Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1608/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əlavənin hesablanaraq ödənilməsi, yeni məlumat vərəqəsinin göndərilməsi və mənəvi zərərin tutulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə iddiaçıya xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNNN-ci il tarixə qədər olan dövr üçün vəzifə maaşının N5% miqdarında üstəlik əlavənin hesablanaraq ödənilməsi, həmin əlavə məbləğlərinin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi və NNNN manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.NNNN-ci ildən xx.xx.NNNN-ci ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNNN-ci ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNNN-ci ildən xx.xx.NNN4-cü ilə qədər N7N nömrəli hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNN5-ci ilə qədər N9N nömrəli hərbi hissədə, xx.xx.NNN5-ci ildən xx.xx.NNN6- cı ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNN6-cı ildən xx.xx.NNN7-ci ilə qədər NN7 nömrəli hərbi hissədə, xx.xx.NNN7-ci ildən xx.xx.NNNN-ci ilə qədər NN4 nömrəli hərbi hissədə hərbi həkim kimi xidmət etmiş müharibə veteranıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.NNN7-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin N3.N.8.3-cü bəndinə əsasən cərrahiyyə əməliyyatı tələb edən irinləməsi və ağırlaşması olan xəstələrin müalicəsi üçün bütün profilli irinləmə cərrahiyyə şöbələrində işləyən hərbi qulluqçulara xüsusi xidmət şəraitinə görə vəzifə maaşının N5% miqdarında üstəlik əlavə ödənilir. NN4 nömrəli hərbi hissədə xx.xx.NNN7-ci ildən xx.xx.NNNN-ci ilə qədər qəbul-çeşidləmə bölməsinin rəisi - cərrah işləmiş, həmin dövr üçün ona qeyd etdiyi əlavə N5% ödənilməli olduğu halda ödənilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ var. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 7N-ci maddəsinin N-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının N6-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 6N-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin NN sentyabr NNNN-cı il tarixli N77N nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, NN4 nömrəli hərbi hissə komandirinin N nömrəli N7 noyabr NNNN-cı il tarixli əmri ilə Tibb xidməti mayoru qəbul - çeşidləmə bölməsinin rəisi, şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmişdir. İddiaçının sonuncu xidmət etdiyi NN4 nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş N54N78 nömrəli N7 noyabr NNNN-ci il tarixli “Pul attestatına” baxış keçirilən zaman “xüsusi qulluq şəraitinə görə pul əlavəsinin” alması barədə hər hansı bir qeydiyyat tərəfimizdən aşkar edilməmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsi tərəfindən MN-N95N4 nömrəli “Məlumat vərəqi”ndə iddiaçının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Həmin tarixə İddiaçı aylıq pensiyası təminat xərcliyinin (vəzifə maaşı 635,NN manat, rütbə maaşı N5N,NN manat, xidmət illərinə görə 3N faiz əlavə N35,5N manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,NN manat) NNN faizi miqdarında müəyyən olunaraq N354,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NNN7-ci il tarixli, NN nömrəli qərarı ilə təsduq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin N3.N.8.3-cü bəndinə əsasən(cərrahiyyə əməliyyatı tələb edən irinləməsi və ağırlaşması olan xəstələrin müalicəsi üçün bütün profilli irinləmə cərrahiyyə şöbələrində) xüsusi qulluq şəraitinə görə pul əlavəsinin ödənişi İddiaçı ehtiyata buraxıldığı qəbul-çeşidləmə bölməsinin rəisi, vəzifəsinə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN7-ci il N7 avqust tarixli N35 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın N-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun N.N.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və N.N.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların N-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun N.N.5-ci maddəsinə əsasən bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən N5 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NN4 saylı hərbi hissə tərəfindən iddiaçıya ünvanlanmış NN saylı xx.xx.NNN3-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.NNN3-cü il tarixli məktubunun icrası ilə əlaqədar NN4 nömrəli hərbi hissədə xəstəliyə görə ehtiyata buraxılmış tibb xidməti mayoru İddiaçı ünvanladığı şikayət məktubunda qeyd etdiyi N5 % sağlamlıq üçün təhlükəli və ağır iş şəraitinə görə əlavə pul təminatının almamasının səbəbi xidməti vəzifəsindəki fəaliyyətində Azərbaycan Respublikası Müdafiə Nazirinin N9 oktyabr NNN7-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında əsasnaməsinin təsdiq edilməsi barədə” NN nömrəli qərarının İV-cü fəsil N3-cü bəndinin tələbini cavab verəcək elementlər olmadığından ödənilməmişdir. Sonrakı şikayəti isə N-ci məharət dərəcəsindən N-ci məharət dərəcəsinə endirilməsinin səbəbi xidməti vəzifələrində yol verdiyi səhlənkarlığa görə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli müvafiq nömrəli əmri ilə cəzalandırılmışdır. Növbəti şikayəti isə NNNN-ci ildə N8N nömrəli hərbi hissədə NN (iyirmi) gün ezam olunmuş və yüksəklik pulunun ödənilməməsinə görə bu barədə yazılmış raportun araşdırılması üçün təhqiqat bölməsinə göndərilmiş və hüquqi qiymət verilərək Azərbaycan Respublikası müdafiə nazirinin N9 oktyabr NNN7-ci il tarixli NN nömrəli qərarın NN.6.N.N-ci maddəsi rəhbər tutularaq qanuna uyğun olmadığı qərarı qəbul edilmiş və şikayəti əsassız hesab olunmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 398 saylı xx.xx.NNN3-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Bül-bülə qəsəbəsi 3-cü Mədən küçəsi N saylı evin 6 saylı mənzilində qeydiyyatsız yaşayır. İddiaçı tərəfindən ZE seriyalı ******* saylı xx.xx.NNNN-ci il tarixli hərbi bilet təqdim edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-N5-N9/N-3487/NNN3 saylı xx.xx.NNN3-cü il tarixli məktub ilə ehtiyatda olan tibb xidməti mayoru İddiaçı müvafiq sənədlərinin təsdiq olunmuş kserosurətləri təqdim edilmişdir. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında MN- N95N4 saylı məlumat vərəqindən görünür ki, İddiaçı hərbi (xüsusi rütbəsi) tibb xidməti mayoru, vəzifəsi (tarif dərəcəsi) "Hadrut" Hərbi Hospitalının (Çarpayılarının sayı 3NN-ə qədər) Qəbul-çeşidləmə bölməsinin rəisi-cərrah, iş stajı yoxdur, təqvimi xidmət illəri NN il 4 ay NN gün, güzəştli xidmət illəri NN il N ay N8 gün, cəmi iş stajı və xidmət illəri 4N il 7 ay NN gün, tərxis olunduğu tarix xx.xx.NNNN-ci il, tərxis olunduğu maddə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "v" bəndi (xəstəliyə görə), vəzifə maaşı 635 manat, rütbə maaşı N5N manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, cəmi pul təminatı N354,38 manatdır. MN seriyalı N54N78 saylı xx.xx.NNNN-ci il tarixli pul attestatından görünür ki, İddiaçı xx.xx.NNNN-ci il tarixə kimi N5N manat hərbi rütbə maaşı, 635 manat vəzifə maaşı ilə təmin edilmişdir. Xidmət illərinə görə faiz əlavəsi ilə 3N% həcmində, xidmət illəri xx.xx.NNNN-ci il tarixə kimi NN il 4 ay N8 gün təşkil edir. NNNN-ci ilin maddi yardımı ilə təmin olunub, NNNN-ci ilin məzuniyyət pulu ilə təmin olunub, N-ci məharət dərəcəsi var, veteranlığı var, prezident əlavəsi N7,5N-dir. İddiaçı dair D-NN3889 saylı xidmət dəftərçəsindən görünür ki, xx.xx.NNN7-ci il tarixdə N-ci ordu korpusu Füzuli hərbi hospitalında qəbul çeşidləmə bölməsinin rəisi – cərrah vəzifəsinə xidmətə qəbul edilmişdir. Tibb ixtisası üzrə birinci və ikinci məharət dərəcələri verilmişdir. xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək N-ci ordu korpusu Hadrut hərbi hospitalında qəbul çeşidləmə bölməsinin rəisi – cərrah vəzifəsində xidmət etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin V bəndinə əsasən (xəstəliyə görə) və N64-cü maddəsinə müvafiq olaraq ehtiyata buraxılmışdır. xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.NNN5-ci il tarixli NNN6 nömrəli əmrinə əsasən güzəşt hüququna malikdir və göstərilən xidmət dövrü pensiya təminatı zamanı N ay hərbi xidməti N,5 ay xidmət müddəti kimi hesablanır. xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək NN4 nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 7N7 saylı hərbi hissə komandirinin N87 saylı xx.xx.NNNN-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü motoatıcı taborun tibb məntəqəsinin rəisi-həkim tibb xidməti baş leytenantı İddiaçı NNNN-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNNN-ci il tarixə kimi birdəfəlik pul mükafatına NNN% həcmdə layiqdir. N9N saylı hərbi hissə komandirinin N57 saylı xx.xx.NNN4-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Cəbrayıl Rayon Hərbi Komissarlıqdan çağırılmış T/X baş leytenantı İddiaçı N9N saylı hərbi hissə komandirinin sərəncamına gəlmiş hesab edilmiş və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N3-cü maddəsinin “q” bəndi, N5ci maddəsinin “d” bəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 4N-ci maddəsinin “b” bəndinə müvafiq olaraq və müdafiə nazirinin xx.xx.NNN4-cü il tarixli N3NN saylı əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N il 6 ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və Tibb bölüyünün əməliyyat sarğı tağımının böyük ordinatoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.NNN4-cü il tarixdən şəxsi heyətin siyahısına və təminatın bütün növlərinə daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N99N-ci il tarixli 63N saylı qərarı və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N993-cü il tarixli N9N saylı əmri ilə xidmət müddəti N gün 3 gün hesablanmışdır. N9N saylı hərbi hissə komandirinin N saylı əmrindən xx.xx.NNN7-ci il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin N8 yanvar NNN7-ci il tarixli N8 №-li əmrinə əsasən təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və «Hərbi xidmət haqqında» Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, 3-cü XN Tibb taborunun zabiti İddiaçı tutduğu vəzifədən azad edilmiş və həmin hərbi hissədə Tibb xidməti kapitanı tibb bölüyünün əməliyyat-sarğı taqımının baş ordinatoru - tibb bölüyünün qəbul-çeşidləmə tağımının komandiri təyin edilmişdir. N9N saylı hərbi hissə komandirinin N79 saylı əmrindən xx.xx.NNNN-ci il tarixli çıxarışdan görünür ki, T/x kapitanı İddiaçı, tibb bölüyünün qəbul çeşidləmə taqımının komandiri, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NNNN-ci il tarixli NN58 nömrəli əmri ilə N7N saylı hərbi hissənin Maddi texniki təminat bölməsinin (Q4) zabiti (tibbi təminat xidmətinə cavabdeh) vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş, xidmətini davam etdirmək üçün N7N saylı hərbi hissəyə getmiş hesab edilmişdir. xx.xx.NNNN-ci il tarixdən hərbi hissənin şəxsi heyyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. T/x kapitanı İddiaçı NNNN-ci ilin xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyun NNNN-ci il tarixli NNN nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı yanvar - iyun aylarına tam həcmdə, 5N% almağa layiqdir. T/x kapitanı İddiaçı NNNN-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. NNNNci ilin növbəti məzuniyyətindən NN (iyirmi) gün istifadə etmişdir. N7N saylı hərbi hissə komandirinin N7N saylı əmrindən xx.xx.NNNN-ci il tarixli çıxarışdan görünür ki, kapitan İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin N8 iyun NNNN-ci il tarixli NN58 saylı əmri ilə N7N saylı hərbi hissənin Maddi- texniki təminat bölməsinin (Q4) zabiti (tibbi təminat xidmətinə cavabdeh) vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Şəmkir rayonu N9N saylı hərbi hissədən gəlmiş hesab olunmuş, NN iyun NNNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsin və vəzifəsinin icrasına başlamışdır. «Hərbi qulluqçuların pensiya təminatı» haqqında Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.NNN4-cü il tarixli 7N8-NN QD №-li qərarına və Müdafiə Nazirinin xx.xx.NNN4-cü il tarixli 553 №-li əmrinə əsasən xx.xx.NNNN-cı il tarixdən pensiya təminatı zamanı xidmət müddəti N (bir) ay N (iki) ay kimi hesablanmışdır. Vəzifə maaşı 37N manat məbləğində təyin edilmişdir. N7N saylı hərbi hissə komandirinin N4 saylı əmrindən xx.xx.NNN4-cü il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 dekabr NNN3-cü il tarixli NNN3 nömrəli əmrinə əsasən keçirilmiş təşkilatı - ştat tədbirləri ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-silahlı qüvvələrin baş qərargah rəisinin N7 yanvar NNN4-cü il tarixli N59 nömrəli əmrinə əsasən «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq İddiaçı tutduğu vəzifələrdən azad edilmiş və tibb xidməti kapitanı, maddi-texniki təminat bölməsinin (Q4) zabiti (tibb təminatı xidmətinə cavabdeh) – tibb xidməti rəisi vəzifəsinə təyin edilmişdir. N7N saylı hərbi hissə komandirinin 36N saylı əmrindən xx.xx.NNN4-cü il tarixli çıxarışdan görünür ki, kapitan İddiaçı, N7N saylı hərbi hissənin tibb xidmət rəisi Azərbaycan Respublikası Müdafiə Nazirinin NN dekabr NNN4-cü il tarixli N836 nömrəli əmri ilə N9N saylı hərbi hissənin tibb məntəqə rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş, xidmətini davam etdirmək üçün Ağdam rayonu N9N saylı hərbi hissəyə göndərilmiş hesab edilmiş, N6 dekabr NNN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Kapitan İddiaçı NNN4-cü il yanvar-dekabr aylarındakı xidmətinə görə Azərbaycan Respublkası Müdafiə nazirinin 5 iyun NNNN-ci il tarixli NNN nömrəli əmri ilə nəzərdə tutulmuş pul mükafatnı 75% (yetmiş beş) almağa layiqdir. Kapitan İddiaçı NNN4-cü il üçün nəzərdə tutulmuş maddi yardım verilmiş, NNN4-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə etmiş və məzuniyyət pulu verilmişdir. N9N saylı hərbi hissə komandirinin 36N saylı əmrindən xx.xx.NNN4-cü il tarixli çıxarışdan görünür ki, kapitan İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin NN dekabr NNN4-cü il N836 nömrəli əmri ilə N9N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Gədəbəy rayonu N7N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş, N9 dekabr NNN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Vəzifə maaşı 38N manat məbləğində təyin edilmişdir. N9N saylı hərbi hissə komandirinin N78 saylı əmrindən xx.xx.NNN5-ci il tarixli çıxarışdan görünür ki, tibb xidməti kapitanı İddiaçı, N9N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, N Ordu Korpusu komandirinin NN iyun NNN5-ci il tarixli N3N nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə, vəzifəsini təhvil vermiş, xidmətini davam etdirmək üçün Yevlax rayonu N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, NN iyun NNN5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Tibb xidməti kapitanı İddiaçı NNN5-ci il yanvar-may aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 5 iyun NNNN-ci il tarixli NNN saylı əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Tibb xidməti kapitanı İddiaçı NNN5-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu verilmişdir. NNN5-ci ilin növbəti məzuniyyətindən NN gün istifadə etmişdir. 7N8 saylı hərbi hissə komandirinin N8N saylı əmrindən xx.xx.NNN5-ci il tarixli çıxarışdan görünür ki, tibb xidməti kapitanı İddiaçı, N5N nömrəli hərbi hissə komandirinin NN iyun NNN5-ci il tarixli N3N nömrəli əmri ilə, N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Xındırıstan yaşayış məntəqəsi N9N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş, N3 iyun NNN5-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsini təhvil götürüb icrasına başlamışdır. Vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilmişdir. 7N8 saylı hərbi hissə komandirinin N saylı əmrindən xx.xx.NNN6-cı il tarixli çıxarışdan görünür ki, tibb xidməti kapitanı İddiaçı, N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, N5N nömrəli hərbi hissə komandirinin N5 dekabr NNN6-cı il tarixli N47 nömrəli omri ilə NN7 nömrəli hərbi hissənin tibb xidməti rəisi-tibb məntəqə rəisi (Qızılhacılı yaşayış məntəqəsi) vəzifəsinə təyin olunduğuna görə N4 dekabr NNN6-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və NN7 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Tibb xidməti kapitanı İddiaçı Məhəmməd oğlu Azərbaycan Respblikası Müdafiə nazirinin 5 iyun NNNN-ci il tarixli NNN nömrəli əmrinə əsasən NNN6-cı il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Tibb xidməti kapitanı İddiaçı Məhəmməd oğluna NNN6-cı ili üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. NNN6-cı ilin növbəti məzuniyyətindən 35 (otuz beş) gün istifadə etmiş və məzuniyyət pulu verilmişdir. NN7 saylı hərbi hissə komandirinin N saylı əmrindən xx.xx.NNN7-ci il tarixli çıxarışdan görünür ki, tibb xidməti kapitanı İddiaçı, N5N nömrəli hərbi hissə komandirinin xx.xx.NNN6-cı il tarixli N47 nömrəli əmri ilə tibb xidməti rəisi - tibb məntəqə rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Yevlax rayonu) gəlmiş hesab edilmiş, N5 dekabr NNN6-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. NN7 saylı hərbi hissə komandirinin NN9 saylı əmrindən xx.xx.NNN7-ci il tarixli çıxarışdan görünür ki, tibb xidməti kapitanı İddiaçı, NN7 nömrəli hərbi hissənin tibb xidməti rəisi-tibb məntəqə rəisi, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N6 iyul NNN7-ci il tarixli N3N6 nömrəli əmri ilə NN4 nömrəli hərbi hissənin (Beyləqan rayonu) qəbul çeşidləmə bölməsinin rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N6 avqust NNN7-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün NNN4 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Tibb xidməti kapitanı İddiaçı NNN7-ci il xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyun NNNN-ci il tarixli NNN nömrəli əmri ilə nəzərdə tutlmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq deyil. Tibb xidməti kapitanı İddiaçı NNN7-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmiş, NNN7-ci ilin növbəti məzuniyyətindən N7 (iyirmi yeddi) gün istifadə etmişdir. NN4 saylı hərbi hissə komandirinin NN6 saylı əmrindən xx.xx.NNN7-ci il tarixli çıxarışdan görünür ki, tibb xidməti kapitanı İddiaçı müdafiə nazirinin-birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N6 iyul NNN7-ci il tarixli N3N6 nömrəli əmrinə əsasən qəbul-çeşidləmə bölməsinin rəisi-cərrah vəzifəsinə təyin edilmiş, Goranboy rayonu, NN7 nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N8 avqust NNN7-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Vəzifə maaşı ştata əsasən təyin edilmişdir. NN4 saylı hərbi hissə komandirinin N saylı əmrindən xx.xx.NNN8-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N8 dekabr NNN7-ci il tarixli NNN4г №-li əmrinə əsasən növbəti hərbi rütbə (tibb xidməti mayoru) verilmişdir. NN4 saylı hərbi hissə komandirinin N saylı əmrindən xx.xx.NNNN-ci il tarixli çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 yanvar NNNN-ci il tarixli NN6 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, “Füzuli” Hərbi Hospitalında zabiti - Tibb xidməti mayoru İddiaçı - qəbulçeşidləmə bölməsinin rəisi-cərrahı - qəbul-çeşidləmə bölməsinin rəisi-cərrah tutduğu vəzifədən azad edilmiş və “Hadrut” Hərbi Hospitalında təyin edilmişdir. 7N7 saylı hərbi hissə komandirinin N saylı əmrindən xx.xx.NNNN-ci il tarixli çıxarışdan görünür ki, leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin N97 saylı xx.xx.NNNN-ci il tarixli əmri ilə hərbi hissə komandirinin sərəncamına göndərilmiş, xx.xx.NNNN-ci il tarixdən gəlmiş hesab olunmuş, xx.xx.NNNN-ci il tarixdən şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlara qoyulmuşdur. Hərbi hissənin tibb məntəqəsinin qazan təminatına qoyulmuşdur. 7N7 saylı hərbi hissə komandirinin N87 saylı əmrindən xx.xx.NNNN-ci il tarixli çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “A” bəndinə (xidmət müddətləri başa çatdıqda) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin NN sentyabr NNNN-ci il tarixli N5NN saylı əmrinə əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 7N7 saylı hərbi hissənin hərbi qulluqçusu, 4-cü motoatıcı taborun tibb məntəqəsinin rəisi həkim tibb xidməti baş leytenantı İddiaçı, N4 oktyabr NNNN-ci il tarixdən vəzifəsini təhvil vermiş hesab edilmiş, bütün növ təminatlardan və 7N7 saylı hərbi hissənin şəxsi heyətininin siyahılarından çıxarılaraq qeydiyyata durmaları üçün Cəbrayıl rayon hərbi komissarlığına göndərilmiş və buraxılış üçün onlara müavinət ödənilmişdir. NN4 saylı hərbi hissə komandirinin N saylı əmrindən xx.xx.NNNN-ci il tarixli çıxarışdan görünür ki, tibb xidməti mayoru İddiaçı, qəbul-çeşidləmə bölməsinin rəisi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-ci maddəsinin “V” bəndinə (xəstəliyə görə) və N64-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin NN sentyabr NNNN-ci il tarixli N77N nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N7 noyabr NNNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon Bölməsinə göndərilmişdir. Tibb xidməti mayoru İddiaçı NNNN-ci ilin yanvar-noyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr NNN7-ci il tarixli NN nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Tibb xidməti mayoru İddiaçı NNNN-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilmişdir. NNNN-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, məzuniyyət əvəzi pul kompensasiyası ilə təmin edilmişdir. Tibb xidməti mayoru İddiaçı etiyata buraxılması ilə əlaqədar olaraq beş rütbə və vəzifə maaşı miqdarında birdəfəlik pul müavinəti verilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-N5-N9/N-5NNN/NNN3 saylı xx.xx.NNN3-cü il tarixli məktub ilə İddiaçı iddia tələbinə dair inzibati iş üzrə məlumatlar təqdim edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NN4 saylı hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ünvanlanmış 73N saylı xx.xx.NNN3-cü il tarixli məktubda bildirilmişdir ki, sabiq tibb xidməti mayoru İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılarkən qəbul-çeşidləmə bölməsinin rəisi-cərrah vəzifəsini icra edib. Lakin tərxis olunduqdan sonra onun barəsində tərtib olunmuş nizami hissə üzrə əmrdən çıxarışda mexaniki səhv olaraq, “cərrah” sözü qeyd olunmayıb. Tibb xidməti mayoru İddiaçı xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək NN4 nömrəli hərbi hissənin qəbulçeşidləmə bölməsinin rəisi-cərrah vəzifəsində xidmət etdiyi müddət ərzində irinləşməsi və ağırlaşması olan xəstələrin cərrahiyyə əməliyyatlarında iştirak etməsi barədə qəbulçeşidləmə bölməsinin ambulator sarğıların qeydiyyatı kitablarında heç bir qeyd aparılmayıb. Lakin cərrahiyyə əməliyyatların qeydiyyatı “id № N33, NNN vərəqdə” kitabında “sağ tərəfin qazanılmış qasıq yırtığı xx.xx.NNNN-ci il tarixdə” və “sol tərəfli vorikasel İİ dərəcə xx.xx.NNNN-ci il tarixdə” asistent və operator qismində iştirak edib ki, buda irinləşməsi və ağırlaşması olan xəstələrin cərrahiyyə əməliyyatları hesab olunmadığına görə heç bir zərərli maddələrə görə faiz əlavəsinin ödənilməsinə əsas vermir. Cavabdeh tərəfindən NN4 saylı hərbi hissə tərəfindən möhürü ilə təsdiq edilmiş İddiaçı dair xx.xx.NNNN-ci il tarixli cərrahi əməliyyatların qeydiyyat kitabı (Forma N6) təqdim edilmişdir. NN4 saylı hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.NNNN-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikası müdafiə nazirinin N5 may NNNN-ci il tarixli NN34 nömrəli əmrinə əsasən sabiq tibb xidməti mayoru İddiaçı malik olduğu N-ci ixtisas dərəcəsi bir pillə aşağı, N-ci ixtisas dərəcəsinə endirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü İddiaçının tələbi 3 hissədən ibarətdir: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə iddiaçıya xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNNN-ci il tarixə qədər olan dövr üçün vəzifə maaşının N5% miqdarında üstəlik əlavənin hesablanaraq ödənilməsi; - Həmin əlavə məbləğlərinin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi; - NNNN manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx.xx.NNN7 xx.xx.NNNN-ci illər ərzində NN4 nömrəli hərbi hissədə qəbulçeşidləmə bölməsinin rəisi - cərrah vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN sentyabr NNNN-cı il tarixli N77N nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, NN4 nömrəli hərbi hissə komandirinin N nömrəli N7 noyabr NNNN-cı il tarixli əmri ilə Tibb xidməti mayoru qəbul - çeşidləmə bölməsinin rəisi, şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdir. İddiaçı xidmət dövründə “xüsusi qulluq şəraitinə görə” pul əlavəsi almamışdır. Qeyd edilən hallar işin mübahisələndirilməyən halıdır. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.NNN7-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin N3.N.8.3-cü bəndinə əsasən cərrahiyyə əməliyyatı tələb edən irinləməsi və ağırlaşması olan xəstələrin müalicəsi üçün bütün profilli irinləmə cərrahiyyə şöbələrində işləyən hərbi qulluqçulara xüsusi xidmət şəraitinə görə vəzifə maaşının N5% miqdarında üstəlik əlavə ödənilir. NN4 nömrəli hərbi hissədə xx.xx.NNN7-ci ildən xx.xx.NNNN-ci ilə qədər qəbul-çeşidləmə bölməsinin rəisi - cərrah işləmiş, həmin dövr üçün ona qeyd etdiyi əlavə N5% ödənilməli olduğu halda ödənilməmişdir. Məhkəmə hesab edir ki, əvvəlcə iddiaçının qanuni gözləntisinin olub-olmaması müəyyən edilməlidir. XN Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia N saylı Protokolun N-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı N7 may NNNN-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № N). Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NNN7-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin N3.N və N3.N.8.3-cü bəndinə əsasən cərrahiyyə əməliyyatı tələb edən irinləməsi və ağırlaşması olan xəstələrin müalicəsi üçün bütün profilli irinləmə cərrahiyyə şöbələrində rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində xidmət edən hərbi qulluqçulara, eləcə də hemodializ bölməsində aparatlara xidmət edənlərə xüsusi xidmət şəraitinə görə vəzifə maaşının N5%-i miqdarında üstəlik əlavə ödənilir. İmtina onunla əsaslandırılmışdır ki, xüsusi qulluq şəraitinə görə pul əlavəsinin ödənişi İddiaçı ehtiyata buraxıldığı qəbul-çeşidləmə bölməsinin rəisi, vəzifəsinə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN7-ci il N7 avqust tarixli N35 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın N-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun N.N.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və N.N.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların N-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun N.N.5-ci maddəsinə əsasən bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən N5 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək NN4 nömrəli hərbi hissənin qəbul-çeşidləmə bölməsinin rəisi-cərrah vəzifəsində xidmət etdiyi müddət ərzində irinləşməsi və ağırlaşması olan xəstələrin cərrahiyyə əməliyyatlarında iştirak etməsi barədə qəbulçeşidləmə bölməsinin ambulator sarğıların qeydiyyatı kitablarında heç bir qeyd aparılmayıb. Məhkəmənin sorğusuna əsasən NN4 saylı hərbi hissə tərəfindən təqdim olunmuş cərrahiyyə əməliyyatların qeydiyyatı kitabında iddiaçının xx.xx.NNNN-ci il tarixdə “sağ tərəfin qazanılmış qasıq yırtığı” və xx.xx.NNNN-ci il tarixdə “sol tərəfli vorikasel İİ dərəcə” asistent və operator qismində iştirak etməsi barədə qeydlərin irinləşməsi və ağırlaşması olan xəstələrin cərrahiyyə əməliyyatları hesab olunmadığına görə heç bir zərərli maddələrə görə faiz əlavəsinin ödənilməsinə əsas vermədiyi qeyd edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, iddiaçının cavabdehə qarşı xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNNN-ci il tarixə qədər olan dövr üçün vəzifə maaşının N5% miqdarında əlavənin hesablanaraq ödənilməsi, həmin əlavə məbləğlərinin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi və NNNN manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N, N3.N, 58.7, 69, 75, 78–79, 8N, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3N gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54N-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1608/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1608/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver