Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1619/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mobil cihaza qoyulmuş məhdudiyyətin götürülməsi və cihazın aktiv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İPHONE 14 PRO MAX markalı **********3951 İMEİ nömrəli mobil cihazına mobil operatorların şəbəkələrində xidmət göstərilməsi üzrə qoyulmuş məhdudiyyətin götürülməsi və cihazın aktiv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının mülkiyyətində İPHONE 14 PRO MAX markalı **********3951 İMEİ (X1 İdentification) nömrəli mobil cihazı vardır. Həmin cihaz "xxxx" mağazasından Qurbanlı Qurban Səlim oğlu tərəfindən kreditlə alınmış və sonradan ona hədiyyə verilmişdir. Yəni qeyd edilən cihaz bağışlama nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. X4 Səlim oğlu kredit öhdəliyini icra etməmiş və bu səbəbdən "xxxx" mağazasının müraciəti əsasında X2 Sistemi (MCQS) tərəfindən mobil cihaz deaktiv olunmuşdur. Mobil cihazın deaktiv olması qanunsuz inzibati aktdır və bu səbəbdən ləğv edilməli idi. Belə ki, "xxxx" mağazasından Qurbanlı Qurban Səlim oğlu tərəfindən kreditə alınmış və sonradan iddiaçıya hədiyyə verilmişdir. Kredit müqaviləsi isə əmlakın istifadəyə deyil, mülkiyyətə verilməsinə (özgəninkiləşdirilməsinə) dair əqddir. Çünki Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi (malların satışı, mübadiləsi, hədiyyə verilməsi) malların təqdim edilməsi hesab edilir. Göründüyü kimi, **********3951 İMEİ nömrəli mobil cihaz üzərində mülkiyyət hüququ "xxxx" mağazasından Qurbanlı Qurban Səlim oğluna keçmiş, sonuncu tərəfindən isə əşyanın iddiaçıya hədiyyə edilməsi ilə onun da mülkiyyət hüququ iddiaçıya keçmişdir. Kredit borcunun qaytarılmaması isə Qurbanlı Qurban Səlim oğlunun öhdəliyini icra etməməsidir ki, "xxxx" mağazası ona qarşı iddia qaldıraraq borcunu tələb edə bilər. Bu isə ona işarə edir ki, MCQS tərəfindən iddiaçının mobil cihazının deaktiv olunması əsassız olaraq mülkiyyət hüququnun (istifadə hüququnun) məhdudlaşdırılmasıdır. Bu baxımdan cihaz MCQS tərəfindən aktiv olunmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "X2ının aparılması Qaydası"nın 3.2.2-ci bəndinə əsasən qara səhifə aşağıdakı İMEİ nömrələri olan mobil cihazlara mobil operatorların şəbəkələrində xidmət göstərilməsi məhdudlaşdırılmasıdır: (i) Qaydaya uyğun qeydiyyata alınmamış mobil cihaz; (ii) Qeyri-qanuni yolla ölkəyə gətirilən mobil cihaz; (iii) İtirilən mobil cihaz; (iv) Oğurlanan mobil cihaz; (v) İMEİ nömrələri Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilməyən mobil cihaz; (vi) Təkrar İMEİ nömrələri olan mobil cihaz. Qeyd edilən hallardan heç biri olmadığı halda, mobil cihaz MCQS tərəfindən əsassız və qanunsuz olaraq məhdudlaşdırılmışdır. Göstərilən normativ aktda nəzərdə tutulandan başqa, mobil cihazın deaktiv edilməsi və mobil operatorların şəbəkələrində cihaza xidmət göstərilməsinin məhdudlaşdırılması əsası mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı mobil cihazına mobil operatorların şəbəkələrində xidmət göstərilməsi üzrə qoyulmuş məhdudiyyətin götürülməsi və cihazın aktiv edilməsi barədə cavabdehə müraciət etsə də, imtina inzibati aktı çıxarılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, cihazın İMEİ nömrələri mağaza tərəfindən kredit sisteminə salınıbsa, satın alınan mağazaya müraciət edilməlidir. Kredit borcu ödənmədikdə, cihazın üzərinə qoyulmuş məhdudiyyət ləğv edilə bilməz. İnzibati akt əsaslandırılmamışdır. Belə ki, ilk növbədə, "İnzibati icraat haqqında" Qanunun 61.1, 61.2 və 61.4-cü maddələrinə görə inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati aktdan isə göründüyü kimi, irəli sürdüyü heç bir dəlilə cavab verilməmiş, hər hansı bir hüquqi normaya istinad edilmədən əsaslandırılmış inzibati akt çıxarılmışdır. Yəni izah edilməmişdir ki, cihazın İMEİ nömrələri kredit sisteminə salındıqda və kredit borcu ödənmədikdə, hansı normativ sənədin hansı bəndinə əsasən cihazın üzərinə qoyulmuş məhdudiyyət ləğv edilə bilməz. "İnzibati icraat haqqında" Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, inzibati akt ləğv edilməlidir. Cavabdeh inzibati orqandır. Belə ki, "İnzibati icraat haqqında" Qanunun tələbinə əsasən inzibati orqan qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. "İnzibati icraat haqqmda" Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərardakı hüquqi mövqeyinə görə təbii inhisar tərəfindən qəbul edilən bu aktın ilk baxımdan publik xarakterli olduğu nəzərə çarpır. Ona görə ki, birtərəfli qaydada qəbul edilir. Həmçinin,Konstitusiya Məhkəməsinin "İPM-in 13-cü maddəsinin şərh edilməsinə dair" 17 sentyabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən inzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlərdə (publik hüquq münasibətlərində) tərəflərdən biri mütləq qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Göründüyü kimi, hüquqi şəxs olan cavabdeh mobil cihazların akitvləşdirilməsi ilə bağlı müstəsna səlahiyyətə malikdir, belə olan təqdirdə isə, iddiaçı həmin quruma münasibətdə qeyribərabər vəziyyətə düşür. Yəni cavabdeh güclü, iddiaçı isə zəif tərəfə çevrilir. Bu isə onun səlahiyyətini publik hüquqi xarakterli edir və hakimiyyət səlahiyyətinə malik olur. Belə olan təqdirdə, cavabdeh inzibati orqan funksiyalarına malik olur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı əsassız olaraq "xxxx" MMC-yə qarşı iddia irəli sürdüyündən təmin edilməməlidir. Belə ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə müraciəti əsasında aidiyyəti üzrə baxılmış və cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, cihazın üzərinə məhdudiyyətin qoyulması və ya götürülməsi "xxxx" MMC-nin səlahiyyətlərinə aid deyil. "xxxx"da olan məlumata əsasən mobil cihaz xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş, xx.xx.2023-cü il tarixdə cihaz "xxxx" tərəfindən müqavilə əsasında müvəqqəti istifadəyə verilib. xx.xx.2023-cü il tarixdə "xxxx" tərəfindən müvəqqəti istifadəyə verilmiş cihaz təyin olunmuş təyin olunmuş şərtlərə əməl olunmadığından deaktiv edilib. Haızrda cihazın kredit borcuna görə istifadəsi müvafiq mağaza tərəfindən deaktiv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və şifahi məhkəmə baxışı təyin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həm əvvəlki iclaslarında iddiaçının iştirakı ilə iddianın mümkünlük məsələsi müzakirə edilmiş və tərəflərin fikri dinlənilmişdir. İddaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.1-ci bəndlər). Göründüyü kimi, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Plenum Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı halda iddiaçının iddia ərizəsindən və əvvəlki məhkəmə iclasında izahatından məlum olur ki, etirazı, narazılığı və şikayəti məhz mobil cihazı üzərinə qoyulmuş məhdudiyyətin götürülməsindən ibarətdir. Bu məqsədlə cavabdeh "xxxx" MMCyə müraciət etmiş, müraciətinə cavab olaraq bildirmişdir ki, mobil cihazın İMEİ nömrələri mağaza tərəfindən Kredit Sisteminə salınıbsa, satın aldığınız mağazaya müraciət edilməlidir. Bu məsələnin həlli yalnız vətəndaş və cihazı satın aldığı mağaza arasında müzakirə edilə bilər.” Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından, həmçinin mübahisə müqavilə münasibətlərindən irəli gəlməklə mülki xarakterli daşıdığından və düzgün cavabdehə qarşı yönəldilmədiyindən iddianın mümkünlük şərtləri ödənilmir. Belə ki, işin məhkəmə araşdırması zamanı məhkəmənin sorğusu ilə "xxxx" MMC tərəfindən mübahisə predmeti olan “İphone 14” markalı **********39512 İMEİ kodu olan mobil telefonun satışı üzrə xx.xx.2022-ci il tarixli 5 nömrəli alqı-satqı müqaviləsi əlavələri və həmin müqavilənin tərkib hissəsi olan zaminlik müqaviləsi məhkəməyə təqdim edilmişdir. Məktubda həmçinin bildirilmişdir ki, müqavilə şərtlərinə əsasən alıcı və zamin dəfələrlə şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən xx.xx.2022-ci il tarixli 5 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən müqavilə üzrə tələb hüquqlarını alıcının razılığı olmadan üçüncü şəxslərə güzəşt etmişdir. Qeyd olunan alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı X3 arasındakı razılaşmaya əsasən satıcı bu müqaviləyə əsasən dəyəri 3000 (üç min) manat olan avadanlığı “Alıcı”ya nisyə satmağı, alıcı isə satılmış əşyanı qəbul edib, bu mqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci maddəsindən görünür ki, borc tam ödənilənə qədər nisya malın üzərində sərəncam verməməyi tələb etmək satıcının hüquqlarından biridir. Müqavilənin nisyə satışın təminatı adlanan 3-cü maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, ödəniş müddəti bitənə qədər satılan mal "xxxx" MMC-nin girovu hesab olunur. Borc bitənə qədər həmin mal satıla və heç kimə bağışlana bilməz. Sözügedən müqaviləyə 1 sayı Əlavədən görünür ki, alıcı X3 "xxxx" MMC-dən aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş “İphone 14 Pro Max 256 Gb”, İMEİ1: **********39512, İMEİ 1: **********86541 olan mobil cihazı borcu yarandığı təqdirdə "xxxx" MMC-dən tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə (bağlanmasına) və vahid şəbəkədə problemli müştəri siyahısına salınmasına etiraz etməmişdir. Beləliklə, təqdim olunmuş müqavilə və onlara əlavə edilmiş sənədlərdən göründüyü kimi hazırkı mübahisə müqavilə öhdəliklərinin icrası ilə bağlı yaranmışdır. Belə olan halda, iddiaçı mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq mülkiyyətində olduğunu iddia etdiyi “İphone 14” markalı, **********39512 İMEİ kodu olan mobil telefondan istifadəyə mövcud məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında aidiyyəti ümumi məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Həmin Qərarın sonuncu bəndində qeyd olunur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçılara aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış araşdırma ilə iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi əsaslandırılmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1619/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1619/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver