Məhkəmə qərarları › İş №2-1(112)-16204/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16204/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16204/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə Elman qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu 06 noyabr 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1980-83-cü illərdə Bakı Maliyyə- Kredit Texnikumunda təhsil almışdır. 1984-cü ilin aprel ayından 1986-cı ilin may ayına qədər 2 il 1 ay müddətində hərbi xidmətdə olmuşdur. xx.xx.1986-cı il tarixdən Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Toxuculuq fabrikində 4-cü dərəcəli bəzəkləyici peşəsində işəməyə başlamış, xx.xx.1989-cü il tarixdən köçürmə qaydasında “Rəşad-1” kooperativinə mühasib vəzifəsinə keçirilmiş, daha sonra baş mühasibin müavini, “Qismət” kiçik müəssisənin baş mühasibi, “Günel” müəssisəsinin baş mühasibi, “Leyla” firmasının baş mühasibi vəzifələrində işləmişdir. xx.xx.2002-ci il tarixdən “Azərneftyağ” İB-də daxili mühafizə dəstəsində 5-ci dərəcəli nəzarətçi peşəsində işləməyə başlamış, xx.xx.2003-cü il tarixdən “Azərneftyağ” İB “X2” zavodu adlandırılmışdır. xx.xx.2006-cı l tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2006-cı il tarixdən “X2” zavodunun 8 nömrəli sexinin 2 nömrəli paylayıcı sahəsində 3-cü dərəcəli əmtəə əməliyyatçısı peşəsində işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdən çirkab suların təmizlənməsi üzrə 8 nömrəli sexinin 2 nömrəli paylayıcı sahəsində texnoloji nasosların 3-cü dərəcəli maşinisti, xx.xx.2008-ci il tarixdən həmin sexdə neft tutucuları və kanalizasiya sahəsində 3-cü dərəcəli, daha sonra 4-cü və 5-ci dərəcəli əmtəə operatoru işləmişdir. xx.xx.2010-cu il tarixdən 8 saylı sexin Məşəl təsərrüfatında texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsində işləmişdir. ARDNŞ-nin və ANQSİHİ RK-na xx.xx.2014-cü il tarixli əmr-qərarı ilə “X2” zavodunun xx.xx.2015-ci il tarixdən Heydər Əliyev adına X6 qoşulmaqla fəaliyyətinə xitam verilmiş və iddiaçı da həmin zavoda keçirilməklə xx.xx.2015-ci il tarixdən zavodun çirkab sularının bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahəsində texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdən Ümumizavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın Məşəl təsərrüfatı üzrə xidmət sahəsinə texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsinə keçirilmiş və hal-hazırda həmin işdə işləyir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdə ümumi iş stajı 42 il 8 ay 3 gün, güzəştli iş sahələrində iş stajı isə 18 il 1 ay 10 gün olmuşdur. Ona görə də, iddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsinə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi, Heydər Əliyev adına X4 xx.xx.2007-ci il tarixli əmrində iddiaçının işlədiyi peşələrin güzəştli iş sahəsi kimi nəzərdə tutulmadığına istinad edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısının tətbiqi dairəsi idarə müəssisə və təşkilatların əmrləri və ya qərarları ilə məhdudlaşdırıla və genişləndirilə bilməz. İddiaçı 2015-ci ilə qədər ayrıca və müstəqil müəssisə olan “Azərneftyağ” X5 işləmişdir. Onun işlədiyi peşənin adı başqa bir müəssisə olan Heydər Əliyev adına X4 təsdiq etdiyi siyahıda ola bilməzdi. İddiaçı xx.xx.2008-ci ildən başlayarq indiyə qədər eyni işdə, eyni şəraitdə işləmişdir. Odur ki 2007ci ilin yanvar ayından qüvvədə olan siyahının 2015-ci ilə qədər ona aid olduğu kimi, 2015ci ildən sonra da ona aid olmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının müraciətləri ilə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi SOCAR-ın Heydər Əliyev adına X4 xx.xx.2024-cü il tarixli arayışında xx.xx.2006-xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində 8 nömrəli sexdə (çirkab suların təmizlənməsi sexi) əmtəə operatoru, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə texnoloji nasosların maşinisti, xx.xx.2010-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində çirkab suların təmizlənməsi sexinin 9 nömrəli sahəsində (məşəl təsərrüfatı) və 10 nömrəli sahəsində (məşəl təsərrüfatı üzrə xidmət sahəsi) texnoloji qurğu operatoru vəzifələrində işlədiyi qeyd olunub. Mərkəzi filialın aidiyyəti müətəxəssisləri tərəfindən çoxsaylı araşdırmalar zamanı sözügedən sex və sahələrdə işləyən işçilərin vəzifələrinin əmək funksiyalarının xx.xx.2015-ci il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli ilə qərarı ilə təsdiq edilmiş siyahıda nəzərtdə tutulan eyni adlı vəzifəslərin əmək funksiyalarına uyğun olmadığı müəyyən edilib. Belə ki, Heydər Əliyev adına X4 xx.xx.2007-ci il tarixli “Zərərli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin siyahısı”nda sözügedən sex və sahələrdə işlədiyi əmtəə operatoru, texnoloji nasosların maşinisti, qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinisti vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyarı hüququ verən vəzifələrə aid olmadığı göstərilib. Bununla əlaqədar, işlədiyi çirkab suların təmizlənməsi sexinin, məşəl təsərrüfatı və məşəl təsərrüfatı üzrə xidmət sahəsinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 10.5-ci bölməsində nəzərdə tutulmuş sahələrdən hansına aid olması, həmçinin çalışdığı texnoloji qurğuların operatoru, əmtəə operatoru və qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinisti vəzifələrinin texniki-istehsalat göstəricilərinə görə həmin istehsalatlarda nəzərdə tutulan vəzifələrə aid olub-olmaması, Heydər Əliyev adına X4 xx.xx.2007-ci il tarixli “Zərərli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin siyahısı”nda qeyd olunan məlumatların nəzərə alınıb-alınmaması barədə məlumatların göndərilməsi barədə sözügedən zavoda sorğu verilmişdir. Sorğuya cavab olaraq Heydər Əliyev adına X4 xx.xx.2007-ci il tarixli “Zərərli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin siyahısı”nın 2015-ci ildə “Azərneftyağ” X4 Heydər Əliyev adına Bakı X6 birləşdirildikdən sonra qüvvəsini itirdiyi, çirkab suların təmizlənməsi sexinin, məşəl təsərrüfatı və məşəl təsərrüfatı üzrə xidmət sahəsində işlədiyi texnoloji qurğu operatoru və texnoloji nasos maşinisti peşələrinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 10.5-ci bölməsinə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ verdiyi bildirilib. Buna görə də yalnız xx.xx.2015-ci il tarixdən sonra sözügedən sex və sahədə işlədiyi müddət güzəştli iş stajı hesab olunur. Göstərilən səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (10 il – xx.xx.2015-xx.xx.2024-cü il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 15776477 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırarıb, hesab edir ki, iddia təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2024cü il tarixdə tamam olmuşdur. İddiaçıya aid H3 №5005819 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin xx.xx.2021-ci il tarixli 05/1009 nömrəli arayışına əsasən, İddiaçı 1980-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun əyani şöbəsinə 8 illik təhsil bazasından “Büdcə uçotu” ixtisasına qəbul olmuş, 1983-cü ildə texnikumu bitirmişdir. Ona “mühasib-maliyyəçi” ixtisası və AB-İİ № 079127 nömrəli dublikat diplom verilmişdir. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 1980-83-cü illərdə Bakı Maliyyə-Kredit Texnikumunda təhsil almışdır. xx.xx.1986-cı il tarixdən Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Toxuculuq fabrikində 4-cü dərəcəli bəzəkləyici peşəsində işəməyə başlamış, xx.xx.1989-cü il tarixdən köçürmə qaydasında “Rəşad-1” kooperativinə mühasib vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdən həmin kooperativdə baş mühasibin müavini, xx.xx.1991-ci il tarixdən baş mühasib vəzifələrində işləmiş, xx.xx.1992-ci il tarixdən köçürmə qaydasında “Qismət” kiçik müəssisəsinə baş mühasib vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdə “Günel” dövlət kiçik müəssisəsinin baş mühasibi vəzifəsində işləməyə başlamış, xx.xx.2001-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə “Leyla” firmasında baş mühasib vəzifəsində işə qəbul edilmiş və xx.xx.2002-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdən “Azərneftyağ” İB-də daxili mühafizə dəstəsində 5-ci dərəcəli nəzarətçi peşəsində işləməyə başlamış, xx.xx.2003-cü il tarixdən “Azərneftyağ” İB “X2” zavodu adlandırılmışdır. xx.xx.2006-cı il tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2006-cı il tarixdən “X2” zavodunun 8 nömrəli sexinin 2 nömrəli paylayıcı sahəsində 3-cü dərəcəli əmtəə əməliyyatçısı peşəsində işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdən çirkab suların təmizlənməsi üzrə 8 nömrəli sexinin 2 nömrəli paylayıcı sahəsində texnoloji nasosların 3cü dərəcəli maşinisti, xx.xx.2008-ci il tarixdən həmin sexdə neft tutucuları və kanalizasiya sahəsində 3-cü dərəcəli, daha sonra 4-cü və 5-ci dərəcəli əmtəə operatoru işləmişdir. xx.xx.2010-cu il tarixdən 8 saylı sexin Məşəl təsərrüfatında texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsində işləmişdir. ARDNŞ-nin və ANQSİHİ RK-na xx.xx.2014-cü il tarixli əmr-qərarı ilə “X2” zavodunun xx.xx.2015-ci il tarixdən Heydər Əliyev adına X6 qoşulmaqla fəaliyyətinə xitam verilmiş və iddiaçı da həmin zavona keçirilməklə xx.xx.2015ci il tarixdən zavodun çirkab sularının bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahəsində texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdən Ümumizavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın Məşəl təsərrüfatı üzrə xidmət sahəsinə texnoloji qurğuların 5-ci dərəcəli operatoru peşəsinə keçirilmiş və hal-hazırda həmin işdə işləyir. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə 25 ildən artıq, 42 il 8 ay 3 gün ümumi iş stajı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 10.5.1-ci bəndinə əsasən - 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin email sahəsinin 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə b) rəhbərlər və mütəxəssislər: ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İş materiallarında olan Heydər Əliyev adına X7 tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli zərərli iş şəraiti haqqında arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-cii il tarixədək 8 nömrəli sex, 2 nömrəli su paylayan sahəsində əmtəə əməliyyatçısı, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 8 saylı (çirkab suların təmizlənməsi) sex, 2 saylı sahədə texnoloji nasosların maşinisti, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 8 saylı (çirkab suların təmizlənməsi) sex, neft tutucuları və kanalizasiya sahəsində əmtəə operatoru, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 8 nömrəli sex, məşəl təsərrüfatında əmtəə operatoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 8 nömrəli sexdə məşəl təsərrüfatında texnoloji qurğu operatoru, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 8 nömrəli sahə, məşəl təsərrüfatında texnoloji qurğu operatoru, xx.xx.2015-ci il tarixdən xx.xx.2022ci il tarixdən 9 nömrəli sahə, məşəl təsərrüfatında texnoloji qurğu operatoru, xx.xx.2022-ci il tarixdən hal-hazıradək 10 nömrəli istehsalat, məşəl təsərrüfatı üzrə xidmət sahəsi, texnoloji qurğu operatoru kimi zərərli vəzifələrdə işləmişdir. Həmin arayışın qeyd hissəsində Heydər Əliyev adına X5 mövcud ştat cədvəlində olan əmtəə əməliyyatçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16085 kodu ilə təsdiq edilmiş əmtəə operatoru peşəsi ilə eynilik təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən təqdim edilən məktuba əsasən iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin ərizəyə əsasən iddiaçının xx.xx.2024-cü il tarixə 18 il 1 ay 10 gün güzəştli iş stajı mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə iddiaçının işlədiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirmiş, bu zaman Heydər Əliyev adına X4 xx.xx.2007-ci il tarixli əmrində iddiaçının işlədiyi peşələrin güzəştli iş sahəsi kimi nəzərdə tutulmadığına, həmin əmrin isə xx.xx.2015-ci il tarixədək qüvvədə olduğuna istinad edərək, buna görə də iddiaçının güzəştli iş stajının xx.xx.2015-ci il tarixindən hesablandığına istinad edilmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Belə ki, İddiaçı 2015-ci ilə qədər “Azərneftyağ” X5 işləmişdir və Heydər Əliyev adına X4 xx.xx.2007-ci il tarixli “Zərərli iş şəraitinə görə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin siyahısı” iddiaçıya tətbiq edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş və həmin tarixdən də qüvvəyə mindiyindən onun tətbiq dairəsi müəssisə əmri ilə məhdudlaşdırıla bilməz. Həmçinin iddiaçının 2015-ci ilə qədər və sonra eyni şəraitli işdə işlədiyinə baxmayaraq, yalnız 2015-ci ildən sonrakı dövrün güzəştli iş stajı olaraq hesablanması qəbuledilməzdir. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar