Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1623/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nizami rayon Bələdiyyəsinin hərəkətləri nəticəsində ona dəymiş 150000 manat məbləğində maddi, 100000 manat mənəvi zərər, ümumilikdə 250000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 04 oktyabr 2005-ci il tarixdə Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilərək, ünvan 7li küçəsinin kəsişdiyi yerdə olan 600 kv. m-dən ibarət torpaq sahəsində fərdi evin inşası üçün həmin sahənin onun istifadəsinə verilməsi vəzifəsi Nizami rayon bələdiyyəsinin, orda fərdi evin tikintisi ücün müvafiq rəyin verilməsi vəzifəsinin isə Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qət edilmişdir. Bununla əlaqədar uzun illər ərzində ayrı-ayrı orqanlara ərizələr yazaraq qəbullarda olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdehin qərəzli hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Nizami rayon bələdiyyəsi məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə 31 may 2022-ci il tarixdə 3.000 məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazı. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş eyni məzmunlu 03/03-16 saylı xx.xx.2023-cü il tarixli və 01/05 saylı, xx.xx.2024-cü il tarixli iddaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2005-ci il tarixli 2- 1335/2005 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Yavər Əliyev küçəsi və Şərifli küçəsinin kəsişdiyi yerdə olan 600 kv. metrdən ibarət olan torpaq sahəsində fərdi evin inşası üçün həmin sahənin İddiaçı Məhəmməd oğlunun istifadəsinə verilməsi vəzifəsi Nizami bələdiyyəsinin, orada fərdi ev tikintisi üçün müvafiq rəyin verilməsi isə Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qətnamə 25 oktyabr 2007-ci il tarixdə qanuni qüvvəsini almasına baxmayaraq naməlum səbəbdən icraya yönəlməmiş və icra olunmamışdır, 13 ildən artıq müddət keçdikdən sonra icraya yönəlməsi üçün 03 may 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. İcra sənədi Bakı şəhər Nizami rayon İcra şöbəsində icraata qəbul olunmuş və aidiyyatı hissədə icra olunması üçün 20 may 2021-ci il tarixdə Nizami bələdiyyəsinə daxil olmuşdur. Qətnamədə qeyd olunan torpaq sahəsinin naturada plan və ölçüləri göstərilməmiş, torpaq sahəsinin istifadəyə verilməsi məsələsinə aydınlıq gətirilməmişdir, həmçinin Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev küçəsi və Şərifli küçəsinin kəsişdiyi yerdə boş torpaq sahəsinin olmadığı və qeyd olunan məsələlərə aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən izah verilməsi barədə 27 may 2021-ci il tarixdə 02/629 saylı məktubla Nizami rayon İcra şöbəsinə məktubla müraciət olunmuşdur. Aradan bir il müddət keçdikdən sonra Nizami rayon İcra şöbəsinin icra məmumuru Fəxrəddin Şahhüseynov icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin Nizami bələdiyyəsi tərəfindən yerinə yetirilməməsinə əsaslanaraq 10 may 2022-ci il tarixdə inzibati protokol tərtib edərək, baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmədə bələdiyyənin nümayəndəsi tərəfindən sözügedən ünvanda boş torpaq sahəsinin olmaması, icra sənədi bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin plan və ölçülərinin hazırlanması, yerdə koordinatlarının müəyyən olunması və icra orqanı tərəfindən müvafiq rəyin verilməsi, torpağın istifadəyə verilməsi və s. məsələlərə qətnamədə aydınlıq gətirilmədiyindən qətnaməyə izah üçün məhkəməyə təqdimat verilməsi məqsədi ilə icra şöbəsinə müraciət edilməsi, icra sənədinin icra olunmamasında bələdiyyənin günahının olmaması vurğulanıb sənədlərlə təsdiq olunmasına baxmayaraq Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Nizami bələdiyyəsi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2005-ci il tarixli 2-1335/2005 saylı qətnaməsinin icra olunması məqsədi ilə məhkəmə qətnaməsində ünvanı qeyd edilən ünvan 1ndə yerləşən torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə Nizami İcra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun, icra işi üzrə tələbkar İddiaçı və Nizami Bələdiyyəsinin əməkdaşı İlham Mirzəyevin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsində 3 mərtəbəli fərdi yaşayış evi yerləşir və həmin torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin fotoşəkili çəkilərək tərtib olunmuş akta əlavə edilmişdir. Ona görə də icra sənədində sözu gedən ünvanda tələbkara məxsus olan torpaq sahəsi faktiki olaraq olmadığından icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Bundan sonra tələbkar Məhərrəmov X3 Bələdiyyəsinə müraciət edərək yuxarıda qeyd olunan məhkəmə qətnaməsində göstərilən ərazidə boş torpaq sahəsi olmadığından Nizami rayonu ərazisində M.Şərifli küçəsi 209, Rizvan Teymurov 2, Mikayıl Əliyev küçəsi 2410-cu məhəllə, Qara Qarayev prospekti 184, Şərq küçəsi 4085-ci məhəllə ünvanlarında yerləşən boş torpaq sahələrindən biri ilə əvəz edilməsini xahiş etmişdir. Tələbkarın müraciəti əsasında yuxarıda qeyd olunan torpaq sahələrinə rəy verilməsi üçün tərəflərindən 02/M-125 saylı 26 avqust 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş və ƏMDX-dən alınmış **********47 saylı 18 oktyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki: - Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin mülkiyyətinə verilmiş torpaq sahələrinin xəritələri təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ Qanun ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilən torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normaya, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Nizami Bələdiyyəsinin mülkiyyətində torpaq sahəsi olmadığı üçün məhkəmənin sözügedən qətnaməsini icra etmək məqsədi ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.7-ci maddəsinə əsasən tələbkar İddiaçı ərizəsində göstərdiyi ünvanlarda yerləşən torpaq sahələrindən birini, bu mümkün olmadıqda Nizami Bələdiyyəsi ərazisində 600 kv. m torpaq sahəsinin Nizami Bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə tərəflərindən 01/77-2 saylı 27 sentyabr 2022-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Müraciətlərinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatından verilmiş 7-4977/17 saylı 17 oktyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunun icrasının təmin edilməsi haqqında “Bələdiyyələrin dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması” Qaydalarına uyğun olaraq qaldırdıqları məsələyə Bakı şəhərinin inzibati ərazisində mövcud bələdiyyələrə ayrılması nəzərdə tutulan torpaq sahələrinin xəritələrinin hazırlanması istiqamətində aparılan tədbirlər çərçivəsində baxilmasi məqsədə müvafiq hesab edilmişdir. Bundan başqa, sözügedən məhkəmə qətnaməsində göstərilən ünvanda tələbkar İddiaçı Məhəmməd oğlunun istifadəsinə verilməli olan torpaq sahəsi naturada ayrılmamış, hansı hüquqi əsaslarla icarə hüququ və yuxud xüsusu mülkiyyətə verilməsi əsasında olması aydınlaşdırılmamışdır. Əgər torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulursa hansı qaydada (hərrac və ya müsabiqədən kənar) və yaxud xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulursa, torpaq sahəsinin ayrılma qaydalarına, satılacaq torpaq sahəsinin qiymətinə aydınlıq gətirilməmişdir.Əvvəlki qanunla Bələdiyyələrə torpaq satışı üçün qiymət məsələsində sərbəstlik verilsə də Bələdiyyələr tərəfindən çox da yuxarı olmayan qiymətlər və eyni zamanda Nazirlər Kabineti tərəfindən torpaq sahələrinin qiyməti ilə əlaqədar müəyyən olunmuş minimum tariflər mövcud olmuşdur.“Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci tarixli 466-İİİ QD nömrəli qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci tarixli sərəncamı bə “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası qanununa müvafiq olaraq bələdiyyə torpaqlarının yalnız hərrac və misabiqə vasitəsi ilə satılması barədə dəyişiklər edilmişdir. Qanunlara edilmiş dəyişikliklərə görə bələdiyyə torpaqlarının yalnız hərrac və müsabiqə vasitəsi ilə satılması vəzifəsi birmənalı olaraq bələdiyyələrin üzərinə qoyulmuşdur.Yeni dəyişikliklərdə qiymət müvafiq inzibati ərazidə keçirilmiş son hərrac və ya müsabiqədə müəyyən olunmuş qiymətlərin tətbiq olunması qəbul edilmişdir.Bakı şəhərində hərrac və müsabiqə komisiyası yaradılmamışdır və buna görə də bu günə qədər Nizami bələdiyyəsi hərrac və ya müsabiqə keçirməmişdir.Həmçinin sözügedən məhkəmə qətnaməsində iddiaçi İddiaçı Məhəmməd oğlunun istifadəsində olan Bakı şəhəri Nizami rayonu Yavər Əliyev küçəsi və Şərifli küçəsinin kəsişdiyi yerdə olan 600 kv.metrdən ibarət torpaq sahəsi qeyd olunsa da, torpaq sahəsinin Yavər Əliyev küçəsi və Şərifli küçəsinin kəsişdiyi yerin hansı hissəsində olması, torpaq sahəsinin yerdə kordinatları, plan və ölçüləri dəqiq göstərilmədiyindən və həmin ərazidə boş torpaq sahəsi olmadığından qətnamənin icrasi qeyri mümkün olur. Bu halda məhkəmə qətnaməsində olan belə çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılmalıdır.Buna görə də iş üzrə Nizami bələdiyyəsi yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə aydınlıq gətirilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 8(009)-15/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 8(009)-15/2023 saylı qərardadından Nizami bələdiyyəsi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, Nizami bələdiyyəsinin ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini, əks halda şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş elmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(009)- 15/2023 saylı qərardadı ilə Nizami bələdiyyəsinin ərizəsi təmin olunmuş, buraxılmış müddət bərpa edilərək apellasiya şikayətinin baxılması üçün 8(009)-15/2023 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Nizami bələdiyyəsinin ərizəsi qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 8(009)-15/2023 saylı qərardadı ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)- 206/2023 saylı qərardadı ilə Nizami bələdiyyəsinin şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmişdir. Hazırda Nizami bələdiyyəsinin ərizəsi üzrə Səbail Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Nizami rayon Bələdiyyəsinin nümayəndəsi X4 məhkəməyə təqdim olunmuş etirazı müdafiə edərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Faktiki hallar: İş materiallarına əlavə edilmiş məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 255 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Səbail Rayon Məhkəməsinin 2-1335/2005 saylı, 04 oktyabr 2005-ci il tarixli qətnaməsi 25 oktyabr 2007-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məktuba əlavə olunmuş Səbail Rayon Məhkəməsinin 2-1335/2005 saylı, 04 oktyabr 2005-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Məhəmməd oğlu Bakı şəhər İcra Hakimiyyətinə və Nərimanov rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən maddi ziyana görə 37600000 manat mənəvi zərərin əvəzi kimi 47000000 manat pulun alınıb verilməsi, iddiaçının yaşayış yerinin olmamasını nəzərə alıb ev tikmək üçün torpaq sahəsinin ayrılmasının cavabdehlərə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2-1335/2005 saylı, 04 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə İddiaçı Məhəmməd oğlunun iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Yavər Əliyev küçəsi və Şərifli küçəsinin kəsişdiyi yerdə olan 600 kv. m. torpaq sahəsində fərdi evin inşası üçün həmin sahənin iddiaçının istifadəsinə verilməsi Nizami Bələdiyyəsinin, orada fərdi ev tikintisi üçün müvafiq rəyin verilməsi vəzifəsinin isə Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-206/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, Bakı şəhəri Nizami Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış 04 oktyabr 2005-ci il tarixli 2-1335/2005 saylı qətnamədə qeyd olunan Bakı şəhəri, Nizami rayonu, Yavər Əliyev küçəsi və Şərifli küçəsinin kəsişdiyi yerdə olan 600 kv. m-dən ibarət torpaq sahəsində fərdi evin inşası üçün həmin sahənin tələbkar İddiaçı Məhəmməd oğlunun istifadəsinə verilməsinə aydınlıq gətirilməsini, istifadəsinə verilməsinin hansı qaydada – (hərrac və ya müsabiqə yolu ilə və yaxud bundan kənar), icarəyə verilməsi və yaxud xüsusi mülkiyyətə satılması, satılacaq torpaq sahəsinin qaydaları, qiyməti haqqında izah verilməsini, həmçinin qətnamədə qeyd olunan ərazidə boş torpaq sahəsi olmadığından icra üsulunu və qaydasının dəyişdirilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2023-cü tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-206/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(003)-1851/2022 nömrəli qərardadının ləğv edilməsi və işin Bakı şəhəri Nizami Bələdiyyəsinin icra sənədinin icra qaydasının və üsulunun dəyişdirilməsi barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 17/71-8F-467 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun müraciətinə cavab olaraq bildirilir ki, Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-1335/2005 sayh, xx.xx.2005-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri Nizami rayonu, Y.Əliyev küçəsi və Şərifli küçəsinin kəsişdiyi yerdə olan 600 kv.m-dən ibarət torpaq sahəsində fərdi evin inşası üçün, həmin sahədən İddiaçı istifadəsinə verilməsi vəzifəsi Nizami Bələdiyyəsinin, orada fərdi evin tikintisi üçün müvafiq rəyin verilməsi vəzifəsi isə, Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2021ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildiriş borclu Nizami Bələdiyyəsin ünvanına göndərilmişdir. İcraat zamanı icra sənədinin icrasına dair borclu Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən xx.xx.2021- il tarixdə Nizami rayon İcra şöbəsinə ünvanlanmış məktubda bildirilmişdir ki, ünvan 7li küçəsinin kəsişməsində yerləşən tələbkara veriləcək 600 kv. m. boş torpaq sahəsinin mövcud olmadığı və qətnamədə qeyd olunan küçələlərin kəsişməsində torpaq sahəsinin plan ölçülərinin hazırlanması, yerdə koordinatların və icra orqanı tərəfindən müvafiq rəyin verilməsi, torpağın yerləşdiyi zonanın müəyyən olunması məsələlərinə hansı qurum tərəfindən yerinə yetirilməsi və torpağın istifadəyə verilməsi məsələlərinə qətnamədə aydınlıq gətirilmədiyindən məhkəmə qətnaməsinə izah verilməsi xahiş edilmişdir. Eyni zamanda AR Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2021-ci il tarixdə edilmiş müraciətə dair məktubda da bildirilir ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı haqqında 80-cı maddəsinin tələblərinin əsasən fərdi evlərin tikintisi məqsədilə vətəndaşların müraciəti tikinti işlərinə dair hazırlanmış lahiyə sənədlərinə uyğun olaraq ərazi üzrə yerli icra hakimiyyəti orqanlarına ünvanlanaraq müvafiq qurumun razılığı əsasında təsdiq edilir. Bundan sonra Bakı şəhəri Nizami Bələdiyyəsinin müvafiq məktubuna əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1335/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədinin icra qaydasının izah olunm üçün Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuşdur. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə AR “İcra haqqında” Qanunun 17.1.9-cu maddəsinin tələblərinə əsasən icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-304/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1335/2005 saylı xx.xx.2005-ci il tarixli icra sənədinin icra qaydasının izah olunması üçün Səbail Rayon Məhkəməsinə ərizə müraciət təmin olunmamışdır. Bundan sonra AR Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən xx.xx.2022-ci tarixdə icra sənədinin icrasına dair mövcud vəziyyət barədə sorğu ilə şöbəyə müraciət olunmuş, xx.xx.2022 il tarixdə müvafiq sorğuya dair məlumat verilmişdir. Məhkəmə qərarının icra edilməməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə borclu Nizami Bələdiyyəsinə rəsmi xəbərdarlıq edilmiş və barəsində xx.xx.2022-ci il tarixdə AR İXM-nin 528.1-ci maddəsilə inzibati protokolu tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 3(007)- 1135 saylı xx.xx.2022-ci il tarixli qərar ilə Nizami Bələdiyyəsi barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan qərarla razılaşmayan borclu X6 Rayon Məhkəməsinin 3(007)-1135 saylı xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılmış şikayət təmin olunmamışdır. Tərəfindən xx.xx.2022-ci il tarixdə ərizə ilə Nizami rayon icra şöbəsinə müraciət olunaraq məhkəmə qərarında göstərilən ərazinin ona verilməsinin mümkün olmadığından Nizami Bələdiyyəsinin torpaq balansında olan digər boş sahələrdən “Ruslan-93” adlanan marketin arxa hissəsində yerləşən torpaqlardan məhkəmə qərarında göstərilən torpağın əvəzi qismində verilməsi barədə Nizami Bələdiyyəsinə sorğu verilmiş, cavab olaraq bildirilmşdir ki, qeyd olunan ərazidə Bələdiyyəyə məxsus torpaq sahəsi yoxdur. Bundan sonra, müraciəti ilə əlaqədar borclu Nizami Bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, M.X.Şəfərifli küçəsi və Yavər Əliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsində hal-hazırda 3 mərtəbəli fərdi yaşayış sahəsinin yerləşdiyi müəyyən olunmuş və bu barədə akt tərtib edilmişdir. Həmçinin Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1335/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Nizami Bələdiyyəsi tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlər olunmuşdur. Edilən müraciətlərə və xəbərdarlıqlara baxmayaraq borclu Nizami Bələdiyyəsi üzərinə qoyulmuş vəzifəni icra etmədiyindən, xx.xx.2022-ci il tarixdə bələdiyyənin sədri X7 barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdur. Nizami Rayon Məhkəmənin 3(007)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 1200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcra hərəkətləri davam etdirilən zaman xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə borclu Bakı şəhəri Nizami Bələdiyəsi şöbəyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1335/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədinin, icrası qaydasının və üsulunun dəyişdirilməsi barədə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(009)-15/2023 saylı qərardadı, Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının 8(103)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv olunmuş, qərardad yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1335/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəyə dair xx.xx.2023-cü il tarixli, 8(009)-15/2023 saylı qərardad yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinin icraatına verilmiş məhkəmə prosesi davam etdirilir. İcra sənədində mübahisəyə dair rəy verilməsi üçün zərurət yarandığından Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(009)-15/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti- texniki və məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmiş, iş materialları AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-1/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2(009)-1335/2005 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icra qaydasının və üsulunun dəyişdirilməsi və s., barədə Bakı şəhəri Nizami Bələdiyyəsinin ərizəsinə əsasən iş üzrə təkrar-məhkəmə-əməttəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsindən görünür ki, hazırda iddiaçı cavabdeh Bələdiyyə tərəfindən məhkəmə qətnaməsinə əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmalı olan torpaq sahəsinin ayrılmadığına görə vurulmuş maddi ziyanın əvəzinin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin işin araşdırılan hallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2(009)-1335/2005 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icra qaydasının və üsulunun dəyişdirilməsi və s., barədə Bakı şəhəri Nizami Bələdiyyəsinin ərizəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-1/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar-məhkəmə-əməttəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasının cavabdeh bələdiyyənin üzərinə qoyulması barədə qanuni qüvvəvə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icra qaydasının və üsulunun dəyişdirilməsi barədə ərizə üzrə icraat davam etdirildiyindən və həmin qətnamə üzrə icra hərəkətləri başa çatdırılmadığından, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının iddia ərizəsində göstərdiyi əsaslarla ona maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iddia ərizəsində göstərdiyi əsaslarla ona maddi zərərin dəyməsinə səbəb olacaq qanunsuz hərəkətlərə yol verilməsi sübuta yetilrmədiyindən və qeyd olunan əsasla iddiaçı maddi zərərin əvəzini tələb etmək hüququna malik olmadığı kimi, hazırki iş üzrə mənəvi zərərin əvəzini də tələb etmək hüququna malik olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Bələdiyyəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1623/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1623/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver