Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1614/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, iddiaçının nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “yeni plan-ölçü sənədinin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartalda yerləşən 0,12ha ölçülü 31 saylı sahənin (yeni qaydalarla ünvan: AZ1039 ünvan 1 və 0,12ha ölçülü 33 saylı sahənin (yeni qaydalarla ünvan: AZ1039 ünvan 2) faktiki məkan göstəricilərinin (koordinatlar və döngə nöqtələri sahə və konfiqurasiya, ölçü və s.) dəqiqləşdirilməsi və mövcüd uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahələrinin faktiki məkan göstəriciləri (koordinatlar və döngə nöqtələri, sahə və konfiqurasiya, ölçü və s.) əsas tutulmaqla daşınmaz əmlakın dövlət kadastrı və reyestrində müvafıq düzəlişlər edilməsi, yeni plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartalda yerləşən 0,12ha ölçülü 31 saylı sahə (yeni qaydalarla ünvan: AZ 1039 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi,7) və 0,12ha ölçülü 33 saylı sahə (yeni qaydalarla ünvan: AZ 1039 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi,6) adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüquqları ilə qeydiyyata alınmışdır,adına elektron çıxanşları (təkrar qeydiyyat nəticəsində) xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində almışdır. Torpaq sahələri ilə bağlı texniki sənədləri - plan və ölçü sənədləri də vardır. Bildirilir ki, həmin torpaq sahələrindən biri 1990-cı illərdən ailənin istifadəsindədir. Belə ki, 33 nömrəli sahə həyat yoldaşı X1 adına ayrılıb, onun adına sənədləşib və çıxarış alınıb, daha sonra həyat yoldaşı bu sahəni onun adına keçirib. 31 nömrəli sahəni isə digər şəxsdən (qonşularıdan) alqı-satqı yolu ilə alaraq adına rəsmiləşdirmişdir. 31 nömrəli sahə 2000-ci illərin ortalarından qonşusu X5 ilə qarşılıqlı razılaşma əsasında faktiki istifadəsində olub. Bildirilir ki, həmin torpaq sahələri yanaşı yerləşir,bir hasar daxilindədir, torpaq sahəsinin faktiki sahibidir və buradan istifadə edilir. Vahid hasar daxilində fərdi yaşayış evi və köməkçi sahələri vardır. Bir müddət bundan əvvəl tikililərini sənədləşdirmək istəyərkən onlara bildirilmişdir ki, guya faktiki sahələrinin məkan göstəriciləri ilə sənəd üzərində olan sahə göstəriciləri (koordinatlar və döngə nöqtələri) arasında uyğunsuzluqlar vardır. Bildirilir ki, məkan göstəriciləri ilə hüquqi və texniki sənədlərdəki uyğunsuzluqların mövcudluğu günün reallıqlarından biridir. Dövlət və qanunverici orqanlar bu uyğunsuzluqların yanlışlıqların və səhvlərin aradan qaldırılmasının, buna müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər aparılmasının hüquqi bazasını və normativ qaydalarını müəyyən etmiş, bununla bağlı artıq inzibati icraat praktikası yaranmış və məhkəmələrdə hüquqi mövqelər formalaşmışdır. Məhkəmənin 2-1(112)-1614/2025 saylı xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi dəqiqləşdirilərək, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi 5-ci kvartalda yerləşən 0.12 ha 31 saylı sahənin və 0.12 ha ölçülü 33 saylı sahənin faktiki məkan göstəricilərinə əsasən yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi icraata qəbul olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartalda yerləşən 0.12 ha ölçülü 31 saylı sahənin və 0.12 ha ölçülü 33 saylı sahənin dəqiqləşdirilməsi və mövcud uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahələrinin faktiki məkan göstəriciləri əsas tutulmaqla daşınmaz əmlakın dövlət kadastr və reyestrində müvafiq düzəlişlərin edilməsi, yeni plan-ölçünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********41 xaricolma nömrəli və xx.xx.2024-cü il tarixli, **********40 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayiş massivi, 5ci kvartal, 33 və 31 saylı sahadə yerləşən **********95 və **********94 reyestr nömrəli torpaq sahələri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 22 saylı, xx.xx.1994-cü il tarixli qərarından çıxarışa və yerləşmə sxeminə uyğun olaraq qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, göstərilən torpaq sahəsi ilə sənəd üzrə koordinatları qeyd edilən torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki göstərilən torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən 400 metr aralı məsafədə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İİİ. Tədqiq edilən sübutlar və faktiki hallar İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-S02xx-xx/2024 **********41 nömrəli məktubdan görünür ki, göstərilən torpaq sahəsi ilə sənəd üzrə koordinatları qeyd edilən torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki göstərilən torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən 400 metr aralı məsafədə yerləşir. İddiaçının vəkili və nümayəndəsinin xx.xx.2025-ci il tarixli vəsatətindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartalda yerləşən 0,12 ha ölçülü 31 saylı sahənin (yeni qaydalarla ünvan: AZ1039 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi,7.) və 0,12 ha ölçülü 33 saylı sahənin (yeni qaydalarla ünvan: AZ1039 Bakı şəhəri,Sabunçu rayonu, Maştağa qəsəbəsi,Məhəmmədhüseyn Şəhriyar küçəsi,6.) faktiki məkan göstəricilərinin (koordinatlar və döngə nöqtələri,sahə və konfiqurasiya,ölçü və s.) dəqiqiləşdirilməsi və mövcud uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahələrinin faktiki məkan göstəriciləri (koordinatlar və döngə nöqtələri, sahə və konfiqurasiya, ölçü və s.) əsas tutulmaqla daşınmaz əmlakın dövlət kadastrı və reyestrində müvafiq düzəlişlər edilməsi, yeni plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, sonuncu məhkəmə iclasında aparılmış müzakirədən sonra vəkil sorğusu ilə Maştağa bələdiyyəsinə müraciət edərək, Maştağa qəsəbəsində yerləşən, mülkiyyət hüququ ilə İddiaçı qızma məxsus olan,onun faktiki sahibliyindəki və vahid hasar daxilindəki 0,24ha torpaq sahəsindən (0,12+0,12=0,24ha) İddiaçı (və ya ailəsi) tərəfindən istifadə olunub-olunmamasına, burada tikili olub-olmamasına, buraya o və ailəsi tərəfindən sahiblik edilib-edilməməsinə, torpaq vergisi ödənilib-ödənilməməsinə dair yazılı məlumat verilməsini xahiş etmişdir. Bələdiyyənin 12 mart 2025-ci il tarixli,57 nömrəli cavab məktubunda ifadə olunmuşdur ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus, Maştağa qəsəbəsinin yaşayış massivi,5-ci kvartal, 33 və 31 saylı sahələr, yeni qaydalarla, ünvan 8 ünvanda 2400kv.m. ölçüsündə torpaq sahəsi olmaqla bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemində (BAMS) qeydiyyata alınmışdır. 33 saylı sahədə 70kv.m. və 31 saylı sahədə isə 100 kv.m. ibarət olan fərdi yaşayış evləri(tikililər) vardır və istifadələrindədir. Eləcə də bildirilmişdir ki, İddiaçı tərəfindən bələdiyyəyə müvafiq vergilər ödənilmişdir. Bələdiyyənin sözügedən arayışı ilə təsdiq olunur ki, nümayəndəsi olduğu şəxsə məxsus 31 və 33 saylı sahələr bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemində (BAMS) qeydiyyata alınmışdır. Bu,onu təsdiq edir ki, torpaq sahələrinin nömrələrində bir uyğunsuzluq yoxdur, uyğunsuzluq yalnız koordinatlardadır ki,bu da cavabdeh tərəfindən düzəldilməlidir. Arayış, həmçinin, onu təsdiq edir ki, 31 və 33 saylı sahələr nümayəndəsi olduğum şəxsin istifadəsindədir. 33 saylı sahədə 70kv.m və 31 saylı sahədə isə 100kv.m. ibarət olan fərdi yaşayış evləri (tikililər) vardır, bu tikililərdən istifadə olunur.Göründüyü kimi,torpaq sahələri faktiki istifadəçilikdədir. Əslində,faktiki istifadəçilik elektron kadastr bazası formalaşdırılması zamanı qeydiyyata alınmalı idi, lakin görünən budur ki ,ərazidə yerli müayinə aparılmamışdır. Belə ki,həmin sahələrdəki tikililər 2000-ci illərin ortalarında, hətta buna qədər inşa olunub, elektron kadastr isə 2016-cı ildən sonra formalaşdırılıb. Möhtərəm Prezidentin məlum Fərmanı - iddia ərizəsində qeyd edilmiş 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanı əsasında inzibati-ərazi vahidləri üzrə layihələr,eləcə də Maştağa qəsəbəsi üzrə layihə tərtib olunmalı çöl-ölçmə işləri aparılmalı, müvafiq qeydiyyatlar aparılmalı və düzəlişlər/dəqiqləşmələr edilməli idi. Çünki, həmin zaman nümayəndəsi olduğu şəxsin və sələfinin (özündən əvvəlki hüquq sahibinin) artıq mülkiyyət hüquqları qeydiyyata alınmışdı və müvafiq çıxarışları var idi. Bakı şəhəri və Maştağa qəsəbəsi üzrə elektron kadastr formalaşdırılması mərhələsində bu çıxarışların əlavəsi olan texniki sənədlərdəki uyğunsuzluqlar müəyyən edildikdən sonra, müvafiq kadastr məlumatları elektron kadastra işlənərkən, yaxud bundan dərhal sonra vətəndaş maraqlı şəxs kimi məlumatlandırılmalı,onun texniki sənədlərindəki uyğunsuzluqlar aradan qaldırılmalı idi. Fərmanın tələbi də bunlardır. Lakin,bunlar olunmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, sözügedən Fərmanın 2.5.-ci bəndinə əsasən, "ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasım, habelə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin”. Bu,o deməkdir ki, əgər Maştağa qəsəbəsi ərazisində ərazi vahidləri üzrə layihələr tərtib edilmişdirsə və torpaqlarla bağlı məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmişdirsə, bunun nəticəsində, əgər,həmin məlumatlarla nümayəndəsi olduğu hüquq müəyyənedici sənədlərinin (Çıxarışının və ya plan-ölçü sənədinin) məzmunundakı məlumatlarda uyğunsuzluqlar olması aşkar olunarsa və hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti yaranarsa, bu halda, ərazi reyestr orqanlarının vəzifəsidir ki, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış toıpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim etsinlər. Əslində,indiyə kimi nümayəndəsi olduğu şəxsə sözügedən bildirişi cavabdeh orqan özü təqdim etməli idi, bu bildirişlər əsasında da daşınmaz əmlakın dövlət reyestrində koordinatların düzəldilməsi /dəqiqləşdirilməsi ilə bağlı düzəlişlər edilməli və həmin düzəlişlərə uyğun yeni sənədlərin plan-ölçü sənədlərinin verilməsi təmin edilməli idi. Lakin edilmədiyi üçün, məcbur olub iddia qaldırmışdırlar. Bələdiyyənin arayışı və ödəniş qəbzləri ilə həm də təsdiq olunur ki, nümayəndəsi olduğu şəxsdən,həmin torpaq və üzərindəki tikililərlə bağlı müvafiq vergilər alınmışdır. Bu fakt da, hüquqi sahiblikdə olan (yəni,çıxarışlar əsasında) 31 və 33 saylı torpaq sahələrindən iddiaçının faktiki istifadəçiliyini təsdiq etməkdədir. Əyani sübut olaraq, hazırki vəsatətə ərazidə çəkilmiş fotoşəkillər də əlavə olunur. Fotoşəkillərdən görünür ki, sözügedən torpaq sahələrində tikililər vardır. Əlavə olaraq,qeyd edilir ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər (yəni,hazırki işə münasibətdə belə demək olar ki, plan-ölçü sənədlərində düzəlişlər dərhal olunmalıdır- E.N.). Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir (nümayəndəsi olduğum şəxsin və ondan əvvəlki hüquq sahiblərinin hüquqları 20-25 ildən çoxdur ki, mübahisələndir ilməmiş dir - E.N.). Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanunazidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Nümayəndəsi olduğu şəxs barəsində də söyləmək olar ki, onun “hər hansı imtiyazdan istifadə etməklə və ya qanunazidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən" dəlillər yoxdur,mövcud deyildir. Nümayəndəsi olduğum şəxs bunları inzibati orqanlar tərəfindən aparılmış hüquqi icraatlar gedişində, qanuni hərəkətlər nəticəsində əldə etmiş, sənədləşdirmiş və rəsmiləşdirmişdir. Buna görə mülkiyyət hüququnun prezumpsiyası, reyestr məlumatlarının toxunulmazlığı saxlanılmaqla plan-ölçü sənədlərinin yanlış məlumatlarına düzəliş edilməli, texniki uyğunsuzluqlar aradan qaldırılmalı, şəxsin hüquqları bərpa və təmin edilməlidir. Bir sözlə.nümayəndəsi olduğum şəxsin hüquqi sənədlərinin (qüvvədə olan çıxarışlarının) göstəriciləri və faktiki istifadəçiliyinin mövcud texniki göstəriciləri (tikililərinin olduğu və vegilərini verdiyi ərazinin yerləşmə göstəriciləri) veriləcək yeni sənədlərdə öz əksini tapmalıdır. Beləliklə, gətirdiyi dəlillərdən aydın olur ki, iddia tələbləri əsaslıdır,iddia tələblərini təsdiq edən təqdim ediləcək sübutlar işə əlavə olunmalı, müzakirə olunmalı və qiymətləndirilməlidir. İmtina bildirişinin dəlilləri ilə eyni olan etirazın dəlilləri də əsassızdır və qanunvericilik normalarına uyğun deyildir. Bu üzdən dəlillərinin nəzərə alınmasını, təqdim etdiyi sübutların iş materiallarına əlavə olunaraq qiymətləndirilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsinin xx.xx.2025-ci il tarixli vəsatətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu,Maştağa qəsəbəsi, Savalan yaşayış massivi,5-ci kvartalda yerləşən 0,12ha ölçülü 31 saylı sahənin (yeni qaydalarla ünvan: AZ1039 Bakı şəhəri,Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi,7.) və 0,12 ha ölçülü 33 saylı sahənin (yeni qaydalarla ünvan: AZ1039 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi,6.) faktiki məkan göstəricilərinin (koordinatlar və döngə nöqtələri,sahə və konfiqurasiya,ölçü və s.) dəqiqiləşdirilməsi və mövcud uyğunsuzluqların aradan qaldırılması, həmin torpaq sahələrinin faktiki məkan göstəriciləri (koordinatlar və döngə nöqtələri,sahə və konfiqurasiya,ölçü və s.) əsas tutulmaqla daşınmaz əmlakın dövlət kadastrı və reyestrində müvafiq düzəlişlər edilməsi, yeni plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, sonuncu məhkəmə iclasında aparılmış müzakirədən sonra hazırki iş üzrə maraqlarına toxunulan 3-cü şəxslərin – nümayəndəsi olduğu İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartalda yerləşən 31 saylı 0,12 ha ölçülü və 33 saylı 0,12 ha ölçülü torpaq sahələrinin reyestr/kadastr qeydiyyatında əks olunmuş məkan göstəricilərinin əks olunduğu torpaq sahələrinin yerləşdiyi sahələrin həqiqi sahiblərinin müəyyən edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu ilə müraciət edərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-2751/2025 nömrəli cavab məktubuna qoşma olaraq göndərilmiş, Maştağa qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan faktiki torpaq sahəsindən 400 metr aralıda yerləşən (İddiaçı məxsus texniki sənədlərin yanlış tərtib edilmiş məlumatlarına əsasən) plan-ölçü koordinatlarının hazırki sorğuya əlavə olunacaq ortofoto görüntüsündə sarı rənglə rənglənmiş hər biri 0,12 ha ölçülü olmaqla 2 ədəd torpaq sahəsinin üst-üstə düşdüyü həqiqi torpaq sahəsi sahiblərinin, onların sözügedən məhkəmə prosesinə 3-cü şəxs qismində cəlb olunmalarından ötrü, ad soyad-ata adlarına və ünvanlarına, eləcə də əmlak məlumatlarına dair yazılı arayış verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin sorğunun cavabı hələ ki,hazırlanmamışdır. Bununla belə, müəyyən edilmişdir ki, **********94 reyestr nömrəli qeydiyyatla İddiaçı mülkiyyətində olan 33 saylı torpaq sahəsinin reyestr/kadastr qeydiyyatı ilə bazaya işlənmiş yanlış (düzəldilməli olan) koordinatları X6 ad-soyadlı şəxsə, onun özünə məxsus müvafiq sənədlər əsasında və faktiki olaraq məxsus olan 209 saylı, 0,12ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Aydınlaşdırılmışdır ki, X6 2024-cü il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qaprot˝ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. e-2-1(112)-8789/2024 nömrəli həmin inzibati iş üzrə,hətta, nümayəndəsi olduğu İddiaçı keçən ilə 3-cü şəxs qismində cəlb edilibmiş də, lakin İddiaçı ailə üzvləri ilə M.Vəlixanovun nümayəndəsinin qarşılıqlı razılaşmasına əsasən,hazırki məhkəmə işinin baxılıb yekun qərar çıxarılmasına kimi M.Vəlixanov həmin iddiasını müvəqqəti olaraq geri götürmüşdür. Belə ki, İddiaçı aid texniki sənədlərdə müvafiq qaydada(məhkəmə aktına əsasən) düzəlişlər edildikdən sonra məsələ həllini tapacaq və M.Vəlixanov hüquqlarının bərpası üçün yenidən müstəqil qaydada məhkəməyə müraciət edəcəkdir.e2-1(112)-8789/2024 nömrəli sözügedən inzibati iş üzrə məhkəmənin apardığı hazırlıq araşdırılması zamanı əldə edilmiş sənədlərlə və eləcə də,özümün araşdırmalarıma müəyyən edilmişdir ki, sözügedən ünvanda – Savalan məhəlləsində **********94 reyestr nömrəli qeydiyyatla N.Salmanavanın mülkiyyətində olan 33 saylı, 0,12 ha ölçülü torpaq sahəsinin reyestr/kadastr qeydiyyatına əsaslanan yanlış məkan göstəriciləri M.Vəlixanova məxsus 209 saylı 0,12ha torpaq sahəsi ilə üst-üstə düşür. Halbuki, həmin sahə artıq 20-25 ildən çoxdur ki, M.Vəlixanovun 2008-ci il tarixli etibarnamə üzrə nümayəndəsinin – peşəsi dülgər olan X4 ad-soyadlı şəxsin qanuni sahibliyində və istifadəsindədir. Orada M.Vəlixanova və ya X3 məxsus tikililər(taxta sexi və köməkçi tikililər) vardır və buradan 3-cü şəxs M.Vəlixanovun etibarnaməli nümayəndəsi faktiki olaraq neçə illərdir ki,dülgər sexi kimi istifadə edir. Vəsatətə əlavə ediləcək etibarnamənin məlumatlarına əsasən M.Vəlixanov ünvan 12 ünvanında qeydiyyatdadır və şəxsiyyət vəsiqəsinin seriya-nömrəsi AZE 00664750-dır. Bildirirəm ki, artıq M.Vəlixanovun nümayəndəsi ilə məsələmiz aydınlaşdırılmışdır. Tərəflər arasında heç bir mübahisə və qarşılıqlı tələbin olmaması qənaətinə gəlinib,sadəcə, rəsmi texniki sənədlərdə olan uyğunsuzluğun olması ümumi fikrinə gəlinib ki,bu da məhkəmə qaydasında aradan qaldırılmalıdır ki,tərəflər müstəqil qaydada hüquqlarını bərpa etmiş olsunlar.M.Vəlixanovun etibarnaməli nümayəndəsi onun adından 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, İddiaçı sözügedən 33 saylı torpaq sahəsinin yerləşmə yerinin yanlış məkan göstəricilərinin faktiki istifadəsindəki sahəsinə uyğunlaşdırılmasına və yol verilmiş yanlışlıqların aradan qaldırılmasına etiraz etmir.Aralarında heş bir mübahisə yoxdur. Hər birisinin ayrıca torpaq sahəsi vardır,bunlar biri-birindən təxminən 400 metr aralıda yerləşir.Hər ikisi torpaq sahələrinin yerləşmə yeri koordinatlarındakı səhvlərin düzəldilməsində və uyğunsuzlquların faktiki istifadəçilikləri və hüquqi sənədləri əsas tutulmaqla aradan qaldırılmasında maraqlıdırlar. Həmin ərizənin surəti hazırki vəsatətə əlavə olunur. Həmçinin bildirmək istəyirəm ki, sonuncu məhkəmə iclasından sonra, aydınlaşdırmışam ki, nümayəndəsi olduğum İddiaçı məxsus olan 31 saylı torpaq sahəsinin məkan göstəricisinin yanlış işləndiyi 0,12ha ölçülü digər sahə X8 adsoyadlı şəxsin 0,12ha ölçülü torpaq sahəsi ilə üst-üstə düşür ki,F.Qasımova məxsus torpaq sahəsinin ünvanı da Maştağa qəsəbəsi,Savalan yaşayış məhəlləsi, 226 nömrəli torpaq sahəsidir. 226 nömrəli torpaq sahəsi Musa Vəlixanova məxsus torpaq sahəsi ilə üzbəüz sahədir. Beləliklə,yuxarıda göstərilənlərdən görünür ki, nümayəndəsi olduğum İddiaçı məxsus 33 saylı torpaq sahəsinin texniki sənədlərə yanlış işlənmiş məkan göstəriciləri X6 ad-soyadlı şəxsin 0,12ha ölçülü 209 nömrəli torpaq sahəsinin faktiki məkan göstəriciləri ilə, İddiaçı məxsus digər 31 saylı torpaq sahəsinin yanlış işlənmiş məkan göstəriciləri isə X8 adsoyadlı 0,12ha ölçülü 226 nömrəli torpaq sahəsinin faktiki məkan göstəriciləri ilə üst-üstə düşür. Hesab edilirki,İddiaçı məxsus torpaq sahələrinin texniki sənədlərində yol verilmiş yanlışlıqların düzəldilməsi adları keçən torpaq sahəsi sahiblərinin hüquqlarının bərpa olunması nöqteyinəzərindən də zəruridir. Belə ki,texniki sənədlərdə yanlış qeydiyyat əməliyyatları səbəbindən həmin şəxslərin də hüquqları pozulmuş olmuşdur. Bildirilir ki, 209 və 226 nörməli torpaq sahələrinin sahiblərinin müəyyən edilməsi üçün Maştağa bələdiyyəsinə ayrıca sorğu ilə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış məhəlləsində yerləşən 0,12 ha ölçülü 209 nömrəli torpaq sahəsinin və onun qarşı tərəfində yerləşən 0,12 ha ölçülü 226 nömrəli torpaq sahəsinin həqiqi sahiblərinə (istifadəçilərinə) dair(bələdiyyənin arxivində saxlanılan arxiv məlumatları və mövcud olan sair sənədlər əsasında) yazılı məlumat(ad,soyad,ata adı, ünvan və vardırsa,şəxsiyyət vəsiqəsi məlumatları – seriya,nömrə və FİN nömrəsi göstərilməklə) verilməsini xahiş etmişəm.Həmin sorğunun cavabı da hazırlanmaqdadır.Hesab edirəm ki, 1 saylı Bakı Ərazi İdarəsinə və Maştağa qəsəbəsinə vermiş olduğum sorğulara veriləcək cavablar iş üçün əhəmiyyətlidir. Bununla əlaqədar,bildirilir ki,növbəti məhkəmə iclasına kimi həmin sorğuların cavabları məhkəməyə təqdim olunacaqdır. Göstərilənləri əsas tutaraq,əldə etdiyi,iş üçün əhəmiyyətli olan sübutların və həmçinin, sorğuların surətlərini təqdim edərək onların iş materiallarına əlavə olunmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu Maştağa Bələdiyyəsi 57 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, 85\25 saylı vətəndaş İddiaçı mülkiyyətində olan 24 002m ibarət olan torpaq sahəsində tikilinin olubolmamamsı yerli (bələdiyyə) vergilərin kim tərəfindən ödənilməsi ilə bağlı məlumat verilməsi barədə sorğuya cavab olaraq bildirilir ki, həmin sorğuya Maştağa bələdiyyəsində müvafiq səlahiyyətlər daxilində baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Maştağa qəsəbəsinin Savalan yaşayış massivi, 5-ci kvartal , 33 və 31 saylı sahələr, yeni qaydalarla, ünvan 8 ünvanda 2400 m2 həcmində torpaq sahəsi olmaqla bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemində (BAMS) qeydiyyata alınmışdır. 33 saylı sahədə 70 kv.m və 31 saylı sahədə isə 100 kv.m ibarət olan fərdi yaşayış evləri (tikililər) vardır və istifadələrindədir. Bununlada vətəndaş İddiaçı əldə etdiyi çıxarış sənədlərinə əsasən müvafiq vergilərin bələdiyyəyə ödənməsini təmin etmişdir. Maştağa bələdiyyəsində digər məlumatların olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarından 11 nömrəli xx.xx.1997-ci il tarixli çıxarışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmış, Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmış, vətəndaşlara ayrılmış torpaq sahəsində, Baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evlərinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli **********2 nömrəli çıxarışdan görünür ki, İddiaçı Bakı Şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartal, 31 saylı sahə Yeni qaydalarla : AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi, 7 ünvanında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli X7 və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5ci kvartal, 31 saylı sahədə yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə almanova Nigar Xanhüseyn qızının mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli X2 və İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı Şəhəri, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin BN seriyalı 209061 nömrəli xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartal, 31 saylı sahə Yeni qaydalarla : AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi, 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-2751/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Üzərində tikililər mövcuddur. Faktiki sahəsi 0.24 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008- ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Eyni zamanda sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Faktiki sahə sənəd üzrə sahələrdən fərqli ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı, sahənin və üzərindəki tikililərin qeydiyyatı, o cümlədən hər hansı üst-üstə düşmə ilə bağlı bazada məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair məlumatların məhkəməyə verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********51 3-21-3-30/2-2751/2025 saylı məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Üzərində tikililər mövcuddur. Faktiki sahəsi 0.24 ha təşkil edir. Vahid elektron kadastr baza melumatlarına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Eyni zamanda sahə “yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Faktiki sahə sənəd üzrə sahələrdən fərqli ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı, sahənin və üzərindəki tikililərin qeydiyyatı, o cümlədən hər hansı üst-üstə düşmə ilə bağlı bazada məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********16 3-21-3-30/2-20616/2025 saylı məktubdan görünür ki, müraciətdə qeyd olunan sahələrin faktiki istifadçisinə dair vahid elektron kadastr bazasında məlumat aşkar edilməmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2017-ci il tarixli baxış aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki sahəsi isə 1200 kv.m-dır. Torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsində yaşayış evi inşa olunmuşdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2017-ci il tarixli baxış aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki sahəsi isə 1200 kv.m-dır. Torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsində yaşayış evi və h/t mövcüddur. IV.İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında 5-ci kvartalda yerləşən 0.12 ha 31 saylı sahənin və 0.12 ha 33 saylı sahənin daşınmaz əmlakın dövlət reyestrində faktiki məkan göstəricilərinə əsasən yeni plan ölçü verilməsini tələb edir. Qeyd edilən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyəti kii qeydə alınmışdır. İddiaçının qeyd edilən tələbini cavabdeh etirazla qarılamış və göstərilən torpaq sahəsi ilə sənəd üzrə koordintlaı qeyd edilən torpaq sahəsi arasında uyğunsuzluq olması, faktiki sahənin 400 metr aralı məsafədə yerləşdiyi əsas kimi göstərilmiş, bnunla da iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, dövlət reyetrindən qeydiyyatdan keçərkən plan ölçü verilən zaman müayinə aktında hər iki sahədə yaşayış evinin inşa olunduğu qeyd olunsa da, hazırda təqdim olunmuş ortofoto görüntüdə torpaq sahələrindən birində ümumiyyətlə tikili mövcud olmadığı müəyyən olunur. Qeyd edilən hal daşınmaz əmlaklar qeydiyyata alınarkən ölçmə işlərinin kameral şəraitdə icra olunduğuna dəlalət edir. Habelə sənəd üzrə sahəyə əsl mülkiyyətçinin müraciətinə imtinanın əsası həmin sahəyə hazırki iş üzrə iddiaçıya aid qeydə alınmış əmlakın olması olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”: 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal faktiki məkan göstəriciləri ilə yeni plan ölçü sənədinin verilməsinə maneə deyil. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə,məhkəmə hesab edir ki, İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi 5-ci kvartalda yerləşən 0.12 ha ölçülü 31 saylı sahənin və 0.12 ha ölçülü 33 saylı sahənin faktiki məkan göstəricilərinə əsasən yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi 5-ci kvartalda yerləşən 0.12 ha ölçülü 31 saylı sahənin və 0.12 ha ölçülü 33 saylı sahənin faktiki məkan göstəricilərinə əsasən yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №2-1(112)-1614/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1614/2025
10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver