Məhkəmə qərarları › İş №2-1(112)-1613/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1613/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1613/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X1 (böyük mütəxəssis, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən, yəni 08.02.2015ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Salyan şəhərində anadan olmuşdur, ali təhsillidir. 21.09.1984-cü il tarixdən qanunla nəzərdə tutulmuş 01.01.2006-cı il tarixədək (ümumilikdə 21 il 03 ay 10 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın 10-cu Bölməsinin (Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı) 21.09.1984-cü il tarixdən 16.10.1986-cı il tarixədək çilingər 1100000a-18497 şifrinə (02 il 00 ay 25 gün); 08.02.1993-cü il tarixdən 01.08.1995-ci il tarixədək böyük mexanik 1100000b-23485 şifrinə (02 il 05 ay 23 gün); 01.08.1995-ci il tarixdən 20.11.1995-ci il tarixədək çilingər 1100000a-18559 şifrinə (03 ay 19 gün); 20.11.1995-ci il tarixdən 17.05.1999-cu il tarixədək mexanik, böyük mexanik 1100000b- 23485 şifrinə (03 il 05 ay 27 gün), 17.05.1999-cu il tarixdən 01.01.2006-cı il tarixədək lay təzyiqinin saxlanması sexində rəis müavini vəzifələri 100000b—24125 şifrinə (06 il 07 ay 14 gün) uyğundur. Beləliklə xüsusi iş stajı adlanan kateqoriya 10 ildən artıq təşkil edir ki, bu da hazırki iş üzrə iddia tələbinin təmin olunması üçün əsasdır. Bundan əlavə 16.10.1986-cı il tarixdən 01.09.1990-cı il tarixədək neftin kompleks hazırlanması və nəqli sexində mühəndis, 02.09.1990-cı il tarixdən 08.02.1993-cü il tarixədək baş mexanika şöbəsində mühəndis-mexanik vəzifələri həmin Siyahıda birbaşa şifrlə qeyd olunmasa da, məhkəmədə mübahisə olduğu halda müvafiq sorğular verərək bu vəzifələrin funksiyaları məhkəmə tərəfindən aydınlaşdırıla bilər. Göstərilən sübutların əldə edilməsi nəticəsində müəyyən etmək olar ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda göstərilən peşə və vəzifələrə uyğundur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi 07.11.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ünvanladığı müraciətə cavabda 01.01.2006-cı il tarixədək güzəştli iş stajın 10 ildən az təşkil etdiyini əsassız olaraq bildirmişdir. Göstərilənlərlə bağlı aşağıdakıları qeyd edir. Oxşar işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 17 may 2018-ci il tarixli 2- 1(103)-1230/2018 nömrəli Qərarında qeyd olunur ki, 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin qərarda göstərilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa görə əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə əsasən Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında“ Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər həmin Qərara 2 nömrəli əlavə kimi 55 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axınncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Bundan əlavə bildirilir ki, “Vətəndaşların pensiya təminatı haqqında“ Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında“ AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin 3, 4, 5ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il 6 ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sonda Apellyasiya instansiyası belə nəticəyə gəlir ki, “Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası 19.06.2019-cu il tarixdə 2- 1(102)-2135/19 nömrəli iş üzrə Qərarında qeyd etdiyi kimi, “İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir”. Ali Məhkəmənin İnzibati Kollegiyası 22.05.2020-ci il (iş № 2-l(102)-799/2020) tarixli Qərarında qeyd olunur ki, “Yuxarıda qeyd olunanlara əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası iddiaçının “doker- mexanizator” şagirdi vəzifəsində işlədiyi dövrlə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq buna münasibətdə qeyd etməyi zəruri hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə tələblərə baxarkən məhkəmələr, yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq ilk növbədə şəxsin çalışdığı peşənin müvafiq Siyahıya uyğun olub-olmadığını aydınlaşdırmalıdır. Hazırki işə apellyasiya instansiya məhkəməsində baxılarkən iddiaçının əmək kitabçasında olan qeydlər və "xxxx" QSC tərəfindən verilmiş arayışdan məlum olmuşdur ki, iddiaçı 15.12.1980-ci ildən 13.03.1984cü ilədək doker-mexanizator vəzifəsində deyil, doker-mexanizator şagirdi vəzifəsində işləmişdir. Apellyasiya bu halı nəzərə alaraq iddiaçının güzəştli şərtlərlə iş stajının 12 il 6 aydan az olduğunu hesab etmiş, iddiaçı da bu halı mübahisələndirmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndində “limanlarda yükün aşırılması işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorlar)” vəzifəsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “doker-mexanizator” şagirdi ilə “dokermexanizator” vəzifələri faktiki olaraq eyni funksiyaları yerinə yetirdiyindən “dokermexanizator” şagirdi kimi iddiaçının işlədiyi illər də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına əlavə edilməlidir. Beləliklə, apellyasiya məhkəməsi iddianı təmin edərkən işin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.” Ali Məhkəmə qərarlaında xüsusilə qeyd edilir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə tələblərə baxılarkən məhkəmələr ilk növbədə iddiaçının çalışdığı peşənin müvafiq Siyahıya uyğun olubolmadığını aydınlaşdırmalıdır. ... İşin yuxarıda qeyd olunan hallarından görünür ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçının işlədiyi müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan müəssisələrə uyğunluğu müəyyən olunsa da, peşələrin müvafiq Siyahıdakı peşələrə uyğun olması barədə araşdırma aparılmamışdır. ... Beləliklə, sözügedən Siyahıda göstərilən vəzifələrlə iddiaçının işlədiyi vəzifələr eyni olmasa da, apellyasiya instansiya məhkəməsi bu halı araşdırmamış, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını əsassız olaraq dəyişdirmədən qüvvədə saxlamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Belə olan halda, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli, 09.01.2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının müvafiq illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısf’nın Vİİİ Bölməsində nəzərdə tutulan vəzifələrə uyğun olubolmadığını müəyyən etməli, nəticədən aslı olaraq ədalətli qərar qəbul etməlidir”. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən, yəni 08.02.2015-ci il tarixdən verilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hesab olunur ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az təşkil edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Salyan şəhərində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı, 21 sentyabr 1984-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 21.09.1984-cü il tarixə İstismar avadanlığı prokat-təmir sexinə bilavasitə neft və qaz çıxarılması obyektlərində avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə çilingər qəbul edilmişdir. 16.10.1986-cı il tarixdən neftin kompleks hazırlanması və nəqli sexinə mühəndis keçirilmişdir. 01.07.1988-ci ildə SİKP XXİİ qurultayı adına İB ləğv edilmiş və onun bazasında SİKP XXİİ qurultayı adına NQÇİ (Neft və Qazçıxarma İdarəsi) yaradılmışdır. 01.09.1990-cı il tarixdə işdən azad edilərək, köçürmə yolu ilə “28 Aprel” adına NQÇİ-nə keçirilmiş və həmin tarixdə “28 Aprel” adına NQÇİ-nin İdarəetmə Aparatının Baş Mexanika şöbəsinə 2-ci dərəcə ilə mühəndis vəzifəsinə qəbul edilmişdir. 08.02.1993-cü il tarixdən LTSS sexinə böyük mexanik keçirilmiş, 01.07.1994-cü il tarixdən əməyin ödənilməsinin vahid tarif cədvəlinə keçməsi ilə əlaqədar həmin sexdə 11-ci dərəcəli mexanik keçirilmiş, 01.08.1995-ci il tarixdən QKS-nin 2 saylı SK stansiyasının qazın yığılması, qurudulması və separasiya avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, NQİH və N sexinə 11-ci dərəcəli mexanik keçirilmiş, 05.07.1996-cı il tarixdə 12-ci dərəcə təqdim edilmişdir. 17.05.1999-cu il tarixdə lay təzyiqinin sabit saxlanması sexinə rəis müavini, 10.11.2007-ci ildə lay təzyiqinin saxlanması sexinə 15-ci dərəcəli rəsi vəzifəsinə təyin edilmiş, 01.11.2008-ci il tarixdən işdən azad olmuşdur. 03.11.2008-ci il tarixdən 22.09.2011-ci il tarixədək "xxxx" MMC-yə Yod tərkibli su çıxarma sexinin rəisi vəzifəsində işləmişdir. 23.09.2011-ci il tarixdən "xxxx" ASC-yə 11-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, 01.12.2011-ci il tarixdən mexanika şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmiş, 17.09.2014-cü il tarixdən 15-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, 15.09.2016-cı il tarixdən əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 15-ci dərəcə ilə Elektromexanika və avtomatika departamentinin mexanika şöbəsinə aparıcı mühəndis, 23.10.2018-ci il tarixdən 15-ci dərəcə ilə mexanika şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifəsə əmək fəaliyyətini davam etdirir. İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma İdarəsi tərəfindən verilmiç 02.10.2019-cu il tarixli, QM01-ink/601 saylı arxiv arayışından görünür ki, “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1984-1990cı illər üçün əmək haqlarının şəxsi hesablarında, 1990-cı il üçün T-2 formalı şəxsi vərəqəsində, xx.xx.1963-cü ildə anadan olmuş İddiaçı 21.09.1984-cü il tarixdən 16.10.1986-cı il tarixədək İstismar avadanlığının kirayə təmiri sexində neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə təmirçi çilingər 4-cü dərəcə, 16.10.1986-cı il tarixdən 01.09.1990-cı il tarixədək neftin kompleks hazırlanması və nəqli sexində mühəndis vəzifəsində işləmişdir. İddiaçı 29 avqust 1990-cı il tarixdən “28 Aprel” adına Neft və Qazçıxarma İdarəsinə keçirmə yolu ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarındakı İstehsalatın peşə və vəzifələrin 1 saylı Siyahısının X bölməsinin 2a yarımbölməsinə əsasən güzəştli şərtlərlə iş stajı; 1) 21.09.1984-16.10.1986 (şifr) 1100000a-18559 neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidmət üzrə təmirçi çilingər peşəsi üzrə iş stajı – 02 il 25 gün; 2). 16.10.1986-01.09.1990 mühəndis peşəsi üzrə iş stajı 03 il 10 ay 15 gün təşkil edir. Cəmi 05 il 11 ay 10 gün. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 may Neft və Qazçıxarma İdarəsi” tərəfindən verilmiş 14 sentyabr 2019-cu il tarixli, 01-01inz/177 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 noyabr 1991-ci il 400 saylı qərarına əsasən “28 Aprel" adına Neft və Qazçıxarma İdarəsinin adı dəyişdirilərək, 01.01.1992-ci il tarixdən “28 May” adına Neft və Qazçıxarma İdarəsi adlandırılmışdır. İşdə olan “28 May” adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 17.09.2019-cu il tarixli, 01-01ink/184 saylı məktubdan görünür ki, sabiq işçi İddiaçı “Azneft İstehsalat” Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin arxiv fondunda olan 01.09.1990-cu il tarixli əmrinə əsasən baş mexanik şöbəsinə mexanik vəzifəsinə işə qəbul edilmişdir. 08.02.1993-cü ildə LTSS sexinə böyük mexanik keçirilmiş, 01.08.1995-ci ildə QKS-nin 2 saylı SK stansiyasının qazın yığılması, qurudulması və separasiya avadanlıqlarının təmiri üzrə çilingər keçirilmişdir. 20.11.1998-ci ildə NQİH və NS-nə mexanik keçirilmişdir. 05.07.1996-cı ildə 12-ci dərəcə verilməsi barədə əmr verilmiş, 17.05.1999-cu ildə Lay təzyiqinin sabit saxlanması sexinə rəis müavini təyin edilmiş, 10.11.2007-ci ildə Lay təzyiqinin saxlanılması sexinə 15-ci dərəcəli rəis vəzifəsinə təyin edilmişdir. 01.11.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsi ləğv edilmişdir. Beləliklə işdə olan sənədlərdən görünür ki, iddiaçı əvvəllər qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq 01.01.2006-cı il tarixədək 10 il güzəştli olmaqla 20 il ümumi stajının olduğunu əsas gətirərək, ona 52 yaşı tamam olduğu 08 fevral 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli, **********9 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, iddiaçının 07.11.2019-cu il tarixli ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9 1-cı maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə emək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-cı maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni 08.02.2015-ci il tarixdən təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə 13.06.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır). İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçıya 52 yaşı tamam olduğu 08.02.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun 01.01.2006-cı il tarixə qədər 20 il ümumi iş stajına malik olması müəyyən edilsə də, lakin həmin stajın 10 ilinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapmamışdır. İddia tələbi üzrə iddiaçı 01.01.2006-cı il tarixədək olan dövr üzrə 21.09.1984-cü il tarixdən 16.10.1986-cı il tarixədək işlədiyi çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlı 10-cu Bölməsində müəyyən edilmiş 1100000a-18497 koda, 08.02.1993-cü il tarixdən 01.08.1995-ci il tarixədək işlədiyi böyük mexanik vəzifəsinin 1100000b-23485 koda, 01.08.1995-ci il tarixdən 20.11.1995-ci il tarixədək işlədiyi çilingər vəzifəsinin 1100000a- 18559 koda, 20.11.1995-ci il tarixdən 17.05.1999-cu il tarixədək işlədiyi mexanik, böyük mexanik vəzifələrinin 1100000b-23485 koda, 17.05.1999-cu il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi rəis müavini vəzifəsinin 100000b—24125 koda uyğun olduğunu göstərmişdir. Məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində göstərdiyi və əmək kitabçasında qeyd olunmuş 01.01.2006-cı il tarixədək işlədiyi həmin vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə yoxlanılmış, lakin iddiaçının işlədiyi vəzifələr üzrə güzəştli iş stajının 10 ildən az müddəti təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının 21.09.1984-cü il tarixdən 16.10.1986-cı il tarixədək (02 il 25 gün) “Neft Daşları” NQÇİ-nin İstismar avadanlığının kirayə təmiri sexində işlədiyi neft və qaz hasilatı obyektlərində bilavasitə avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə təmirçi çilingər və 01.08.1995-ci il tarixdən 20.11.1995-ci il tarixədək (03 ay 19 gün) “28 May” adına Neft və Qazçıxarma İdarəsinin 2 saylı SK stansiyasının qazın yığılması, qurudulması və separasiya avadanlıqların təmiri üzrə çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (kod ********) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər (kod 1100000a—18559) peşəsinə uyğundur. Həmçinin iddiaçının 08.02.1993-cü il tarixdən 01.08.1995-ci il tarixədək (02 il 05 ay 23 gün) “28 May” adına Neft və Qazçıxarma İdarəsinin LTSS sexində böyük mexanik, 20.11.1995-ci il tarixdən 17.05.1999-cu il tarixədək (03 il 05 ay 27 gün) həmin İdarənin NQİH və NS sexində işlədiyi mexanik peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (kod ********) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (kod 1100000b—23485) peşəsinə uyğundur. İddiaçı bundan başqa 17.05.1999-cu il tarixdən 01.01.2006-cı il tarixədək “28 May” adına Neft və Qazçıxarma İdarəsində işlədiyi lay təzyiqinin saxlanması sexində rəis müavini vəzifəsinin «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında müəyyən edilmiş 100000b—24125 kodlu quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifəsinə uyğun olduğunu göstərmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının 17.05.1999-cu il tarixdən 01.01.2006cı il tarixədək 17.05.1999-cu il tarixdən 01.01.2006-cı il tarixədək “28 May” adına Neft və Qazçıxarma İdarəsində işlədiyi lay təzyiqinin saxlanması sexində rəis müavini vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində (kod ********) müəyyən edilmiş hər hansı vəzifə və peşəyə uyğunluğu müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırması dövründə “SOCAR”ın Baş ofisinin Mərkəzi Arxivinə sorğu göndərilərək, İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı və 2 saylı Siyahılarda nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün əsas olan əmək pensiyası hüququ verən peşələrin siyahısında hansı peşələrə uyğun olması barədə arayışın və iddiaçının işlədiyi lay təzyiqinin saxlanması sahəsinin neft, qaz və qaz kondensat, hasilat üzrə (neftqaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri (kod 1100000b-24125) ilə əhatə olunub-olunmamasına dair məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “SOCAR” “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 14.06.2021-ci il tarixli, 01-03/204 saylı məktubdan görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi İddiaçı işlədiyi Lay təzyiqinin saxlanması sahəsinin rəisi və rəis müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın Neft, qaz və qaz kondensatı hasilatı üzrə (neftqaqz mədənlərində) sexlərin, operativ istehsalat xidmətləri (kod 1100000b-24125) ilə əhatə olunmamışdır. Həmin məktuba əlavə edilmiş 03/50 saylı, 14 iyun 2021-ci il tarixli arayışdan görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi İddiaçı 08.02.1993- 31.07.1995-ci il tarixədək böyük mexanik, mexanik vəzifəsində işlədiyi 02 il 05 ay 23 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (kod 1100000a-23485) güzəştli iş stajına aiddir. İddiaçının 17.05.1999-cu il tarixdən 01.01.2006-cı il tarixədək “28 May” adına Neft və Qazçıxarma İdarəsində işlədiyi lay təzyiqinin saxlanması sexində rəis müavini vəzifəsi güzətşli pensiya hüququ verən vəzifələrə aid edilmədiyindən, həmin dövr güzəştli iş stajı kimi nəzərə alına bilməz. Belə olan halda iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı ümumilikdə Həmin peşələr üzrə iddiaçının ümumi güzəştli iş stajı 08 il 04 ay 4 gün təşkil edir. Beləliklə iddiaçı 01.01.2006-cı il tarixədək tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 20 il ümumi iş stajını toplasa da, lakin həmin stajın 10 ili güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olmadığından, cavabdeh tərəfindən iddiaçıya 52 yaşdan, yəni 08.02.2015-ci il güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar