Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1619/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N3.05.N992-ci il tarixdən N2 may N994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N (, 877, N saylı hərbi hissələrdə) bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul edilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində qərar verilməsi, qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq N3.05.N992-ci il tarixdən N2 may N994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N (, 877, N saylı hərbi hissələrdə) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində akdan irəli gələn ehtiyata buraxılmasının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə tərəfindən İPM-in N3-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, SHXÇDX-nin Zəngilan rayon şöbəsi tərəfindən N3.05.N992-ci il tarixdən, N2.05.N994-cü il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan döyüşən ordunun tərkibində 706, 877, N8N, N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan döyüşən ordunun tərkibində 706, 877, N8N, N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 82 №-li əmrilə ona, (əsas pr.4. sıra N, səh., N N2, əmrlərdə hərbi rütbə və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hərbi hissənin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək xidmət etməsi üçün tank batalyonuna göndərilmişdir. Zəngilan RHK-dan çağırılmağı komandirin N may N-cü il tarixli 82 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olunması və 28.02.N994-cü il tarixdə hərbi biletinin Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilməsi barədə məlumat vardır. N saylı hərbi hissədən xidmətini davam etdirmək üçün baş sürücü mexanik, yefreytor gəlmişdir. 0N.0N.N994-cü il tarixdən tank batalyonunun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmiş, N3.05.N992-ci il tarixdən N2 may N994-cü il tarixə qədər (yəni Atəşkəs elan edilənədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin arayışa əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də, xidmət etdiyi dövr barədə arxiv arayışında dəqiq məlumat olmadığına görə Müharibə Veteranı adı və vəsiqəsini ala bilmir. Döyüşlərdə iştirak etməyi barədə hərbi hissə komandiri təsdiq edib, lakin buna baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsi bunun əksini bildirir. XN göndərilən Arxiv Arayışında onun hərbi xidməti barəsində Arxiv məlumatının olmaması onun təqsiri ucbatında olmamışdır. Əgər xidmətdə olduğu hərbi hissənin həmin vaxtı əhatə edən əmrlər Arxivə göndərməyibsə, onun təqsiri nədir. Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu qərargah yanıb. Arxiv Arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirik. Bəs bunları kim araşdırmalıdır. Halbu ki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Belə ki, qanunla Arxiv İdarəsi həm də Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyyətlə bağlı verilən əmrlərin müəyyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Ona görə də Arxiv İdarəsi tərəfindən hərbi hissədən əmrlərin Arxiv İdarəsinə təqdim olunmaması səbəbindən ona arayışın verilməsindən imtina qanunsuzdur. Çünki, Arxiv İdarəsi həmin hərbi hissədən əmrləri tələb etməklə müvafiq hərbi qulluqçuların xidmətini bərpa etməlidir. Belə olan halda Arxiv İdarəsi tərəfindən hərbi qulluqçuya belə arayışın verilməsi, onun timsalında hüququnun kobud surətdə pozulmasıdır. Bununla da Arxiv İdarəsi onun hüququnu pozur. Ona görə də Arxiv İdarəsini məhkəməyə vermək məcburiyyətindədir. Çünki, yuxarıda göstərdiyi kimi, qanunla onun hərbi xidmətini Müdafiə Nazirliyinin Arxivi təmin etməlidir. Zərurət yaransa onun xidmətləri barəsində hərbi hissədən əmrləri tələb etməlidir. Ona görə də Müdafiə Nazirliyinin Arxiv İdarəsi bu sahədə pozulmuş hüquqlarının bərpa olunması üçün məsuliyyət daşımalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair etirazını təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası İPM-nin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia AR İnzibati-prosessual Məcəlləsinin 33.N-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “Qərarının N.4- cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmüş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin NN iyun 2020-ci il tarixli 9/2-6468 nömrəli arayışında iddiaçının N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli əmri ilə hərbi hissənin siyahısına daxil edilməsi, N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməsi, N0 may N994-cü İİ tarixli əmri ilə sürücü mexanik vəzifəsinə təyin olunması, N gündən artıq hərbi hissəni özbaşına tərk etdiyi üçün N iyul N994-cü İİ tarixli əmri ilə 04 iyun N994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarıldığı qeyd olunmuş, həmçinin N nömrəli hərbi hissə komandirinin iyundekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin dekabr N995-ci il tarixli nizami hisə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Mərkəzi Arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair arayış tərtib edilmiş, NN iyun 2020-ci il tarixli məktubla iddiaçıya təqdim edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 04.05.202N-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsi tərəfindən verilmiş NN.06.2020-ci il tarixli № ***-**** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli 82 №-li əmrilə İddiaçı (əsas: § 4, sıra N, səh NN2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hərbi hissənin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək xidmət etmək üçün tank batalyonuna göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas əlifba kitabı “may N", sıra 98, səh 39) NN.04 N975-ci il təvəllüdlü İddiaçı Zəngilan RHK-dan çağırılması, komandirin N may N-cü il tarixli 82,№-li əmrilə şəxsi heyətin siyahısına daxıl olması və 28 02 N994-cü il tarixdə hərbi biletinin Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilməsi barədə məlumat vardır. ...865. №-İL hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, baş sun/ mexanik, yefreytor X4 N8N №-lı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 27 №-li əmrilə (əsas: § 3 sıra 8, səh 64, əmrdə ad: Ayzar yazılmışdır) 0N.0N.N994-cü il tarixdən tank batalyonunun şəxsi heyətinin siyahısına daxıl edilərək bütün növ təminatlarla təmin edilmişdir. N8N №-li hərbi hissə komandirinin N0 may N994-cü ıl tarixli NN2 №-li əmrilə sıravi İddiaçı (əsas: § 9, sıra 56) 08.05.N994-cü il tarixdən tank bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək sürücü mexanik vəzifəsinə təyin olunmuşdur. N (otuz) gündən artıq hərbi hissəni özbaşına tərk etdiyi üçün çavuş X5 N8N №-li hərbi hissə komandirinin N iyul N994-cü il tarixli N57 №-lı əmrilə (əsas: § 7, sıra 4, əmrdə vəzifəsi göstərilməyib) 04 06.N994-cü ıl tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin iyun-dekabr N-cü ıl tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N8N №-li hərbi hissə komandirinin dekabr N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hıssə komandirinin N994-cü il tarixli nizami hissə üzrə əmrləri və N8N №-li hərbi hissənin N994-cü il tarixli şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlkin olaraq iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi imzalanmamışdır, bu barədə iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı qeyd edilən formal xətanı aradan qaldırmamışdır. Həmçinin, iş materiallarından aydın görünür ki, iddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən NN.06.2020-ci il tarixli ***-**** nömrəli arxiv arayışı verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.N. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazirki iddia ilə iddiaçı cavabdeh orqan tərəfindən verilmiş axiv arayışı ilə razı olmadığını, müvafiq məlumatlar üzrə arxiv arayışının verilməli olduğunu iddia edir. Məhkəmə isə hesab edir ki, arxiv arayışı cavabdeh orqanın arxivində saxlanılan məlumatlar əsasında verilir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləriddia ərizəsinin formal tələblərə cavab verməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra N0 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1619/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1619/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver