Məhkəmə qərarları › İş №2-1(112)-1619/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1619/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1619/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Vahid oğlunun sədrliyi, X1 ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək 2003-cü ildə əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyi müddət ərzində (2003-cü ilin oktyabr ayından xx.xx.2017-ci il tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildən hərbi xidmətdən ehtiyata buraxılmış və ona xx.xx.2003-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası iddiaçıya AR Əmək və ƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Pensiya təyin olunduqdan sonra iddiaçı 2003-cü ilin oktyabr ayından xx.xx.2005-ci il tarixədək mülki şəxs kimi, xx.xx.2005-cü il tarixdən xx.xx.2007-ci il tarixədək hərbi qulluqçu kimi Azərbaycan Respublikası Milli Təhkükəsizlik Nazirliyində xidmət etmişdir (əsas: ZE 00177164 №-li ehtiyatda olan zabitin hərbi bileti, biletin surəti əlavə olunur). İddiaçı xx.xx.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə müraciət edərək ona 2003-cü ildə əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyi müddət ərzində (2003-cü ilin oktyabr ayından xx.xx.2017-ci il tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyaının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətə xx.xx.2024-cü il tarixdə imtina cavabı verilmişdir. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, 1 iyun 2003-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Həmçinin, işləyən pensiyaçı kimi həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar, sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, 18 iyun 2017-ci il tarixindən əmək pensiyası yenidən hesablanıb (həmin tarixədək əmək fəaliyyəti və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla). Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 1 yanvar 2024-cü il tarixindən 3046,88 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində fərdi hesabının sığorta hissəsində hər hansı məbləğdə pensiya sığorta kapitalı qeydə alınmayıb. Buna görə də, əmək pensiyasının pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün deyil. II. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. III. Tədqiq edilən sübutlar və faktiki hallar: Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon X6 Vərəqinə əsasən İddiaçı ilkin pensiya təyinatı xx.xx.2003-cü il tarixdə həyata keçirilmişdir. Hərbi qulluqçuların (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə xx.xx.2007-ci il tarixli MN ZE-55133 nömrəli Məlumat Vərəqəsinə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156V maddəsinə əsasən (yaşa görə) xx.xx.2003-cü il tarixdə tərxis olunmuşdur. Təqvimi xidmət illəri 30 il 02 ay 26 gün, güzəştli xidmət illəri 05 il 08 ay təşkil edir. Hərbi qulluqçuların (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə xx.xx.2008-ci il tarixli MN ZE-55133 nömrəli Məlumat Vərəqəsinə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156V maddəsinə əsasən (yaşa görə) xx.xx.2003-cü il tarixdə tərxis olunmuşdur. Təqvimi xidmət illəri 30 il 02 ay 26 gün, güzəştli xidmət illəri 05 il 08 ay təşkil edir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Dövət Sosial Müdafiə Fonduna təqdim olunan xx.xx.2017-ci il tarixli 004603 nömrəli Məlumat Vərəqinə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157a maddəsinə əsasən (yaşa görə) xx.xx.2017-ci il tarixdə tərxis olunmuşdur. Təqvimi xidmət illəri 36 il 04 ay 23 gün, güzəştli xidmət illəri 05 il 09 ay 29 gün təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 18/1068 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən müddətsiz 1686,60 manat məbləğindəyaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Daxili Arayışda qeyd edilmişdir ki, İddiaçı (Fİn: H2UYBA) (SSN: **********707) AR Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında (VÖEN: **********) xidmət keçdiyi (işlədiyi) dövr ərzində fərdi şəxsi hesabına ödənilən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı kimidir: İllər Ödənilmiş MDSS haqqı (manatla) 2006 2007 3306,74 2008 3144,10 2009 3495,59 2010 3578,69 2011 3747,97 2012 4117,83 2013 4270,35 2014 4555,17 2015 5067,97 2016 4781,51 2017 2347,26 IV. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanıarın (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları micdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul Kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzsroe utulan şəxslərin pensiya təminatı Hə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 9.6 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaycada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxsiərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsəsən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: 2.4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarı: “Əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər- hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1 -ci maddələri ilə tənzimlənmişdir. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.” Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı ilkin pensiya təyinatı xx.xx.2003-cü il tarixdə həyata keçirilmişdir. İddiaçı əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İddiaçı adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli 004603 nömrəli məlumat vərəqi iş materiallarına əlavə olunmuşdur). Belə ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məhkəməyə təqdim etdiyi daxili arayışdan görünür ki, İddiaçı 2007-2017-ci il üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi həyata keçirilmiş və bu barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin X4 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli 004603 nömrəli məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə tərxis olunmuş, ona vəzifə maaşı 480,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə əlavə (90%) 552,60 manat , ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, peşəkarlıq, fərqlənməyə görə əlavə (50%) 240,00 manat, məharət dərəcəsinə görə əlavə (35%) 168,00 manat, məxfiliyə görə əlavə (10%) 48,00 manat olmaqla, cəmi pul təminatı (təminat xərcliyi) 1686,60 manat hesablanmışdır. İş materiallarına əlavə olunmuş pensiyanın yenidən hesablanması barədə çıxarışda qeyd edilmişdir ki, 2006-cı ildən sonrakı ümumilikdə 56688,06 manat məbləğində pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144 aya bölünməklə pensiyanın sığorta hissəsi (56688,06:144) 393,67 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının əmək pensiyasını hesablayarkən sığorta kapitalını nəzərə almamışdır. Belə ki, iddiaçıya pensiya təyin edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli 18/1068 nömrəli qərarda pensiyanın məbləği 1686,60 manat oiaraq müəyyən edilmişdir. İddiaçının qulluq keçdiyi orqan tərəfindən göndərilmiş 004603 nömrəli məlumat vərəqində də onun təminat xərcliyi eləcə 1686,60 manat müəyyən edilməklə dövlət məvacibinin və ya orta aylıq-əmək haqqının 100 faizi məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərdən də müəyyən olunur ki, iddiaçının təminat xərcliyi 1686,60 manat müəyyən edildiyi və dövlət məvacibinin və ya orta aylıq əmək haqqının 100 faiz məbləğində müəyyən olduğu halda, iddiaçıya pensiya təyinatının məbləği də 1686,60 manat olmuşdur. Belə olan halda iddiaçının 2017-ci ildə pensiyasının yenidən hesablanması zamanı 393,67 manat məbləğin nəzərə alınmadığı müəyyən olunur. Sığorta məbləği nəzərə alındığı halda iddiaçının pensiya məbləği təminat xərcliyinin 100 faiz həddində, yəni 1686,60 (təminat xərcliyi) + 393,67 (sığorta kapitalı) = 2080,27 olmalı idi. Lakin qeyd edilənlərdən göründüyü kimi, iddiaçının pensiyanın məbləği müəyyənləşdirilərkən pensiyanın sığorta hissəsi nəzərə alınmamışdır. İddiaçının pensiyası yenidən hesablanarkən həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, habelə şəxsin əmək pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə ve iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi Hə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibatı orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən xəli ger Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqar maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydads inzibati icraat apardığı, iddiaçının xeyrinə olan hallan araşdırdığı və nəzərə aldığı, bunur üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə birinci instansiya məhkəməsi- tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış ve iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququna malik olan bütün işləyən pensiyaçılar bir ümumi elementlə səciyyələnə bilər ki, onlar dövlətlə xidməti və ya əmək münasibətlərində olurlar. Bu meyara əsaslanmaqla qeyd olumalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində də göstərilmiş bütün şəxslər oxşar vəziyyətdə olmaqla qulluq stajına görə əmək pensiyasına əlavələri aimaq hüququna malikdirlər. Lakin bu fakt öz-öziüyündə bütün kateqoriyalar üçün qulluq stajına görə əmək pensiyasına əiavələri almaq şərtlərinin, o cümlədən əmək fəaliyyətinin davam etdirilməsi zamanı eyni olmasını nəzərdə tutmur. Bu zaman yerinə yetirilən işin və xidmətin xarakteri və xüsusiyyətləri vacib əhəmiyyətə malikdir. Əgər qanunverici göstərilən şəxslərin bir hissəsinə qulluq stajına görə əmək pensiyasına əlavələri almaq imkanını ümumiyyətlə nəzərdə tutmursa, belə tənzimlənmə ilə yaranan fərqli rəftarın Konstitusiyanın 25-ci maddəsinə uyğun olmasını obyektiv olaraq əsaslandırmalıdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, qanunvericilikdə iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirib sonuncu dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi - 2017-ci il tarixədək olan dövr üçün belə şəxslərin əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin məzmunundan da göründüyü kimi normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur: 1) Şəxsin işləyən əmək pensiyaçısı olması; 2) Əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də bir hal şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi müəyyən olunmuşdur. Hazırki iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən işlədiyi və sonuncu dəfə 2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasında olduğu müəyyən olunduğundan həmin norma iddiaçıya da şamil edilməlidir. Məhkəmə hesab edir ki, kassasıya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2198/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2399/2023 nömrəli, xx.xx.2023-cü ii tarixli, 2-1(102)-2450/2023 nömrəli, 30.11,2023-cü il tarixli, 2-1(102)-2164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1 (102)- 2551/2023 nömrəli, 24.11,2023-cü il tarixli, 2-1(102)-925/2024 nömrə, xx.xx.2024-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub; şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. İddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan hazırki norma iddiaçıya şamil edilməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddia tələbi təmin edilsin. İddiaçı 2003-cü ildə yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar