Məhkəmə qərarları › İş №2-1(112)-16128/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16128/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16128/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “dəqiqləşdirici arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-3/2-M-7xx-xx/2023 saylı cavab məktubunun əsassız hesab edilməsi, xx.xx.2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısının 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 saylı Dəniz və çay donanması yarımbölməsində 23003020 - Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) 23003020- 14706 “bütün adlarda motorçular” bəndinə əsasən dəqiqləşdirici arayışın Nazirlər Kabinetinin 175 nömrəli qərarına 2 nömrəli əlavəyə uyğun verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il tarixdə doğulmuş, 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 57 yaşından, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bütün tələb olunan sənədləri xx.xx.2021-ci il tarixdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN 3” mərkəzinə təqdim etmişdir. Lakin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq xx.xx.2021-ci il tarixli **********5 saylı cavab məktubu ilə bildirmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: Şəxsiyyət vəsiqəsinin surəti; Ümumi iş stajını təsdiq edən sənədlərin əslləri; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; Pensiya təyin edilməsi ilə bağlı ərizə. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə 7-ci bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Ona görə də işlədiyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavoduna müraciət etmişdir. 901 saylı Üzən tərsanənin rəisinin imzaladığı xx.xx.2022-ci il tarixli 72 saylı dəqiqləşdirici arayışda xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi Aleksey Şipyagin tərsanəsində 1-ci dərəcəli motorçu, xx.xx.1993-cü ildən 0103.2004-cü ilə kimi Y.İbrahimov adına üzən tərsanədə birinci dərəcəli motorçu və xx.xx.2005-ci ildən xx.xx.2013-cü ilə kimi böyük motorçu vəzifəsində işlədiyi və üzən tərsanələrdə əsas və köməkçi mexanizmlər qapalı sahədə yerləşdiyindən, vəzifəsinə uyğun olaraq, öz işini qapalı sahədə həyata keçirməsi qeyd olunmuşdur. Dəqiqləşdirici arayış tələb olunan əlavəyə uyğun verilmədiyinə görə, xx.xx.2023-cü il tarixli 13-3-3/1-647 saylı vəkil sorğusu ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavoduna müraciət edilmişdir. “Bibiheybət” Gəmi Təmiri Zavodunun baş mühəndisi İ.Cavadovun imzası ilə vəkil sorğusuna 04. 09. 2023-cü il tarixli 13- 3-3/2-720/23 saylı cavab məktubunda bildirilmişdir ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunun motorçusunun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6-cı bəndində qeyd olunmadığından, ona güzəştli arxiv arayışının verilməsi məqsədə uyğun sayılmır. Ona görə də güzəştli arayışın 2 nömrəli əlavəyə uyğun olaraq verilməsi üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədrinə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2023-cü il tarixli 13-3/2-M-7xx-xx/2023 saylı cavabında bildirilmişdir ki, (cavabı xx.xx.2023-cü il tarixdə almışdır) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 saylı Əlavədə göstərilən formada arayışda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulan peşə (vəzifə) qeyd olunmalıdır. X1 və çay donanmasının sahil heyətinə aid olan peşələr (vəzifələr) sırasında “motorçu” vəzifəsi qeyd edilmədiyi üçün bu vəzifədə işlədiyi dövr üzrə sözügedən formaya uyğun “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayış"ın verilməsi mümkün deyil. Halbuki xx.xx.2006-cı il tarixinə kimi 25 ildə çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı olduğuna görə dəqiqləşdirici arayış Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısının 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 - Dəniz və çay donanması yarımbölməsində, 23003020 - Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) kod 23003020 - 14706 “bütün adlarda motorçular” nəzərdə tutulmuşdur ki, bu da birbaşa onun vəzifəsinə aid olduğu halda, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 saylı Əlavədə göstərilən formada arayış verməkdən imtina edilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-3/2-M-7xx-xx/2023 saylı cavab məktubunun əsassız hesab edilməsi, xx.xx.2006-cı il tarixinə kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ yarandığına görə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısının 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 saylı Dəniz və çay donanması yarımbölməsində 23003020 - Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) kod - 23003020- 14706 “bütün adlarda motorçular” nəzərdə tutulduğuna görə dəqiqləşdirici arayışın Nazirlər Kabinetinin 175 nömrəli qərarına 2 nömrəli əlavəyə uyğun tərtib edilərək verilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müvafiq sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqənin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri; (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənədin və s.); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 13-3/2-M- 7xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 saylı əlavədə göstərilən formada arayışda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşə (vəzifə) qeyd olunmalıdır. X1 və çay donanmasının sahil heyətinə aid olan peşələr (vəzifələr) sırasında “motorçu” vəzifəsi qeyd edilmədiyi üçün bu vəzifədə işlədiyi dövr üzrə sözügedən formaya uyğun “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış”ın verilməsi mümkün deyil. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 13-3-3/2-720/23 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Bibiheybət” Gəmi Təmiri zavodunun motorçusu İddiaçı Mansir oğlunun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6-cı bəndində qeyd olunmadığından, ona güzəştli arxiv arayışının verilməsi məqsədə uyğun sayılmır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən təqdim edilmiş 72 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən o həqiqətən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin ’’Bibiheybət” Gəmi Təmiri Zavodunda xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Aleksey Sipyagin tərsanəsində 1-ci dərəcəli motorçu işləmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər Y.İbrahimov adına üzən tərsanədə birinci dərəcəli motorçu işləmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixə qədər böyük motorçu vəzifəsində işləmişdir. Üzən tərsanələrdə əsas və köməkçi mexanizmlər qapalı sahədə yerləşdiyindən İddiaçı vəzifəsinə uyğun olaraq, öz işini qapalı sahədə həyata keçirmişdir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1986-cı il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək cavabdeh qismində göstərilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud olmadığı və onun çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin müvafiq tələb ilə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli ümumi məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyil. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, sözügedən birliyin inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Bununla yanaşı, hazıki mübahisə iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri ilə bağlı yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada və tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar