 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1211 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncamından çıxarış Sizə göndərilir: “Bağ sahələrinin ayrılması, ada keçirilməsi barədə” 1.Pirşağıdakı 1249/T nömrəli bağ L.A.Əliyevanın adına keçirilsin.(sənəddə olduğu kimi). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********38 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən 1249 T,1249 a/T torpaq sahələri hər biri sənəd üzrə 1200.0 kv.m olmaqla faktiki olaraq ümumi sahəsi 3880.0 kv.m təşkil edir. Torpaq sahələrinin ara sərhədlərinə 5 daş hündürlüyündə mişar daşı düzülərək ayrılıb. Həmçinin 1249 T saylı bağ sahəsinin icarə müqaviləsində və arxiv cizgisində göstərilən yaşayış evi sökülmüşdür. Üzərində tikili yoxdur. Digər 1249 a/T saylı bağ sahəsi kimi ayrılmış sahə üzərində bir mərtəbəli yaşayış evi mövcuddur. Göstərilən ümumi 3880.0 kv.m torpaq sahəsinin və qeyd olunan 1200.0 kv.m bağ sahələrinin ayrı-ayrılıqda koordinatlarını əks etdirən izahlı sxemi Sizə göndəririk. Vahid elektron kadastr baza məlumatına əsasən qeyd olunan bağ sahələri arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunan ərazilərdə sərhədlər qeyd olunmayıb. Hansı bağ sahəsinin əraziləri olduğunu araşdırmaq mümkün olmamışdır. Həmin məktubla göndərilmiş sənədin surətindən görünür ki: - Bağ-1249a/T, S= 1200.0 kv.m X=408809.4634, Y=4491660.9343, Z=0.0000 X=408825.4935, Y=4491664.6717, Z=0.0000 X=408830.5878, Y=4491640.1890, Z=0.0000 X=408854.6427, Y=4491645.7974, Z=0.0000 X=408855.5183, Y=4491639.5586, Z=0.0000 X=408875.2355, Y=4491642.3040, Z=0.0000 X=408876.7841, Y=4491632.4719, Z=0.0000 X=408839.5453, Y=4491627.2511, Z=0.0000 X=408816.3731, Y=4491624.0160, Z=0.0000 X=408812.1426, Y=4491648.5208, Z=0.0000 - Bağ-1249/T, S= 1200.0 kv.m X=408830.5878, Y=4491640.1890, Z= 0.0000 X=408824.4746, Y=4491669.5683, Z= 0.0000 X=408863.4298, Y=4491678.6508, Z= 0.0000 X=408869.5616, Y=4491649.2758, Z= 0.0000 - Ümumi sahə: X=408898.5216, Y=4491635.5194, Z=0.0000 X=408839.5453, Y=4491627.2511, Z=0.0000 X=408816.3731, Y=4491624.0160, Z=0.0000 X=408812.1426, Y=4491648.5208, Z=0.0000 X=408808.4084, Y=4491665.8224, Z=0.0000, X=408877.1317, Y=4491681.8454, Z= 0.0000 X=408888.0128, Y=4491685.8431, Z=0.0000 X=408894.1744, Y=4491669.1742, Z= 0.0000 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********10 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “1249/T” saylı bağ evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Bundan əlavə, təqdim edilmiş müqavilədə göstərilən bağ evi söküldüyündən və hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından, faktiki sahənin arxiv cizgisində göstərilən əraziyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0.12 ha ölçüdə 1249/T saylı bağ sahəsinin xx.xx.1995-ci il tarixli, 25967 nömrəli icarə müqaviləsinə əsasən X2 istifadəsinə verildiyini əsas gətirərək, X6 vəfat etdikdən sonra vərəsəlik işinin açıldığını və onun vərəsələrindən biri olaraq həmin bağ sahəsinə rəsmiləşdirmənin aparılması üçün mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. Cavabdeh orqanın müraciətin təminindən imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: - inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. - təqdim edilmiş müqavilədə göstərilən bağ evi söküldüyündən və hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından, faktiki sahənin arxiv cizgisində göstərilən əraziyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə cavabdehin qeyd edilən dəlillərini müraciətin təminindən imtina üçün əsas hesab etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd X10 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış “Bağın İcarəyə verilməsi haqqında” xx.xx.1995-ci il tarixli, 25967 nömrəli müqavilədir. Müqaviləyə əsasən X4 qəsəbəsində 0,12 hektar bağ sahəsi və üzərində 17,5 kv.m. olan 1 otaqdan ibarət bağ evi icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsinin nüsxəsi cavabdehin arxivində saxlanılır və həmin müqavilədə tərəflərin-bağlar idarəsinin direktorunun imzası və icarəçinin imzasının olduğu görünür. Bundan əlavə arxiv qovluğunda sözügedən müqaviləyə əlavə olunan digər sənədlər-müqavilə ilə icarəyə verilmiş bağ sahəsinin inventarlaşdırma aktı, bağ sahəsinin yerləşmə sxemi (plan) kimi sənədlər saxlanılır. Nəhayət, qeyd edilməlidir ki, xx.xx.1995-ci il tarixli, 25967 nömrəli müqavilədə müqavilənin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1211 nömrəli sərəncamı əsasında bağlandığı qeyd edilmişdir. Bakı şəhər icra Hakimiyyətinin arxivindən təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1211 nömrəli sərəncamından müəyyən olunur ki, Pirşağıdakı 1249/T nömrəli bağ L.A.Əliyevanın adına keçirilmişdir. Beləliklə, hazırkı iş üzrə iddia olunan bağ sahəsinə dair arxiv qovluğunda saxlanılan xx.xx.1995-ci il tarixli, 25967 nömrəli icarə müqaviləsinin kökündə dayanan inzibati akt- Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1211 nömrəli protokolu dövlət arxivində mövcuddur və bu hal iddia olunan bağın qanuni istifadədə olduğunu təsdiq edir. Odur ki, xx.xx.1995-ci il tarixli, 25967 nömrəli icarə müqaviləsi mübahisə predmeti olan bağ sahəsinə hüququn qeydiyyata alınmasına əsas verən mötəbər hquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bundan əlavə bağ sahəsinin faktiki yerləşmə vəziyyətinə gəlincə arxiv sənədlərində bağ sahəsinin yerləşmə planında bir tərəfində 1249a saylı bağ sahəsi, bir tərəfinin isə yol olduğu əks olunmuş, eyni zamanda məhkəməyə təqdim edilmiş naturada göstərilən bağ sahəsinin ortofoto görüntüsündə bağ sahəsinin bir tərəfində yol olduğu və cavabdehin də qeyd etdiyi kimi 1249a/T saylı bağ sahəsi ilə ümumi hasar daxilində olduğu, ətrafında 1224v 1224b 1263 t 1263 a/t nömrəli bağların yerləşdiyi görünür. Ümumilikdə naturada göstərilən bağ sahəsinin qonşu bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəldiyi müəyyən olunur. İddia olunan bağ sahəsinin 1249a/T saylı bağ sahəsi ilə ümumi hasar daxilində olması isə 1249T nömrəli bağ torpaq sahəsinin qeydiyyatına mane deyildir. Belə ki, cavabdehin mütəxəsisləri tərəfindən əraziyə baxış keçirilərək naturada göstərilən bağ sahəsinin çöl-ölçmə işləri aparılmış, torpağın yerləşmə koordinatları müəyyən edilmiş, iddia olunan bağın iddiaçı tərəfin faktiki sahiblik və istifadəsində olduğu öz təsdiqini tapmışdır. Məhkəmə sorğusuna cavabdeh idarənin mütəxəsissləri tərəfindən verilmiş cavabda iddia olunan 1249/T saylı bağ sahəsinin 1249a/T torpaq sahəsi ilə eyni hasar daxilində yerləşdiyi, hasar daxilində hər birinin 1200.0 kv.m olmaqla faktiki olaraq ümumi sahənin 3880.0 kv.m təşkil etdiyi qeyd edilməklə, torpaq sahəsinin yerləşdiyi bağ sahələrinin həm ümumi, həm də ayrı-ayrılıqda coğrafi koordinatları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, müqavilədə göstərilən 1249/T nömrəli bağ sahəsində olan A tikilisi sökülmüş, həmin torpaq sahəsi iddaçının istifadəsindədir. Nəzərə almaq lazımdır ki, müqavilə ilə mərhum L.Ağamirzəyevaya təkcə bağ evi deyil, həm də 1200 kv.m bağ torpaq sahəsi verilmişdir və hazırda iddiaçı bağ evinə deyil, bağ torpaq sahəsinə hüququn qeydiyyatını mübahisələndirir. Cavabdeh bir tərəfdən hasarlanmanın sxematik xəritəyə uyğun aparılmadığını faktiki sahənin arxiv cizgisində göstərilən əraziyə aid olub-olmamasını müəyyənləşdirməyin mümkün olmadığını qeyd etsə də, eyni zamanda digər tərəfdən həmin ərazinin sxematik xəritədə hansı nömrəli bağ sahəsinə və ya əraziyə uyğun gəldiyi barədə məlumat təqdim etmir. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Pirşağı qəsəbəsində 1200 kv.m ölçüdə 1249/T saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının (vərəsələrin) naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə uyğun gəldiyi barədə məhkəmənin sorğusuna cavabdeh orqan tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Bundan əlavə, hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin L.Ağamirzəyevnaya aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidir ki, iddia olunan 1249/T saylı bağ sahəsi ilə eyni hasar daxilində yerləşən 249a/T saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1584/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, iddiaçının faktiki istifadəsində olan hazırda boş, üzərində tikili olmayan bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhuma məxsus olmasına dair arayışın verilməsini istisna edən faktiki və hüquqi əsas mövcud deyildir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 1200 kv.m ölçüdə 1249/T saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 1200 kv.m ölçüdə 1249/T saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1606/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1606/2024
19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver