Məhkəmə qərarları › İş №2-1(112)-16110/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16110/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16110/2025 28.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə yeni ünvan verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 (Yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 163-cü Hövsan küçsi, giriş 13) ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı (bundan sonra iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra cavabdeh) iddiaçının müraciətinə cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir, “...müraciətinizdə göstərilən fərdi yaşayış evinin ünvan 9 arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Qeyd edirik ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 163-cü Hövsan küçəsi, giriş 13 ünvan rekviziti təyin edilmişdir. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin ünvan rekvizitində aparılacaq cari düzəlişlərlə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edildikdən sonra yalnız yeni qaydalarla ünvan qeyd edilməklə təkrarlanma aradan qaldırıla bilər.” İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanında yerləşən (yeni qaydalarla ünvan 10 fərdi yaşayış evinə dair verilmiş çıxarışda daşınmaz əmlakın ünvanı qrafasından ünvan 4inin çıxarılaraq, çıxarışda daşınmaz əmlakın ünvanı qrafasında yeni qaydada təyin edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 163-cü Hövsan küçəsi, giriş 13 ünvan rekvizitinin saxlanması və fərdi yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 (Yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 163-cü Hövsan küçsi, giriş 13) ünvanında yerləşən fərdi yaşayış evinin ünvan təkrarlanmasının aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanında yerləşən (yeni qaydalarla ünvan 10 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Əlavə olaraq bildirir ki, onun tərəfindən 6 saylı Bakı ASAN Xidmət mərkəzinə müraciət edən zaman bəlli olmuşdur ki, ona məxsus olan fərdi yaşayış evində tanımadığı, qohum olmayan şəxslər pasport qeydiyyatındadır. Həmin şəxslərin kimliyini müəyyənləşdirmək istədikdə aydın olmuşdur ki, qeyd edilən şəxslər ona məxsus olan fərdi yaşayış evinin yanında, yaxınlığında yerləşən fərdi yaşayış evlərində yaşayan şəxslərdir ki, həmin şəxslərin yaşadıqları evlər çoxillik tikililərdir. Lakın həmin tikililər (fərdi yaşayış evləri) xüsusi mülkiyyət kimi dövlər qeydiyyatına alınmamışdır. Bununla yanaşı qeyd edilən fərdi yaşayış evlərinin ünvanları ona məxsus olan fərdi yaşayış evi ilə eynidir. Qeyd edilən prosesdən sonra o, həm Suraxanı Rayon Polis İdarəsinə, həm də Bakı İnzibati Məhkəməsinə gedərək qarşılaşdığı problemin aradan qaldırılması ilə bağlı hüququ addımlar atmağa çalışmışdır. Lakin hər iki qurumdan ona bildirilmişdir ki, qeyd edilən şəxslər ona məxsus olan fərdi yaşayış evində yaşamadıqlarından, həmin şəxslərin yaşadıqları evlərin də ünvanı ona məxsus olan fərdi yaşayış evi ilə eyni olduğundan, bu şəxslərin ona məxsus olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı deyil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə yem ünvan göstəricilərinə malik yem çıxarışın verilməsinin xahiş edilməsi daha məqsədə müvafiqdir. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin müstəqil şəkildə şəxsləri pasport qeydiyyatından çıxarmaq səlahiyyəti yoxdur, Bakı İnzibati Məhkəməsi isə qeyd edilən şəxslərin özlərinə məxsus olan fərdi yaşayış evlərində yaşamalarını və qeydiyyatda olmalarını nəzərə alaraq iddiaları təmin etmir. Bir çox halda məhkəmə qərarlarında mülkiyyət sahiblərinə (iddiaçılara) fərdi yaşayış evlərinə yeni ünvan göstəricilərinə malik yeni çıxarışın verilməsi xahişi ilə aiddiyyatı quruma müraciət edilməsi tövsiyyə olunur. Qeyd edilənlər nəzərə alınaraq onun tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmiş, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə yeni, fərqli ünvana malik yem çıxarışın verilməsi xahiş edilmişdir. Ərizəsi təmin edilmiş və ona məxsus olan fərdi yaşayış evinə yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 163-cü Hövsan küçəsi, giriş 13 ünvan rekviziti təyin edilmişdir. Fərdi yaşayış evinə dair çıxarış alınmış, çıxarışda həm köhnə ünvan, həm də yeni qaydalarla təyin edilmiş ünvan qeyd edilmişdir. Bu dəfə də fərdi yaşayış evində qeydiyyatda kənar şəxslərin olub olmamasını araşdıran zaman bəlli olmuşdur ki, qeyd edilən şəxslər yenə də ona məxsus olan fərdi yaşayış evində qeydiyyatdadırlar, fərdi yaşayış evinə yeni ünvan rekvizitlərinin verilməsi heç nəyi dəyişməyib. Eyni zamanda pasport qeydiyyatı şöbəsindən ona bildirmişlər ki, nə qədər ki, sizin çıxarışınızda köhnə ünvan qeyd olunur, elektron məlumat bazasında fərdi yaşayış evində həmin ünvanda qeyd olunan şəxslər görünəcək. Müraciətinin nəticəsi o zaman müsbət olacaq ki, fərdi yaşayış evinin köhnə ünvan qeydi çıxarışda göstərilməyəcək. Eyni zamanda bildirilmişdir ki, ona məxsus olan fərdi yaşayış evinin çıxarışındakı köhnə ünvan qeydinin çıxarılması, ona məxsus olan fərdi yaşayış evi ilə eyni ünvanı daşıyan evlərdə yaşayan şəxslərin qeydiyyatına heç bır mənfi təsir etməyəcək. Qısaca, onun çıxarışından köhnə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvan rekviziti çıxarılır, çıxarışda yeni qaydalarla təyin edilmiş ünvan 6 ünvan rekviziti saxlanılır, ünvan 7 ünvanı olduğu kimi dəyişmədən əvvəlki kimi qalır. Bütün qeyd edilənləri nəzərə alaraq o, yenidən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə yeni, fərqli ünvana (yeni qaydalarla deyil) malik yeni çıxarışın verilməsi xahiş etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli cavabla bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin ünvan rekvizitində aparılacaq cari düzəlişlərlə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edildikdən sonra yalnız yeni qaydalarla ünvan qeyd edilməklə təkrarlanma aradan qaldırıla bilər. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanında yerləşən (yeni qaydalarla ünvan 10 fərdi yaşayış evinə dair verilmiş çıxarışda daşınmaz əmlakın ünvanı qrafasından ünvan 4inin çıxarılaraq, çıxarışda daşınmaz əmlakın ünvanı qrafasında yeni qaydada təyin edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 163-cü Hövsan küçəsi, giriş 13 ünvan rekvizitinin saxlanması və fərdi yaşayış evinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı xx.xx.2025-ci il tarixli, ********** nömrəli il tarixli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, **********80 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə göstərilən fərdi yaşayış evinin ünvan 9 arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Qeyd edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 163-cü Hövsan küçəsi, giriş 13 ünvan rekviziti təyin edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin ünvan rekvizitində aparılacaq cari düzəlişlərlə bağlı notariat qaydasında təsdiq olunmuş razılıq ərizələri təqdim edildikdən sonra yalnız yeni qaydalarla ünvan qeyd edilməklə təkrarlanma aradan qaldırıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verildiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona məxsus olan və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 73.50 kv.m fərdi yaşayış evinə yeni ünvan və yeni ünvana uyğun çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh imtina məktubunda və iddiaya dair etirazında bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin ünvan rekvizitində aparılacaq cari düzəlişlərlə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edildikdən sonra ünvanda düzəliş edilməsi məsələsinə baxılacağı ilə bağlı iddiaçıya məktub ünvanlanmışdır. Bununla bağlı aşağıdakılar qeyd edilir: iddiaçıya məxsus olan və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 73.50 kv.m fərdi yaşayış evinin ünvan rekvizitinin (ünvan 8nması işin məhkəmə araşdırılması ilə (cavabdehin imtina məktubuna və iddiaya etirazına əsasən) öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. 1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 2.1. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1- 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda. 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.2. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”: 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: ... 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; ... 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: ... 3.1.27. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; ... Məhkəmə hesab edir ki, iddia edilən fərdi yaşayış evi qanunla müəyyən olunmuş qaydada iddiaçının mülkiyyətində olduğundan və həmin fərdi yaşayış evinin ünvanı, yəni ünvan 9 təkrarlandığından iddiaçı özünə məxsus evin ünvanının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Cavabdehin dəlilləri qanunvericiliklə mənzilə dair yeni ünvan verilməsini istisna etmədiyindən, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 5 (Yeni qaydalarla: AZ 1088, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ünvan təkrarlanmasının aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar