Məhkəmə qərarları › İş №2-1(112)-1609/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1609/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1609/2024 06.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kirayə pulunun ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ödənilməli olan NN6N,5N manat kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və NNNN manat məbləğində mənəvi zərərin cavabdehdən xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.NNNN-ci ildən xx.xx.NNNN-ci ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNNN-ci ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNNN-ci ildən xx.xx.NNN4-cü ilə qədər N7N nömrəli hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNN5-ci ilə qədər N9N nömrəli hərbi hissədə, xx.xx.NNN5-ci ildən xx.xx.NNN6-cı ilə qədər N nömrəli hərbi hissədə, xx.xx.NNN6-cı ildən xx.xx.NNN7-ci ilə qədər NN7 nömrəli hərbi hissədə, xx.xx.NNN7-ci ildən xx.xx.NNNN-ci ilə qədər NN4 nömrəli hərbi hissədə hərbi həkim kimi xidmət etmişdir. Mənzili olmadığına görə ailəsi ilə birlikdə kirayədə qalmış və kirayə müqaviləsinin surətini cavabdehə təqdim etmişdir. Sonuncu dəfə Bakı şəhərində mənzil kirayəsi haqqında xx.xx.NNNN-ci il tarixli müqaviləni cavabdehə təqdim etmişdir. Cavabdeh həmin müqavilə əsasında ailəsi 4 nəfərdən ibarət olduğu üçün ona hər ay 375 manat pul əvəzinə N87,5N qəpik kirayə pulu ödəmişdir. Halbuki, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının N-ci bəndinin NN aprel NNN9-cu il tarixdən qüvvədə olan redaksiyasına əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilməsi qərara alınmışdır: Bakı şəhərində - N5N manat; Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - NNN manat başqa şəhər və rayon mərkəzlərində - 75 manat miqdarında; digər yaşayış məntəqələrində - 55 manat. Həmin normaya əsasən hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 5N faizi miqdarında əlavə ödənilir. İddiaçı qeyd etmişdir ki, o, Bakı şəhərində kirayəyə götürmüş və ailəsilə birlikdə Bakı şəhərində yaşamışdır. X3 NNN7-ci ilin yanvar ayından Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbində təhsil alır. Cavabdehin təqsirindən ona cəmi NN6N,5N manat mənzil kirayə pulu az verilmişdir. Belə ki, NNNN-ci ilin yanvar ayından noyabr ayı da daxil olmaqla ona 4NN5 manat kirayə pulu əvəzinə NN6N,5N manat kirayə pulu ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının NN6N,5N manat kirayə pulunun və NNNN manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi əsasız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N6 may NNN9-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi” Qaydasının N.N-ci bəndinə əsasən mənzil kirayəsi üçün pul kompensasiyası Azərbaycan Ordusunun hərbi qulluqçularına və onların ailə üzvlərinə ödənilir. Həmin Qaydaların N.3-cü bəndinə əsasən hərbi qulluqçunun ailə üzvləri (bu Qaydanın məqsədləri üçün)-arvadı (əri), N8 yaşına çatmamış uşaqları, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşdan yuxarı əlil uşaqları, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində, magistratura səviyyəsində təhsil alan övladları, lakin ən çoxu N3 yaşına çatanadək, qanunla müəyyən edilmiş qaydada himayəsində olan digər şəxslər və həmçinin pensiya yaşına çatmış valideynləri (birgə yaşamalarını təsdiq edən sənədlər əsasında) hesab edilirlər. Qaydaların N.N-ci maddəsinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir: Bakı şəhərində -N5N manat; Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda-NNN manat; başqa şəhər və rayon mərkəzlərində-75 manat; N.N.4 digər yaşayış məntəqələrində-55 manat. Qaydaların N.N-ci bəndinə əsasən hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün N.N-ci bənddə göstərilən müvafiq kompensasiya məbləğinin 5N faizi miqdarında əlavə pul kompensasiyası ödənilir. Həmin Qaydaların 3.N-ci maddəsinə əsasən hərbi hissəsnin daimi döyüşə hazırolma səviyyəsini saxlamaq məqsədi ilə hərbi qulluqçuların kirayəyə götürdükləri yaşayış sahələri (mənzillər) hərbi hissəsinin dislokasiya olunduğu yaşayış məntəqəsinə yaxın olmalıdır. 3.N-ci maddəyə əsasən Azərbaycan Ordusunda hərbi xidmət keçdiyi dövr ərzində yaşayış yeri olmayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq pul kompensasiyasının ödənilməsi məqsədi ilə mənzil komissiyasına aşağıdakı sənədlər təqdim edilir: N.N.N. müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi barədə hərbi qulluqçunun hərbi hissə komandirinə raportu; 3.N.N. yaşayış sahəsi üzrə hərbi qulluqçunun attestatının surəti; 3.N.3 müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə və s. İddiaçı N6 noyabr NNNN-ci i tarixdən N7 noyabr NNNN-ci il tarixədək Azərbaycan Ordusunda xidmət keçmişdir. N8 avqust NNN7-ci il tarixdən N7 noyabr NNNN-ci il tarixədək NN4 nömrəli hərbi hissədə xidmət keçmişdir. Sonuncu xidmət yeri NN4 nömrəli hərbi hissə olmuşdur. İddiaçının kirayə haqqının ödənilməsi ilə bağlı mübahisələndirdiyi dövr NNNN-ci ilin yanvar ayından NNNN-ci ilin noyabr ayınadək olan dövrdür. Qeyd edildiyi kimi həmin dövrdə İddiaçı NN4 nömrəli hərbi hissədə xidmət keçmişdir. Belə ki, inzibati iş materiallarında olan NN4 nömrəli hərbi hissənin NN iyun NNN4-cü il tarixli məktubunda İddiaçı mənzil kirayəsinin ödənilməsi üçün vətəndaş X4 ilə NN fevral NNNN-ci il tarixdən NN yanvar NNNN-ci il tarixdək bağladığı kirayə müqaviləsinin surəti təqdim edilmiş, həmçinin, bildirilmişdir ki, tərəflərin kirayə müqaviləsinin bitməsinə N ay qalmış müqavilənin pozulmasına hər hansı təklifləri olmadığına görə kirayə müddəti daha N il müddətinə NN yanvar NNN3-cü il tarixədək uzadılmış hesab edilmişdir. Belə ki, kirayə müqaviləsindən müəyyən edilir ki, müqavilənin predmeti olan fərdi yaşayış evi Beyləqan şəhərində yerləşir. Bu səbəbdən də Qaydaların N.N.3-cü bəndinə əsasən iddiaçıya onun ailə üzvlərini də nəzərə almaqla hər ay N87,5N manat kirayə pulu ödənilmişdir. NN4 nömrəli hərbi hissə komandirinin NN may NNN3-cü il tarixli 377 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin N6 may NNN9-cu il tarixli əmrinə əsasən hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyası verilməsi üçün hərbi hissədə yaradılmış mənzil komissiyası tərəfindən protokola əsasən hər ay hərbi hissə komadirinin əmrinə uyğun olaraq ödəniləcək məbləğ göstərilməklə hərbi qulluqçulara ödənildiyi üçün ehtiyata buraxılmış sabiq mayor İddiaçı Məhəmmədli oğluna NNNN-ci il üçün kirayə protokulu və əmrdə göstərildiyi kimi N87,5N manat ödənilmişdir. Hərbi qulluqçu kirayə sənədində dəyişiklik olduğunda mənzil kirayə komissiyasına məlumat verməlidir. NNNN-ci ilin protokolunda hərbi qulluqçunun kirayə ünvanının dəyişməsi ilə bağlı heç bir dəyişiklik (əlavə) olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.NNN4-cü il tarixli qərardadı ilə iddia tələbi NNNN manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qeyri-mümkün sayılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -NN4 nömrəli hərbi hissə tərəfindən iddiaçıya verilmiş xx.xx.NNN3-cü il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun olaraq təmin edilməsindən imtina edilmişdir. -xx.xx.NNNN-ci il tarixli, ZE № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək NN4 nömrəli hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin N77N nömrəli, xx.xx.NNNN-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “v” bəndinə əsasən ehtiyata buraxılmışdır. -Kirayəyə verən XN ilə kirayəçi İddiaçı Məmmədəli oğlu arasında bağlanmış xx.xx.NNNN-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayəyə verən ünvan N ünvanında yerləşən ümumi sahəsi 59.64 kv.metr olan mənzili xx.xx.NNN3-cü il tarixədək kirayəçiyə kirayəyə vermişdir. Kirayə haqqı 4NN (dörd yüz) manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi NN4 nömrəli hərbi hissə tərəfindən verilmiş N4 may NNN4-cü il tarixli sorğuya cavab məktubu ilə xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək tərtib olunmuş mənzil kirayəsinin protokollarının kserosurəti məhkəməyə təqdim edilmişdir. Həmin protokollardan görünür ki, təqdim olunmuş sənədlər üzrə İddiaçı N87,5N manat məbləğində hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi NN4 nömrəli hərbi hissə tərəfindən verilmiş NN iyun NNN4-cü il tarixli iddiaçının həmin hərbi hissədə xidmət etdiyi xx.xx.NNNN-ci il tarixdən ehtiyata buraxıldığı tarixədək mənzil kirayə pulunun ödənilməsi üçün əsas olmuş kirayə müqavilələrinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi barədə sorğuya cavab məktubunda vətəndaş İddiaçı mənzil kirayəsinin ödənilməsi üçün vətəndaş X4 ilə xx.xx.NNNN-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək bağladığı kirayə müqaviləsinin surəti məhkəməyə təqdim edilmişdir. Məktubda tərəflərin kirayə müqaviləsinin bitməsinə N ay qalmış müqavilənin pozulmasına dair hər hansı bir təklifin olmadığına görə kirayə müddətinin daha N il müddətinə, xx.xx.NNN3-cü il tarixədək uzadılmış hesab edildiyi bildirilmişdir. Qeyd olunan kirayəyə verən X4 ilə kirayəçi İddiaçı Məmmədəli oğlu arasında Beyləqan rayonu N saylı notariat ofisində bağlanmış xx.xx.NNNN-ci il tarixli kirayə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, kirayəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65.3 kv.metr olan fərdi yaşayış evini xx.xx.NNNN-ci il tarixədək kirayəçiyə kirayəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən kirayə müddəti xx.xx.NNNN-ci il tarixədək müəyyən edilmiş, onun bitməsinə N ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, kirayə müddətinin daha N il müddətinə uzadılmış hesab edilməsi müəyyən edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi NN4 nömrəli hərbi hissə tərəfindən verilmiş N9 iyun NNN4-cü il tarixli sorğuya cavab məktubunda kirayə məbləğinin ödənilməsi (şəxsin özü üçün 75 manat digər ailə üzvlərinin hər birinə (3 nəfər) 37,5 manat, cəmi N87,5N manat ödənilmişdir) tərəflərin bir-biri ilə bağladığı kirayə müqaviləsinin bağlandığı əraziyə uyğun olaraq ödənildiyi bildirilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.NNNN-ci ildən xx.xx.NNNN-ci ilədək Azərbaycan Ordusunda xidmət etmiş, xx.xx.NNNN-ci il tarixli müvafiq əmr əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.NNN7-ci il tarixdən xx.xx.NNNN-ci il tarixədək Hadrut qəsəbəsində yerləşən NN4 nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçının Xidməti dövründə ona Beyləqan şəhərində kirayə kirayəyə götürdüyü yaşayış sahəsinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N6 may NNN9-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi” Qaydasının N.N.3-cü bəndinə (başqa şəhər və rayon mərkəzlərində-75 manat) uyğun olaraq 3 nəfər ailə üzvü ilə birlikdə N87,5N manat mənzil kirayə haqqı ödənilmişdir. Lakin iddiaçı mənzil kirayə haqqına görə ödənilmiş məbləğlə razılaşmır və hesab edir ki, ünvan N-ə görə xx.xx.NNNN-ci il tarixli kirayə müqaviləsini NN4 nömrəli hərbi hissənin mənzil komissiyasına təqdim etdiyindən və onun ailə üzvləri həmin mənzildə yaşadığından istinad olunan Qaydanın N.N.N-ci bəndinə (Bakı şəhərində N5N manat) uyğun olaraq ailə üzvlərinin sayı nəzərə alınmaqla ona NNNN-ci ilin yanvar ayından NNNN-ci ilin noyabr ayınadək 375 manat kirayə pul kompensiyası ödənilməli idi. Qeyd olunan dövr üzrə ödənilməmiş məbləğ isə NN6N,5N manat təşkil edir. Həmin vəsaitin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuşdur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun NN-ci maddəsinin birinci abzasına əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N47-ci bəndinin 5-ci abzasına əsasən, xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir. Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.NNN6-cı il tarixli, N7N nömrəli Qərarının N-ci bəndinə əsasən, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilir: Bakı şəhərində - N5N manat; Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – NNN manat, başqa şəhər və rayon mərkəzlərində - 75 manat miqdarında; digər yaşayış məntəqələrində - 55 manat. Hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 5N faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası Müdafiə nazirinin N6 may NNN9-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi” Qaydasının N.N-ci bəndinə əsasən, mənzil kirayəsi üçün pul kompensasiyası Azərbaycan Ordusunun hərbi qulluqçularına və onların ailə üzvlərinə ödənilir. Həmin Qaydanın 3.N-ci bəndinə əsasən, hərbi hissənin daimi döyüşə hazırolma səviyyəsini saxlamaq məqsədi ilə hərbi qulluqçuların kirayəyə götürdükləri yaşayış sahələri (mənzillər) hərbi hissəsnin dislokasiya olunduğu yaşayış məntəqəsinə yaxın olmalıdır. Həmin Qaydanın 3.N-ci bəndinə əsasən, Azərbaycan Ordusunda hərbi xidmət keçdiyi dövr ərzində yaşayış yeri olmayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq pul kompensasiyasının ödənilməsi məqsədi ilə mənzil komissiyasına aşağıdakı sənədlər təqdim edilir: ... 3.N.3 müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə (Əlavə N). Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan, Mingəçevir, Şirvan şəhərləri, Abşeron rayonu və digər rayon mərkəzləri istisna olmaqla hərbi hissənin dislokasiya olduğu ərazinin xüsusiyyətlərini və həmçinin döyüşə daimi hazırolma səviyyəsini saxlamaq məqsədilə hərbi hissəyə yaxın olan kənd və qəsəbələrdə kirayə götürülən müvəqqəti mənzilin mülkiyyət sənədləri olmadıqda kirayə verənlə hərbi qulluqçu (bundan sonra “kirayəçi” adlandırılacaq) arasında bağlanmış kirayə müqaviləsi istisna hal kimi notariat qaydasında təsdiq edilmədən mənzil komissiyasına təqdim edilə bilər. Bu halda müqaviləyə kirayə verənin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti əlavə olunur Göründüyü kimi, hərbi qulluqçuların kirayə götürdükləri yaşayış sahələri hərbi hissənin daimi döyüşə hazırolma səviyyəsini saxlamaq məqsədilə (mənzillər) hərbi hissənin dislokasiya olunduğu yaşayış məntəqəsinə yaxın olmalıdır. Başqa sözlə, hərbi qulluqçuların kirayə mənzilləri istənilən ərazidə yox, məhz hərbi hissənin yerləşdiyi yaşayış məntəqəsinə yaxın olmalıdır ki, bu da qeyd edildiyi kimi hərbi hissənin daimi döyüş hazırlığı səviyyəsinin qorunmasına xidmət edir. Bu əsasdan çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının qulluq etdiyi NN4 saylı hərbi hissə Hadrut qəsəbəsi ərazisində yerləşdiyindən və iddiaçı məhkəmə iclasında verdiyi izahatında da bildirdiyi kimi xidməti dövründə Bakı şəhərindəki kirayəyə götürdüyü mənzildə yaşamadığından, həmçinin Bakı şəhəri Hadrut qəsəbəsinə yaxın ərazi olmadığından iddiaçıya Bakı şəhərindəki mənzilə görə kirayə haqqının ödənilməsi həm ərazi meyarı, həm də hərbi qulluqçulara kirayə xərcinin ödənilməsinin məqsədləri baxımından yolverilən deyil. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Bakı şəhərində mənzilin kirayə götürülməsi barədə müqaviləni hərbi hissənin mənzil komissiyasına təqdim etməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Qaydanın 3.9.N-ci bəndinə əsasən müvəqqəti mənzilin kirayəsinə görə pul kompensasiyası alan hərbi qulluqçu əgər müqavilənin müddəti bitmişdirsə və ya yaşayış yeri dəyişdirilmişdirsə hər ilin yanvar ayında mənzil kirayə müqaviləsini müvafiq komissiyaya təqdim etməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mənzil komissiyasına təqdim edilmiş Beyləqan şəhərində yerləşən mənzilə görə bağlanmış xx.xx.NNNN-ci il tarixli kirayə müqaviləsinin 3-cü bəndinə müvafiq olaraq xx.xx.NNN3-cü il tarixədək uzadılmış hesab edildiyi nəzərə alınaraq kirayə müqaviləsinin bağlandığı əraziyə uyğun olaraq kirayə haqqının ödənilməsi davam etdirilmişdir. Beləliklə, aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırkı tələbi üzrə cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun NN.N-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun NN.N-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 5N-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.N-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33.N, 5N, 58, 68-69, 75.4, 8N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 54N-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar