Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1618/2020 04.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1973-cü il tarixdə PMK-6 idarəsinin 6 saylı trestində çilingər (slesar) kimi əmək fəaliyyətinə başlamışdır. 1973-cü ilin oktyabr ayının 10-da hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1976-cı ilin oktyabr ayının 25-də verilmiş əmrlə Bakı Soyuducular Zavoduna fəhlə vəzifəsində işə qəbul olunmuşdur. O, həmin zavodda əmək fəaliyyətini davam etdirərək, xx.xx.1999-ci ildə Dövlət Elm və Texnika Komitəsinin “Tətbiq” X3 Baş direktorunun ümumi işlər üzrə müavini vəzifəsinə qəbul olunmuş, xx.xx.2001-ci ildə həmin idarədə Mühafizə və Texniki şöbənin müdiri vəzifəsinə keçirilmişdir. O, xx.xx.2002-ci il tarixdə müəssisə ləğv olunduğuna görə işdən azad olunmuşdur. Onun 64 yaşı tamam olduğu üçün cavabdeh təşkilata müraciət edərək ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən ona 29.04 2019-cu il tarixdə verilmiş **********1 nömrəli imtina məktubu ilə qanuni xahişi təmin edilməmişdir. Həmin imtina məktubunda ”Əmək pensiyaları haqqında” Qanunun onun xahişinə dəxli olmayan maddələrinə istinad olunaraq əsassız cavab verilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırlır. Qanunun yuxarıda qeyd olunan tələblərinə diqqət yetirdikdə, aydın olur ki,qanunun 7-ci maddəsinə əlavə edilmiş qeyd nəzərə alınarsa, onun 64 yaşından əmək pensiyası hüququ vardır,onun isə 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Eyni zamanda qanunun həmin maddəsində göstərilən 25 ildən artıq söğorta stajının olması da onun təqdim etdyi əmək kitabçasından açıq şəkildə görünür. Belə ki, onun 25 il sığorta stajı 1998-ci ildə tamam olmuşdur, o, isə əmək fəaliyyətini xx.xx.2002-ci il tarixədək davam etdirmişdir. Buna görə də cavabdehə müraciət etdikdə onun 64 yaşı və 29 il sığorta stajı olduğundan ona mübahisəsiz qaydada yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh təşkilat tərəfindən ona verilən cavab əsassızdır, yaşa görə əmək pensiyasının qanuna uyğun olaraq təyin oluması məhkəmə qaydasında cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı iddia edir ki, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək PMK-6 №-li trestin “Qlavazmeliovodstroy” İdarəsində, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək Dövlət Elm və Texnika Komitəsinin “Tətbiq” X4 işləmişdir. Tərəflərindən aparılan araşdırma zamanı müvafiq müəssisələrin qeyd olunan dövrlərdə mövcud olması və vətəndaşın həmin dövrdə müvafiq müəssisələrdə işləməsi faktı şübhə yaratmışdır. Bu səbəbdən həmin müəssisələrin qeyd olunan dövrlərdə mövcud olubolmaması barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu ünvanlanmışdır. Sorğularına ünvanlanan cavab məktublarında PMK- 6 №-li trestin “Qlavazmeliovodstroy” İdarəsi və Dövlət Elm və Texnika Komitəsinin “Tətbiq” X3 aşkar edilmədiyi qeyd olunmuşdur. Həmçinin iddiaçının əmək kitabçasına əsasən, o, xx.xx.1976-cı ildən “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də işləməyə başlamışdır. Lakin xx.xx.2019-cu il tarixli qarşılıqlı yoxlama aktına əsasən, iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də işləməsi faktı öz əksini tapmışdır. Eyni zamanda yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı 1996-cı ilin fevral, iyun-oktyabr, dekabr, 1997-ci ilin yanvar-dekabr, 1998-ci ilin yanvar və fevral aylarında öz hesabına haqqı ödənilməyən məzuniyyətdə olmuşdur. Həmin illər və aylar üzrə iddiaçıya əmək haqqı və digər gəlirlər hesablanıb ödənilməmişdir. Şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin vətəndaşların pensiya kapitalı onların və sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqları əsasında formalaşır. Məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin staj kimi hesab olunması pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququnun pozulmasına gətirib çıxaracaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış **********1 saylı xx.xx.2019-cu i tarixli məktubda qeyd olunur: Əmək pensiyaları haqqında qanuna xx.xx.2019-cu il tarixə qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq əmək pensiyası haqqında qanunun Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22- 1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə görə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İş materiallarında olan əmək kitabçasının surətindən (əslinə baxış keçirilmişdir) görünürki, İddiaçıxx.xx.1973-cü il tarixdə PMK-6 idarəsinin 6 saylı trestində çilingər(slesar) kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.1973-cü ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildən xx.xx.1998-ci ildək Bakı Soyuducular Zavodunda, xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək Bakı şəhəri Statistika İdarəsində, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək Dövlət Elm və Texnika Komitəsinin «Tətbiq» X4 işləmişdir, xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 225s saylı xx.xx.2002-ci il tarixli sərəncamına əsasən müəssisə ləğv olunduğuna görə tutduğu vəzifədən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı Bakı şəhər Statistika İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Əhalinin siyahıya alınması şöbəsinin baş iqtisadçı vəzifəsində işləmişdir. Əsas: xx.xx.1998-ci il tarixli 06/k №-li əmr və xx xxxx 1999-cu il tarixli 13/k №-li əmr. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir; 146-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. O, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək PMK-6 idarəsinin 6 saylı trestində, xx.xx.1976-cı ildən xx.xx.1998-ci ildək Bakı Soyuducular Zavodunda, xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək Bakı şəhəri Statistika İdarəsində, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək Dövlət Elm və Texnika Komitəsinin «Tətbiq» X4 işləmişdir. Eyni zamanda xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 64 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1618/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1618/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver