Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1615/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tibb xidməti kapitanı İddiaçı xx.xx.1989-cu ildə Gədəbəydə anadan olmuşdur. 056 Hərbi hissə vəzifəsində işləyir. N 31N saylı H/hissəyə gələn əmri xx.xx.2016-cı il tarixdə almışdır. 44 günlük müharibədə döyüş əməliyyatları zamanı tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Döyüşdə iştirak elədiyi dövr N.09-xx.xx.2020 bu tarixlərdədir. Döyüşdə Ağcabədi rayonu Sarıcalı kəndi. Tərtər rayonu Talış kəndi və Ağdam rayonu. Naftalan şəhərində iştirak etmişdir. Döyüş zamanı xəsarəti yoxdur. Müharibə veteranı statusu almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdi və imtina cavabı aldı. Hesab edir ki, verilən imtina qanunsuz və əsassızdır. Belə ki 44 günlük Vətən müharibəsində bizim hərbi hissə ön cəbhədə olmasada Naftalan şəhərində, Tərtər rayonun Talış kəndində olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 4N və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020ci il tarixdən N noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks—kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin təsdiq etdiyi arayış-məlumatdan, arayışdan və hərbi hissə komandirinin əmrdən çıxarışlarından görünür ki, İddiaçı N nömrəli hərbi hissə Ağcabədi rayonunun Sarıcalı kəndində dislokasiya olunmuş və iddiaçı 44 günlük vətən müharibəsi zamanı həmin hərbi hissədə aptek rəisi vəzifəsində xidmət edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar bölmələri tibbi təchizatla təmin etmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Belə olan halda iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” Azərbayan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekbar tarixli 420 nömrəli Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020ci il tarixdən N noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə) )tələblərinə ziddir. Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 201N-ci il tarixli 2-1(102)-1161/201N nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin NN-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 4N.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4N-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Ələt qəsəbəsi, Hər şəh-1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin xx.xx.2023cü il tarixli, 14/2222 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin xx.xx.2023cü il tarixli, NN nömrəli məktubunda bildirilmişdir ki, SHXÇDX-nin Şəmkir rayon şöbəsindən gəlmiş (əsas: SHXÇDX-nin Şəmkir rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 813/250 nömrəli təyinat vərəqəsi) tibb xidməti leytenantı İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 0180 nömrəli əmrilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1 (bir) il 6 (altı) ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilərək N saylı hərbi hissənin aptek rəisi-provizor vəzifəsinə təyin edildiyinə görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 6N nömrəli əmrilə (əsas: §-4, səh-N6) xx/xx.2014-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. Qeyd edirik ki, N nömrəli hərbi hissənin 2010-2012-ci il və N nömrəli hərbi hissənin 2015-ci ildən sonrakı sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. İş materiallarına əlavə “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə arayışdan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə tibb xidməti kapitanı rütbəsi ilə tibb təchizat bölməsinin rəisi işləmişdir. xx.xx.2020-ci il tarixli N4 nömrəli əmri ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Ağcabədi rayonu Sarıcalı kəndi, Naftalan, Ağdam rayonu, Tərtər rayonunda N nömrəli hərbi hissənin tibbi təhcizat bölməsinin aptek rəisi vəzifəsində xidmət etmişdir, N nömrəli hərbi hissə və səyyar tibb qrupununun tibbi təminatının təşkilində fəal iştirak edib. Döyüşlər zamanı xəsarət almayıb. -N nömrəli hərbi hissə komandirinin əmrindən xx.xx.2016-cı il tarixli 31N nömrəli çıxarışa əsasən tibb xidməti baş leytenantı İddiaçı, Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N sentyabr 2016-cı il tarixli 0401 nömrəli əmri ilə tibbi təhcizat bölməsini aptek rəisi vəzifəsinə təyin edildiyinə görə, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Ələt qəsəbəsi) gəlmiş hesab edilsin, 14 sentyabr 201N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsin, bütün növ təminatlara qoyulsun, vəzifəsinin qəbuluna və icrasına başlasınılmışdır. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 1/5N0 nömrəli təyinat vərəqəsi. -N nömrəli hərbi hissə komandirinin əmrindən xx.xx.2021-cı il tarixli 358 nömrəli çıxarışa əsasən tibb xidməti kapitanı İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin Müavini - Quru Qoşunları komandanının 11 dekabr 2021 ci il tarixli 069 nömrəli əmrinə əsasən və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N8-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq N nömrəli hərbi hissənin tibbi təhcizat bölməsinin aptek rəisi vəzifəsindən azad edilsin və N nömrəli hərbi hissənin tibbi təhcizat bölməsinin rəisitibbi təhcizat rəisi vəzifəsinə təyin olunmuşdur. Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin Müavini-Quru Qoşunları komandanının 11 dekabr 2021-ci il tarixli 069 nömrəli əmrindən çıxarış (d/o-223) -Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 302 nömrəli arayışdan görünür ki, Tibb xidməti kapitanı İddiaçı həqiqətən də N noyabr 2016-ci il tarixdən N nömrəli hərbi hissənin təhcizat bölməsini aptek rəisi vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən "Vətən müharibəsin"-də N nömrəli hərbi hissənin Səyyar tibb qrupunun tərkibində tərkibində Ağcabədi rayonu Sarıcalı kəndi, Naftalan, Ağdam rayonu, Tərtər rayonu istiqamətlərində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. - Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 14/2222 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əkshücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasi Səfərbərlik Və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-5N/2-1831/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdə keçimş Şəmkir RHK tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2012-ci il tarixədək leytenant hərbi rütbəsində 21N və N5 saylı hərbi hisələrdə həqiqi hərbi xidmətdə olmuşdur. Vətəndaş İddiaçı xx.xx.2014-cü il tarixdə təkrar zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən qeydiyyatdan çıxarılaraq şəxsi işi aidiyyəti üzrə göndərilmişdir. Odur ki, onun hərbi xidmət keçməsi ilə bağlı sənədlərin təsdiq olunmuş ksero-surətinin Sizə göndərilməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 230 nömrəli arayışa əsasən N nömrəli hərbi hərbi hissənin tibbi təhcizat bölməsinin rəisi tibb xidməti mayoru İddiaçı həqiqətən də döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) Ağdam rayonu Çıraqlı, Güllücə, Baş Qərvənd, Novruzlu, Yusifcanlı kəndləri, Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi Ağcakənd yaşayış məntəqəsinin Sibir-Kəpəz yüksəkliklərində yaralılara yerində ilkin tibbi yardım göstərmiş və təxliyyəsini həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturalarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin tibb anbarından 05N, N və N nömrəli hərbi hissələri tibb məntəqələrinə, xx.xx.2020-ci il tarixdə, N nömrəli hərbi hissənin tibb anbarından N nömrəli hərbi hissənin tibb məntəqəsinə və NN nömrəli hərbi hissənin aptekinə, xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin tibb anbarından 15N nömrəli hərbi hissənin aptekinə, N01 və NN nömrəli hərbi hissələrin aptekinə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi N01 nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli, N10 nömrəli məktubu ilə təqdim olunmuş xx.xx.2020-ci il tarixdə N01 nömrəli hərbi hissənin aptekinin yerləşdiyi ərazinin döyüş əməliyyatları gedən ərazi olması barədə tərtib olunmuş aktından görünür ki, xx.xx.2020-ci il tarixdə N01 nömrəli hərbi hissənin tibb məntəqəsi və apteki Tərtər rayonu Talış kəndində açılmış və döyüş tapşırıqlarını icra etmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə N01 nömrəli hərbi hissənin tibb məntəqəsinin aptekinin yerləşdiyi ərazi döyüş əməliyyatları aparılan ərazidir. Həmin komissiyanın sədri: hərbi hissənin tibb xidməti rəisi: tibb xidməti kapitanı XN, üzvləri: 4-cü taborun tibb məntəqəsinin rəisi tibb xidməti baş leytenantı X4, hərbi hissənin tibb məntəqəsinin feldşeri gizir X3, hərbi hissənin tibb məntəqəsinin sanitar təlimatçısı kiçik çavuş X5 bu aktı tərtib edib imza ilə təsdiq etmişlər. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-6N/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında “ Azərbaycan Respublikası müdafi nazirinin 04 mart 2021ci il tarixli əmrinə əsasən 05N, 059, 0N9, 15N, N01 və NN nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixlin 88 nömrəli məktubunda bildirilmişdir ki, N.09-xx.xx.2020-ci il tarixlərdə gedən “Vətən Müharibəsi” zamanı N nömrəli hərbi hissənin tibb məntəqəsi döyüş əməliyyatlarının aparılmadığı Tərtər rayonu Qaradağlı kəndində yerləşmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-2352/2024 nömrəli məktubu ilə təqdim olunmuş NN nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 612 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı bildirdiyi 05 oktyabr 2020-ci il tarixdə NN nömrəli hərbi hissənin aptekinin yerləşdiyi ərazi Naftalan şəhəri Tapqaraqoyunlu kəndində olmuşdur. Döyüş əməliyyatları aparılan ərazidən kənarda olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi N01 nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixlin 1N3 nömrəli məktubunda bildirilmişdir ki, N01 nömrəli hərbi hissəyə ünvanladığınız “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə görə müraciət etmiş vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin tibb məntəqəsinə göndərilməsi barədə heç bir məlumat yoxdur. Döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissənin tibb məntəqəsi döyüş aparılan ərazidə olmamışdır, tibb heyəti müvəqqəti olaraq Naftalan şəhərinin yaxınlığında yerləşən X10 (STQ) yaxın ərazidə yerləşdirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-2352/2024 nömrəli məktubunda bildirilmişdir ki, Vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxılmış, “Vətən müharibəsi” dövründə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək döyüşlərdə iştirakına dair təqdim edilmiş sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilmiş döyüş əməliyyatlarının təminatı növləri üzrə tapşırıqların yerinə yetirməsinə dair təsdiqedici sənədlər (əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən arayışlar (aktlar) və başqa sənədlər) olmadığına görə və bu Əsasnamənin tələblərinə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-5022 nömrəli məktubunda bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə tibb xidməti kapitanı İddiaçı “Vətən müharibəsi” dövründə xidmətdə olduğu N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi Ağcabədi rayonunda olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin istinad edilən halları ilə müəyyən edilir ki, iddiaçı tibb xidməti leytenantı olmaqla Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 0180 nömrəli əmrilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1 (bir) il 6 (altı) ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilərək N saylı hərbi hissənin aptek rəisi-provizor vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 6N nömrəli əmrilə xx.xx.2014-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. İddiaçı N noyabr 2016-ci il tarixdən N nömrəli hərbi hissənin təhcizat bölməsini aptek rəisi vəzifəsində xidmət edir. İddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 230 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan zaman Ağdam rayonu Çıraqlı, Güllücə, Baş Qərvənd, Novruzlu, Yusifcanlı kəndləri, Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi Ağcakənd yaşayış məntəqəsinin Sibir-Kəpəz yüksəkliklərində yaralılara yerində ilkin tibbi yardım göstərmiş və təxliyyəsini həyata keçirmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarından müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tibb anbarından döyüş əməliyyatları aparılan ərazilərdə yerləşən hərbi hissələrin tibb məntəqələri və apteklərinə dərman və tibbi ləvazimatlarını bilavasitə təqdim etmişdir. Məhkəmə sorğularına verilmiş cavablardan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin tibb anbarından N01 nömrəli hərbi hissələrin aptekinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə N01 nömrəli hərbi hissənin tibb məntəqəsi və apteki Tərtər rayonu Talış kəndində açılmış və döyüş tapşırıqlarını icra etmiş, başqa sözlə, xx.xx.2020-ci il tarixdə N01 nömrəli hərbi hissənin tibb məntəqəsinin aptekinin yerləşdiyi ərazi döyüş əməliyyatları aparılan ərazi olmuşdur. İddiaçı hazırda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların maddi texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun N-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın Ndən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddiaçının 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Ağdam rayonu Çıraqlı, Güllücə, Baş Qərvənd, Novruzlu, Yusifcanlı kəndləri, Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi Ağcakənd yaşayış məntəqəsinin Sibir-Kəpəz yüksəkliklərində gedən döyuş əməliyyatları zamanı döyüş əməliyyatları aparan ərazilərə və hərbi hissələrə müvafiq tibbi təminatın daşıması, müvafiq təxliyyə və ilkin tibbi yardımın göstərilməsində iştirakı işin mübahisəsiz halıdır, belə ki, bu faktlar iş materiallarında olan hərbi hissənin arayışı, tibb təminatının yerlərdə təhvili barədə qaimə sənədləri, məhkəmə sorğularına verilən hərbi hissələrin cavabları ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, “Döyüş təminatı ilə bağlı tədbirlərin görülməsi” müddəası bilavasitə döyüş əməliyyatları aparan heyətin döyüş imkanlarının reallaşdırılmasının təmin edilməsi, döyüş əməliyyatları zamanı minimal itkilərlə baş tutmasının təmin edilməsinə yönəlmiş tədbirləri, o cümlədən, silahlanma, hərbi texnika ilə təmin edilməsində iştirak, müvafiq tibbi yardımın təşkili, kəşfiyyat, mühəndis təminatı və s. kimi kompleks tədbirləri əhatə edir ki, bunlardan biri də məhz döyüşən ordunun tərkibində yaralanmış və tibbi yardıma ehtiyacı olan heyətə döyüş əməliyyatları gedən bölgədə tibbi yardım göstərməklə onların yenidən döyüşə göndərilməni təmin etməkdir. İş üzrə təqdim edilmiş arayış və hərbi hissə əmri belə bir təminatın yerinə yetirilməsində iddiaçının iştirakını sübut etmək üçün kifayət edir. Belə olan halda müəyyən olunur ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməmiş, bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarxli 420 nömrəli Qərarının 1.1ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyini əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, N5 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova