Məhkəmə qərarları › İş №2-1(112)-1608/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1608/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1608/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti) «kredit müqaviləsinə əsasən kompensasiya hesablanmaqla iddiaçının adının kompensasiya veriləcək fiziki şəxslərin siyahısına daxil edilməsi, kompensasiyanın borca yönəldilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh1 ASC-yə qarşı «müqavilə üzrə kompensasiyanın müəyyən edilməsi, qalıq kredit borcunun silinməsi və kreditin qalıq məbləğinin restrukturizasiya olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehlərə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, "xxxx" ASC ilə iddiaçı (İddiaçı) arasında bağlanmış 24- MZ-1-0-426-14 saylı 1 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 10.023,83 USD məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əlavə olaraq qrafik tərtib olunmuş və kredit üzrə ödənişlərin həmin qrafika uyğun aparılması barədə razılıq əldə edilmişdir. Həmin kredit müqaviləsi bağlandıqdan təxminən 4 ay sonra ikinci devalivasiya baş vermiş və 21 dekabr 2015-ci il tarixdə 1 ABŞ dolları 1.55 manat olmuşdur. Onun ödəniş qabiliyyəti olmadığından, gecikmələr olmuş və kreditin ödənilməsində problemlər yaranmışdır. Ödəniş qrafikində qeyd edilən məbləğ olmasa da, o, ödənişlərin edilməsini davam etdirmiş və 21 dekabr 2015-ci il tarixədək Banka 1.755 ABŞ dolları pul ödənilmişdir. Dəfələrlə müraciət olunmasına baxmayaraq Bank və Palata ona kompensasiya verilməsində heç bir yardım etməmişdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək, dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Yaxın vaxtlarda bu istiqamətdə atılmış ən öyük addımlardan biri də «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı olmuşdur. Sözügedən kredit alınandan sonra o (iddiaçı), 7 avqust 2015-ci il tarixdə 948,76 ABŞ dolları, 7 sentyabr 2015-ci il tarixdə 400 ABŞ dolları və 10 sentyabr 2015-ci il tarixdə 304,04 ABŞ dolları pul vəsaiti ödəmişdir. Həmin vəsaitlər təqdim edilən hesabdan çıxarışdan da görünür və müvafiq olaraq həm əsas, hə də faiz məbləğindən silinmişdir. Bu ödənişlərdən sonra Banka heç bir vəsait ödənilməmişdir. 1.755 ABŞ dolları vəsait ödənildikdə, 5 ay ərzində 23 ABŞ dolları vəsaitin silinməməsinin səbəbi aydın deyil. Bu hal, həm məntiqsizdir, həm də təqdim olunan sənədlərlə təkzib olunur. Belə ki, Bank 2015-ci ildə məhkəməyə müraciəıt edərək məhkəmə qaydasında həmin pulun tutulmasını tələb etmişdir. Təqdim edilən 22 sentyabr 2016-cı il tarixli ekspert rəyindən də göründüyü kimi, onun (iddiaçının) 11 yanvar 2016-cı il tarixə əsas borcu 9.634,4 ABŞ dolları olmuşdur. Onun 2015-ci ilin sentyabr ayından banka heç bir vəsat ödəmədiyi nəzərə alındıqda, məlum olur ki, ikinci devalivasiya tarixinə – 21 dekabr 2015-ci il tarixə əsas borcu da 9.634,4 ABŞ dolları olmuşdur. Lakin Bank bunun əksinə olaraq onun əsas borcunun indi də 10.023 ABŞ dolları olduğunu bildirir. Lakin buna dair heç bir əsaslı sübut təqdim edilmir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5250/2017 saylı iş üzrə 2 may 2017-ci il tarixli qətnaməsinin surətindən də göründüyü kimi, məhkəmə ekspert rəyinin məbləğini təsdiq etmiş və müqavilə üzrə onun 11 yanvar 2016-cı il tarixə əsas borcunun 9.634,4 ABŞ dolları olmasını təsdiq etmişdir. Hazırda bu məbləğin məhkəmə qətnaməsi ilə təsdiqinə dair sübut vardır və artıq preyudisial əhəmiyyət kəsb edir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 1-ci bəndinə deyilir: aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarmadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə AR Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdən – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1 və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Yuxarıda qeyd edildiyi kimi, 2014-cü ildə Unibank KB ASC-nin İsmayıllı filialından iddiaçı kredit almışdır. Lakin məlum olmayan səbəblərdən onun krediti yuxarıda qeyd olunan Fərmanın əhatə dairəsinə düşməsinə baxmayaraq, ona kompensasiya verilməsi və güzəştli şərtlərlə kredit verilməsi təmin edilməmişdir. Bununla bağlı iddiaçı yazılı və onlayn elektron vasitələrlə Banka və Palataya müraciətlər etmiş, hətta Bankın verdiyi hesabdan çxıarışı cavabdehlərə göndərmişdir. Lakin cavabdehlər onun kredit borcunun devalivasiyaya qədər 10.000 ABŞ dollarından çox olduğunu qeyd edərək kompensasiya verilməsini qeyri-mümkün hesab etmişlər. Halbuki, onun 21 dekabr 2015-ci il tarixədək xarici valyutada başqa banklarda daxil olmaqla kreditinin əsas məbləğinin qalığı 9.634,4 ABŞ dolları olmuşdur. Ekspert rəyinə əsasən 11 yanvar 2016-cı il tarixə borc bu olmuşdur və 10 sentyabr 2015-ci il tarixdən Banka pul ödənilməmişdir. Banka pul ödənilmədiyi təqdirdə əsas borc azala bilməz. Deməli tam açıq aydın görünür ki, 21 dekabr 2015-ci il tarixə əsas borc 10.000 ABŞ dollarından az olmuşdur. Təqdim edilən sənədlərdən göründüyü kimi, krediti bu Fərmanın əhatə dairəsinə düşməklə ona həmin Fərmana uyğun güzəştlər tətbiq edilməlidir. İddiaçı əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasını cavabdeh qismində cəlb etməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin sonradan məhkəmə gedişatı dövründə AR Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv oliunduğundan, məhkəmədə iş baxılmamış saxlanmışdır. Sonradan o, 10 aprel 2020-ci il tarixdə AR Mərkəzi Banka müraciət edərək kompensasiya verilməsini xahiş etmiş, lakin indiyənədək ona AR Mərkəzi Bankdan heç bir məlumat verilməmiş və müraciət cavablandırılmamışdır. Göstərilənlərə və İPM-in 14, 33cü maddələrinə, AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları»nın müddəalarına əsaslanaraq, Nikoyl İKB ASC ilə iddiaçı (İddiaçı) arasında 1 aprel 2015-ci il tarixdə bağlanmış 24-MZ-1-0-426-14 saylı kredit müqaviləsinə əsasən ona 5.780 ABŞ dolları kompensasiyanın müəyyən edilməsi, qalıq kredit borcundan silinməsi və kreditin qalıq məbləğinin yuxarıda qeyd edilən Fərmana əsasən illik 1% olmaqla Nikoyl İKB ASC ilə 5 illik restrukturizasiya olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Mərkəzi Bankının məhkəməyə ünvanlanmış 24 sentyabr 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən edilir ki, "xxxx" ASC (rebrendinqdən sonar Cavabdeh1 ASC) ilə İddiaçı arasında bağlanmış 21 iyul 2014-cü il tarixli kredit müqaviləsinə görə sonuncuya 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı 21 fevral 2015-ci il tarixdə devalvasiyanın baş verdiyi günədək 10.023,83 ABŞ dolları və 21 dekabr 2015-ci il tarixdə devalvasiyanın baş verdiyi günədək 10.023,83 ABŞ dolları kredit borcu qalmışdır. Həmin Fərman ilə fiziki şəxslərə müvafiq kompensasiyaların verilməsi yalnız devalvasiyaların baş verdiyi günə (21 fevral 2015-ci il və ya 21 dekabr 2015-ci il tarixlərə) banklarda 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil edilir. Göründüyü kimi, borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə əsas borcu hər iki devalvasiyanın baş verdiyi tarixlərə 10.000 ABŞ dollarından artıq olduğundan, həmin Fərmanın əhatə dairəsinə düşməmişdir. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə Cavabdeh1 ASC üçüncü şəxs qismində göstərilməklə iddianın dəyişdirilərək «kredit müqaviləsinə əsasən iddiaçıya kompensasiya hesablanmaqla adının Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya verilməsi ilə bağlı siyahıya daxil edilməsi, kompensasiyanın borcdan silinməsi» kimi qəbul olunmasını xahiş etmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 28.1-ci madadəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və Cavabdeh1 ASC inzibati məhkəmə icraatına onun cavabdeh kimi prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə prosesdə iştirak edən şəxslərə müvafiq bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmiş, Cavabdeh1 ASC-nin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olıduğunu bildirdi və iddianın təımin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə iddiaçı (İddiaçı) arasında bağlanmış 21 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 24 ay müddətinə illik 22% olmaqla 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1670/2018 saylı iş üzrə 28 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X3 müştərək qaydada 10.024 ABŞ dolları əsas borc, 3.153 ABŞ dolları faiz borcu 300 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 13.477 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5250/2017 saylı iş üzrə 2 may 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1670/2018 saylı iş üzrə 28 oktyabr 2018-ci il tarixli qətnaməsi “əsas borc və faiz borcu” hissəsində dəyişdirilərək əsas borc 9.634,50 ABŞ dolları, faiz borcu 712,41 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarına surəti əlavə olunmuş “21.07.2014-cü il tarixdən 09.12.2015-ci il tarixədək olan dövr üzrə hesabdan çıxarış”dan görünür ki, İddiaçı "xxxx" ASC ilə bağlanmış 21 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə son ödənişi 2015-ci ilin sentyabr ayında aparmışdır. İşdə olan sənədlər və məhkəmə prosesində işdə iştirak edən şəxslərin verdikləri izahatlar əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC arasında 21 iyul 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında "xxxx" ASC iddiaçıya 12 ay müddətinə, illik 22% dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı kredit üzrə sonuncu ödənişi 2015-ci ilin sentyabr ayında etməklə sonradan krediti ödəyə bilmədiyindən, müqavilə tərəfləri arasında yaranmış mülki mübahisə məhkəmə müstəvisinə çıxmışdır. 2 may 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin müqavilə üzrə İddiaçı əsas borcu 9.634,50 ABŞ dolları təşkil edir. İddiaçı həmin kredit məbləğləri üzrə kompensasiya ödənilməsi ilə bağlı AR Mərkəzi Bankına müraciət etmiş, lakin qurum məsələnin həllindən imtina etmiş və imtinanın əsası kimi onu göstərmişdir ki, 2015-ci ildə baş vermiş devalvasiya tarixlərinə onun qalıq borcu 10.023,83 ABŞ dolları, yəni 10.000 ABŞ dollarından artıq məbləğindədir. İddiaçı hazırda həmin imtinanı mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsindən imtina üzrə cavabdeh tərəfin gətirdiyi dəlillər əsassızdır. Bu qənaət ondan irəli gəlir ki, tərəflər arasında müqavilənin mövcudluğu və müvafiq tarixlərə əsas borc məbləğinin 10.000 ABŞ dollarından az olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və işdə olan digər aidiyyəti sənədlərlə təsdiqini tapır. Xüsusilə də, sonuncu ödənişin tarixli 2015-ci ilin sentyabr ayı olmaqla qalıq borcun 9.634,50 ABŞ dolları təşkil etməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı "xxxx" ASC ilə bağladığı 24-MZ-1-0-426-14 saylı kredit müqaviləsinə əsasən kompensasiya hesablanmaqla adının kompensasiya veriləcək fiziki şəxslərin siyahısına daxil edilməsi, həmin kompensasiyanın borca yönəldilməsi (borcdan silinməsi) öhdəliyi cavabdeh AR Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə bağladığı 24-MZ-1-0-426-14 saylı kredit müqaviləsinə əsasən kompensasiya hesablanmaqla adının kompensasiya veriləcək fiziki şəxslərin siyahısına daxil edilməsi, həmin kompensasiyanın borca yönəldilməsi (borcdan silinməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar