Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1622/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 32 saylı, 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün öhdəliyini cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Əzizbəyov (indiki Xəzər) Rayon İcra hakimiyyətinin Başçısının 629/860 saylı xx.xx.1993-cü il tarixli sərancamı ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 32 saylı, 1200 kv.m. olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir. İddiaçı qeyd edir ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra hakimiyyətinin Başçısının 629/860 saylı xx.xx.1993-cü il tarixli sərancamı ilə iddiaçıya Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 32 saylı, 1200 kv.m. olan torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışın verilməsi məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və müvafiq olaraq torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı iddiaçıya təqdim edilmişdir. İddiaçı sözügedən torpaq sahəsinin cizgisini və xəritədən çıxarışı iddia ərizəsinə əlavə etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, iddiaçıya ayrılmış torpaq sahəsi elektron kadastr məlumatına əsasən ümumi ərazi daxilində göstərilən torpaq sahəsi Zirə Südçülük- Tərəvəzçilik Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə yerləşir. İddiaçı qeyd edir ki, cavabdeh orqan imtina məktubunda qeyd etdiyi əsası heç bir sübutla təsdiq etməmişdir və cavab məktubuna qoşma sənəd olaraq əlavə etməmişdir. Qeyd olunan torpaq sahəsində uzun illər iddiaçının mübahisəsiz istifadəsindədir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsasız və qanunsuzdur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən ümumi ərazi daxilində göstərilən torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydyiyyatına alınmasından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 32 saylı, 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ümumi ərazi daxilində göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış əraziləri daxilində yerləşir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2023-cü il tarixli **********20 nömrəli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən yerləşmə cizgisinin müşayiət məktubu təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri təqdim edildiyi təqdirdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Bakı şəhər Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Xəzər RİH) xx.xx.1993-cü il tarixli, 629/860 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Sərəncamı ilə ailə tərkibi tək özü olan, Artyomneft NQÇİ-də maşinist vəzifəsində işləyən İddiaçı Zirə qəsəbəsinin şimal-şərq hissəsində 32 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m. olan torpaq sahəsi ayrılmışdır.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, iddia tələbinin predmeti olan torpaq sahəsinin ətrafına və yaxınlığında yerləşən torpaq sahələrinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.
7. Məhkəmə ünvan yə münasibətdə müəyyən edir: - Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli, 629/714 nömrəli Sərəncamına əsasən ailə tərkibi 4 nəfərdən ibarət olan, hərbiləşdirilmiş mühafizə dəstəsində işləyən X8 Zirə qəsəbəsinin şimal-şərq hissəsində 35 №-li sahədə fərdi ev tikmək 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 35 saylı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi – **********01). - Reyestrdə 4Ə-878 nömrə ilə qeyd olunan xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X11 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini alıcı X7 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 35 saylı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X12 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi – **********01).
8. Məhkəmə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 25c saylı sahəyə münasibətdə müəyyən edir: - Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli, 629/696 nömrəli Sərəncamına əsasən N №-li hərbi hissədə zabit vəzifəsində işləyən, ailə tərkibi tək özü olan X2 Zirə qəsəbəsinin şimal-şərq hissəsində 25 №-li sahədə fərdi ev tikmək 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 25c saylı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi – **********67).
9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X3 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
20. X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər -hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
22. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
26. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhər Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Xəzər RİH) xx.xx.1993-cü il tarixli, 629/860 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Sərəncamı ilə ailə tərkibi tək özü olan, Artyomneft NQÇİ-də maşinist vəzifəsində işləyən İddiaçı Zirə qəsəbəsinin şimal-şərq hissəsində 32 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m. olan torpaq sahəsi ayrılmışdır. Eyni zamanda İddiaçı ayrılmış 32 saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarış iş materiallarına əlavə olunmuşdur. Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır.
29. Məhkəmə hesab edir ki Bakı şəhər Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Xəzər RİH) xx.xx.1993-cü il tarixli, 629/860 saylı “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Sərəncamı 32 saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışla tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X18 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
30. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, ümumi ərazi daxilində göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış əraziləri daxilində yerləşir. Odur ki, torpaq sahəsi icra hakimiyyətinin idarəçiliyində qaytarılmış ərazidə yerləşdiyindən elə yerli icra hakimiyyəti də torpaq sahəsi üzərində sərəncam verməyə səlahiyyətli olmuşdur. Odur ki, torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsas qismində məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddələri çıxış edir.
31. Digər tərəfdən iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şəxslərin hüquqi vəziyyətinin (mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasların) qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyi-nəzərindən əhəmiyyətlidir.
32. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
33. Məhkəmə nəzərə alır ki: - Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli, 629/714 nömrəli Sərəncamına əsasən ailə tərkibi 4 nəfərdən ibarət olan, hərbiləşdirilmiş mühafizə dəstəsində işləyən X8 Zirə qəsəbəsinin şimal-şərq hissəsində 35 №-li sahədə fərdi ev tikmək 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 35 saylı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi – **********01). Torpaq sahəsi hazırda başqa şəxsin (X7) adına özgəninkiləşdirilmişdir. - Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli, 629/696 nömrəli Sərəncamına əsasən N №-li hərbi hissədə zabit vəzifəsində işləyən, ailə tərkibi tək özü olan X2 Zirə qəsəbəsinin şimal-şərq hissəsində 25 №-li sahədə fərdi ev tikmək 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 25c saylı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi – **********67).
34. Odur ki, Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli Sərəncamları əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin şimal-şərq hissəsində yerləşən torpaq sahələri üzərində (35 saylı bağ sahəsi – X11; 25c saylı bağ sahəsi – X4) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı təqdirdə Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının analoji sərəncamı (eyni tarixli, fərqli nömrəli) əsasında İddiaçı ayrılmış 32 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi (hər üç şəxsin hüquqi vəziyyətinin bərabər olması nəzərə alınaraq) bərabərlik hüququnun pozulmasıdır və belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur.
35. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 32 saylı 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva