Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-161/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X20 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X17 oğlunun, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X10 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 1 saylı Bаkı İnzibаti-İqtisad Məhkəməsinə müraciət edərək, iddiaçının işdən azad olunmağının qanunsuz hesab edilməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 saylı, 13 iyun 2019-cu il tarixli əmrinin ləğv edilməsi, əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında X18 Xidmətinin 4 saylı region üzrə X7 baş məsləhətçi- baş əmək müfəttişi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün xx.xx.2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə əlavə və iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 4 saylı region üzrə X8 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamışdır, buna baxmayaraq, iddiaçı barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir, ancaq hər hansı xidməti araşdırmanın aparılması zəruri hesab edilməmişdir. İddiaçı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvüdür. Həmkarlar təşkilatının razılığına baxmayaraq, iddiaçı müvafiq məsələyə baxılması üçün həmkarlar iclasına dəvət edilməmişdir. Həmçinin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmadığı müddətdə əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəblərdən iddiaçı hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericilik tələbləri pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmadığı müddətdə əmək müqaviləsinə xitam verilməsi barədə əsası iddia tələbinin əsaslarından çıxarıb, xəstəlik vərəqəsinin təsdiqlənmiş surətinin qaytarılması, iddia tələbinə isə digər əsaslarla qiymət verilib, tam təmin edilməsini xahiş etmiş, iddiaçının vəsatəti təmin edilmiş, xəstəlik vərəqəsinin təsdiqlənmiş surəti iddiaçıya geri qaytarılmışdır. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı 13 iyun 2019-cu ildə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir.İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli, **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərildiyi kimi araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki şəhər sakini X11 "Kroun Ltd” MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 daxil olmuşdur. Həmin müraciətə yerində baxıb vətəndaşların müraciətinin cavablandırılması məqsədilə 27 may 2019-cu il tarixdə 4 saylı region üzrə X14 göndərilmişdir. xx.xx.2019-cu il tarixdə 4 saylı region üzrə DƏM-ə daxil olmuş materialların araşdırılması baş əmək müfəttişləri X1 və İddiaçı tapşırılmışdır. Araşdırma zamanı 4 saylı region üzrə DƏM-in əməkdaşları M.Məmmədov və İddiaçı tərəfindən müraciətin araşdırılması üçün müəssisənin səlahiyyətli nümayəndəsinin 4 saylı region üzrə X12 dəvət olunması üçün məktub hazırlanmış, lakin məktub poçt ilə göndərilməmişdir, həmin müfəttişliyin əməkdaşı Telman Alıyevə verilmiş və ona məktubu müəsisənin rəhbərliyinə təqdim etmək tapşırılmışdır. Məktub müəssisənin mühasibi tərəfindən qəbul edilməkdən imtina edildikdən sonra poçt vasitəsilə həmin müəssisəyə göndərilmişdir. T.Alıyev dəvət məktubunu təqdim edərkən cəmiyyətin səlahiyyətli nümayəndəsi ilə görüşərək müəssisəyə A.Əhmədovun əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması ilə əlaqədar AR İXM-nin 192.1-ci maddəsinə əsasən 20000-25000 manat inzibati tənbeh olunacağını bildirərək məsələnin onların xeyrinə həll olunması üçün köməklik edə biləcəyini vəd edərək ondan rüşvət tələb etmişdir. Göründüyü kimi 4 saylı region üzrə X9 baş əmək müfəttişləri X2, İddiaçı və əmək müfəttişi X13 vətəndaşın müraciətinin araşdırılması zamanı nöqsanlara yol vermişlər, qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişlər, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdikləri orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında əlavə izahat verərək bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə “Dövlət Qulluğu haqqında” AR qanunun 33.1.6-ci maddəsi əsasında intizam tənbeh tədbiri qaydasında xitam verilmişdir. “Dövlət Qulluğu haqqında” qanunun 25.2-ci maddəsində intizam məsuliyyətinə cəlb edilən dövlət qulluqçularına münasibətdə tətbiq olunacaq intizam tənbeh tədbirləri yüngüldən ağıra doğru sıralanmışdır. Həmin maddədə nəzərdə tutulmuş ən ağır tənbeh tədbiri isə intizam məsuliyyətinə cəlb edilmiş dövlət qulluğundan azad edilməklə əmək müqaviləsinə xitam verilməsidir. Həmin Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri dövlət qulluqçusunun vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Deməli, intizam məsuliyyətinə cəlb edilən dövlət qulluqçusunun əməlində bu halların hər hansı biri mövcud olarsa, dövlət qulluqçusunun əmək müqaviləsinə tənbeh tədbiri kimi xitam vermək olar. İddiaçı isə xidməti vəzifələrinin icrası zamanı bu halların heç birinə yol verməmişdir. Həmçinin, Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır, dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu intizam tənbehinin tətbiqinə maneə olmur. Lakin hər hansı bir xidməti araşdırma aparılmadan əmək fəaliyyəti zamanı ilk dəfə intizam məsuliyyətinə cəlb edilən dövlət qulluqçusu barəsində ən sərt intizam tənbehi tətbiq edilmişdir. Həmçinin, əmək müqaviləsinə xitam verilən zamanı Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verməzdən öncə iddiaçı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması zəruridir. Dövlət qulluğu haqqında AR Qanununun 34-cü maddəsinə əsasən bu qanunda və ona uyğun qəbul edilmiş qanunvericlik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Lakin iddiaçı qabaqcadan müvafiq məsələnin baxılması üçün həmkarların iclasına dəvət edilməyib, işçinin iştirakı olmadan qərar qəbul edilib. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X19 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 nömrəli 13 iyun 2019-cu il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 4 saylı region üzrə X9 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında Əmrdən göründüyü kimi “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 4 saylı region üzrə X8 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş (1.3 bəndi), əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsinə əsasən X18 Xidmətinə daxil olmuş şifahi məlumat əsasında Şəki şəhər sakini X11 "xxxx" MMCdə əmək hüquqlarının pozulması ilə əlaqədar müraciətinin 4 saylı region üzrə X9 əməkdaşları tərəfindən araşdırılması zamanı qanun pozuntusuna yol vermələri Xidmət tərəfindən daxili nəzarət qaydasında araşdırılmış, araşdırma zamanı 4 saylı region üzrə X9 baş əmək müfəttişi İddiaçı vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verdiyi, qanunvericiliyin tətbiqini düzgün həyata keçirmədiyi, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi müəyyən edilmişdir. İş materiallarına həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin ilk Həmkarlar İttifaqı Komitəsinin 10 iyun 2019-cu il tarixli protokolu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin Rəyasət Heyəti iclasının 13 iyun 2019-cu il tarixli 8 nömrəli protokolu, “X6 Təşkilatının razılığının təqdim edilməsi haqqında” 13 iyun 2019-cu il tarixli rəyi, "xxxx" MMC-nin cavabdehə ünvanlanmış məktubu, İddiaçı X3 21896 nömrəli üzvlük biletinin təsdiq edilmiş surəti əlavə edilmişdir. İşin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq, X18 Xidmətinin 4 saylı region üzrə X9 sabiq əməkdaşları X16, X4 və İddiaçı dair məktubun Azərbaycan Resublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib-göndərilməməsi barədə məlumatın təqdim edilməsi "xxxx" MMC-dən tələb edilmiş, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 4 saylı region üzrə X18n əməkdaşları X16, X4 və İddiaçı "xxxx" MMC-yə münasibətdə hər hansı bir qanun pozuntusuna, o cümlədən də korrupsiya və ona şərait yaradan hala yol vermədiyi barədə daha öncə Nazirliyə ünvanlanmış məktubun təsdiq edildiyi qeyd edilmişdir. Beləliklə, iş materiallarından və işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 4 saylı region üzrə X8 dövlət qulluğunda baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində işləmişdir, cavabdehin 13 iyun 2019-cu il tarixli əmrinin 1.3-ci bəndi ilə onunla xx.xx.2012-ci ildə bağlanmış əmək müqaviləsinə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək, cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı əmrinin iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 4 saylı region üzrə X8 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsini tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır, 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri- maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: 23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilmiş işin mövcud faktiki hallarına əsasən iddiaçı bir dövlət qulluqçusu kimi vəzifəsinin icrası zamanı öz vəzifə təlimatına uyğun olmayaraq, vətəndaşın müraciəti əsasında icra etdiyi məktubu şöbənin digər əməkdaşı vasitəsilə haqqında şikayət daxil olmuş quruma göndərməklə, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, X18 tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində Dövlət qulluğu haqqında qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri – dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. İddiaçının öz tələbində əsaslandığı hallardan biri də işlədiyi qurumun həmkarlar təşkilatının razılığı alınmadan işdən azad edilməsi ilə bağlıdır. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarından da göründüyü kimi, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə dövlət qulluğuna xitam verilmişdir. Əmək Məcəlləsinin 5-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət qulluğu haqqında” Qanunda isə dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilərkən həmkarlar komitəsinin razılığının alınması nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, iddiaçı barəsində araşdırma aparılmış, izahat alınmış, yazılı məruzə hazırlanmış, daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X6 Komitəsinin üzvlərinin iştirakı ilə İddiaçı əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi müzakirə edilmiş, təqdim edilmiş rəylə İddiaçı vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verdiyi, qanunvericiliyin tətbiqini düzgün həyata keçirmədiyi, vəzifə səlahiyyətlərini aşaraq quluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi nəzərə alınmaqla onun əmək müqaviləsinin “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6cı maddəsinə əsasən xitam verilməsinə etiraz edilməmiş, qeyd edilənlərlə bağlı işin materiallarına həmkarlar ittifaqı təşkilatının, həmkarlar ittifaqı Komitəsinin Rəyasət heyəti iclasının protokolları və X6 təşkilatının razılığının təqdim edilməsi haqqında rəy əlavə edilmişdir. Bununla da, “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilərkən həmkarlar komitəsinin razılığının alınması nəzərdə tutulmadığı halda belə cavabdeh orqan X6 təşkilatının razılığının təqdim edilməsi haqqında rəy alındıqdan sonra iddiaçı barəsində intizam tənbeh tədbiri kimi –dövlət qulluğundan azad etmə tədbirini tətbiq etmişdir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2, 68, 69, 110- cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 4 saylı region üzrə X8 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov küç, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-161/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-161/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver