Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1611/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş 0262003AARYK N-li göndərişə əlillik altsistemində faktiki olaraq xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, lakin imtina tarixi kimi xx.xx.2022-ci il tarixi göstərilmiş imtina qərarının əsassız hesab edilərək ləğv edilməsi və ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-89 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin Agentliyin üzərinə vəzifə kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 17 ildən artıq hərbi qulluqçu kimi xidmət göstərmiş və Hərbi Həkim Kommisiyasının (HHK) 29 yanvar 2019-ci il tarixli qərarı ilə xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. HHK-nın və digər tibb müəssəsələri tibbi müayinələrinin nəticələrinə əsasən, ona “Onurğanın osteoxondrozu, bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radiokulopatiyası L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə” diaqnozu qoyulmuşdur və həmin xəstəlikdən əziyyət çəkir. Bununla bağlı olaraq uzun müddət müxtəlif tibb müəssisələrində ambulator və stasionar müalicələr almışdır. Lakin, aparılan ambulator və ya stasionar müalicələr nəticəsində orqanizmin pozulmuş funksiyaları bərpa olunmamış, onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntu olduğu kimi qalmışdır. Ona ilk dəfə əlillik statusunun verilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (forma 88) xx.xx.2019-cu il tarixində, ikinci dəfə xx.xx.2019-cu il tarixdə, üçüncü dəfə isə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilmişdir. Göndərilən hər üç göndərişə “əlavə stasionar müalicə almağa ehtiyac var” səbəbi göstərilərək, ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Lakin həmin imtina cavablarından sonra iddiaçı ayrıayrı xəstəxanalarda stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"-nın tələblərinə uyğun olaraq İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən onun əlilliyinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə (sayca dördüncü) tibbi-sosial ekspertiza müayinəsinə 0262003AARYK-N-İi göndəriş 27 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilmişdir. Həmin vaxtdan 2022-ci ilin 14 iyun tarixinədək sistemdə ona əlilliyin təyin olunması ilə bağlı heç bir məlumat yerləşdirilməmişdir. Hər dəfə sistemdən əlillik dərəcəsinin verilibverilməməsini yoxlamaq istədikdə sistemdə “əlavə yoxlama aparılır” yazısını görmüşdür. xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının yoxlanışına getmişdir. Həmin gün faktiki olaraq heç bir əyani müayinəyə məruz qalmamışdır. Bundan sonra 14 iyun 2022-ci il tarixdə yenidən sistemdən əllilik statusunu yoxlamaq istədikdə güya ona xx.xx.2021-ci il tarixdə, yəni 0262003AARYK-N-İi göndəriş göndərildiyi vaxtdan 10 gün ərzində cavab verilərək imtina edildiyi gördü. Əslində isə qeyd etdiyi kimi 2022-ci ilin iyun ayının 14-dək sistemdə 0262003AARYK-N-li göndərişə dair heç bir imtina cavabı yerləşdirilməmiş, "əlavə yoxlama aparılır" yazıları qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik dərəcəsinin verilməsinə dair verilmiş 0262003AARYK N- İi göndərişə xx.xx.2022-ci il tarixdə imtina verilmişdir. İmtina səbəbləri kimi göstərilmişdir ki, “Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir”. 19 iyun 2022-ci il tarixdə isə ona aşağıdakı məzmunda SMS göndərilmişdir: “İddiaçı üçün verilmiş xx.xx.2021-ci il tarixli göndərişə Səbəb: Diaqnoz əllilik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir”. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.2022-ci il tarixdən əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəq-nin osteoxandrozu fonunda xr.radikulopatiya ,L.-L4,L4-L5,L5-S1 fəqərəarası disklərin sekvestraolunmuş protuziyası .davamlı kökcük ağrılar ilə,Çanaq orqanlarının funksiya pozğunluğu ,sol pəncənin parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə stasionar müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Bel oma fəq-nin osteoxandrozu fonunda xr.radikulopatiya ,L4-L5 fəqərəarası disklərin sekvestraolunmuş yırtığı (12 mm) L1.L4 ,L5-S1 fəqərəarası disklərin protuziyası ,Çanaq orqanlarının funksiya pozğunluğu ,sol pəncənin parezi,hərəki funksiyaların mötədil pozulması ilə .kəskin və davamlı kökcük ağrılar ilə,yerişin çətinləşməsi ilə.Digər daimi ağrı. Hərəkətin və yerişin pozulmaları. At quyruğu sindromu, Çanaq orqanlarının funksiya pozğunluğu.Aşağı ətrafın mononevropatiyaları, Aşağı incik sinirinin neyropatiyası.sol pəncənin parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə reabilitasiya müalicəsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxananın 27.11,2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Beloma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3-L4.L4-L5 ,15-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə çanaq üzvlərinin funksiya pozğunluğu. Hər iki aşağı ətrafın paraparezi.Aşağı incik sinirinin neyropatiyası.hər iki pəncənin parezi Spastik paraplegiya Hər iki aşağı ətrafın paraparezi.Çanaq üzvlərinin funksiya pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bərpa müalicəsi yetərli deyil.Əlavə stasionar müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlı İ...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3-L4.L4-L5 J5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3,4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri’’nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1966-cı il təvəllüdlü İddiaçı AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - iddiaçıya məxsus ZE ******* nömrəli Hərbi Biletin surəti. - Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışın surəti. - Xəstəlik haqqında 471 nömrəli Şəhadətnamənin surəti. - Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli imtina cavabı. - Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışların surəti. - Şirvan Şəhər Mərkəzi Xəstəxanasının müayinə sənədləri. - X6 Mərkəzinin müayinə sənədləri. - DİN DQ Hospitalı xəstəlik tarixindən çıxarış-epikrizlərin surəti. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Alt sistemdən çıxarış. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin T 598/2022 nömrəli Ekspert Rəyi. - Cavabdeh tərəfindən məhkəmə qərardadının icrası ilə bağlı təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktub. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspet komissiyasının xx.xx.2022ci il tarixli və xx.xx.2023-cü il tarixli Qərarının surəti. - DAVİNCİ Hospitalının və MedEra Hospitalının müayinə sənədləri.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğunu nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəq-nin osteoxandrozu fonunda xr.radikulopatiya ,L.-L4,L4- L5,L5-S1 fəqərəarası disklərin sekvestraolunmuş protuziyası .davamlı kökcük ağrılar ilə,Çanaq orqanlarının funksiya pozğunluğu ,sol pəncənin parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə stasionar müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Bel oma fəq-nin osteoxandrozu fonunda xr.radikulopatiya ,L4-L5 fəqərəarası disklərin sekvestraolunmuş yırtığı (12 mm) L1.L4 ,L5-S1 fəqərəarası disklərin protuziyası ,Çanaq orqanlarının funksiya pozğunluğu ,sol pəncənin parezi,hərəki funksiyaların mötədil pozulması ilə .kəskin və davamlı kökcük ağrılar ilə,yerişin çətinləşməsi ilə.Digər daimi ağrı. Hərəkətin və yerişin pozulmaları. At quyruğu sindromu, Çanaq orqanlarının funksiya pozğunluğu.Aşağı ətrafın mononevropatiyaları, Aşağı incik sinirinin neyropatiyası.sol pəncənin parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə reabilitasiya müalicəsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın 27.11,2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3-L4.L4-L5 ,15-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə çanaq üzvlərinin funksiya pozğunluğu. Hər iki aşağı ətrafın paraparezi.Aşağı incik sinirinin neyropatiyası.hər iki pəncənin parezi Spastik paraplegiya Hər iki aşağı ətrafın paraparezi.Çanaq üzvlərinin funksiya pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bərpa müalicəsi yetərli deyil.Əlavə stasionar müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlı İ...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3-L4.L4-L5 J5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspet komissiyasının xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir (xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixlərində imtina verilib, sonuncu dəfə xx.xx.2021- ci il tarixində f-88 göndərilib), qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 471 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Bel-oma fəqərələrinin osdteoxondrozu. Lıv-Lv fəqərəarası diskin sekvestrəolunmuş yırtığıl (12mm), Lm-Lv, Lv-S, fəqərəarası disk protuziyaları, onurğanın və sol aşağı ətrafın hissi, hərəki funksiyalarının mülayim dərəcədə pozulması, davamlı kökcük aqrı sindromu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alımışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri hər iki aşağı ətraflarında ağrıdan və keyimə hissindən ibarət olmuşdur. Obyektiv müayinə zamanı dərisi və görünən selikli qişaları təmizdir. Tənəffüsü sərbəstdir. Ürək tonları aydındır. Hər iki aşağı ətrafda diz və axill refleksləri normal aktivlikdə olmuş, əzələ tonusu normal qiymətləndirilmişdir. Əzələlərdə hipotrofiya və atrofiya qeyd olunmamış, iflic və parez əlamətləri aşkarlanmamışdır. Anamnestik məlumatlara, obyektiv müayinələrin nəticələrinə əsaslanıb, xəstəlik haqqında şəhadənamədə göstərilən “Bel-oma fəqərələrinin osdteoxondrozu. L,v-Lv fəqərəarası diskin sekvestrə olunmuş yırtıqıl (12mm), Lm-Lv, U-S, fəqərəarası disk proturiyaları, onurğanın və sol aşaqı ətrafın hissi, hərəki funksiyalarının mülayim dərəcədə pozulması, davamlı kökcük aqrı sindromu” ağırlaşmaları əlillik təyinatına əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin T 598/2022 nömrəli Ekspert Rəyinə əsasən Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsinin 27.10. 2021-ci il tarixli göndərişində qeyd edilən diaqnozda göstərilən xəstəlik və ağırlaşmaları hazırda onda aşkar edilsə də, əyani müayinədə müəyyən edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsi təyininə əsas vermir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub təqdim edilmişdir. Həmin məktubdan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspet komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0262003AAH9T nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0262003AARYK nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 471 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5 fəaərəarası diskin sekvestrolunmus yırtığı (12mm), L3-L4, L5-S1, fəqərəarası disk protruzivaları, onurğanın və sol aşağı ətrafın hissi, hərəki funksiyalarının mülayim dərəcədə pozulması, davamlı kökcük aqrı sindromu ilə’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından, sidiyi saxlaya bilməməkdən, bel ağrısından şikayətlənmişdir. Müayinə otağına əsas ilə daxil olmuşdur. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Nevroloji müayinə zamanı vətər və sümüküstü refleksləri normal alınmış, əzələ gücü və tonusu normal olmuş, atrofiya, hipotrofiya, parez, iflic qeyd edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8”nin xx.xx.2022- xx.xx.2022-ci il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5 (6, 7 mm), L5-S1 (4, 5 mm) disklərinin yırtığı. Diskoqen mənşəli mieloradikulopatiya. Davamlı radikulyoz aqrı sindromu. Sol ayağın parez i. Çanaq üzvləri funksiyasının pozulması. Şəkərli diabet” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xocasən Sağlamlıq Mərkəzininxx.xx.2023-cü il tarixli Tibbi rəydə diaqnoz “Bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5 (6, 7 mm). L5-S1 (4. 5 mm) disklərinin yırtığı. Diskoqen mənşəli mieloradikulopatiya. Davamlı ?? aqrı sindromu. Sol ayağın parezi. Çanaq üzvləri funksiyasının pozulması. Səkətli diabet kimi müəyyənləşdirilmişdir.Hərbi şəhadətnamədə qeyd edilmiş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli 0262003AARYK nömrəli göndəriş (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarına uyğun olaraq aidiyyəti üzrə təqdim edilmiş “Göndəriş”də göstərilmiş diaqnoz nəzərə alınaraq onun xəstəliyinin sonradan qəbul edilmiş və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun yenidən qiymətləndirilməsi üçün qərardad qəbul edilmişdir. Məhkəmə hesab edir ki, əlilliyin müəyyən olunması üçün Əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadığından, lakin yeni meyarlarda olan hal mövcud olduğundan hazırda işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarlar tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspet komissiyasının xx.xx.2023cü il tarixli Qərarında iddiaçıya qoyulmuş diaqnozun həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik əlaməti təyin etməməsi ilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixli 0262003AARYK nömrəli (forma 88) göndərişində göstərilmiş əsas diaqnoz və digər xəstəliklər Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyininə əsas verir. Belə ki, Məhkəmə qeyd edir ki, İmişli Rayon Mərkəzi Xəstəxananın xx.xx.2021-ci il tarixli 0262003AARYK nömrəli göndərişində əsas diaqnoz: (M42) Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radikulopatiyası L3- L4,L4-L5 ,İ5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə çanaq üzvlərinin funksiya pozğunluğu. Hər iki aşağı ətrafın paraparezi. Ağırlaşmalar: (G82.1) Spastik paraplegiya, Hər iki aşağı ətrafın paraparezi; (G83.4) At quyruğu sindromu, çanaq üzvlərinin funksiya pozğunluğu; (R52.2) Digər daimi ağrı, ağrı sindrormu ilə; (R26) Hərəkətin və yerişin pozulmaları, yerişin cətinləşməsi hərəkət məhdudluğu ilə; (M51.1) Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma fəqərələrin osteoxondrozu fonunda xroniki radikuiopatiyası L3-L4,L4-L5 ,İ5-S1 fəqərəarası disklərin sekvesdə edilmiş proteziyası davamlı kökcük ağrıları ilə çanaq üzvlərinin funksiya pozğunluğu. Hər iki aşağı ətrafın paraparezi qeyd edilmişdir. Həmin xəstəliklər Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 13.5.1-ci bəndinə əsasən osteoxondroz (М42) və digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51); 13.5.1.1-ci bəndinə əsasən - aşağı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, təzahür edən distal və ya mülayim proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən proksimal monoparez, proksimal monoplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, aşağı ətraf monoplegiyası sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinə; 6.5.1-ci bəndinə əsasən serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) (G81-G83) sinir sistemi xəstəliklərinə aid edilmişdir. İşin məhkəmə araşdırılması zamanı iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0262003AARYK nömrəli göndərişdə sonuncunun kifayət qədər müayinə və müalicələrdə olmasının qeyd edilməsi, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona müvafiq əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə də inkar edilməmişdir. Digər tərəfdən, iddiaçı İmişli Rayon Mərkəzi Xəstəxası, həmçinin Şirvan Şəhər Mərkəzi Xəstəxanası, X6 Mərkəzi, DAVİNCİ Hospitalı və MedEra Hospitalı tərəfindən müayinə olunmuş və onda xəstəlik təkrarlanmış, ağırlaşma və yanaşı xəstəlikləri nəinki azalmış, əksinə artmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.1.3.-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev