Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1620/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri X4 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində ümumi torpaq icarə haqqının hesablanmasının azaldılması, İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinə müraciət edərək İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə düzəliş edilməsinə köməklik göstərilməsini xahiş etmişdirlər. Həmin müraciətə xx.xx.2022-ci ildə cavab verilmişdir ki, xx.xx.2022-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis”ə Bakı şəhər İcra Hakimiyyəti ilə “Günəş Holding MMC" MMC arasında dövlət mülkiyətində olan dövlət torpaq sahələrinin icarəsi üzrə bağlanmış müqavilələrə (hal-hazırda qüvvədə olan və ləğv edilmiş) dair məlumat verilməsi barədə müraciət olunmuş, müdiriyyət “İnterservis” tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 112 saylı məktubla Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2003-cü il tarixli 0221 nömrəli, xx.xx.2003-cii il tarixli 0225 nömrəli, xx.xx.2004-cü il tarixli 0367 nömrəli, xx.xx.2005-ci il tarixli 0472 nömrəli, xx.xx.2005-ci il tarixli 0618 nömrəli və xx.xx.2008-ci il tarixli (texniki səhvlik ilə məktubda xx.xx.2008-ci il göstərilib) 0855 nömrəli icarə müqavilələrinə dəyişiklik və ya ləğv edilməməsi bildirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli məktubla tərəflərindən bir daha Vergi Xidmətinə müraciət edilmiş və bildirilmişdir ki, iddiaçı (Vergi Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsaslanaraq, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirtmək vəzifələrinə istinad edərək, İddiaçı MMC-yə qarşı istifadə üzrə yaranmış 879699.06 manat borcun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2287/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-2(103)-915/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2287/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2-2(102)-131/2022 saylı qərarı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(103)-915/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Ona görə də, bir daha xahiş edilmişdir ki, İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə düzəlişlər edilsin. Həmin müraciətə xx.xx.2023-cü ildə cavab verilmişdir ki, eyni məzmunlu xx.xx.2022-ci il tarixli müraciətə xx.xx.2022-ci il tarixdə cavab verilib. Bundan sonra tərəflərindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan məktubların və aparılan danışıqların intensivliyi artırılmış, nəhayət 13 aprel 2023-cü ildə bir müqavilə üzrə “Ləğv etməyə dair bildiriş” əldə edilmişdir. Həmin bildirişdə göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 499 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncam ilə, Yasamal r-nu, İ.Qutqaşınlı küçəsi 476-492-ci məhəllələrdə yerləşən 56500 kv. m. torpaq sahəsinə dair bağlanmış 0855 nömrəli, xx.xx.2008-ci il tarixli torpaq icarə müqaviləsi xx.xx.2008-ci il tarixindən ləğv edilir. Həmin bildirişi əldə etdikdən sonra 18 may 2023-cü il tarixdə təkrar Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmiş və “Ləğv etməyə dair bildiriş” məktuba əlavə edilməklə, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-492-ci məhəllələrdə yerləşən 56500 kv. m., torpaq sahəsi üzrə bağlanmış 0855 saylı, xx.xx.2008-ci il tarixli müqavilənin həmin tarixdən ləğv olunduğunu nəzərə alaraq, şəxsi vərəqədə hesablanmış ümumi torpaq icarə haqqı üzrə borc məbləğinə müvafiq düzəlişin edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Həmin müraciətə cavabdeh xx.xx.2023-cü il tarixdə rəsmi cavab verərək bildirmişdir ki, eyni məzmunlu xx.xx.2023-cü il tarixli müraciətləri xx.xx.2023-cü ildə cavablandırılmışdır. Halbuki, xx.xx.2023-cü il tarixli müraciətləri əvvəlki müraciətləri oxşar məzmunlu olsa da, eyni məzmunlu olmamış, xx.xx.2023-cü il tarixli müraciətlərində konkret olaraq bir ünvan üzrə düzəliş edilməsi xahiş edilmiş, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin “Ləğv etməyə dair bildiriş”i müraciətə əlavə edilmişdir. Lakin, yenə də cavabeh əsaslı müraciətlərindən imtina etmiş, bununla da öz Əsasnaməsinə zidd olaraq hərəkətsizlik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən təqdim olunmuş iddiaya dair **********519400 saylı xx.xx.2023-cü il tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində dövlət torpaq sahələrinin icarəsi üzrə hesablamalar Bakı şəhəri İcra Hakimiyyəti ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pr. 989-cu məhəllə ünvanında yerləşən 1000,00 kv. m. sahənin illik icarə haqqı məbləği 1264,64 manat olmaqla 49 il müddətinə, xx.xx.2003-cü il tarixli 0221 saylı, ünvan 4 ünvanında yerləşən 1693,00 kv. m. sahənin illik icarə haqqı məbləği 2218,51 manat olmaqla 49 il müddətinə, xx.xx.2003-cü il tarixli 0225 saylı, ünvan 5 ünvanında yerləşən 710,00 kv. m. sahənin illik icarə haqqı məbləği 687,45 manat olmaqla 49 il müddətinə, xx.xx.2004-cü il tarixli 0367 saylı, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold, Mistislav Rostropoviç və A.İldırım küçələrinin kəsişməsi, 119-cu məhəllə ünvanında yerləşən 1400,00 kv. m. sahənin illik icarə haqqı məbləği 1555,18 manat olmaqla 49 il müddətinə, xx.xx.2005-ci il tarixli 0472 saylı, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov, İ.İsmayılov, C.Məmmədquluzudə, Əbilov küçələri arasındakı A.Bakıxanov küçəsinə qədər olan ərazidə yerləşən 370, 371, 372, 373, 623, 624, 625, 626-cı məhəllə ünvanında olan 45138,00 kv. m. sahənin illik icarə haqqı məbləği 27602,79 manat olmaqla 49 il müddətinə, xx.xx.2005-ci il tarixli 0618 saylı və ünvan 6 ünvanında yerləşən 56500,00 kv. m. sahənin illik icarə haqqı məbləği 34550,88 manat olmaqla 49 il müddətinə, xx.xx.2008-ci il tarixli (başlanma tarixi: xx.xx.2008-ci il) 0855 saylı icarə müqavilələrinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumatlar əsasında aparılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən "xxxx" MMC ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 0855 saylı icarə müqaviləsinə xx.xx.2008-ci il tarixdən xitam verilmiş və "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində xx.xx.2023-cü il tarixdə müvafiq düzəlişlərin aparılması təmin edilmişdir. İddiaçı tərəfindən cavabdeh vergi orqanına “şəxsi vərəqədə hesablanmış ümumi torpaq icarə haqqı üzrə borc məbləğinə müvafiq düzəlişin edilməsinə köməklik göstərilməsi barədə” xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmiş, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparılaraq bu barədə xx.xx.2023cü il tarixli məktubla vergi ödəyicisinə məlumat verilmişdir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ümumi torpaq icarə haqqının hesablamasının azaldılması ilə bağlı vergi orqanı tərəfindən tədbirlər görülərək şəxsi vərəqədə müvafiq düzəlişlər edilmişdir. “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq, torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; meşə fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları; yay və qış otlaqlarının torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları; sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar. Həmin Qanununun 11-ci maddəsinə əsasən icarəyə verənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Həmin Qanunun 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Həmin Qanunun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Əmlak Məsələləri Dövlət Xidməti), qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X4 üzrə Baş İdarəsinin Əsasnaməsi”nin 3-cü bəndində Baş idarənin vəzifələri təsbit edilmişdir. Əsasnamənin 3.0-cı bəndində qeyd edilir ki, Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.1. Vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikası vergi qanunvericiliyinin, sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliyinin tələblərinə əməl olunmasına, vergilərin, habelə sosial sığorta haqlarının düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə, habelə digər icbari ödənişlərin tutulması və aidiyyəti üzrə ödənilməsi vəziyyətinə və səlahiyyətləri daxilində nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqlarının düzgün hesablanması, onların vaxtında və tam məbləğdə müvafiq olaraq dövlət büdcəsinə ödənilməsinə nəzarət etmək. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçının müraciəti təmin olunmadığından İddiaçı MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********638700 №-li çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2002-ci il tarixdə 0102-A1-462 (VÖEN **********) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı-AZ1095, ünvan 7i isə X3 qeyd olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2287/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 879699,06 manat borcunun "xxxx" MMC-dən (VÖEN **********) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2287/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Qeyd olunan iş üzrə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından (qətnamənin 2-ci (ikinci) səhifəsinin 2-ci (ikinci) abzası) görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 147 saylı “özünəməxsus ərazidə yaşayış, ofis binalarının, istirahət zonasının və istehsalat sahəsinin layihələşdirilməsinə icazə verilməsi haqqında” sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazidə, 119-cu məhəllədə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 0.14 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-yə istifadəyə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2007-ci il tarixdə 3150 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 147 saylı sərəncamı və xx.xx.2005-ci il tarixli 0472 saylı icarə müqaviləi ilə 1400 kv. m. yaşayış binalarının tikintisi üçün 49 il müddətinə icarəyə ayrılan torpaq sahəsi ilə bağlı tərtib edilmişdir ( 2-ci səhifə, 3-cü abzas). Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-915/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e 2-2(113)-2287/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 131/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli 2-2(103)-915/2021 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdriyyət tərəfindən Bakı şəhəri X4 üzrə Baş İdarəsinə 112 №-li, xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş: 0221 №-li xx.xx.2003-cü il tarixli “Torpaq icarə müqaviləsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, xx.xx.2002-ci il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli 11244 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, Vaqif prospekti 989-cu məhəllədə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 1000 (bir min) kv. m olan torpaq sahəsini “İcarəçi”yə 49 (qırx doqquz) il müddətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. 0225 №-li, xx.xx.2003-cü il tarixli “Torpaq icarə müqaviləsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 104 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli 11251 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, D.Əliyeva küçəsi, 670-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 1693 (bir min altı yüz doxsan üç) kv. m. olan torpaq sahəsini “İcarəçi”yə 49 (qırx doqquz) il müddətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. 0367 №-li, xx.xx.2004-cü il tarixli “Torpaq icarə müqaviləsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 499 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı, xx.xx.2004-cü il tarixli 11459 saylı inşaat pasportu əsasında Yasamal rayonu, M.Əliyev küçəsi 138, Zərgərpalan küçəsi 50-də ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 710 (yeddi yüz on) kv. m. olan torpaq sahəsini “İcarəçi”yə 49 (qırx doqquz) il müddətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. 0472 №-li, xx.xx.2005-ci il tarixli “Torpaq icarə müqaviləsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 147 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı, xx.xx.2005-ci il tarixli 11578 saylı inşaat pasportu əsasında Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazidə, 119-cu məhəllədə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 1400 (bir min dörd yüz) kv. m olan torpaq sahəsini “İcarəçi”yə 49 (qırx doqquz) il müddətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. 0618 №-li, xx.xx.2005-ci il tarixli “Torpaq icarə müqaviləsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 104 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı, xx.xx.2005-ci il tarixli 11769 saylı inşaat pasportu əsasında Yasamal rayonu, Z.Əhmədbəyov, İ.İsmayılov, C.Məmmədquluzadə və Əbilov küçəsinin arasındakı A.Bakıxanov küçəsinə qədər olan ərazidə 370, 371, 372, 373, 623, 624, 625, 626 saylı məhəllələrdə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 45138 (qırx beş min bir yüz otuz səkkiz) kv. m olan torpaq sahəsini “İcarəçi”yə 49 (qırx doqquz) il müddətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 3-52/2-1741/2023 saylı xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamını əsas tutaraq və ayrılmış torpaq sahəsində “Mərkəzi Park ın salındığını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 499 nömrəli,xx.xx.2003-cü il tarixli sərəncamı ilə, Yasamal r-nu, İ Qutqaşınlı küçəsi 476-492-ci məhəllələrdə yerləşən 56500 kv.m torpaq sahəsinə bağlanmış 0855 nömrəli xx.xx.2008-ci il tarixli torpaq icarə müqaviləsi xx.xx.2008-ci il tarixindən ləğv edilir. İddiaçı MMC tərəfindən Bakı şəhəri X4 üzrə Baş İdarəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2022-ci ildə onlara müraciət edərək, İddiaçı MMC-nin faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə düzəliş edilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Həmin müraciətdə göstərilmişdir ki, faktiki olaraq onlara təhvil verilən torpaq sahələri aşağıdakı kimidir:
1. 0221 saylı müqavilə üzrə sahə - 1000 kv m., (Vaqif pr.-ti)
2. 0225 saylı müqavilə üzrə sahə - 1188 kv m., (D.Əliyeva küç.)
3. 0618 saylı müqavilə üzrə sahə - 1682 kv m., (Z.Əhmədbəyov 52)
4. 0472 saylı müqavilə üzrə sahə - 1366,27 kv. m, (B.Sərdarov 14). Lakin, şəxsi vərəqə üzrə icarə müqavilələri aşağıdakı kimi göstərilir : - 1. 0221 saylı, xx.xx.2003-cü il tarixli müqavilə, (543 saylı, 18.09.02-ci il tarixli sərəncam üzrə, sahə - 1000 kv. m , illik icarə haqqı - 1264,64 manat) ;
2. 0225 saylı, 04.08.03-cü il tarixli müqavilə (104 saylı, 04.03.03 tarixli sərəncam, sahə - 1693 kv. m, illik icarə haqqı -2218,51 manat) ;
3. 0367 saylı, 13.09.04-cü il tarixli müqavilə, (499 saylı, 30.10.03-cü il tarixli sərəncam, sahə - 710 kv m, illik illik icarə haqqı - 687,45 manat) ;
4. 0472 saylı, 24.03.05-ci il tarixli müqavilə (147 saylı, 06.07.04-cü il tarixli sərəncam, sahə - 1366,27 kv m., illik icarə haqqı 1555,18 manat) ;
5. 0618 saylı, 11.10.05-ci il tarixli müqavilə (104 saylı, 04.03.03-cü il tarixli, sərəncam sahə-45138 kv.m., illik icarə haqqı-27602,79 manat);
6. 0855 saylı, 25.11.08-ci il tarixli müqavilə (499 saylı, 30.10.03-cü il tarixli sərəncam, sahə 56500, illik icarə haqqı-34550,88 manat) –ləğv edilib. Göründüyü kimi sərəncam və torpaq icarə müqaviləsi üzrə MMC-yə verilməsi nəzərdə tutulan torpaq sahələri ilə, faktiki təhvil verilən torpaq sahələri arasında kəskin fərq var. Ona görə də, şəxsi vərəqədə torpağın icarəsi üzrə icarə haqqı məbləği süni şəkildə artıq görünür. Məktublarına verdiyi cavablardan görünür ki, icarə müqavilələri üzrə düzəlişlərin edilməsi, icarə müqavilələrinin imzalandığı subyektin iradəsindən asılıdır. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə olan çoxsaylı müraciətlərindən birinə müsbət cavab əldə edilmişdir və İddiaçı MMC-yə 499 saylı, xx.xx.2003-cü il tarixli sərəncamla ayrılan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-492-ci məhəllələrdə yerləşən 56500 kv. m. torpaq sahəsi üzrə bağlanmış 0855 saylı, xx.xx.2008-ci il tarixli torpaq icarə müqaviləsi xx.xx.2008-ci il tarixdən ləğv edilmişdir. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-492-ci məhəllələrdə yerləşən 56500 kv. m. torpaq sahəsi üzrə bağlanmış 0855 saylı, xx.xx.2008-ci il tarixli müqavilənin həmin tarixdən ləğv olunduğunu nəzərə alaraq, şəxsi vərəqədə hesablanmış ümumi torpaq icarə haqqı üzrə borc məbləğinə müvafiq düzəlişin edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məlumat verilməsi haqqında məktubda qeyd olunmuşdur ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəsi ilə bağlı hesablamanın azaldılması haqqında müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********943100 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı MMC ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 0855 saylı icarə müqaviləsinə xx.xx.2008-ci il tarixdən xitam verilmişdir. Göstərilənlərə əsasən şəxsi hesab vərəqədə müvafiq düzəlişlər edilmişdir. İddiaçı MMC-yə məxsus (VÖEN **********) şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, sonuncunun xx.xx.2023-cü il tarixə - hesablanmışdır 2170037,65 manat, ödənilmişdir 1051702,24 manat, qaytarılmışdır 0,00, azaldılmışdır 584956,90 manat, faiz saldo 85.14 manat, çap tarixinə faiz borcu 361,54 manat, əhatə etdiyi dövrün son tarixinə saldı -534514,81 manat, çap tarixinə saldo -534514,81 manat, cəmi ödənilməli borc 534778,31 manat qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş: **********362600 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur, Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəsi ilə bağlı hesablamanın azaldılması haqqında təkrar müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********046700 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis"ə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında dövlət mülkiyyətində olan dövlət torpaq sahələrinin icarəsi üzrə bağlanmış müqavilələrə (hal-hazırda qüvvədə olan və ləğv edilmiş) dair məlumat verilməsi barədə müraciət olunmuşdur. Müdiriyyət "İnterservis" tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 112 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2003-cü il tarixli 0221 nömrəli, xx.xx.2003-cü il tarixli 0225 nömrəli, xx.xx.2004-cü il tarixli 0367 nömrəli, xx.xx.2005-ci il tarixli 0472 nömrəli, xx.xx.2005-ci il tarixli 0618 nömrəli və xx.xx.2008-ci il tarixli 0855 nömrəli icarə müqavilələrinə dəyişiklik və ya ləğv edilməməsi bildirilmişdir. **********491400 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəsi ilə bağlı hesablamanın azaldılması haqqında təkrar müraciətə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********024700 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, eyni məzmunlu xx.xx.2022-ci il tarixli **********046700 nömrəli müraciətləri xx.xx.2022-ci il tarixli **********362600 nömrəli məktubla cavablandırılmışdır. **********443700 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəsi ilə bağlı hesablamanın azaldılması haqqında təkrar müraciətə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********310400 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X4 üzrə Baş idarəsində baxılmışdır. Eyni məzmunlu xx.xx.2023-cü il tarixli **********943100 nömrəli müraciət xx.xx.2023-cü il tarixli **********294900 nömrəli məktubla cavablandırılmışdır.
Tətbiq edilən hüquq
“Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq, torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; meşə fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları; yay və qış otlaqlarının torpaqları; dövlət elmitədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları; sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar. Həmin Qanununun 11-ci maddəsinə əsasən icarəyə verənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Həmin Qanunun 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Həmin Qanunun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Əmlak Məsələləri Dövlət Xidməti), qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X4 üzrə Baş İdarəsinin Əsasnaməsi”nin 3-cü bəndində Baş idarənin vəzifələri təsbit edilmişdir. Əsasnamənin 3.0-cı bəndində qeyd edilir ki, Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.1. Vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikası vergi qanunvericiliyinin, sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliyinin tələblərinə əməl olunmasına, vergilərin, habelə sosial sığorta haqlarının düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə, habelə digər icbari ödənişlərin tutulması və aidiyyəti üzrə ödənilməsi vəziyyətinə və səlahiyyətləri daxilində nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqlarının düzgün hesablanması, onların vaxtında və tam məbləğdə müvafiq olaraq dövlət büdcəsinə ödənilməsinə nəzarət etmək.
Məhkəmənin mövqeyi.
Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh vergi orqanına müraciət olunaraq, faktiki istifadələrində 0221 saylı müqavilə üzrə - 1000 kv m., (Vaqif pr.-ti); 0225 saylı müqavilə üzrə - 1188 kv m., (D.Əliyeva küç.); 0618 saylı müqavilə üzrə - 1682 kv m., (Z.Əhmədbəyov 52); 0472 saylı müqavilə üzrə - 1366,27 kv. m, (B.Sərdarov 14) torpaq sahələrinin olduğunu, İddiaçı MMC-yə 499 saylı, xx.xx.2003-cü il tarixli sərəncamla ayrılan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-492-ci məhəllələrdə yerləşən 56500 kv. m. torpaq sahəsi üzrə bağlanmış 0855 saylı, xx.xx.2008ci il tarixli torpaq icarə müqaviləsinin xx.xx.2008-ci il tarixdən ləğv edildiyi bildirilsə də, vergi orqanı tərəfindən xx.xx.2008-ci il tarixli torpaq icarə müqaviləsi üzrə "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində xx.xx.2023-ci il tarixdə müvafiq düzəlişlərin aparılması təmin edilsə də, lakin, şəxsi vərəqə üzrə icarə müqavilələri aşağıdakı kimi göstərilmiş və bu zaman sərəncam və torpaq icarə müqaviləsi üzrə MMC-yə verilməsi nəzərdə tutulan torpaq sahələri ilə, faktiki təhvil verilən torpaq sahələri arasında yaranmış fərq nəzərə alınmamışdır: - 1. 0221 saylı, xx.xx.2003-cü il tarixli müqavilə, (543 saylı, 18.09.02-ci il tarixli sərəncam üzrə, sahə - 1000 kv. m , illik icarə haqqı - 1264,64 manat) ;
2. 0225 saylı, 04.08.03-cü il tarixli müqavilə (104 saylı, 04.03.03 tarixli sərəncam, sahə - 1693 kv. m, illik icarə haqqı -2218,51 manat) ;
3. 0367 saylı, 13.09.04-cü il tarixli müqavilə, (499 saylı, 30.10.03-cü il tarixli sərəncam, sahə - 710 kv m, illik illik icarə haqqı - 687,45 manat) ;
4. 0472 saylı, 24.03.05-ci il tarixli müqavilə (147 saylı, 06.07.04-cü il tarixli sərəncam, sahə - 1366,27 kv m., illik icarə haqqı 1555,18 manat) ;
5. 0618 saylı, 11.10.05-ci il tarixli müqavilə (104 saylı, 04.03.03-cü il tarixli, sərəncam sahə-45138 kv.m., illik icarə haqqı-27602,79 manat); Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göründüyü kimi həm Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X4 üzrə Baş İdarəsinin Əsasnaməsi”nin (səlahiyyətləri daxilində nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqlarının düzgün hesablanması, onların vaxtında və tam məbləğdə müvafiq olaraq dövlət büdcəsinə ödənilməsinə nəzarət etmək) həm də inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun (inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur) tələblərinə əsasən iddiaçının irəli sürdüyü tələb üzrə inzibati icraat aparmaq (hazırki halda iddiaçı cəmiyyətin şəxsi hesab vərəqəsində ümumi torpaq icarə haqqının hesablanmasının azaldılması, cəmiyyətin faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə müvafiq düzəliş edilməsi) cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə İddiaçı şəxsi hesab vərəqəsində ümumi torpaq icarə haqqının hesablanmasının azaldılması, İddiaçı faktiki istifadəsində olan torpaq sahələrini əsas götürməklə, real borc məbləği barədə şəxsi vərəqədə müvafiq düzəliş edilməsi öhdəliyi qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev