Məhkəmə qərarları › İş №2-1(112)-1612/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1612/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1612/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinə qarşı üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Maştağa qəsəbəsi İSMD- 32, ev 4 mənzil 3 ünvanında yaşayır. Qeyd etdiyi yaşayış evi 28,15 kv.m ibarətdir. Yaşayış evi 30/63384-04.08.1995-ci il tarixdə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində qeydiyyata salınmış və iddiaçıya Qeydiyyat Vəsiqəsi verilmişdir. Xüsusi mülkiyyətində olan yaşayış evində təkcə iddiaçı pasport qeydiyyatındadır. İddiaçının xəbəri olmadan iddiaçıya məxsus olan yaşayış evinə qonşular qeydiyyata düşmüşlər. İddiaçıya məxsus olan xüsusi mülkiyyətində qanunsuz qeydiyyata düşən vətəndaşların adlı siyahısı arayışda qeyd olunmuşdur. Arayış ərizəsinə əlavə olunmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6266/2020 saylı 02.11.2020-ci tarixli qərardadı ilə X9, Əliyeva Nərgiz Hicran qızı, X17, X14, X25, X19, X20, Əliyev Hicran Fəxrəddin oğlu, Əliyev Eldəniz Fəxrəddin oğlu, X26, X11, Əliyeva Rüqəyya Hicran qızı, Əliyeva Fatimə Hicran qızı, X32, X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh sərəncamın icrası ilə əlaqədar olaraq göndərdiyi 05.05.2021-ci il tarixli 073-17439-1221 saylı məktubu ilə bildirmişdir ki, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edirəm ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Sabunçu RPİ-nin iddiaçıya ünvanladığı 06.07.2018-ci il tarixli 073-19912 saylı məktubda bildirilmişdir ki, iddiaçıya məxsus ünvanda qeydiyyatda olan X9, Əliyeva Nərgiz Hicran qızı, X17, X25, X21, Əliyeva Fatimə Hicran qızı, X11, X27, X19, X32, X18, X10, X5, Əliyeva Rüqəyya Hicran qızı, X20 və Əliyeva Hicran Fəxrəddin qızının qeydiyyatdan çıxarılması Sabunçu RPİ Q və ŞVŞ-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab edilir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçının ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış və bu barədə reyestr kitabında 30/63384 nömrə ilə 04.08.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, iddiaçı və X9, Əliyeva Nərgiz Hicran qızı, X17, X14, X25, X19, X20, Əliyev Hicran Fəxrəddin oğlu, Əliyev Eldəniz Fəxrəddin oğlu, X26, X11, Əliyeva Rüqəyya Hicran qızı, Əliyeva Fatimə Hicran qızı, X32, X18 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 15.08.1995-ci il tarixdə verilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 71 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 11317 saylı 28.06.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - 28.04.1995-ci il tarixli 32 №-li İSDM balanasında olan yaşayış fondunun pulsuz şəxsi mülkiyyətə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri -39, Maştağa qəsəbəsi, ev 4, iki otaqlı 28 kv.m yaşayış sahəsi olan mənzil 3 iddiaçın şəxsi mülkiyyətinə pulsuz verilmişdir. - 32 №-li İSDM komissiyasının 24 aprel 1995-ci il tarixli qərarından görünür ki, ünvan 1 İddiaçı şəxsi mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 02.02.2021-ci il tarixli 018-1241-1221 saylı məktubundan görünür ki, 06.03.1979-cu il təvəllüdlü X9 10.06.2003-cü il, 12.10.1977-ci il təvəllüdlü X10 22.11.2007ci il, onun övladları 30.11.1998-ci il təvəllüdlü Əliyev Xəqani və 25.11.2001-ci il təvəllüdlü Əliyeva Nuranə 20.11.2013-cü il, 04.01.1984-cü il təvəllüdlü Əliyev Hicran Fəxrəddin oğlu 19.10.2006-cı il, övladları 30.07.2005-ci il təvəllüdlü Əliyeva Fatma, 10.10.2008-ci il təvəllüdlü Əliyeva Rüqəyya və 07.03.2007-ci il təvəllüdlü Əliyeva Nərgiz 18.12.2014-cü il, 20.06.1982-ci il təvəllüdlü X20 09.08.2004-cü il, övladları 30.09.2006-cı il təvəllüdlü Əliyeva Zəhra 18.12.2014-cü il və 16.06.2015-ci il təvəllüdlü Əliyev Əliəkbər 25.04.2016-cı il, 09.11.1980-cı il təvəllüdlü X6 14.04.2005- ci il, övladları 13.06.2006-cı il təvəllüdlü Əliyeva Zeynəb və 28.03.2005-ci il təvəllüdlü Əliyev Hüseyn 30.04.2015-ci il, 12.07.1978ci il təvəllüdlü X26 20.07.2010-cu il və 19.08.1977-ci il təvəllüdlü X11 23.07.2005-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. - X10 tərəfindən məhkəməyə göndərilmiş 18 fevral 2021-ci il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı məxsus olan Baki şəhəri, ünvan 4 ünvanında yerləşən 3 saylı mənzilə dair istifadə hüququ yoxdur, həmin mənzilə dair kompensasiya istəmir, heç bir tələbi yoxdur. Həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına etiraz etmir. - X11 tərəfindən məhkəməyə göndərilmiş 18 fevral 2021-ci il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı məxsus olan Baki şəhəri, ünvan 4 ünvanında yerləşən 3 saylı mənzilə dair istifadə hüququ yoxdur, həmin mənzilə dair kompensasiya istəmir, heç bir tələbi yoxdur. Həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına etiraz etmir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Belə ki, ünvan 1 yerləşən daşınmaz əmlak üzərində İddiaçı xüsusi mülkiyyət hüququ dövlət qeydiyyata alınmışdır. Üçüncü şəxlərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən X1, Əliyeva Nərgiz Hicran qızının, X7, X4, X15, X12, X13, Əliyev Hicran Fəxrəddin oğlunun, X2, X16, X3, Əliyeva Rüqəyya Hicran qızının, Əliyeva Fatimə Hicran qızının, X22, X8 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən X1, Əliyeva Nərgiz Hicran qızının, X7, X4, X15, X12, X13, Əliyev Hicran Fəxrəddin oğlunun, X2, X16, X3, Əliyeva Rüqəyya Hicran qızının, Əliyeva Fatimə Hicran qızının, X22, X8 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 SƏDRLİK EDƏN Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar