Məhkəmə qərarları › İş №2-1(112)-1612/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1612/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1612/2020 12.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı İddiaçı Süleyman oğlunun (Bakı şəhərində qeydiyyatdadır, pensiyaçı, işsiz) iştirakı ilə, iddiаçı Tağıyev İkram Süleyman oğlunun cаvаbdеh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “İİ qrup əlil kimi güzəştli mənzil növbəsinə götürülməsi vəzifəsinin qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Tağıyev İkram Süleyman oğlu məhkəmədə iddia qaldıraraq 2006-cı ildən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 38, ev 206-da qeydiyyatda olmasını nəzərə alaraq İİ qrup müharibə əlili kimi güzəştli mənzil növbəsinə götürülməsi və siyahıya salınması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Xətai RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərzii bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1993-cü ildə yaralanaraq “Qapalı kəllə beyin travması.Baş beyin əzilməsi. Orta ağır dərəcə” diaqnozu qoyulmuşdur, xx.xx.1994-cü ildə yenidən yaralanaraq “Sol budun orta 1/3-nin yumşaq toxumasının dəlib keçən güllə yarası” diaqnozu qoyulmuşdur.”Hərbi travma.Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyi ilə İİ qrup əlildir.Cavabdehə müraciət edərək əlillər üün nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə götürülməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.İmtina onunla əsaslandırılmışdır ki, ən azı 5 il Bakı şəhərində daimi qeydiyyatda olan və yaşayan şəxslər mənzil növbəsinə götürülürlər.Halbuki iddiaçı 2006cı ildən Bakıda qeydiyyatdadır və yaşayır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehdən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq sərəncam icra olunmamış və iddiaya dair etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 133 saylı MKİS-nin 782 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Cavanşir küçəsi, 38, mənzil 206-da 2006-cı ildən qeydiyyatda olmuşdur, xx.xx.2016-cı ildə qeydiyyatdan çıxmışdır. 66 saylı MKİS-nin 1237 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 36/12B nömrəli evdə qeydiyyatdadır. Xətai rayon ƏSMM-nin xx.xx.2008-ci ildə verdiyi 073440 nömrəli vəsiqəyə əsasən iddiaçı İİ qrup müharibə əlilidir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının mənzil növbəsinə götürülməsindən imtina edilmişdir, imtina onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı ildə ünvan 1 ünvanında qeydiyyata alınmışdır.Ərizəsində qaldırılan məsələyə Bakı şəhərində 5 il daimi qeydiyyatda olduqu təqdirdə, yəni xx.xx.2021-ci ildən təkrar baxıla biləcəyi də iddiaçıya bildirilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı İİ qrup müharibə əlilidir, 2006-cı ildən Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır.İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməmiş, imtinasını onunla əsaslandırmışdır ki,iddiaçı 2016-cı ildən Bakı şəhərində qeydiyyatdadır, mənzil növbəsinə götürülməsi üçün iddiaçının 5 il Bakı şəhərində qeydiyyatda olması və yaşaması tələb olunur. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 43-cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Mənzil bölgüsü zamanı müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, idarələr və təşkilatlar əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, reabilitasiya müəssisələrinin (mərkəzlərin) yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar. ... Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. İşin faktiki halalrına əsasən iddiaçı cavabdehin imtina cavabında göstərilən 5 il müddətindən də dəfələrlə artıq bir müddətdə, yəni 2006-cı ildən Bakı şəhərində qeydiyyatda olmaqla yaşamışdır. Yəni cavabdehin imtina məktubunda göstərilən əsas işin faktiki halları ilə təsdiqlənmir. Bundan başqa Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.”. Cavabdehin iddia ərizəsinə etirazda göstərilən əsaslarla yaşayış sahəsinə ehtiyacı olan vətəndaşın mənzil növbəsinə götürülməsindən imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdlr. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçı Tağıyev İkram Süleyman oğlunun 2006-cı ildən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 38, ev 206-da qeydiyyatda olmasını nəzərə alaraq İİ qrup müharibə əlili kimi güzəştli mənzil növbəsinə götürülməsi və bu barədə məlumatın siyahıya salınması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi vəzifəsi cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələnişlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin . İddiaçı Tağıyev İkram Süleyman oğlunun 2006-cı ildən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 38, ev 206-da qeydiyyatda olmasını nəzərə alaraq İİ qrup müharibə əlili kimi güzəştli mənzil növbəsinə götürülməsi və bu barədə məlumatın siyahıya salınması üçün Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinə göndərilməsi vəzifəsi cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə tapşırılsın. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar