Məhkəmə qərarları › İş №2-1(112)-1622/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1622/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1622/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır),cavabdehin nümayəndəsi X12 (Salyan rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq məsləhətçisi işləyir),üçüncü şəxs X13 (Bakı şəhərində qeydiyyatdadır),üçüncü şəxs X13 vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeydiyyatın ləğv edilməsi və çıxarışın etibarsızlığının tanınması tələbi barədə inzibati işə üçüncü şəxs qismində X24, X31, X30, X20 cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X13, X21, X16 və X9 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X13, X21, X16 və X9 adına aparılmış qeydiyyatın ləğv edilməsi (çıxarılması) və həmin qeydiyyat əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X17, X25, X22 və X14 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X13, X21, X16, X9 adına olan JN 30391D kod 00400016 nömrəli, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin ləğv olunmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən həmin şəhadətnamə əsasında X17, X25, X22, X14 xx.xx.2016-cı ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2006cı il tarixli Şəhadətnamədən göründüyü kimi, həmin Şəhadətnamənin verilməsinə əsas Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli və Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnamələri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən xx.xx.2006-ci il tarixli Şəhadətnamənin verilməsinə əsas olmuş Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli və Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnamələri və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı yeni açılmış hallar əsasında ləğv edilmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 877 nömrəli sərancamı Badamdar qəsəbəsində, 1-ci massivdə 7 nömrəli sahə, 600 kv.m. torpaq sahəsində fərdi ev tikmək üçün X17 ayrılmışdır. Lakin, X6 rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3193 nömrəli sərancamını saxtalaşdıraraq torpaq sahəsinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivindən güya ona ayrıldığını göstərmiş və bununla da həmin saxta sərəncam və onun əsasında qəbul edilmiş məhkəmə aktları ilə xx.xx.2006-ci il tarixli Şəhadətnamənin alınmasına nail olmuşdur. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 160 nömrəli sərəncamı ilə X17 fərdi evin tikilməsi üçün Badamdar qəsəbəsində 1-ci yaşayış massivində 7 nömrəli sahə, 600 kv.m. torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3193 nömrəli sərancamı ləğv edilmişdir. Həmin sərəncam cavabdehə və digər aidiyyəti qurumlara göndərilmişdir. Həmin sərəncam ləğv edildiyindən ləğv edilmiş sərəncam əsasında X13 adına hazırlanmış xx.xx.2006-cı il JN-30391D saylı şəhadətnamənin ləğv edilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ərizə ilə müraciət edərək onun kadastr məlumatlarından çıxarılmasını iddiaçı xahiş etmişdir. Bundan sonra, Nadir Həsənovun təkidi ilə Mövlan Məcidov adlı şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinə qarşı yönəlmiş digər bir iddia tələbi üzrə aparılan məhkəmə mübahisələri nəticəsində iddiaçıya torpaq sahəsinin ayrılması barədə mövcud olan sərəncam və həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv olunmuş, eləcə də Səbail rayon İcra Hakimiyyəti tərəfindən Mövlan Məcidova qarşı ona torpaq sahəsi ayrılmasına dair xx.xx.1995-ci il tarixli, 1029a nömrəli sərəncam ləğv olunmuş və həmin qərar qanuni qüvvəyə minərək icra edilmişdir. Lakin qeyd edilən torpağ sahəsi ötən müddət ərzində fasiləsiz və etirazsız olaraq iddiaçının sahibliyində və istifadəsində qalmış, torpaqdan istifadəyə görə iddiaçı tərəfindən bələdiyyəyə torpaq vergisi ödənilmişdir. 2018ci ildə yenidən qanuni əsaslarla torpaq sahəsinin öz adına sənədləşdirilməsi üçün iddiaçı Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş və torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün yenidən yalnız bələdiyyə orqanı tərəfindən alqı-satqı qaydasında alınması ona tövsiyyə edilmişdir. Bu məqsədlə o Badamdar bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyə sözügedən torpağı ona satmaqdan imtina etmişdir. O bələdiyyənin imtinasını qanunsuz hesab edərək yenidən məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən onun mülkiyyətində olmuş şəhadətnamədə göstərilən koordinatlara uyğun torpaq sahəsinin kimin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə müvafiq sorğu ünvanlanmış və reyestr xidməti tərəfindən bu torpaq sahəsinin hazırda dövlət, bələdiyyə və ya hər hansı şəxsin mülkiyyətində olmasına dair məlumatın olmadığı bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1666 nömrəli sahədə yerləşən 800 kv.m. torpaq sahəsinin bilavasitə alqı-satqı qaydasında onun mülkiyyətinə verilməsinə dair qərarın qəbul edilməsi Badamdar bələdiyyəsinə həvalə edilmişdir. Ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət olunmuş, lakin 1 saylı Ərazi İdarəsi ona məxsus şəhadətnamədə və yerləşmə sxemində göstərilən torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçmiş digər bir torpaq sahəsi ilə 155 kv.m. hissədə üst-üstə düşdüyü barədə cavab vermişdir. Bir müddət sonra iddiaçının sahibliyində istifadəsində olan torpaq sahəsinin bir hissəsinə düşməklə bir qrup naməlum şəxslər tərəfindən bu hissədə tikintiyə hazırlıq işlərinin görüldüyünü müşahidə etdiyindən iddiaçı müxtəlif qurumlara, o cümlədən Səbail rayon Prokurorluğuna müraciət etmişdir.Səbail rayon Prokurorluğunda aparılmış ilkin araşdırma zamanı cavabdeh X13 adına olan yuxarıda qeyd olunan sərəncam və məhkəmə qətnamələrinə əsasən verilmiş olan “Torpağa mülkiyyət hüququnun verilməsinə dair şəhadətnamə”nin saxtalaşdırılması faktı müəyyən edildiyindən faktla bağlı müvafiq araşdırma aparılması üçün toplanmış sənədlər aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir.Həmin şöbənin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi hazırki iş üzrə üçüncü şəxs X1 “Əsli ilə düzdür” məzmunlu xx.xx.1994-cü il tarixli, 3193 saylı sərəncam və eləcə də ləğv olunmuş məhkəmə qətnamələri əsasında verilmiş xx.xx.2006-cı il tarixli hüquqi əsası olmayan JN- 30391D nömrəli şəhadətnaməni reyestr xidmətinə təqdim edərək ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış almağa nail olmuşdur.Qeyd olunanlara əsasən iddiaçı X13 adına verilmiş xx.xx.2006-cı il tarixli, **********47 reyestr nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli rəsmi ərizə ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.Lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi JN 30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X13, X21, X16 və X9 adına xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyatdan keçmişdir.Həmin torpaq sahəsi AN- İ ******* saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X3, 4Ə-118 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə X15 adına özgəninkiləşdirilmişdir. Hazırda torpaq sahəsi X15 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X13 vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2033/2018 saylı qərarı ilə İddiaçı sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1666 saylı sahədə yerləşən 800 kv metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə verilməsinə dair inzibati akt (qərar) qəbul edilməsi vəzifəsi Səbail rayonu Badamdar Bələdiyyəsinə həvalə edilmişdir. Həmin qərarın icrası zamanı məlum olmuşdur ki, 800 kv metr torpaq sahəsindən 155 kv metr hissəsi N.Həsənov və digərlərinin adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə üst-üstə düşür, bu da onun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 2033/2018 saylı qərarı ilə əldə etdiyi hüquqların pozulmasına səbəb olur.Həmin qərar artıq ləğv olunmuşdur və iddiaçı iddia ərizəsinin məhkəmədən geri qaytarılmasını xahiş etdiyi üçün iş üzrə icraata xitam verilmişdir.İddiaçının hazırki iş üzrə heç bir subyektiv hüququ mövcud deyildir. Üçüncü şəxs X13 vəkili Vəkil göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin onun faktiki istifadəsində və sahibliyində olmasına dari məhkəməyə Badamdar bələdiyyəsinin 2017-ci və 2022-ci il üçün torpaq vergisinin hesablanmasına dair tədiyyə bildirişlərini və iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə torpaq vergisini ödəməsinə dair ödəniş qəbzlərini təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: ..158.1.2. əmlakdan istifadə hüququ; Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İddiaçı cavabdehə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahəsi haqqında X13, X23, X9 və X21 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin xx.xx.2022-ci ildə imtina cavabı almışdır, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X26 məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X24, üçüncü şəxs X13 vəkili Vəkil məhkəmə iclasında iddiaçının hazırki iş üzrə irəli sürdüyü iddia tələbini qaldırmaq üçün subyektiv hüququnun olmadığını bildirərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin, üçüncü şəxs X13 və onun vəkilinin çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-13/08 nömrəli xx.xx.2008-ci il tarixli qərarından görünür ki, iddiaçı X24 cavabdehlər Səbail rayon İcra Hakimiyyətinə, X8 və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı Səbail rayon məhkəməsində iddia qaldıraraq Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1384 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamının və bunun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X7 adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnmə çıxarılmasını xahiş etmişdir, işin apellyasiya baxışı zamanı X2 Nadir Hidayət oğluna, Səbail rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Səbail rayon Badamdar qəsəbə nümayəndəliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 3193 saylı, xx.xx.1994-cü il tarixli X17 Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün 600 kv metr torpaq sahəsinin ayrılması barədə sərəncamın etibarsız hesab edilməsi, X13 mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X7 X17 və qeyrilərinə qarşı sərəncamın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MİUKMK-nın xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-13/08 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə isə Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi,onunla əlaqədar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi MİUMK-nın xx.xx.2006-cı il tarixli qərarı ləğv edilmiş, iş prosessual qanunla müəyyən edilən qaydalara uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-944/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, X13 Səbail rayon İcra Hakimiyyətinə, X8 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1384 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamının və bunun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən X7 adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası, X7 X17, Səbail rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Badamdar qəsəbə nümayəndəliyinə qarşı Səbail rayon İcra Hakimiyyəti Başçısının 3193 nömrəli, xx.xx.1994-cü il tarixli X17 Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv metr torpaq sahəsinin ayrılması barədə sərəncamın etibarsız hesab edilməsu haqqında qarşılıqlı iddiası təmin ed3d33üsüüilməmişdir,Səbail rayon İcra Hakimiyyətinin qarşılıqlı iddiası təmin edilərək X17 fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində 1-ci massivdə 7 saylı sahədə 600 kv metr torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Başçısının 3193 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 8(102)-7/2021 nömrəli qərardadından görünür ki, Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-944/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi qüvvəyə minmiş və qətnamənin icrası ilə bağlı icra vərəqi verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2033/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badmdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1666 saylı sahədə yerləşən 800 kv metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə alqı-satqı qaydasında İddiaçı mülkiyyətinə verilməsinə dair inzibati akt (qərar) qəbul edilməsi vəzifəsi Səbail rayon Badamdar Bələdiyyəsinə həvalə edilmiş,sonradan həmin qərar Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2043/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2033/2018 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Cavabdehin təqdim etdiyi sənədlərə əsasən: Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci i tarixli qətnaməsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırki iş üzrə üçüncü şəxslər X13, X21, X16, X9 adına Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ haqqında JN – 30391D kod 00400016 nömrəli şəhadətnamə verilmişdir, qeyd edilən şəhadətnamə əsasında həmin şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha torpaq sahəsi üzərində ümumi birgə payla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, sonradan alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi X5, sonuncu tərəfindən isə X19 satılmışdır. İddiaçının təqdim etdiyi **********211 nömrəli və **********8597 nömrəli tədiyyə bildirişlərinə əsasən iddiaçı Badamdar bələdiyyəsinin ərazisində 3-cü massivdə yerləşən torpaq sahəsi üzrə vergi ödəyicidir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinə dair X13, X16, X9 və X21 adına verimiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bakı şəhəri Səbail rayonu Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Ceyhun Mircavadlının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı”ndan görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 3193 nömrəli “əsli ilə düzdür” şəklində təsdiq edilmiş sərəncamının saxta olması müəyyən olunsa da cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyi üçün İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı üçüncü şəxslər X13, X21, X16 və X9 adına JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir, lakin həmin məhkəmə aktları Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-13/08 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə ləğv edildiyi üçün İddiaçı JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında üçüncü şəxslərin adına torpaq sahəsi üzərində mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən xahiş etsə də müraciəti təmin edilməmişdir.Hazırda İddiaçı ləğv edilməsini tələb etdiyi daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatda nəzərdə tutulmuş torpaqla bağlı Badamdar bələdiyyəsində qeydiyyatda olmasını, torpaq sahəsinin giriş-çıxış qapısı və daş hasarla əhatə olunmaqla hal-hazırda həmin torpaq sahəsinin 24 ildir ki, onun faktiki istifadəsində olmasını, yəni sözügedən torpaq sahəsinə münasibətdə vicdanlı sahib olduğunu əsas gətirərək X13, X21, X16 və X9 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, həmin şəhadətnamə əsasında torpağın daşınmaz əmlakın dövlət reyestrində qeyd edilən şəxslərin adına qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında xx.xx.2016-cı il tarixdə X17, X25, X22 və X14 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması haqqında tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;.. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanu-nun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Hazırda müəyyən edilmiş işin faktiki hallarına əsasən üçüncü şəxslər X24, X31, X30, X4 rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli və Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnamələrini torpaq üzərində mülkiyyət hüququna əsas verən sənəd kimi təqdim edərək keçmiş Torpaq və Xəritəçəmə Komitəsindən JN- 30391D (kod ********) nömrəli torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında şəhadətnamə almağa nail olmuşlar. Qeyd edilən Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli və Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnamələri Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarı ilə artıq 2008-ci ilin iyun ayının 30-da ləğv edildiyi halda və üçüncü şəxslər X24, X31, X30, X20 da bu barədə məlumatlı olduqları halda, qeyd edilən torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olması ilə bağlı başqa bir əsaslar olmadığına baxmayaraq “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə”ni artıq 2016-cı ildə cavabdehə təqdim edərək mübahisəli torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrinin 624 nömrəli kitabının 59048 nömrəli vərəqində ********** nömrəli qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı ildə mülkiyyət hüquqlarının qeydə alınması barədə ******* nömrəli çıxarış əldə etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi üçüncü şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır, cavabdeh inzibati orqan isə “İnzibati icraat haqında” Qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmamış, işin bütün obyektv hallarını müəyyən etməmişdir, yalnız üçüncü şəxslər X13, X21, X16, X9 təqdim etdikləri sənədlərlə kifayətlənmişdir. Halbuki reyestrdəki qeydiyyat hər hansı mülki hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa bu hal inzibati orqanın ümumi (publik) hüquqan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətinin nəticəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü cavabdehin inzibati icraat qaydasında həyata keçirdiyi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatı məhz inzibati icraat zamanı topladığı sənədlərə, sübutlara əsaslanmalı idi. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, 3.1.5-ci bəndinə əsasən qanunla müəyyən edilmiş əsaslar olduqda, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi yuxarıda qeyd edildiyi kimi öz təşəbbüsü ilə əlavə sübutlar toplamamış – üçüncü şəxslərin təqdim etdikləri mülkiyyət hüququ haqqında şəhadətnamələrdə əsas kimi göstərilmiş məhkəmə aktlarının qüvvədə olub-olmamasını araşdırmamış, bu barədə sorğular verməmiş, yalnız üçüncü şəxslərin təqdim etdiyi sənədlərlə kiifayətlənmişdir ki, bu da nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əsassız qeydiyyatının aparılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X13, X21, X16 və X9 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X13, X21, X16 və X9 adına aparılmış qeydiyyatın ləğv edilməsi (çıxarılması) vəzifəsi cavabdehin üzərinə qoyulmalı və həmin qeydiyyat əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X17, X25, X22 və X14 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı tanınmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X13, X21, X16 və X9 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X13, X21, X16 və X9 adına aparılmış qeydiyyatın ləğv edilməsi (çıxarılması) vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun və həmin qeydiyyat əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X17, X25, X22 və X14 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı tanınsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar