Məhkəmə qərarları › İş №2-1(112)-1614/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1614/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1614/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının pozulma faizinin 81 faiz müəyyən edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının pozulma faizinin 81 faiz müəyyən edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu yanında X4rşı əlillik dərəcəsinin düzgün müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Tağıyev Rəhman Əli oğlunun əlillik dərəcəsinin düzgün təyin edilməsindən narazı olduğundan hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu yanında X6 əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və ona təyin edilmiş əlillik dərəcəsi üzrə orqanizmin pozulma faizinin 81 faiz müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizələr icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının övladı Tağıyev Rəhman Əli oğlunun əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə; Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik, Orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə. İQ- 40; Meyar: Psixi və davranış pozuntuları => Əqli gerilik => Orta dərəcəli əqli gerilik => Orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması” səbəbi ilə (orqanizmin funksiyalarının 70 % pozulması) müddətsiz əlillik dərəcəsi verilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasən: - xx.xx.2004-cü il təvəllüdlü Tağıyev Rəhman Əli oğlunun sağlamlıq vəziyyəti xx.xx.2014-cü il tarixdə qiymətləndirilərək onun 2 il müddətinə sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. - xx.xx.2004-cü il təvəllüdlü Tağıyev Rəhman Əli oğlunun sağlamlıq vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək onun 3 il müddətinə sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. - xx.xx.2004-cü il təvəllüdlü Tağıyev Rəhman Əli oğlunun sağlamlıq vəziyyəti xx.xx.2019-cu il tarixdə qiymətləndirilərək onun 3 il müddətinə sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. - xx.xx.2004-cü il təvəllüdlü Tağıyev Rəhman Əli oğlunun sağlamlıq vəziyyəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək ona müddətsiz ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 70 faiz pozulması ilə üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir.

9. İddiaçının oğluna təyin edilmiş əlillik dərəcəsi üzrə orqanizmin funksiyalarının pozulma faizindən narazı qalan iddiaçı cavabdehə ərizə ilə müraciət edərək oğlunun əlillik vəziyyətinin yenidən qiymətləndirilməsini xahiş etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir.

10. Məhkəmənin 2-1(112)-11715/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçının oğlu Tağıyev Rəhman Əli oğlunun əlilliyinin əyani müayinəyə əsasən təkrar qiymətləndirilməsi məqsədilə cavabdehə 30 (otuz) gün müddət müəyyən edilmişdir.

11. Məhkəmənin qərardadının icrası ilə əlaqədar cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-4/2-1733/2024 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, R.İddiaçıllik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2 nömrəli X2 D00034560BTC nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq 01,06.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir. Əlilliyin qiymətləndirilməsindən narazı olan vətəndaş qərardada uyğun olaraq həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Tağıyev Rəhman Əli oğluna dair tibbi-sosiai ekspert komissiyasının qərarının surəti məhkəməyə təqdim olunmuşdur.

12. Təqdim olunmuş 30 noyabr 2023-cü il tarixli qərara əsasən, Bakı şəhər sakini xx.xx.2004-cü il təvəllüdlü Tağıyev Rəhman Əli oğlunun əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 1 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı Tağıyev Rəhman Əli oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi iiə bağiı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı R.Tağıyev əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbisosial ekspertizası həyata keçirilmişdir. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olunmuşdur ki, Tağıyev Rəhman Əli oğlunun orqanizm funksiyalarının itirilmə faizi ilk dəfə X11 Dispanserinin xx.xx.2014-cü il tarixli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək xx.xx.2014-cü il tarixindən xx.xx.2016cı il tarixinədək “Nitq və davranış pozuntusu ilə debillik dərəcəsində ağıl zəifliyi (yüngül kəmağılılıq)” iki il müddətinə “ilkin” SİMU; xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 3 (üç) il müddətinə uzadılaraq “Nitq və davranış pozuntusu ilə debillik dərəcəsində ağıl zəifliyi (yüngül kəmağılılıq)” diaqnozu ilə “təkrar” SİMU; Bakı 8 nömrəli X5 xx.xx.2019-cu il tarixli 0017003AABD1 nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında, vətəndaşın iştirakı olmadan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, xx.xx.2019-cu il tarixindən 31,05.2022ci il tarixinədək 3 (üç) il müddətinə “təkrar” SİMU; Bakı 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli D00034560BTC nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, vətəndaşın iştirakı olmadan, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2-ci bəndinə müvafiq müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə əlillik təyinatı aparılmışdır. Qərardan narazı olan vətəndaş, xx.xx.2022-ci il tarixində orqanizm funksiyalarının yenidən qiymətləndirilməsi səbəbilə DTSERA-ya müraciət edərək, tibbi-sosial ekspertizası həyata keçirilmiş və ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2 bəndinə müvafiq müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın yaxınları məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2023-cü il tarixində DTSERA-da xəstə müayinəyə gətirilərkən “psixiatrik xəstə”, kənar şəxsin himayəsində olduğu bildirilmiş, anamnestik olaraq 2 dəfə evi tərk edərək itməsi barədə məlumat verilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, AT 130/80 mm civ.st., nəbz ritmik (1 dəqiqədə 85 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, həkimpsixatr müayinəsinin nəticəsinə əsasən ünsiyyətə qırıq səslərlə daxil olmuş, müayinənin mahiyyətini tam anlamamış, elementar biliklərinin endiyi müəyyən edilmişdir. Təqdim etdiyi sənədlər arasında, Uşaq Ruhi-Əsəb Dispanserinin xx.xx.2013- xx.xx.2013-cü il tarixli 280/13 nömrəli epikrizinə əsasən diaqnoz “Yüngül kəmağıllılıq, nitq və davranış pozuntusu”; 2 saylı X1 xx.xx.2019- xx.xx.2019-cu il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Yüngül kəmağıllılıq, nitq və davranış pozuntusu” və xx.xx.2022-xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Orta kəmağıllılıq, imbesillik, kobud nitq və davramş pozuntusu. Kənar şəxsin himayəsinə ehtiyacı var. İQ=40% (qırx faiz)” şəklində göstərilmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən, vətəndaşın əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 7.2.2 bəndinə müvafiq olaraq İQ aralığı 35-49%, OPF aralığı müddətsiz 35-80% olduğundan) ixtisaslaşmış tibb müəssisəsi olan 2 saylı X1 xx.xx.2022-xx.xx.2022-ci il tarixli epikrizində İQ = 40% göstərildiyindən, qərara alınmışdır ki, xx.xx.2022-ci il tarixli 7.2.2 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulması barədə qərar qüvvədə saxlanılsın.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun oğlu Tağıyev Rəhman Əli oğluna təyin edilmiş üçüncü dərəcə əlillik dərəcəsi üzrə müəyyən edilmiş orqanizmin funksiyalarının pozulma faizinin 70 faiz deyil 81 faiz müəyyən edilməsinə yönəlmişdir.

22. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının oğlunun əlillik dərəcəsi sonuncu dəfə Bakı 2 nömrəli X2 göndərişi əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2 bəndinə müvafiq müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı həmin təyinatdan narazı qalaraq məhkəməyə müraciət etdiyindən, məhkəmə tərəfindən iddiaçının oğlunun əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə əyani müayinə təyin edilmiş və cavabdeh tərəfindən iddiaçının oğlunun sağlamlıq vəziyyəti əyani müayinəyə əsasən yenidən qiymətləndirilmişdir. İddiaçının oğlunun anamnestik məlumatlar, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2 bəndinə müvafiq olaraq İQ aralığı 35-49%, OPF aralığı müddətsiz 35-80% olduğundan) ixtisaslaşmış tibb müəssisəsi olan 2 saylı X1 xx.xx.2022xx.xx.2022-ci il tarixli epikrizində İQ = 40% göstərildiyindən, qərara alınmışdır ki, xx.xx.2022-ci il tarixli 7.2.2 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulması barədə qərar qüvvədə saxlanılsın.

23. Göründüyü kimi, iddiaçının oğluna təyin edilmiş əlillik dərəcəsinin və həmin əlillik dərəcəsi üzrə müəyyən edilmiş orqanizmin funksiyalarının pozulması faizinin düzgünlüyü məhkəmə araşdırması zamanı bir daha öz təsdiqini tapmışdır.

24. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

25. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

26. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

27. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

29. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

30. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

32. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar