Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16199/2025 16.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: N saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2003-cü il tarixli Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası MN-nin 02 may 2003-cü il tarixli 012/qm saylı əmrinə əsasən Gəncə ƏRLB-nün feldşeri vəzifəsinə təyin olunmuş gizir İddiaçı, N saylı hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş hesab olunsun, xx.xx.2003-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara qoyulmuş hesab olunsun, vəzifəsini təhvil götürdükdən sonra icrasına başlasın. N saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2022-ci il tarixli Əmrindən çıxarışdan görünür ki, Baş gizir İddiaçı, N nömrəli hərbi hissənin 22-ci radiolokasiya bölüyünün feldşeri, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 02 mart 2022-ci il tarixli 05gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Bakı şəhəri) 4-cü qarışıq xüsusi təyinatlı aviasiya eskadrilyasının aviasiya manqasının (MD-530F, BELL-407) feldşeri - xilas edən (Göyərtədə) vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 14mart 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Baş gizir İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən 2022-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Baş gizir İddiaçı, 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməyib. 2022-ci ilin növbəti məzuniyyətindən istifadə etməyib. N saylı hərbi hissənin xx.xx.2024-cü il N nömrəli arayışına əsasən iddiaçı “22-ci radiolokasiya bölüyünün feldşeri” vəzifəsində xidmət edir və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. "Müharibə veteranı" adı və " Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında tibb təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə Arayış-Məlumatda göstərilmişdir:
1. Hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə 2.Soyadı, adı, atasının adı: İddiaçı
3. Rütbəsi: baş gizir
4. Vəzifəsi: N nömrəli hərbi hissənin 4-cü qarışıq xüsusi təyinatlı aviasiya eskadrilyasının aviasiya manqasının (MD-530F, BELL-407) feldşeri - xilas edən (Göyərtədə) 5.Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AZE 14668430 6.Fərdi identifikasiya nömrəsi: xxxxxxx Döyüş əməliyyatları aparılan zaman (27.09-xx.xx.2020-ci il tarixlərdə)
1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissənin 22-ci radiolokasiya bölüyü 2.Rütbəsi: baş gizir 3.Vəzifəsi: 22-ci radiolokasiya bölüyünün feldşeri 4.Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): N nömrəli hərbi hissə komandirinin xx.xx.2003-cü il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilib, xx.xx.2022-ci il N nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılıb 5.Hərbi hissə və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə) Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 026 nömrəli döyüş əmri 6.Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş və ya döyüşr təminatı üzrə növbəyə cəlb olunması ( tarix və əmrin nömrəsi göstərilməklə) N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il 066 nömrəli döyüş əmri. 7.İştirak etdiyi ərazilər: Gəncə 8.Hansı qismdə iştirak edib, həmin dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirilməsi üzrə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin)/Döyüş əməliyyatları zamanı bölmənin tibbi təminatının təşkil olunmasında, döyüş fəaliyyəti aparan şəxsi heyətin tibbi təminatının təşkil olunmasında, Hərbi Hava Qüvvələrinin ehtiyyat komanda məntəqəsində olan rəhbər heyətlərin tibbi təminatının təşkil və təhciz olunmasında, ehtiyat mövqeyə çıxan şəxsi heyətin və bölməyə ezam olunmuş şəxsi heyətin tibbi təhcizatının təşkil və təmin olunmasında , döyüş fəaliyyəti aparan şəxsi heyət və rəhbərlərin fasiləsiz olaraq tibbi vəziyyətinin yoxlanılması və tibbi ləvazimatlarla təmin olunmasında, hər hansı bir hadisə zəminində yaxınlıqda olan tibb müəssisələri ilə qarşılıqlı əlaqə yardılması və şəxsi heyətə ilkin tibbi yardımın göstərilməsi üçün tibbi təhcizatların təmin olunmasında ,döyüş fəalliyəti aparan heyətlərin , rəhbərlərin sağlamlığının qorunmasının təşkil olunması və bölmənin döyüş fəaliyyətlərində fəal iştirak etdiyinə görə. 9.Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: Xəsarət almayıb 10.Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: Xəsarət almayıb 11.Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): Xəsarət almayıb 12.Ehtlyata və istefaya buraxılması ( nizami hissə üzrə əmrin nömrəsi və tarixi): Halhazırda xidməti davam etdirir 13.Gönderdlyl SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: Hal-hazırda xidməti davam etdirir.” Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra cavabdeh) tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir: “...İddiaçı “Müharibə veteranı” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün 27 aprel 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədən döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığına görə qərar verilmədən geri qaytarılmışdır.”
İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh AR Müdafıə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, baş gizir İddiaçı N günlük Vətən Müharibəsi dövründə N N-li hərbi hissədə 22-ci radiolokasiya bölüyündə bölüyün feldşeri vəzifəsində xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 062 N-li, xx.xx.2021-ci il tarixli əmrilə, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli, N N-li əmrilə N Nli hərbi hissə N günlük Vətən Müharibəsi dövrü döyüş əməliyyatlarına cəlb olunmuşdur. Özü isə N N-li hərbi hissə komandirinin xx.xx.2020-ci il 066 N-li döyüş əmrilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş və döyüş təminatı üzrə döyüş növbətçiliyinə cəlb olunmuşdur. N günlük Vətən Müharibəsində onun fəaliyyəti döyüş təminatı üzrə aşağıdakı tapşırıqları yerinə yetirməkdən ibarət olmuşdur: Döyüş əməliyyatları zamanı bölmənin tibbi təminatının təşkil olunması, döyüş fəaliyyəti aparan şəxsi heyətin tibbi təminatının təşkil olunması, Hərbi Hava Qüvvələrinin ehtiyat komanda məntəqəsində olan rəhbər heyətlərin tibbi təminatının təşkili və təchiz olunması, ehtiyat mövqeyə çıxan şəxsi heyətin və bölməyə ezam olunmuş şəxsi heyətin tibbi təchizatının təşkili və təmin olunması, döyüş fəaliyyəti aparan şəxsi heyətin və rəhbər heyətinin fasiləsiz olaraq tibbi vəziyyətinin yoxlanılması və tibbi ləvazimatlarla təmin olunması, hər hansı bir hadisə zəminində yaxınlıqda olan tibb müəssisələri ilə qarşılıqlı əlaqə yardılması və şəxsi həyətə ilkin tibbi yardımın göstərilməsi üçün tibbi təchizatların təmin olunması, döyüş fəaliyyəti aparan heyətlərin, rəhbərlərin sağlamlığının qorunmasının təşkil olunması və bölmənin döyüş fəaliyyətlərində fəal iştirak etməsi, (əsas: N JVa-li hərbi hissə komandanlığı tərəfindən mənə “müharibə veteranı” adı verilməsi üçün barəmdə tərtib olunmuş arayış-məlumat, arayış-məlumatın surəti əlavə olunur) Lakin, ona müharibə veteranı adı verilməmişdir. O, nümayəndəsi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adı verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Lakin, ona xx.xx.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab edir.
İddia tələbinə etirazın əsasları:
Cavabdeh iddia ərizəsinə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, hazırkı iddiaya baxılmasının mümkünsüz sayılmasına əsas olan amil (iddiaçının müraciəti üzrə sənədlərin Nazirlər Kabinetinə göndərilmiş olması və cavabdehin hazırkı iddiaya cavab verməli olmaması) tərəfimizdən göstərildiyindən, iddianın mahiyyətinə münasibətimiz bildirilmir. Məlum olduğu kimi, iddianın mümkünlüyü ilə bağlı məsələyə baxılıb müvafiq akt qəbul edildikdən sonra onun mahiyyətinə münasibət bildirilməsi mümkündür. Aşağıdakılara əsasən, iddiaya baxılması mümkünsüz hesab edilməlidir:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırğının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı və vəsiqəsi verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
2. Əsasnamənin istinad olunan normasından göründüyü kimi, İkinci Qarabağ müharibəsində hərbi xidmətdə olmuş və müvafiq meyarlara cavab verən şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra mümkündür. Yəni şəxsin müraciəti üzrə inzibati orqan (hazırkı halda Müdafiə Nazirliyi) tərəfindən müsbət rəy verildikdən sonra müvafiq sənədlər müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilir. Nazirlər Kabineti tərəfindən sənədlərə baxıldıqdan sonra müraciətin təmin edilməsi məqsədəmüvafiq hesab edilməsə (razılıq verilməsə), şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün olmamaqdadır.
3. İddiaçıya münasibətdə də qeyd edilən prosedura əməl olunmuşdur. 3.1. Belə ki, iş materiallarında mövcud olan Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-25-14/2-Q-877/xx-xx/2025 nömrəli məktubdan görünür ki, iddiaçının “müharibə veteranı” adının verilməsi ilə bağlı müraciətinə komissiya tərəfindən müsbət rəy verilmiş, sənədlər razılaşdırılması üçün xx.xx.2024-cü il tarixdə Nazirlər Kabinetinə göndərilmişdir. Lakin Nazirlər Kabineti tərəfindən sənədlər geri qaytarılmışdır. Bu mövqe onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı sənədlər “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun deyildir. 3.2. Göründüyü kimi, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair müraciətinin təmin olunmasından cavabdeh tərəfindən imtina edilməmiş, sənədlər razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilmişdir. Nazirlər Kabineti tərəfindən iddiaçının sənədlərinin geri qaytarılmasına isə inzibati orqanın - hazırkı halda Müdafiə Nazirliyinin hər hansı formada müdaxiləsi mümkün deyildir.
4. Digər tərəfdən, analoji işlə bağlı bütün mövcud məhkəmə icraatlarında (istər birinci instansiya, istər apellyasiya, istərsə də kassasiya) İkinci Qarabağ müharibəsində iştirakla əlaqədar müharibə veteranı adının (vəsiqəsinin) verilməsi tələbi ilə bağlı iddialar “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi deyil”, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə sənədlərin Nazirlər Kabinetinə göndərilməsi” olaraq müəyyən edilmişdir. Yəni inzibati orqanın öhdəliyi sənədlərin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsi ilə məhdudlaşdırılmışdır. Artıq qeyd edildiyi kimi, Müdafiə Nazirliyi bu öhdəliyini iddiaçıya münasibətdə icra etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd olunmuşdur ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Cavabdeh iddia ərizəsinə yazılı münasibət (vəsatətə əlavə) təqdim edərək bildirmişdir ki, iddiaçının müraciəti üzrə sənədlər razılaşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmiş, lakin Nazirlər Kabineti tərəfindən həmin sənədlər geri göndərilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinə razılıq verilməmişdir; “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə və məhkəmə praktikasına tərəfimizdən istinad olunaraq, iddianın mümkünsüz sayılması əsasları qeyd olunmuşdur. Hazırda aşağıdakıları məhkəmənin diqqətinə çatdırmaq istərdik:
1. İş materiallarına əlavə olunan Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli 3- 25-14/2- 7079/25 nömrəli məktubu ilə əlavə edilmiş N nömrəli hərbi hissənin Arayış-Məlumatının 7ci bəndindən görünür ki, İkinci Qarabağ müharibəsi dövründə İddiaçı feldşer kimi fəaliyyət göstərdiyi ərazi Gəncə şəhəri olmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırğının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı və vəsiqəsi verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. 2020-ci il sentyavrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərində isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi mümkündür.
3. Əsasnamənin istinad olunan normalarından göründüyü kimi, İkinci Qarabağ müharibəsində iştirak etdiyini bildirən və müharibə veteranı adını almaq istəyən şəxsə münasibətdə ilk növbədə ərazi meyarı (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri) uyğun olmalıdır. Hazırkı halda isə iddiaçının iştirak etdiyi ərazi - Gəncə şəhəri həmin ərazilərdən hər hansı birinə uyğun deyildir.
4. Digər tərəfdən, iddiaçı nəinki bilavasitə aktiv döyüş əməliyyatlarında iştirak etməmiş, onun ümumiyyətlə döyüş əməliyyatlarında hər hansı formada iştirakı müəyyən olunmamışdır.
5. Məhkəmənin bir daha nəzərinə çatdırmaq istərdik ki, yuxarıda istinad olunan Əsasnaməyə müvafiq olaraq, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə.... tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərində isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi məsələsinə baxıla bilər. Hazırkı halda isə qeyd edilən meyarlar iddiaçıya münasibətdə mövcud deyildir: onun iştirak etdiyi ərazi Əsasnamədə adları çəkilən əraziə aid deyildir, iddiaçı döyüş əməliyyatlarında iştirak etməmiş və ya Əsasnamədə sadalanan ərazilərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməmiş, habelə ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirilməsində hər hansı formada iştirak etməmişdir. Göründüyü kimi, “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri baxımından iddianın təmin edilməsinin heç bir hüquqi əsas yoxdur.
6. Eyni zamanda iş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli N nömrəli arayışında “baş gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 066 nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks-hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur” qeydi ilə bağlı aşağıdakıları bildiririk: 6.1. Arayış-Məlumatın 7-ci bəndindən görünür ki, iddiaçı İkinci Qarabağ müharibə dövründə məhz Gəncə şəhərində fəaliyyət göstərmişdir (artıq qeyd edildiyi kimi, bu ərazi Əsasnamədə adıçəkilən ərazilərə aid deyildir). Bu halda hansı əsaslarla N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli N nömrəli arayışında iddiaçının işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüşlərə cəlb edilməsinin qeyd edilməsi məlum deyildir. Digər tərəfdən, feldşer qismində fəaliyyət göstərən iddiaçının hücum əməliyyatlarına və döyüş əməliyyatlarına cəlb edilməsinin mümkün olmaması (rasional olmaması) da aşkardır. 6.2. Həmçinin hərbi hissənin tərtib etdiyi aktın yeganə mötəbər sübut olaraq qəbul edilməli olmaması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını da məhkəmənin diqqətinə çatdırmaq istərdik. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(102)- 722/2025 nömrəli qərarında göstərilmişdir: “bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün müvafiq ərazilərə ezam olunma faktı hərbi biletlər, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Hazırkı halda iddiaçıya münasibətdə bu hal mövcud deyildir; birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin istinad etdiyi N saylı hərbi hissə komandirinin “iddiaçının ezam olunması ilə bağlı” tərtib etdiyi akt mötəbər qəbul edilməməlidir”.
7. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır.
Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı xx.xx.2025-ci il tarixli imtina məktubunu aldıqdan sonra xx.xx.2025-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etiraz və ona əlavə edilmiş sənədlərdən görünür ki, imtina qərarının iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin imperativ tələbi ondan ibarətdir ki, şəxsin döyüş zonasında aktiv döyüş əməliyyatlarına iştirakı və ya döyüş tapşırığı ilə bağlı hallar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edildikdə ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.074.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”. Məhkəmə qeyd edir ki, iş materiallarında olan N saylı hərbi hissənin xx.xx.2024-cü il N nömrəli arayışına əsasən iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunması bildirilsə də, iş materiallarından aşkar surətdə məlum olur ki, iddiaçı iştirak etdiyi ərazi Gəncə şəhəri olmuşdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla göndərilmiş xx.xx.2025-ci il tarixli 201 nömrəli Arayışdan görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdən N nömrəli hərbi hissənin “22-ci radiolokasiya bölüyünün feldşeri” vəzifəsində xidmət edir və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına Gəncə şəhərində cəlb olunmuşdur. Həmçinin, iddiaçı barəsində tərtib edilmiş Arayış-Məlumatda iddiaçının iştirak etdiyi ərazinin Gəncə olduğu göstərilmişdir. Belə olan halda iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı iddiaçı tələbi ərazi meyarına görə qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilə bilməz. Beləliklə, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud olmadığı üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva