Məhkəmə qərarları › İş №2-1(112)-161/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-161/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-161/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin olunmuş pensiyasının dayandırılmasına əsas olduğu bildirən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin Tibii-Sosial Ekspert Komissiyasının “diaqnoz əlillik təyin etmir” barədə 06 iyun 2022-ci il tarixli qərarı ləğv edilməsi və əlilliyim bərpa edilməsi, ona təyin olunmuş pensiyanın dayandırılması barədə qərarın ləğv edilməsi və ona təyin olunmuş pensiyanın, ödənilməyən günlərə görə hissəsində də hesablanaraq mənə ödənilməsinin təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, İddiaçı 2007-ci ildən ll-qrup əlillik təyin edilib. Əlillik müddəti sonradan beş illik müddətə uzadılmışdır. Mənə 2016-cı il tarxidə əlillik müddəti beş illlik müddətə uzadılan vaxtı sonrakı müddətin müddətsiz olacağı bildirilsə də 2021-ci ildən nəinki, ona müddətsiz əlillik təyin edilməmişdir, üstəlik 2022-ci ilin 06 iyun tarixindən ümumiyyətlə ona təyin edilmiş əlillik ləğv edilmişdir. Səbəb kimi də göstərilmişdir ki, guya diaqnoz ona əlillik təyin etmək üçün əlamətləri vermir. O, 1992-ci ildə hərbi xidmətə çağırılmış və 05 aprel 1993-cü il tarixində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, erməni qəsbkarlarına qarşı gedən döyüşlərdə bədənimin müxtəlif nahiyələrindən güllə və qəlpə yaraları almışdır. Aldığı xəsarətlərdən müalicələr sağlamlığını geri qaytarmadığından ona ll-qrup əlillik təyin edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 46 №- li, 17 mart 2006-ci il tarixli qərarında aydın göstərilib. Bu gün o, aldığı həmin xəsarətlərə görə ikiqat olmuş vəziyyətdə, ağrılarla yaşasa da qürurludur ki, bu xəsarətləri o vətəni uğrunda gedən döyüşlərdə almışdır. Lakin uğrunda vuruşduğu vətəni Azərbaycan Dövlətinin mən vətəndaşına olan münasibəti, daha doğrusu bu dövlətin sosial təbəqəsinin hüquqlarına xidmət üçün yaradılmış, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının gəldiyi nəticəyə görə onun aldığı xəsarətlər ona əlillik təyin etmir. Halbuki, o hər il komissiyadan keçmiş və sonuncu dəfə komissiyadan keçmə müddəti beş il müddətə uzadılıb və ona bildirilib ki, nəticə dəyişməz olduqda ona ömürlük pensiya təyin olunacaq. Bu cavabdeh nazirliyin Tibii-Sosial Ekspert Komissiyası onun aldığı xəsarətlərin ona əlillik təyin edilməsi üçün yetərli olmadığını göstərib və bu barədə 06 iyun 2022-ci il tarixli qərar elektron çıxarışla ona ünvanlanıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin Tibii- Sosial Ekspert Komissiyasının qanunsuzluğu nəticəsində faktiki əlillik statusundan məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə ərizə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol baldırın yuxarı 1/3 dəlib keçən güllə yaralanmasından sonrakı bərkimiş kobud çapıq toxumaları.Sol diz oynağının açıcı, bükücü kontrakturası. Sol baldırın əzələlərin hipotrafıyası. Sol diz oynağının açıcı, bükücü kontrakturası.Sol baldırın yuxarı 1/3 ,bel kürək sağ said və sağ əl nahiyyəsinin qəlpə yaralanmasından sonra çapıq toxumaları. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ,veqeto damar distoniya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir . Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində xx.xx.2006-cı il tarixli 46 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda "Sol baldırın orta 1/3-nin dəlib-keçən qüllə yarası, saq yuxarı ətrafın, bel və kürək nahiyyələnnin çoxlu sayda qəlpə yaraları, sağ əlin, bel nahiyyəsinin 1,11 dərəcəli yanıqı" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - İddiaçı xx.xx.2008-cı ildə “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XİX Sinif – Travmalar,zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 – Diz və baldırın travmaları => S89 – Baldırın digər və dəqiqləşdirilməmiş travmaları => S89.9. Diaqnozun mətni: Sol baldırın orta 1/3nün sağ saidin aşağı 1/3nin sağ kürək nahiyəsinin, bel nahiyəsinin dəlib keçən güllə yaralanmasından s/v. Meyar: 2.3 Üçüncü dərəcə əlillik=> digər: sol baldırın orta 1/3nün sağ saidin 1/3nün sağ kürək nahiyyəsinin, bel nahiyyəsinin dəlib keçən güllə yaralanmasından s/v.” 1 il müddətinə, növbəti qiymətləndirmə 23.05.209-cu il olmaqla üçüncü dərəcə əlillik təyin edilmişdir. - İddiaçı xx.xx.2015-ci ildə “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XİX Sinif – Travmalar,zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 – Diz və baldırın travmaları => S89 – Baldırın digər və dəqiqləşdirilməmiş travmaları => S89.9. Diaqnozun mətni: keçirilmiş odlu silah yarasından sonrakı sol diz oynaqlarının kontrakturası.Bel nahiyyəsinin yad cismi, travmatik bel oma radikuliti Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Keçirilmiş odlu silah yarasından sonrakı sol diz oynaqlarının kontrakturası. Bel nahiyyəsinin yad cismi, travmatik bel oma radikuliti ” 1 il müddətinə, növbəti qiymətləndirmə xx.xx.2016-cu il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. -İddiaçı xx.xx.2016-cı ildə “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XİX Sinif – Travmalar,zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 – Diz və baldırın travmaları => S89 – Baldırın digər və dəqiqləşdirilməmiş travmaları => S89.9. Diaqnozun mətni: keçirilmiş odlu silah yarasından sonrakı sol diz oynaqlarının kontrakturası.Bel nahiyyəsinin yad cismi, travmatik bel oma radikuliti Meyar: İkinci dərəcə əlillik => Digər: Keçirilmiş odlu silah yarasından sonrakı sol diz oynaqlarının kontrakturası. Bel nahiyyəsinin yad cismi, travmatik bel oma radikuliti” 5 il müddətinə, növbəti qiymətləndirmə xx.xx.2021-ci il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçı xx.xx.2021-ci ildə qiymətləndirilmiş, “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və ya digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol baldırın yuxarı 1/3 dəlib keçən güllə yaralanmasından sonrakı bərkimiş kobud çapıq toxumaları. Sol diz oynağının açıcı, bükücü kontrakturası. Sol baldırın əzələlərinin hipotrafiyası. Sol diz oynağının açıcı, bükücü kontrakturası. Sol baldırın yuxarı 1/3, bel kürək sağ said və sağ əl nahiyyəsinin qəlpə yaralanmasından sonra çapıq toxumaları. Essensial (birinci) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ, vegeto damar distoniya” əlillik dərəcəsi təyin edilməsindən imtina edilib. Səbəb: Göndərişin natamam doldurulmasısəbəb: keyfiyyətsiz doldurulma-travmotologiya institutdan yeni tibbi rəy tələb olunur. -İddiaçı xx.xx.2021-ci ildə qiymətləndirilmiş, “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol baldırın yuxarı 1/3 dəlib Diaqnozun mətni: keçən güllə yaralanmasından sonrakı bəırkimiş kobud çapıq toxumaları.Sol diz oynağının açıcı, bükücü kantrakturası,yerimə funksiyasının pozulması ilə.(hərbi travma AR müdafiyə zamanı 1993)” əlillik dərəcəsi təyin edilməsindən imtina edilib. Səbəb: diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb: diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. - İddiaçı xx.xx.2022-ci ildə qiymətləndirilmiş, “X1: XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri =>Y35-Y36-qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar =>Y36-hərbi əməliyyat =>Y36.2-hərbi əməliyyatlar nəticəsində digər.. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol baldırın yuxarı 1/3 dəlib keçən güllə yaralanmasından sonrakı bərkimiş kobud çapıq toxumaları.Sol diz oynağının açıcı, bükücü kontrakturası. Sol baldırın əzələlərin hipotrafıyası. Sol diz oynağının açıcı, bükücü kontrakturası.Sol baldınn yuxan 1/3 ,bel kürək sağ said və sağ əl nahiyyəsinin qəlpə yaralanmasından sonra çapıq toxumaları. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ,vegeto damar distoniya. Səbəb: diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb: diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********6 nömrəli əyani müayinə qərarına əsasən xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda, sol kürək nahiyəsində ağrıdan, əsəbilikdən şikayətlənmişdir. Baxış zamanı sol baldırın arxa 1/3-də iki ədəd yumşaq toxuma çapığı, kürək nahiyəsində kiçik ölçülü bir neçə yumşaq toxuma defektli dəri çapıqları izlənmişdir. Müayinə zamanı aşağı ətraflarda əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət qeyd olunmamışdır. X5 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli Arayışında qeyd olunan diaqnozun əlamətləri əyani müayinə zamanı aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5628/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir. İnzibati iş üzrə ekspert rəyi verilməsi üçün iş materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 təqdim edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx xxxxxx 1973-cü il tarixdə doğulmuş İddiaçı aşağı ətraflarında 4 sm-lik qısalığa rast gəlinirmi? xx xxxxxx 1973-cü il tarixdə doğulmuş İddiaçı diz oynağının funksional yararsız vəziyyətinə (35 dırıcı bucaq altından daha böyük bucaqlı ankilozuna) razt gəlinirmi? xx xxxxxx 1973-cü il tarixdə doğulmuş İddiaçı hər iki aşağı ətrafında iflic və ya nəzərə çarpacaq parez əlamətlərinə rast gəlinirmi? Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X4 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş xx.xx.2024-cü il tarixli T-84/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş göndərişdə qeyd edilən diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. 1973-cü il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1- 3.Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və onun xx.xx.2024-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarıorta кз-nin tış-arxa, sol kürək sümüyü üzərində, soltərəfli qarının yan tərəfində, hər iki sağrı nahiyələrində, dəri səthlərində çapıq toxumaları, sol diz oynağının açıcı kontrakturası (bükmə 90°), osteoartrozu, sol baldırın orta /з-i səviyyəsində arxa-tış tərəfdə yumşaq toxumalarda ən böyüyü 6 mm ölçüdə bir neçə metal qəlpəsi, daimi ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “a)Əsas xəstəlik: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol baldırın yuxarı кз-шп dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş kobud çapıq toxumaları, sol diz oynağının açıcı, bükücü kontrakturası (Hərbi travma AR müdafiə zamanı 1993); b)Ağırlaşma: Hipertrofik çapıq, sol baldırın yuxarı кз, bel, kürək, sağ said və sağ əl nahiyəsinin qəlpə yaralanmasından sonra çapıq toxumalar; əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, sol baldırın əzələlərinin hipotrofiyası; oynaqların kontrakturası, sol diz oynağının açıcı, bükücü kontrakturası; c)Yanaşı xəstəliklər: essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, vegetodamar distoniya” diaqnozu xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntu, aşağı ətraflarda parez, atrofıya əlamətləri, hərəki məhdudiyyət müşahidə olunmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlan”nm hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Qərarda göstərilən suallarda qeyd edilən patoloji dəyişikliklər hal-hazırda vətəndaş İddiaçı rast gəlinmir. Təqdim olunan ekspert rəyi ekspert komissiyası üzvü kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasya Agentliyinin tibb eksperti Müşfiq Əkbərli tərəfindən tərtib edilmiş və imzalanmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə (Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasya Agentliyinin nümayəndəsi (eksperti) ekspert tədqiqatında və ekspert rəyinin tərtibində ekspert qismində iştirak etmədən) həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X4 xx.xx.2025-ci il tarixli T203/2025 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə X7 və Ortopediya İnstitutuna müayinələri zamanı mütəxəssis-travmotoloqlar tərəfindən ona “Odlu silahla yaralanmadan sonra, sol baldırın yuxarı-orta l\3-nin tış-arxa səthlərində çapıq toxumaları, orta l\3-i səviyyəsində yumşaq toxumalarda üç ədəd metal qəlpəsi, sol pəncənin sallanması, baldır əzələlərinin atrofıyası, daimi ağrı sindromu, axsaması. Hərəkət funksiyasının pozulması (Y36.2, Y36.4, L90.5, M79.5, М21.3, M62.5, R52.1, R26.8) diaqnozu müəyyən edilmişdir. Müayinə zamanı onun aşağı ətraflarında 4 sm-lik qısalığa rast gəlinməmişdir. Diaqnoz nəzərə alınmaqla, hələ İddiaçı xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixlərdə və hazırki əyani müayinələrində aşağı ətraflarında nəzərəçarpan parez, iflic, atrofıya, ankiloz və hərəki məhdudiyyətinə rast gəlinməmişdir. Odur ki, əlilliyin təyini məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’mn 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı “Sol döş qəfəsinin ön parasternal xətt üzrə Xİ-Xİİ qabırğa üstündə və epiqastral nahiyədən keçən qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilmişdir. İddiaçıya keçirilmiş odlu silah yarasından sonrakı sol diz oynaqlarının kontrakturası diaqnozu ilə 2008-2021-ci illərdə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının 2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra növbəti dəfə yeni tibbi göndərişlər yerləşdirilmiş, cavabdeh xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixli müayinə nəticəsində diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə növbəti əlillik təyinatından imtina edilmişdir. İddiaçı barəsində sonuncu tibbi göndəriş Bakı 11 nömrəli şəhər poliklinikasının Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2022-ci il tarixli, 2749003AAF1M (Forma TQS №088) saylı göndərişdən görünür ki, iddiaçı TSEK-ə göndərilən zaman diaqnoz: XBT: 10 kodu: Əsas diaqnoz: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol baldırın yuxarı 1/3 dəlib- keçən güllə yaralanmasından sonrakı bərkimiş kobud çapıq toxumaları, sol diz oynağının açıcı, bükücü kontrakturası (Hərbi travma AR müdafiə zamanı 1993). Ağırlaşma: L91.0 Hipertrofık çapıq, sol baldırın yuxarı /з, bel, kürək, sağ said və sağ əl nahiyəsinin qəlpə yaralanmasından sonra çapıq toxumalar M62.5Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, sol baldırın əzələlərinin hipotrofıyası M24.5 Oynaqların kontrakturası, sol diz oynağının açıcı, bukucu kontrakturası qeyd edilmişdir. Həmin diaqnnoz üzrə xx.xx.2022-ci il tarixli əyani müayinə qərarında da qeyd edilmişdir ki, aşağı ətraflarda əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət qeyd olunmamışdır. Ekspertiza zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AB 1876/2024 saylı arayış təqdim edilmiş və arayışdan görünür ki, ona “Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı- orta /з-nin tış-arxa, sol kürək sümüyü üzərində, soltərəfli qarının yan tərəfində, hər iki sarğı nahiyələrində, dəri səthlərində çapıq toxumaları, sol diz oynağının açıcı kontrakturası (bükmə 90°), osteoartrozu, sol baldırın orta /з-i səviyyəsində arxa-tış tərəfdə yumşaq toxumalarda ən böyüyü 6 mm ölçüdə bir neçə metal qəlpəsi, daimi ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Sol diz oynağı, sol baldırın iki proyeksiyada rentgenoqrammasında oynaq yarığı lateralda qismən daralıb. Tibia interkondulyar qabarlarında kütləşmə təyin edilir: başlanğıc dövr osteartroz. Baldırın orta 1/3-i səviyyəsində posteriolateral yumşaq toxumalar daxilində böyüyü 6 mm ölçülü bir neçə metal yad cisim (qəlpə) aşkar edilir. Ekspert rəyində də iddiaçıda diaqnoz nəzərə alınmaqla, hələ İddiaçı hazırki əyani müayinələrində aşağı ətraflarında nəzərəçarpan parez, iflic, atrofıya, ankiloz və hərəki məhdudiyyətinə rast gəlinməmidiyi müəyyən olunmuşdur. Bundan əlavə ekspertiza nəticəsində İddiaçı “Odlu silahla yaralanmadan sonra, sol baldırın yuxarı-orta 1\3-nin tış-arxa səthlərində çapıq toxumaları, orta 1\3-i səviyyəsində yumşaq toxumalarda üç ədəd metal qəlpəsi, sol pəncənin sallanması, baldır əzələlərinin atrofıyası, daimi ağrı sindromu, axsaması. Hərəkət funksiyasının pozulması (Y36.2, Y36.4, L90.5, M79.5, М21.3, M62.5, R52.1, R26.8) kimi diaqnozu müəyyən edilmişdir. Müayinə zamanı onun aşağı ətraflarında 4 sm-lik qısalığa rast gəlinməmişdir. Qeyd edilən iddiaçıda aşkar olunan diaqnozla sonuncu tibbi göndərişdə qoyulmuş diaqnozdan fərqli yeni -Y36.2, L90.5, M79.5, М21.3, R52.1, R26.8 kimi xəstəlik kodları aşkar edilmişdir. Başqa sözlə, iddiaçının əlillik təyinatına əsas verən sonuncu tibbi göndərişdəki xəstəliklər aşkar edilməmiş, TSERA-ya əlillik alt sistemində tibbi göndərişdə qeyd edilməmiş əlavə xəstəliklər müəyyən edilmişdir ki, onlardan hansının əlillik təyinatına əsas verib-verməməsinin hazırkı icraatda yoxlanılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tibbi göndərişində qoyulmuş diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar