Məhkəmə qərarları › İş №2-1(112)-1623/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1623/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1623/2023 12.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçınun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində cəlb olunmaqla “texniki pasportun ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X20 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində cəlb olunmaqla “texniki pasportun ləğv edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər X23 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair "Azərdövlətsutəslayihə" İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağların torpaq bağ sahəsinə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X2 adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər X23 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə" İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısına uygun olaraq iddiaçıya 7-ci cənub küçəsində 229 və və 231 saylı bağ sahələri ayrılmışdır. İddiaçı ona məxsus 0.12 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdehin imtinasında bildirilmişdir ki, ona ayrılmış torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş ərazi ilə üst-üstə düşür, faktiki həmin sahə qonşu hasarın daxilindədir və həmin sahənin üstündə bağ evi tikilib. İddiaçı iddia tələbi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda cavabdeh X7 tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-330/2018 saylı 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının digər iddia tələbi təmin edilərək, Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsində qeydin ləğv olunması, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, X2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinin zəbt olunmuş 450,0 kv.m torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(103)-73/2022 saylı qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində rədd edilməsi (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə iddia tələbinin Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X2 adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı hərəkətlərin-qeydlərin mübahisələndirilməsi hissəsində inzibati mübahisə olmaqla iş üzrə icraata xitam verilməsi qərara alınmışdır) qət edilmişdir. İş üzrə qətnamə qəbul edilərkən kifayət qədər araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəyindən göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator" bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən X4 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir, X1 əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənədi olan torpaq sahəsindən çoxdur, X5 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. İş materiallarında olan Bakı şəhər X18 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri ayrılmışdır. İş materiallarında olan X12 notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, "Azərdövlətsutəslayihə” LAB-da xadimə işləyən İddiaçı Bağçılıq cəmiyyətinin 21 aprel 1999-cu il tarixli, 2 nömrəli protokoluna əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, 7-ci Cənub küçəsində yerləşən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və onun həmin ərazidə sahəsi 1200 kv.m olan 229 və 231 nömrəli bağ sahələri daimi istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş “X24 və Ekspertiza Mərkəzi" MMC-nin 15 fevral 2022-ci il tarixli, 46 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə məktuba əlavə edilmiş sənədlərə əsasən yerində araşdırılmışdır. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə ərazinin bağ torpaq sahələrinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin 1000 (min) kv.metri iddiaçının 229 və 231 saylı bağ torpaq sahələri ilə, 200 (iki yüz) kv.metri isə 227 saylı bağ torpaq sahəsinin ərazisi ilə üst-üstə düşür. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələrinin koordinatları bağ torpaq sahələrinin bölgü sxeminə uyğundur və həmin bağ sahələri X4 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda və bu çıxarışa əsasən tərtib olunmuş torpaq sahəsinin planında qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya məxsus 229 və 231 saylı torpaq sahələri cavabdehə məxsus çıxarış və onunla bağlı planda əks olunmuş torpaq sahələri ilə üst-üstə düşür. Cavabdehin istifadəsində olan 1000 (min) kv.metr ölçüdə torpaq sahələri üst-üstə düşür, yerləşmə vəziyyəti və koordinata əlavə edilmiş sxemdə qeyd edilir. Beləliklə, iş materiallarında olan ekspert və mütəxəssis rəylərindən, o cümlədən iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********79 nömrəli, 31 iyul 2019-cu il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Piraliahı qəsəbəsi, Dübəndi bağ sahəsində X2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 kv.m, sənəd üzrə 1200,0 kv.m, əlavə istifadədə 855,9 kv.m torpaq sahəsi mövcuddur. Həmçinin, X2 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən iddiaçının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Məhkəmənin qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə və 3-cü şəxsə göndərilmiş, cavabdehdən və 3-cü şəxsdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdehin etirazında bildirilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. İddia tələbinə münasibətdə sözügedən bağ evi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd - xx.xx.2016-cı il tarixli, ******* nömrəli, alğı-satqı müqaviləsi əsasında X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 330/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən göründüyü kimi, idiaçı İddiaçı cavabdeh X4 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(103)-73/2022 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində rədd edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərardadı ilə iddia tələbinin Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X2 adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı hərəkətlərin qeydlərin mübahisələndirilməsi hissəsində inzibati mübahisə olmaqla iş üzrə icraata xitam verilməsi qərara alınmışdır). İş materiallarında olan Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihə X17 Komitəsi ilə Meliorator bağçılıq-yoldaşlıq üzvlərinin birgə iclasının 21 aprel 1999-cu il tarixli 2 saylı Protokolundan Çıxarışa əsasən, Bakı şəhər Yaşıllaşdırma İdarəsinə təqdim edilməsi üçün “Meliarator” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin və onlara təhkim edilmiş torpaq sahələrinin yekun siyahısına əsasən 7-ci Cənub küçəsi, 229 və 231 nömrəli 1200 m2 olan bağ sahələri İddiaçı ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2018-ci il tarixli, 26520 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsinə əsasən: qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, ümumi hasar daxilində 2055,0 kv.m. torpaq sahəsi var, onun 1200,0 v.m. torpaq sahəsinə X21 iddia edir, iddia edilən torpaq sahəsində 417,1 kv.m. sahəsi olan tövlə tikilisi və 6,6 kv.m. hovuz tikilisi olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, həmin torpaq sahəsinin 0,12 ha hissəsinə istifadə hüququ tanınmışdır və X2 adındadır. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, verilmiş koordinatlara əsasən istifadə olunan torpaq sahəsi 0,0850 ha təşkil edir. Qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, bağçılıq-yoldaşlığının ayrıc aktı ilə bağçılıq-yoldaşlığının bölgü sxemi arasında uyğunsuzluq olduğundan, eləcə də yeni bağların bölgüsü bağçılıq-yoldaşlığının ayrıc aktına uyğun aparılmadığından bu sualların cavablandırılması mümkün olmadı. Qərardadın yeddinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən X7 tərəfindən zəbt edilmiş torpaq sahəsinin koordinatları ilə Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 755,0 kv.m təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan göründüyü kimi, Bakı şəhər X18 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri göstərilmişdir. Bağ sahəsinə dair üzvlük kitabçası və digər sənədlər arxiv qovluğunda aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Bağ sahəsi 233 saylı bağ evi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X7 Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 233/235 saylı bağ evini X14 almışdır. İş materiallarında olan xx.xx.2016-cı ildə X2 adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 233 saylı bağ evinin texniki pasportunda əks olunmuş torpaq sahəsinin planından göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu Dübəndi Bağ sahəsi, 233 saylı evi X3 adına dövlət reyestrində qeydiyyata alınmış və torpağın fakitki sahəsi 0.12 (ha), tikinti altı sahə 0.00756 (ha və digər sahələr 0.11244 (ha) təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 iyun 2019-cu il tarixli, 60 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, Qədiməliyeva Balacaxanım Zeynal qızının 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. Araşdırmanın nəticəsi olaraq, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən X4 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0,17 ha təşkil edir. X2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. X2 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X13 iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********79 nömrəli, 31 iyul 2019-cu il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində X2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 m2, sənəd üzrə 1200,0 m2, əlavə istifadədə 855, 9 m2 torpaq sahəsi mövcuddur. X2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi qismən üst-üstə düşür. X2 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X15 iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəyindən göründüyü kimi, "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən Qədiməliyeva Balacaxanım Zeynal qızına məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 80 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X1 əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X5 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. İş materiallarında olan Bakı şəhər X23 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri ayrılmışdır. İş materiallarında olan X12 notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, “Azərdövlətsutəslayihə” LAB-da xadimə işləyən İddiaçı Bağçılıq cəmiyyətinin 21 aprel 1999-cu il tarixli, 2 nömrəli protokoluna əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, 7-ci Cənub küçəsində yerləşən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və onun həmin ərazidə sahəsi 1200 kv.m olan 229 və 231 nömrəli bağ sahələri daimi istifadəsinə verilmişdir. İş materialarına əlavə edilmiş “X24 və Ekspertiza Mərkəzi” MMC-nin 15 fevral 2022ci il tarixli, 46 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə məktuba əlavə edilmiş sənədlərə əsasən yerində araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə ərazinin bağ torpaq sahələrinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin 1000 (min) kv.metri iddiaçının 229 və 231 saylı bağ torpaq sahələri ilə 200 (iki yüz) kv.metri isə 227 saylı bağ torpaq sahəsinin ərazisi ilə üst-üstə düşür. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1. X13 iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Piraliahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələrinin koordinatları bağ torpaq sahələrinin bölgü sxeminə uyğundur və həmin bağ sahələri X4 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda və bu çıxarışa əsasən tərtib olunmuş Torpaq sahəsinin planında qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür.

2. X16 məxsus 229 və 231 saylı torpaq sahələri cavabdehə məxsus çıxarış və onunla bağlı planda əks olunmuş torpaq sahələri ilə üst- üstə düşür. Cavabdehin istifadəsində olan 1000 (min) kv.metr ölçüdə torpaq sahələri üst-üstə düşür, yerləşmə vəziyyəti və koordınata əlavə edilmiş sxemdə qeyd edilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinə görə əmlakdan istifadə hüququmülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Torpaq Məcəlləsi. Maddə 4. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Maddə 58.1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1 Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 65. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Hazırkı mübahisə ünvan 2 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi ilə bağlıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər X18 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarı, Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihə-X17 Komitəsi ilə "Meliorator" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin birgə iclasının 2 saylı 21 aprel 1999-cu il tarixli protokolu, bağçılığın üzvlük kitabçasına əsasən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələri iddiaçıya ayrılmışdır. Hazırda həmin torpaq sahəsi üçüncü şəxs X6 məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü üçün iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını realizə edə bilmir. Məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya verilmiş bağ sahəsindən istifadə etmək hüququndan ibarət olan əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli və bağın icarəyə verilməsi barədə müqavilənin icrasına təminat verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaçının Bakı şəhər X18 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarı, Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihə-X17 Komitəsi ilə "Meliorator" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin birgə iclasının 2 saylı 21 aprel 1999-cu il tarixli protokolu, bağçılığın üzvlük kitabçasına əsasən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələri üzərində gözlənilən mülkiyyət hüququ yaranmışdır. Məhkəmədə iş materiallarında olan və tərəflər arasında olan digər mülki məhkəmə mübahisələri zamanı əldə edilmiş mütəxəssis və ekspert rəylərini tədqiq edilərək müəyyən edilmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportda iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları göstərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə görə “hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Belə ki, mülki iş üzrə alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 iyun 2019-cu il tarixli, 60 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, Qədiməliyeva Balacaxanım Zeynal qızının 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. Araşdırmanın nəticəsi olaraq, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən X4 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0,17 ha təşkil edir. X2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üstüstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. X2 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X13 iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********79 nömrəli, 31 iyul 2019-cu il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində X2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 m2, sənəd üzrə 1200,0 m2, əlavə istifadədə 855, 9 m2 torpaq sahəsi mövcuddur. X2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi qismən üst-üstə düşür. X2 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X15 iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəyindən göründüyü kimi, "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən Qədiməliyeva Balacaxanım Zeynal qızına məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 80 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X1 əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X5 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. Hazırkı məhkəmə araşdırması zamanı ekspert və mütəxəssis rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə rəyləri mötəbər sübut kimi qəbul edir. Beləliklə, iş materiallarında olan ekspert və mütəxəssis rəylərindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində X2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 kv.m, sənəd üzrə 1200,0 kv.m, əlavə istifadədə 855,9 kv.m torpaq sahəsi mövcuddur. Həmçinin, Qədiməliyeva Balacaxanım Zeynal qızının 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. İşin bu halları Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(103)- 73/2022 saylı qətnaməsi ilə müəyyən edilərək iddiaçıya Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X2 adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı hərəkətlərinin-qeydlərin inzibati icraat qaydasında mübahisələndirilməsi izah edilmişdir. Məhkəmə hesab edir ki, Qədiməliyeva Balacaxanım Zeynal qızının 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsi olması müəyyən edildiyindən, yəni iddiaçının cavabdeh tərəfindən zəbt etdiyini iddia etdiyi torpaq sahəsi texniki pasport əsasında cavabdeh Qədiməliyeva Balacaxanım Zeynal qızının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən, texniki pasportun verilməsi ilə bağlı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməklə qeydləri mübahisələndirməkdə iddiaçının tələbi əsaslıdır. Belə ki, mübahisə üzrə üçüncü şəxsin adına “texniki pasport“ sənədinin tərtib olunması zamanı tələblərə əməl olunmamış, qeydiyyat qanunla müəyyən olunmuş qaydalara uyğun aparılmamış, hüququ təsdiq edən dövlət aktının verilməsi prosedurundan kənar şəkildə həyata keçirilmişdir. Nəticədə iş üzrə materiallardan göründüyü kimi, başqa ərazidə və başqa şəxsin adına olan torpaq sahəsinə üçüncü şəxsin adına “texniki pasport“ sənədi verilmişdir. Göründüyü cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmçinin, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. Göründüyü kimi nəzərə almaq lazımdır ki, “texniki pasport“ sənədinin verilməsi tələbi ayrıca deyil, qeydiyyatla bağlı tələb hüququnun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu mənada şəxsin yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu baxımdan cavabdeh orqan ayrılmış torpaq sahəsinə dair hüquqların qeydiyyatı ilə baglı məsələyə baxarkən “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanmış inzibati aktların etibarsızlıgına gətirib çıxaran halların konkret iş üzrə mövcud olub-olmaması ətrafında araşdırma aparmalıdır. Belə ki, hazırki iş üzrə müəyyən olunur ki, ayrılmış sahənin naturada yerləşməsi və koordinatları ilə baglı məsələni dəqiq müəyyənləşdirmədən cavabdeh 3-cü şəxsin ərizəsini təmin edərək ona mübahisələndirilən “texniki pasport” sənədini vermişdir. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X2 adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasport ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən bağ evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X2 adına tərtib edilmiş **********15-11301 reyestr nömrəli texniki pasport ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar