Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1612/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşı tanmam olan gündən - 09 oktyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona müvafiq pensiya ödənişlərinin ödənilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra “cavabdeh” adlandırılacaq) xx.xx.2020-ci il tarixində müraciət edərək ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********9 nömrəli cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, güzəştli iş stajı 12 il 6 aydan az, yəni 8 il 11 ay 2 gün təşkil edir. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bununla razılaşmayaraq, iddiaçı məsələni həll etmək məqsədilə yenidən cavabdehə xx.xx.2021-ci il tarixində müraciət etmiş və xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla yenə də imtina cavabını almışdır. İmtinaya səbəb kimi “... əmək kitabçanızda və SOCAR-AQŞ MMC-nin sizə dair 23 dekabr 2020-ci il tarixli AQŞ 468/20 nömrəli arayışda xx.xx.2013-cü il tarixindən bugünədək X9 Avadanlığı üzrə mütəxəssis vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz mütəxəssis vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 11 ay 2 gün) təşkil edir” dəlilləri göstərilmişdir. Daha sonra nümayəndəsi X5 cavabdehin yuxarı inzibati orqanına - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətlə (cari ilin mayın 04-də Nazirlikdə qeydiyyata alınmışdır) müraciət etmişdir. Həmin şikayətlə bağlı xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubla xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubda qeyd olunan məzmunda yenə də imtina haqqında qərar qəbul edilmişdir. Sözügedən xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina haqqında qərar, xx.xx.2021-ci il tarixində nümayəndəsi X2 müvafiq jurnala imza etdirilməklə şəxsən təqdim edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, cavabdeh yalnız xx.xx.2004 - xx.xx.2012-ci il tarixləri arasındakı dövrləri (8 il 11 ay 2 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staj kimi nəzərə alır, digər xx.xx.2013 - 02.04.202l-ci illərə aid olan dövrləri isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staj kimi nəzərə almaqdan imtina edir. Yalnız bu səbəbdən cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajın müddətinin “Əmək pensiyaları haqqında” AR Qanununda nəzərdə tutulmuş 12 il 6 aydan az olması qənaətinə gəlmiş və nəticədə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmaması barədə qərar qəbul etmişdir ki, iddiaçı bunu düzgün hal hesab etmir. İddiaçı cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən staj kimi nəzərə almadığı dövrlərdə, yəni xx.xx.2013 - xx.xx.2021-ci illərdə işlədiyi vəzifə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “X9 Avadanlığı üzrə mütəxəssis” kimi qeyd edilmişdir. Lakin buna baxmayaraq əmək funksiyası, yaxud yerinə yetirdiyi işlər AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı haqqında” Qərarı ilə müəyyən edilmiş “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlanan 10-cu bölməsində, “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar” vəzifəsinə tam uyğun olmuşdur. Bu hal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli arayışları ilə də sübut olunur. Vəzifənin kağız üzərində “cihazçı” deyil, “mütəxəssis” kimi qeyd edilməsi formal xarakter daşıyır və məhz bu səbəbdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina, həm də sosial ədalət prinsipinin pozulması deməkdir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən əmək stajı 12 il 6 aydan çox, yəni 16 ildən çoxdur. İddiaçının digər dövrlərdəki əmək fəaliyyəti də nəzərə alınsa, ümumilikdə əmək stajı 36 ildən çoxdur. Belə olan halda cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməlidir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirlliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr nəzərdə tutulmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 5 noyabr 1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR-AQŞ MMC-nin ona dair 23 dekabr 2020-ci il tarixli AQS 468/20 nömrəli arayışında xx.xx.2013-cü il tarixindən bugünədək X9 Avadanlığı Eirm mütəxəssis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi mütəxəssis vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 2 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla İsmayıllı şəhəri, X13 küçəsi, ev 5-A ünvanında qeydiyyatdadır. İş materaillarına əlavə edilmiş 040904 nömrəli diplomun surətinə əsasən İddiaçı 1978-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, xx.xx.1983-cü ildə həmin institutu bitirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1983-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1983-cü ildə mühəndis vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə İsmayıllı rayon Təsərrüfat hesablı maddi texniki təchizat bazasına mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə Qum adası X12 İdarəsinə Bahar buruğuna quyuların istismarı və kəşfiyyat qazması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir. xx.xx.1999cu ildə Şelfqazavtomatika Mərkəzi 4 saylı sahəyə sazlayıcı-mühəndis vəzifəsinə qəbul olunmuş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixində 8 saylı DDSÖ-nə 5-ci dərəcəli NÖC və Avtomatika üzrə çilingər işinə qəbul edilmişdir. xx.xx.2004-cü ildə həmin özüldə 11-ci dərəcəli NOC və Avtomatika üzrə mexanik vəzifəsinə keçirilib. xx.xx.2006-cı ildə həmin özüldə 12-ci dərəcəli NOC və Avtomatika üzrə mexanik vəzifəsinə keçirilib. xx.xx.2008-ci ildə həmin özüldə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə 13 saylı DDSÖ-nə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci ildə işdən azad edilmişdir. xx.xx.2013-cü ildə "xxxx" MMC NÖA üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı ildə Dənizdə NÖA üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC-yə X9 avadanlığı üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, AQS 468/20 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən 03 iyun 2013-cü il tarixindən "xxxx" MMC-də X9 Avadanlığı üzrə mütəxəssis vəzifəsində çalışır. Bu müddət ərzində “Günəşli yatağı 13” saylı dərin dəniz stasionar özülündə, həmçinin “Ümid” yatağı SDÖ və “Bulla 6” SDÖ platformasında eyni vəzifədə çalışmışdır. İşlədiyi müddətdə onun ümumi aylıq əmək haqqı 2141 (iki min yüz qırx bir) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci bəndinin a) yarımbəndində göstərilmiş “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar” vəzifəsi ilə "xxxx" MMC-də X9 Avadanlığı üzrə mütəxəssis vəzifəsinin adları fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir. İşəgötürən işçinin öhdəliklərinə görə heç bir maddi məsuliyyət daşımır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, AQS 080/21 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən 03 iyun 2013-ci il tarixindən “SOCAR-AQŞ" MMC-də X9 avadanlığı üzrə mütəxəssis vəzifəsində çalışır. Bu müddət ərzində “Günəşli” yatağı 13 saylı DDSÖ-də, “Ümid” yatağı 1 saylı SDÖ-də və “Bulladəniz” yatağı 6 saylı SDÖ-də eyni vəzifədə çalışmışdır. İşlədiyi müddətdə onun ümumi aylıq əmək haqqı 2141 (iki min yüz qırx bir) manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci bəndinin a) yarımbəndində göstərilmiş “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar" vəzifəsi ilə "xxxx" MMC-də X9 Avadanlığı üzrə mütəxəssis vəzifəsinin adları fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 02 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. "xxxx" MMC İddiaçı öhdəliklərinə görə heç bir maddi məsuliyyət daşımır. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “X8” tresti tərəfindən xx.xx.2021-ci il tarixli, SOCAR**********30020123X00042 nömrəli məktubla göndərilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00208 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Bayıl Limanı” X7 İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X8” tresti yaradılmış və “Bayıl Limanı” X7 İdarəsi trestin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə "Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X7 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X8” trestinin strukturunun təkmiləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X7 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat Bölümü kimi “X8 “ trestinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM- 05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X8” trestinin “Təşkilati struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir:
1. xx.xx.1998-ci ildən xx.xx.1999-cu ildək “Qum adası” X12 İdarəsi 241b saylı Bahar buruğda 4-cü dərəcəli qazma köməkçəsi pəşəsinə qəbul edilib. Əmr № 54/k, xx.xx.1995-ci il;
2. xx.xx.1999-cu ildə İşdən azad edilib. Əmr № 29/k, xx.xx.1999-cu il;
3. xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək “Bayıl Limanı” DKQİ 8 saylı DDSÖ 5-ci dərəcəli NÖC və A üzrə çilingər peşəsinə qəbul edilib. Əmr № 43/k, xx.xx.2004-cü il;
4. xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək 8 saylı DDSÖ 11-ci dərəcəli NÖC və A üzrə mexanik vəzifəsinə keçirilib. Əmr № 106/ş, xx.xx.2004-cü il;
5. xx.xx.2006-cı ildən xx.xx.2008-ci ildək 8 saylı DDSÖ 12-ci dərəcəli NÖC və A üzrə mexanik vəzifəsinə keçirilib. Əmr № 51/ş, xx.xx.2006-cı il;
6. xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək 8 saylı DDSÖ 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. Əmr № 218, xx.xx.2008-cü il;
7. xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilədək 13 saylı DDSÖ 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. Əmr № 30/k, xx.xx.2009-cü il;
8. xx.xx.2012-ci ildə İşdən azad edilib. Əmr № 585/k, 30.08. 2012-ci il. Bu müddətdə iş stajı: 08 il, 11 ay, 02 gün. Güzəştli iş stajı: 08 il, 11 ay, 02 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1100000a-11297 kodu ilə qazmaçılar, 1100000a-18494 nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik peşəsi, 10.1 b) mexanik peşəsi 08 il, 11 ay, 02 gün güzəştli iş stajı təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 0690 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2013 - xx.xx.2016-cı il tarixləri ərzində “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, xx.xx.2016 - xx.xx.2021-ci il tarixlərində isə “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələrində çalışmışdır. İddiaçı işlədiyi müddətdə əsas əmək məzuniyyətlə yanaşı əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 6 gün əlavə məzuniyyət hüququndan da istifadə etmişdir. İddiaçı işlədiyi vəzifələrin əmək funksiyaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısr”nın 10.1-ci bəndində göstərilən “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar” peşəsinin əmək funksiyaları ilə eynilik təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16205,47 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 85356,74 manat olmaqla cəmi 101562,21 pensiya kapitalı manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2020-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat məbləğində hesablanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 0204 nömrəli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2022-ci il tarixdə SOCAR-a ünvanladığınız soröu araşdırılmaq və cavablandırılmaq məqsədi ilə SOCAR **********631470776X00002 nömrəli xx.xx.2022-ci il tarixli məktub əsasında SOCAR AQŞ-yə göndərilmişdir. Sorğuda göstərilən məsələlərlə bağlı bildirilir ki, 2-1(112)- 8537/2021 nömrəli məktub tərəflərindən ətraflı məlumat yazılmaqla və lazımı sənədlər əlavə edilməklə cavablandırılmışdır. Eyni zamanda "xxxx" MMC-də işləmiş işçi İddiaçı ilə bağlı xx.xx.2021-ci il tarixli, AQŞ 080/21 saylı arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi üçün işçiyə təqdim edilmişdir və həmin arayış hazırda məhkəmə sənədləri içərisində mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, işçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tərəfimizdən əsaslandırılmış sənədlər aidiyyəti üzrə məhkəməyə və aidiyyəti qurumlara göndərilmişdir. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağına köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının nümayəndəsi X2 ünvanlandığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 4 may 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 ci madddəsinə görə yeraltı işlər, incəsənətin susi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr nəzərdə tutulmuşdur. Etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı dair Mərkəzi Filiala təqdim etdiyiniz 5 noyabr 1983cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və SOCAR-AQŞ MMC-nin ona dair 23 dekabr 2020-ci il tarixli AQS 468/20 nömrəli arayışında İddiaçı xx.xx.2013-cü il tarixindən bugünədək X9 Avadanlığı üzrə mütəxəssis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi mütəxəssis vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 1 ay 20 gün (xx.xx.2004-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Əlavə olaraq bildirilir ki, İddiaçı eyni məzmunlu müraciətləri tərəfimizdən 15 dekabr 2020-ci il tarixli **********9 nömrəli və 10 fevral 2021-ci il tarixli **********4 nömrəli məktublarla cavablandırılmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının güzəştli iş stajının qanunla tələb olunan müddətdən az olduğunu əsas götürməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona xx.xx.2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1960-ci il təvəllüdlü olmaqla 60 yaşını xx.xx.2020-ci il tarixdə tamamlamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçının təhsil barədə sənəd və əmək kitabçasına əsasən xx.xx.1978-xx.xx.1983-cü ilədək təhsil dövrü 04 il 09 ay 14 gün, əmək fəaliyyəti dövrü xx.xx.1983-xx.xx.1985-ci ilədək 01 il 09 ay 13 gün, xx.xx.1985- xx.xx.1986-cı ilədək 11 ay 09 gün, xx.xx.1986-xx.xx.1998-ci ilədək 11 il 08 ay, xx.xx.1998-xx.xx.1999-cu ilədək 09 ay 13 gün, xx.xx.1999-xx.xx.2004-cü ilədək 05 il 04 ay 05 gün, xx.xx.2004-xx.xx.2012ci ilədək 08 il 01 ay 21 gün, xx.xx.2013-xx.xx.2018-ci ilədək 05 il 02 gün, xx.xx.2018xx.xx.2020-ci ilədək (60 yaşı tamam olduğu günədək) 02 il 04 ay 05 gün olmaqla ümumi iş stajı 40 il 09 ay 22 gün təşkil edir. Qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. Cavabdehin mübahisələndirdiyi güzəştli iş stajı ilə bağlı dəlili ilə isə məhkəmə aşağıdakılara əsasən razılaşmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, iddiaçının güzəştli iş stajı ilə bağlı iki iş yerindən arayış təqdim edilmişdir. İ. SOCAR “X8” trestinin xx.xx.2021-ci il tarixli SDS-11642 nömrəli arayışına əsasən xx.xx.1998-xx.xx.1999-cu ilədək işlədiyi qazma köməkçisi pəşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11297-kodu ilə qazmaçılar peşəsinə, xx.xx.2004-xx.xx.2012-ci ilədək NÖC və A üzrə çilingər peşəsi və mexanik peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-18494 nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı''nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik peşəsi, 10.1 b) mexanik peşəsinə uyğun olmaqla 08 il, 11 ay, 02 gün təşkil edir. Cavabdeh iddiaçının qeyd edilən xx.xx.1998-xx.xx.1999 və xx.xx.2004-xx.xx.2012ci ilədək olan güzəştli iş stajını mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi iddiaçının SOCAR AQŞ MMC-də xx.xx.2013 xx.xx.2016-cı il tarixləri ərzində “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, xx.xx.2016 - xx.xx.2021-ci il tarixlərində isə “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələrində işlədiyi dövrü güzəştli iş stajı kimi hesablamamışdır. Cavabdehin dəlilinə görə iddiaçının işlədiyi “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısr'nın 10 1-ci bəndində göstərilən “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar" vəzifəsinə uyğun deyil. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. İşəgötürən “SOCAR- AQŞ" MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışında, eləcə də məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən xx.xx.2021-ci il tarixli SDS-12489 nömrəli məktubunda “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələrinin əmək funksiyalarının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısının 10.1-ci bəndində göstərilən “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar" peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etdiyi, iddiaçıya işlədiyi vəzifənin zərərliliyi nəzərə alınmaqla ona əsas əmək məzuniyyətindən əlavə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 6 gün əlavə məzuniyyət verildiyi bildirilmişdir. SOCAR AQŞ-dən əldə edilmiş dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis vəzifəsinin vəzifə təlimatına əsasən həmin vəzifənin məqsədi bütün iş sahələrində yerləşən nəzarət ölçmə avadanlıqlarının fasizləsiz istismarının təmin edilməsinə nəzarət, profilaktik və planlı texniki xidmət işlərinin aparılması, əmək funksiyası- NÖA-nın fasiləsiz işinin təminat üçün plan xəbərdarlıq təmirlərinin, rüblük, illik və perspektiv iş planlarını işləyib hazırlamaq, NÖA-nın istsimarına nəzarət, onların periodik yoxlanmasını yüksək səviyyədə həyata keçirmək, cari və profilaktik təmirləri vaxtında aparmaq və s. göstərilmişdir. X8 Trestindən xx.xx.2021-ci il tarixli məktubla əldə edilmiş “nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” və “nəzarət ölçü cihazları və avtomatika üzrə böyük mühəndis” vəzifələrinin peşə təlimatlarına əsasən həmin vəzifələrin məqsədi stasionar özüldə istismar olunan NÖC və A vasitələrinin istismarına nəzarət, nümunəvi cihazlar və kalibratorlarla yoxlanılması, sınaqdan keçirilməsi, texniki xidmət və təmir işinin təmin edilməsi, yeni və müasir cihazlara olan tələbatın müəyyən edilməsi, fəaliyyət-NÖC və A vasitələrinin istismarına nəzarət və texniki baxış işlərinin həyata keçirilməsi, NÖC və A vasitələrinin təmiri və kalibrlənməsinin həyata keçirilməsi və s. təşkil edir. Göründüyü kimi cavabdehin güzəştli iş stajı kimi qəbul etdiyi xx.xx.2004xx.xx.2012-ci ilədək NÖC və A üzrə çilingər peşəsi və mexanik peşələrinin vəzifə təlimatlarındakı əmək funksiyaları iddiaçının bilavasitə SOCAR AQŞ-də işlədiyi dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis peşəsinin vəzifə təlimatında göstərilən əmək funksiyaları ilə eynilik təşkil edir. Başqa sözlə, cavabdeh hər iki idarədə əmək funksiyaları oxşar olan vəzifələrin hansı xüsuiyyətlərinə görə birini güzəştli hesab etdiyi halda, digərini güzəştli hesab etməməsinin əsasını sübut edə bilməmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçının xx.xx.2013 - xx.xx.2016-cı il tarixləri ərzində “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, xx.xx.2016 - xx.xx.2021-ci il tarixlərində isə “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın 10.1-ci bəndində göstərilən “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar" peşəsinə uyğundur. Beləliklə, iddiaçının xx.xx.1998-xx.xx.1999 və xx.xx.2004-xx.xx.2012-ci ilədək 08 il, 11 ay, 04 gün + xx.xx.2013 - xx.xx.2016; xx.xx.2016–xx.xx.2020 (60 yaş tamam olan günədək) 07 il 04 ay 07 gün olmaqla ümumilikdə güzəştli iş stajı 16 il 03 ay 11 gün təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 38400,00 manat hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16205,47 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 85356,74 manat olmaqla cəmi pensiya kapitalı 101562,21 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 şərtin - yaş, ümumi və güzəştli staj, pensiya kapitalı mövcud olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni 09 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova